Evə gəlişi həmişəki kimi olmadı. Nəsə fərqi var idi. Fərqin nə olduğunu ilk öncə bilmədi, amma sonradan bütün dəhşəti ilə başa düşəcəkdi. Anası qarşıladı onu. Həmişəki kimi gülümsədi, amma həmişəki gülüşdən fərqli idi bir az bu gülüş, ən dadlı yeməyinə məhəbbətlə baxan insan kimi gülümsədi. Otaq çox solğun idi. Demək olar ki, nə döşənəcək var idi, nə pərdələr. Anası həmişə ikiqat pərdələrlə evə günün düşməsini əngəlləyərdi. Atası da buna görə deyinərdi “Gözümüz gün görmür!” deyə. Hərdən pərdələrin yuyulma vaxtı bir-iki gün ev pərdəsiz qalanda atası əsl qalib kimi dolanardı evdə. Amma bu dəfəki pərdəsizlik müvəqqətiyə oxşamırdı, sanki artıq ev də öyrəşmişdi pərdəsiz halına. Yerdəki döşənəcəkdən də əsər-əlamət yox idi.
Qardaşını gördü. Yerdə çöküb yemək yeyirdi. Üzündə qəribə bir gülümsəmə var idi. Diqqətlə qardaşına baxdı. Hündürboylu, qara qaş-gözlü, yekə ağız-burunlu qardaşının üz cizgiləri güclə sezilirdi. Bir dəfə də olsun başını qaldırmırdı. Sanki dünyada onun üçün maraqlı heç nə yox idi. Sadəcə ona "Bu yeməyi ye!" əmri verilmişdi, o da bu əmri yerinə yetirirdi və bunun bir əmr olduğunu da bilmirdi. Anası isə arada bir silkələnirdi. Süfrə düzəltdi. Süfrəyə çörək və su qoydu. Çörəyin rəngi həddindən artıq qəribə idi. Çörəyi əlinə götürdü:
- Bu unu təzə almısız?
- Hə, qəbirsanlıqda bitən buğdalardan çəkmişəm...
Yenə eyni eybəcər gülümsəmə ilə verilən cavab. Dimmədi. Sakitcə çörəyi süfrəyə qoydu. Suya baxdı.
- Bəs bu su?
- Su deyil o, bulyondur. Sümürdüyüm adamların dərisini onda qaynatmışam. Acanda, adam gec gələndə onu içirəm.
Ürəyi ağzına gəldi.
- Çoxdandı beləsən?
- Bir müddət olar...
- Nə oldu bəs birdən-birə?
- Uşaq gözləyirdim. Ziyan etdim... sonra belə oldu...
- İndi əlacı yoxdur bəs?
- Var, bir də hamilə qalsam və o uşaq da düşsə düzələrəm.
Əlini ixtiyarsız olaraq qarnına apardı:
- Mənim uşağım düşsə sənə xeyiri olar?
Anası güldü, qardaşının da büzüşmüş dərisi eybəcər şəkildə sirkələndi. Ona baxdıqca vahimə qarışıq kədər hissi keçirirdi. Qardaşı hər an əriyirdi...
- Yox, səninki qalsın.
- Yox, əgər doğrudan da kömək edəcəksə, mən də ziyan edim uşağı...
Anası cavab verməyib, yerə qardaşının qarşısına oturdu.
Süfrədən kənarlaşıb ətrafa baxdı. Həmişəki yerində peç dururdu. Onun qırağında isə qırış-qırşır bir uzun dəri, daha doğrusu qabıq var idi. Dərinin baş tərəfinə baxıb diqqətlə kim olduğunu aydınlaşdırmağa çalışdı. Anasının səsi mane oldu:
- Yemək tökum sənə?
- Nə yemək?
- Xoruz kəsmişəm, dadlı bozbaş bişirmişəm.
Rahat nəfəs aldı.
- Özüm tökərəm.
- Yaxşı, tök gəl otur ye, sonra işim olacaq səninlə.
Yenə eyni gülümsəmə. Mətbəxə çıxdı. Gedib qazanın ağzını açdı. Qazan həmişəki qazan idi. Bir az rahatlasa da, yenə şübhəylə çömçəni qazanda gəzdirdi. Xoruzun boynunu gördü, tükü yolunmamışdı. Digər ətlərə də baxdı, hamısı eyni formada idi. Sonra diqqətlə qazana zillədi gözünü-xoruzun ayaqları idi...
Onlar heç vaxt ayaq və başı qazana atmırdılar. Bir də ət qaynamamışdı, çiy atılmışdı qazana. Yeməyi boşqaba tökdü. Sakitcə stolun üstünə qoyub pilləkənlərdən endi. Qapının səsi eşidilməsin deyə ehtiyyatla açdı. Hava dəyəndə üzünə qaçmağa cəsarət etdi.
Nənəsigilin evi ilə öz evləri arasında məsafə çox deyildi, amma indi km-lər qədər uzun gəldi. Arxadan anasının qəhqəhəsi eşidilirdi. Qaçdığını bilmişdi.
- Harda olacağını bilirəm, onsuz da əvvəl-axır səni də sümürəcəm, növbən var...
Arxaya dönüb baxmağa cəsarəti çatmadı, ürəyinin şiddətli döyüntüsünü eşidə-eşidə nənəsigilin evinə girdi.
Ev ağzınacan adamla dolu idi. Lap əvvəlki kimi. Əmilərinin hamısı, əmi arvadları, bibiləri, uşaqlar. Ortada süfrə var idi. Uzunluğu otaq boyu tuturdu. Süfrəyə baxdı. Sarı buğda çörəyi di. Rahat nəfəs aldı. Həmişə nənəsinin oturduğu yerə baxdı, peçin böyürü boş idi. Nənəsini adyalı var idi təkcə.

- Nənəm hanı?
- Neçə gündür anan aparıb saxlayır. Deyəsən yaxşı qulluq edir, arvad heç bizi yada salmır..
Öz evlərindəki qoca dərini xatırladı. Qırışlı qabıq dərinin kimə aid olduğu məlum oldu...
Sözə necə başlayacağını bilməyib ətrafa göz gəzdirdi. Qaynaşan adamların içində gözü bacılarına sataşdı. Onların burda olduğunu gözləmirdi. Fağır-fağır ona baxırdılar. Üzlərində sönük ifadə var idi. Dəriləri solğunlaşmışdı, amma qardaşı kimi son həddə deyildi. Qardaşı! Yox, artıq onun işi bitmişdi, onu xilas etmək mümkün deyildi nənəsi kimi, amma bacılarında hələ ümid işığı var idi. Otağa üzünü tutub, var gücü ilə qışqırdı:
- Bizə kömək edin! Anam adamları sümürür!
Əmisi dayanıb diqqət etdi:
- Necə yəni adam sümürür?
- Adamları sümürür, adamların bir tək dərisi qalır, nənəmi də elə sümürüb. Atam hanı?!
- Bazarda. Bu gün onun növbəsidir...
Bunu deyən bacısı idi. Susmağı ilə çolə qaçmağı bir oldu, anasını görmüşdü. Büzüşdü. Anası onu görməməli idi. Bacısı artıq onunla söhbət edirdi. Anası onları evə aparmaq istəyirdi. O biri bacısı da sakitcə onlara qoşuldu. Hiss etdi ki, anası onları dəriləri ilə idarə edir. Son dəfə bacılarına baxdı...otaqdakılardan bəlkə də heç biri onların getdiyinin fərqinə varmadı. İndi bir tək atası var idi bu dünyada...
Maşın səsinə çölə qaçdı. Bir azdan atasının dizininin dibində yalvarırdı:
- Gedək burdan, ata! Qurban olum, ayaqlarının altında ölüm! Bir tək sən qaldın, gedək burdan!
- Gedə bilmərəm, bu qədər adamı qoyub qaçaq?
- Bizim onlara bir köməyimiz çata bilməz artıq.
- Sən get. Amma nə avtobusa min, nə maşına, başqa maşınlardan istifadə elə! Heç yaşamadığın yerdə yaşa. Heç geymədiyin paltarları geyin. İndiyəcən səni harda və necə görübsə onu təkrar etmə, yoxsa onunla səni sümürəcək. Mənsə bunu edə bilmərəm.
- Bəs o necə olacaq? Dünyadakı bütün adamları sümürəcək?
- Yalnız gördüyü, üzü yadında qalan adamları sümürə bilər. Onun da əlacını edərik, çalışacam mayalanma elətdirim. Uşağa qalsın, onu saldıraq, bəlkə onda sağala, sənsə bu vaxta qədər burda qalıb riskə düşmə, get!
Həyət qapısından çölə çıxanda hiss elədi, öz həyətlərindən də, nənəsigilin həyətindən də meyid qoxusu gəlirmiş sən demə...
Əvvəl yavaş-yavaş yeridi, sonra var gücü ilə qaçmağa başladı. Bir an öncə gəmi, ya qatar tapmalı idi. Nə qədər ki, anası onlarda görməmişdi, onu da sümürməmişdi canını qurtarmalı idi....
SON.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kəsmikli-kişmişli piroq (foto resept)
Mükəmməl ziyafət donları
Ən maraqlı 6 psixoloji effekt
Ronaldonun 2 milyon avroluq saatı diqqət çəkdi - FOTO
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
Spinnerlər təhlükəlidir - ABŞ-dan XƏBƏRDARLIQ!
Təbii maskalar
Toyuq qutabı (foto-resept)
Məşhur ulduz Antalyada konsert verəcək
Cənub istiqamətində bölmələrimizin minaatan taqımının məhv edilməsi xəbəri cəfəngiyyatdır - RƏSMİ
Məşhur cütlük evləndi-FOTO
19 yaşlı gənc elə rekord vurdu ki..
İspaniyanın ən gözəl şəhərləri
XƏBƏRDARLIQ: psixi sağlamlığa ən mənfi təsir göstərən şəbəkə bilindi
Bollivud aktyorları
İşgüzar xanımların seçimi
Kremldən Əliyev-Sarkisyan görüşü ilə bağlı açıqlama
İki məşhur instagramda dalaşdı-SƏBƏB
Fırtına quşları gəmini “ələ keçirdi” - VİDEO
Münasibətlərdə dürüstlüyün əhəmiyyəti
Ərəblər bunu da etdilər
Dağlıq Qarabağda atəşkəsə birgə nəzarət edəcək rusiyalı və türkiyəli personalın sayı bərabər olacaq - RƏSMİ
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Rahat yatmaq üçün üsullar
Xərçəng və qanqrenin yaranma səbəbləri sübut edildi
Dünyada koronavirusa yoluxanların sayı 26 milyonu keçdi - STATİSTİKA
Rusiya mətbuatı: Azərbaycan seçkilərə tam hazırdır
"Əmək haqqı barədə banka arayış təqdim edən insanların kredit almasında heç bir problem yoxdur"
Azərbaycanda daha 35 nəfər koronavirusdan öldü: 3712 yeni yoluxma
Uşaqlarda qızdırma, ishal, qusma hallarının yayılma səbəbi açıqlandı
Azərbaycan müdafiə naziri Türkiyəyə gedib
Günün ulduz falı
Sürücələrə: "Yolu unudun"
Azərbaycan pilotları "Anadolu Qartalı - 2016" beynəlxalq təlimində iştirak edirlər
AMEA işçilərinin attestasiyadan keçiriləcəyi tarix açıqlandı
İşğaldan azad edilən Cəbrayılın Əmirvarlı kəndindən reportaj - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət etdi
Koronavirus xəstəxanada ən çox bu otaqdan yayılır
Zövqə uyğun ayaqqabılar
Dişləri təbii üsullarla necə təmizləməli?
Bakıda 10 və 11-ci sinif şagirdlərinə hüquq dərsləri keçirilir
Arıqladan yay meyvələri
Bayram süfrəsi arxasında sərxoş olmamaq üçün 5 MƏSLƏHƏT
İlk görüşə nə geyinməli?
Toyuq salatı (foto-resept)
Vüqar Həşimovun xatirəsinə ənənəvi turnir təsis olunacaq
Əl əməyim, göz nurum (2-ci hissə)
Azərbaycan həkimlərindən insanlıq dərsi...
“Diqqət!Ebola qızdırması”
Məcburi köçkünlərin torpaqlarına qayıtması könüllülük əsasında aparılacaq - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]