Qızının toyunda ana ağlayır
Görən kədərdəndir, yoxsa sevincdən,
Qızının toyunda ana ağlayır?
Onun ürəyini axı nə bilək,
Özünü gizlincə bəlkə danlayır?
Deyibmi qızına bu təzə yolda,
Ona səbir gərək, qayğı gərəkdir,
Seçdiyi bu yolu ömürlük bilsin,
Ürək bircə sözdən sınan ürəkdir?
Deyibmi: "A qızım, elə dolan ki,
Sədanla, şölənlə işıqlanaq biz,
Sevinci, kədəri bölüşə bilin,
Ətrafı isitsin sizin mehriniz".
Ailə birliyi böyük sərvətdir,
Ağbirçək qoca tək müdrik olmalı,
Bu böyük neməti qorumaq üçün,
Daim bir-birinə sadiq qalmalı.
Qızı köçən günü ata evindən,
Bəlkə anlayaraq ana ağlayır,
Deyilməmiş qalıb nə qədər sözü,
Odur ki,özünü gizlin danlayır?!
Ana
Əzəli parlayan çıraq, ay ana,
Axırı saralan yarpaq, ay ana.
Hamının dərdini bilən, ay ana,
Hamının dadına gələn, ay ana.
Gecəsi-gündüzü kədər, ay ana,
Davası-dərmanı hədər, ay ana.
Gözümün önündə sönən, ay ana,
Cismanı cəsədə dönən, ay ana.
Qalx, çölə-çəmənə gedək, ay ana,
Ömür neyçün belə gödək, ay ana?!
Sizsiz
Ay atam, ay anam, hardasız indi,
Mən dözə bilmirəm, sizsiz çətindir.
Nə gözəl, nə yaxşı günlər var idi,
Qəlbimizdə yalnız arzular idi.
Gəzib dolanıram sizsiz, nigaran,
Baxışı mükəddər, zülfü pərişan.
Deyirəm, nə ola, yalan olaydı,
Görəydim, olanlar bütün röyaydı...
Kaş ki, tələsəydim mən sizə sarı,
Bir qoca kişiylə, bir qoca qarı
Gözləyəydi məni bir dilək kimi,
Mənsə çırpınaydım bir ürək kimi,
...Gəzirəm köynəkli, gəzirəm dalğın,
Siz mənə hardansa göylərdən baxın.
...Nə qədər ömrüm var, yaşayacağam,
Mən sizi qəlbimdə daşıyacağam...
Müəllif: Gülnarə Cahangirqızı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Güvənmədiyiniz adamlara zamin durmayın
Bu robotun emosiyaları var
İnsanın hərəkətlərini qeydə alan futbolka yaradılıb
Ən yağlı yeməkləri yesə də arıqdır-FOTO
DİQQƏT! Ağcaqanad dərmanları fəsadlara yol aça bilər!
Ermənilər "Türkiyənin ürəyi"ni istəyir
Azərbaycanda 45 yaşdan sonra evlənənlərin STATİSTİKASI
İyunda 5 gün iş olmayacaq-SƏBƏB
Ecazkar xanımların seçimi
Bayram gününün HAVAsı
Əhalinin sayı açıqlandı
“Əl-Cəzirə” kanalı ermənilərin Füzuli şəhərində törətdikləri vandalizmlə bağlı reportaj yayımlayıb - VİDEO
“WhatsApp”da yeni layihə
Bakıda avtobus dayanacaqlarında pulsuz Wi-Fi
Sensasiyalı açıqlama: havalar daha da istiləşəcək
Keysəriyyə yolu ilə doğulan körpələrin artıq çəki ilə üzləşmə riski ikiqat çoxdur
Uşaqlar kifayət qədər hərəkət etmir
Maraqlı faktlar
Bakı, Sumqayıt və Abşerona giriş dayandırıldı
Azərbaycanda 5 yaşlılar üçün tədrisin başlanılması vaxtı açıqlanıb
Qarağatlı tort (foto resept)
Düşmən Ağdam rayonu ərazisini atəşə tutur
Bədən quruluşumuza diqqət edək
Onun qiyməti açıqlandı: 120 milyon avro!
Kakaolu peçenyelər (foto resept)
Seda Sayan təhqirlərə cavab verdi
Ordumuz şəhid verdi
Məşhur cütlüyün toyu təxirə salındı
Kompüter oyunlarını kim ixtira edib?
Gələn həftə son 68 ilin ən nadir hadisəsi baş verəcək
Həyat yoldaşını qıdıqlamaqla onun həyatını xilas etdi – FOTO
Məşhur qadının məzarı tapıldı
Hiperaktivsiniz?
Qadının həyatı haradan başlanır?
Vaxtında çəkilmiş şəkillər
Cəbhədən son xəbər
Ən güclü antibiotiklər
Məşhur futbolçu COVID-19-a yoluxdu
Yerişə baxıb ölüm vaxtını təyin edirlər
Nyu-Yorkda Bakı küçəsi olacaq
Bürclərə görə peşə seçimi
Tənbəl uşaqları işlətmək üçün maraqlı məsləhət - Wi-Fi ilə...
Bəzən müəyyən məktublar göndərib tapşırırlar ki...
Ronaldo, yoxsa Ronaldu: Ata oğlunu ələ saldı - VİDEO
Meyvəli dondurma
Diş məcunu ilə hamiləliyi müəyyənləşdir - TEST
BÜRCLƏR bizə nə vəd edir?-26 noyabr
Make up -makiyaj 3(foto dərs)
Günün ulduz falı
Göz sağlamlığı üçün vitaminlər
- ŞƏRHLƏR