Qızının toyunda ana ağlayır
Görən kədərdəndir, yoxsa sevincdən,
Qızının toyunda ana ağlayır?
Onun ürəyini axı nə bilək,
Özünü gizlincə bəlkə danlayır?
Deyibmi qızına bu təzə yolda,
Ona səbir gərək, qayğı gərəkdir,
Seçdiyi bu yolu ömürlük bilsin,
Ürək bircə sözdən sınan ürəkdir?
Deyibmi: "A qızım, elə dolan ki,
Sədanla, şölənlə işıqlanaq biz,
Sevinci, kədəri bölüşə bilin,
Ətrafı isitsin sizin mehriniz".
Ailə birliyi böyük sərvətdir,
Ağbirçək qoca tək müdrik olmalı,
Bu böyük neməti qorumaq üçün,
Daim bir-birinə sadiq qalmalı.
Qızı köçən günü ata evindən,
Bəlkə anlayaraq ana ağlayır,
Deyilməmiş qalıb nə qədər sözü,
Odur ki,özünü gizlin danlayır?!
Ana
Əzəli parlayan çıraq, ay ana,
Axırı saralan yarpaq, ay ana.
Hamının dərdini bilən, ay ana,
Hamının dadına gələn, ay ana.
Gecəsi-gündüzü kədər, ay ana,
Davası-dərmanı hədər, ay ana.
Gözümün önündə sönən, ay ana,
Cismanı cəsədə dönən, ay ana.
Qalx, çölə-çəmənə gedək, ay ana,
Ömür neyçün belə gödək, ay ana?!
Sizsiz
Ay atam, ay anam, hardasız indi,
Mən dözə bilmirəm, sizsiz çətindir.
Nə gözəl, nə yaxşı günlər var idi,
Qəlbimizdə yalnız arzular idi.
Gəzib dolanıram sizsiz, nigaran,
Baxışı mükəddər, zülfü pərişan.
Deyirəm, nə ola, yalan olaydı,
Görəydim, olanlar bütün röyaydı...
Kaş ki, tələsəydim mən sizə sarı,
Bir qoca kişiylə, bir qoca qarı
Gözləyəydi məni bir dilək kimi,
Mənsə çırpınaydım bir ürək kimi,
...Gəzirəm köynəkli, gəzirəm dalğın,
Siz mənə hardansa göylərdən baxın.
...Nə qədər ömrüm var, yaşayacağam,
Mən sizi qəlbimdə daşıyacağam...
Müəllif: Gülnarə Cahangirqızı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kompüter siçanının yaradıcısı öldü
Hamiləlik zamanı saçları kəsmək və boyamaq olarmı?
Məşhur aktrisa xəstəxanaya yerləşdirildi
Fillər, etnik mənşəyi səsdən müəyyən edə bilir
Sobada quzu ətli badımcan
Sabah leysan olacaq
Cərimələr azalır
"Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir"
Suxarili salat (foto resept)
Cennifer Lopez milyonlarından danışdı
Türkiyə prezidenti şəhidlərin və öldürülən terrorçuların sayını açıqladı
Yevlaxda bayram namazı qılınıb
Körpə pudrası ilə dəri baxımı
Ceyhun Bayramov xaricdə təhsil almaq istəyən tələbələrə səsləndi
Yaddaş zəifliyi yaşla əlaqədar deyil
Şərq komandalarının Avropa "dominantlığı"
Tarkan prezidentin valyuta çağırışına cavab verib
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Mövsüm dəbi
Koronavirus mutasiyaya uğradı
Ermənilər Azərbaycanı müdafiə edən niderlandlı deputatı təhdid edirlər
Temperatur 45 dərəcəyə çatacaq-Alimlərdən ŞOK XƏBƏRDARLIQ
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın dünya şöhrətli aktrisası Ornella Muti ilə görüşüb
Ət dükanları yoxlanıldı
İnfeksionist koronavirus əlamətlərindən danışdı
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 3712 yeni yoluxma
“Facebook” yenə çökdü
Stressi azaldan möcüzəvi çuğundur
Hande Ataizi yenidən ana olmaq istəyir-FOTO
Oğurluq edən uşaq anasını axtarar
"Viber"də yeni funksiya
Virusoloq “dinc koronavirus” barədə proqnoz verdi
Kişilər bu ölkələrdə evlənməyə qadın tapmırlar
Yalnız üzündəki döymələri sildirir, səbəbi... - FOTO
Yay yeməyi (foto resept)
Erməni siyasətçidən şok açıqlama: "Sarkisyan Qarabağı satıb, biz hələ də anlamırıq"
İspaniyada möhtəşəm duel: "Barselona" – "Atletiko"
Sabundan güllər
Hadiseden sevgi Etirafı
HAVA necə olacaq?
Tarkanın qızı ilə ilk paylaşımı-FOTO
2020-ci ildə canlı orqanizmlər uzaq kosmosa göndəriləcək
Cehizlik yataq üzləri
Peskovdan Rusiyanın vurulmuş helikopteri ilə bağlı AÇIQLAMA
Günün ulduz falı
Artıq çəki ilə mübarizədə nəzərə almadığımız faktorlar
İdmançılarımız Almaniya Qran-Prisində
Natalia Oreiro Rusiyada -VİDEO
Müdafiə Nazirliyindən cəbhədəki son vəziyyətlə bağlı AÇIQLAMA
Kredit kartları cibimizə zərər, yoxsa fayda verir?
- ŞƏRHLƏR