Günəş batır,
axşam olur
kədər doğur gecəmizə;
Səmada ulduz yerinə dərd görünür,
qəribədir;
qəmmi yağır gecəmizə..?!
Gecə üçün böyük dərddi;
başqasını isitməyə gedir günəş
Bu nə cılız məhəbbətdi,
gecəni tərk edir günəş...?!
Gecə eynən mənim kimi
qəmli, sakit, aram, səssiz
tənha, yalqız,
qəribsəmiş
kövrək, hüzünlü, kimsəsiz.
Bəlkə bu üzdən sevirəm gecəni mən;
o da dərdli, mən də dərdli -
o da kefsiz, mən də kefsiz...
Zaman sabahı qovduqca
gecə zülmətə bürünür,
nə sirdirsə,
qaranlıqda Ulu varlıq
daha da aydın görünür.
Şamım yanır həzin-həzin
gecəm bitmir neçə gündür;
belə tez ərimə,
ey şam!
Gecəm hələ çox uzundur...
İnsan sadəcə inanmaq istəyir bəzən
başını anasının dizinə yaslayıb məsələn,
xəfifcə gözünü yummaq və inanmaq;
başqa heçnə!
Pambıq tıxayır qulaqlarına
eşitmək istəmir acı həqiqətləri, yox,
lazım deyil,
canına qorxu dolmasın;
inanmaq istəyir bildiklərinin doğruluğuna,
gecə gündüz yalvarır: nə olar, ya Rəbb,
heç nə yalan olmasın!
Məsələn,
doğrudan da yiyəsi olsun dünyanın deyillənlər kimi;
sahibsiz olmasın kainat.
Axirət dünyası, növbəti həyat...
demsinlər ki bir gün:
indiyəcən bildikləriniz hamısı - şayiə, illüziya, mövhümat!
Qurd düşməsin bildiklərinə, istəyir insan
yeməsin içindən onu suallar, şübhələr
və daha nələr nələr...
İnanmaq istəyir insan, inanmaq:
nə olar,
yalan olmasın zülmət gecələrin işıqlı səhər vədləri
indi işıqlanmasa da eybi yox, eybi yox
əsas, işıqlanacaq olsun haçansa
şirin vədlər verilsin yenə
dönə-dönə
artıq vaxtı yetməsin yalanların ifşasının;
deməsinlər ki, hər şey yalan idi,
deməsinlər ki, aldadırdıq sizi,
deməsinlər...
biz belə daha hüzurluyuq, bəlkə də heç yalan deyillər
qoy ümidlər ölməsin!
İlqar Kamil.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Həyatınızı başqalarına görə yaşamayın
Yaşayış evindən öz-özünə çıxan yanğının səbəbi bəlli oldu - FOTO
Şahbaz Quliyev erməni əsirliyində yaşadıqlarını danışdı - VİDEO
Əzələ yığını olan "müsəlman div"
Düşmənin çox sayda canlı qüvvə və texnikası məhv edildi - SİYAHI
Skype-da gözlənilən yenilik gerçəkləşdi
"Arzu, salamat qal" yazan neftçinin meyidi tapıldı
Fransada ara qarışdı
HAVA necə olacaq?-22 Avqust
“Samsung” parçalana bilər
"Terrorun dini yoxdur"
Portağallı piroq (video-resept)
Həkim qədər təsirli 27 meyvə və tərəvəz (1)
Səyahəti sevənlər üçün maraqlı filmlər
Sürpriz kök salatı (foto-resept)
Qədim İspan şəhərində gəzinti
Qənaətcil qadınlara məsləhətlər
Qəhvənin düzgün içilmə qaydası
Hamilə xanımların diqqətinə...
Qadın.Netlilərin tərcümeyi-halı (3)
Dişlər haqqında 5 maraqlı fakt
Məşhur aktrisanın FOTOsu sosial şəbəkəni qarışdırdı
Pelin və Anıl cinayətə şahid oldular-FOTO
Tortları bəzəmək üçün güllər düzəldilməsi (foto dərs)
1 həftəyə 5 kiloqram arıqladan qarpız pəhrizi
ABŞ-la Rusiya Qarabağla bağlı razılığa gəldi
Azərbaycanın müxtəlif yerlərində seysmoloji aktivlik aşkar edilib
Havanın təmizlənməsi üçün süni ağaclar yaradıldı
Rezidenturaya qəbul olanların siyahısı açıqlanıb
Xəttə görə xasiyyət necə müəyyən edilir?
Cemli piroq (foto resept)
Avropa Oyunları: Karatedə 3-cü qızıl medalımız!
Son 1000 ildə ilk dəfə: vikinq toyunda evləndilər-FOTO
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 262 yeni yoluxma - RƏSMİ
Cennifer Lopez sirri açdı-FOTO
Ebru Şahin məşhur basketbolçu ilə sevgilidir-FOTO
Yeni dövrün coğrafiyası (XV-XIX)-2
HAVA necə olacaq?- 10 APREL
"Bəli, mən arvadağızam"
Dəniz Seki 15 kq arıqladı-FOTO
Ananasın faydaları
Yapon alimlərindən COVID-19-un müalicəsində YENİ KƏŞF
"Doğrudanmı Avropada məndən yaşlı insan yoxdur?"
Ramazan ayı ilə əlaqəli mədə xəstələrinə tövsiyələr
Ayaqları uzun göstərən geyim hiylələri
Bürclər nə vaxt hirslənir?
Nyu-Yorkda koronavirusun mənbəyi aşkarlandı
Afrikada bir gün
Ziyafət məclisinin şahzadəsi ol
Sınan əşyalardan və bitkilərdən ev
- ŞƏRHLƏR