Get
Hər addımda düşün əsli-zatını,
Atalar göstərən doğru yolla get.
Yaxşı övlad ucaldacaq adını,
Nə dar gündə saxla, nə də tulla get.
Ayıq ol, ömrünü vermə güdaza,
Uyma var-dövlətə, qane ol aza.
Bir kəs ki, mənliyi satdın boğaza,
Palanlayıb, noxdayıb çulla get.
Zülfüqar, nə çoxdu oyun dünyada,
Demə, getsən, qalmaz tayın dünyada.
Beş arşın kəfəndi payın dünyada,
Bacarırsan, var-dövlətlə, pulla get.
Olsun
Gül ləçəkdə burulub ki,
Gözəllərdən gözəl olsun.
Su çeşmədə durulub ki,
Onlardan da əzəl olsun.
Hər çiçəyin öz ətri var,
Müdrük sözün, söz ətri var.
Gözəl ömrün yüz ətri var,
Kaş hər ömür gözəl olsun.
Hamıya əzizsə canı,
De, qədrini bilən hanı?
Sevəndə sev o cananı,
Özəlləşib özəl olsun.
Ay Zülfüqar, dinlə məni,
Dağıt, getsin duman, çəni.
Düşünmə olub keçəni,
Qoyma ömrün xəzəl osun.
Yaylaq
Güllüdərə yaylağı
Yoxsa küsüb qonaqların,
Tək qalıbsan nədən, yaylaq?
Xoş günləri yada salıb,
Bağrım başın didən yaylaq.
Bəlkə sən də mənim kimi,
İtirdin öz sevgilini.
Sinən üstə qız, gəlini,
Oğrun-oğrun güdən yaylaq.
Damcı düşdükcə ləçəkdən,
Ətir yayılır çiçəkdən.
Yanıqlı səsi tütəkdən,
Dağlara car edən yaylaq.
Mümkündürmü əhdi danaq,
Köhnə dostam, gəldim qonaq.
Şeh vursun, qızarsın yanaq,
Xəyal olub gedən yaylaq.
Zülfüqar, məhv oldu gülüm,
Oxumur şeyda bülbülüm,
Sənsən, doğma obam, elim,
Qoy, mən alım qadan, yaylaq.
1959
Müəllif: Zülfüqar Zülfüqarov
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bu şərtlə repetitor xidmətinə icazə verildi
Azərbaycanda bütün məzarlıqlar eyni olacaq - QANUN LAYİHƏSİ
"İstanbullu Gelin"in aktyoru 10 il sonra boşandı
Bu hadisə sivilizasiyanı məhv edə bilər
Saqqal iqtisadiyyata zərər vurdu-SƏBƏB
Azərbaycan tarixindən yüz şəxsiyyət-68
Avqustun 5-dən sonra imtahanlar keçiriləcək - RƏSMİ
5 ölkənin gözəllik sirri
Sabah nadir təbiət hadisəsi görəcəyik
Bill Geyts bu dəfə COVID-19 testlərinə görə ABŞ-ı tənqid etdi
Ağdama güclü dolu yağdı
"Gözəllik ondur, doqquzu dondur"
Hər qadın 2 kq kosmetika yeyir
Müəllimlərə saathesabı ödənilən məbləğlər artırılıb
1 həftəyə 4 kilo arıqlayın
"Qremmi"yə namizədlər açıqlandı
İmtahanlarda koronavirusa yoluxma qeydə alınıb? - AÇIQLAMA
Ev dekorasiyasında köhnə çamadanlara yer verin
Hədiyyə qablarından özünə don tikdi
Yaponiyada uşaq bağçaları pulsuz olacaq
Bankomatlarda koronavirus təhlükəsi: toxunduqda... - XƏBƏRDARLIQ
Yağ ləkəsini aradan qaldıran 2 üsul
Aksessuarlar
"Terminator" qayıdır!
ASAN-dan onlayn yenilik
Azərbaycanda hansı sosial şəbəkə daha populyardır?
Telekanallarında məhdudiyyət tətbiq ediləcək
Koronavirusdan ölüm riskini 40 faiz artıran SƏBƏB
Ayrılmağı Serenay istəyib
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Küçə iğtişaşlarından qorxuya düşən Paşinyan xalqına yalvarır: “Evinizə gedin”
Azərbaycanda ödənişli yollar: haradan başlayacaq?
Sabah Azərbaycanda çörəyin qiyməti qalxacaq?
Ramazan ayının 9-cu günüdür
"Feysbuk"dan qadınlara GÖZLƏNİLMƏZ TƏKLİF - FOTO
Almalı qozlu salat (foto resept)
Məşhur müğənnilər evləndi-VİDEO
27 sentyabr Azərbaycanda Anım Günü elan olundu - SƏRƏNCAM
TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
Azərbaycan valyuta bazarının həftəlik icmalı
HAVA necə olacaq?- 12 fevral
Ermənilərdən yeni oğurluq
Bakıda hava şəraiti kəskin dəyişəcək, ölkəyə qar yağacaq
Qızılın qiyməti artdı
Mustafa Sandalı Şikayət etdilər-SƏBƏB-VİDEO
Koronavirusun müalicəsində yepyeni metoddan istifadə ediləcək
Azərbaycan nefti bahalaşıb
Azərbaycanda yeni kollec
Makron Paşinyanın davranışlarından şübhələndiyini deyir
Nemtsovun qətlini kim sifariş verib?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]