Bir şəhidin ləpirləriylə...
(IV yazı)
Bumerang effekti
"Yaxşı əməl sahibləri (yaxşı adamlar) mütləq Cənnətdə yerləşəcəklər!" (İnfitar, 13)
Dünyada elə bir insan olmaz ki, ömründə bir dəfə də yaxşılıq etməsin, bu, imkansızdır; hər kəs, hardasa, necəsə müəyyən yaxşılıqlar edir. Çünki insan övladı qidalanmağa, tənəffüsə, düşünməyə, əylənməyə, gülməyə, ağlamağa və s. möhtac olduğu kimi, yaxşılıq etməyə də bir növ ehtiyaclıdır - yaxşılıq bəni adəmin ruhi tələbatıdır! Hətta ən qəddar, ən əzazil adamların belə vicdanlarını rahatladacaq yaxşılıqları olur, mütləq olur; bəzən onlar bir tərəfdə ən vəhşi bir addım atdıqları halda, başqa bir yerdə xeyriyyə tədbirləri təşkil edirlər - yəqin ki, siz də görmüsünüz belələrini. Yaxşılıq onları xilas edir, sakitləşdirir, yaşadır. Tədqiq etsək, bütün despotların, fironlar və tiranların həyatında belə, vicdanlarını rahatladacaq xeyriyyə işləri, yaxşılıqları olub və o yaxşılıqları onların qəddarlığını ən azı özləri üçün öst-basdır edib. Hə, çox təəssüf ki, yaxşılığın belə bir təsir yükü də danılmazdır!
Hər kəsin var əməl "menyusunda" hər hansı bir yaxşılığı, hamının var yxşı işləri, amma hamı "yaxşı adam" sayılmaz - nə insanlar arasında, nə Haqqın dərgahında! Niyə? Bəlli ki, yaxşılığın da bir şərti-şürutu, yolu-yöntəmi var; hər yaxşılıq yaxşı adam yapmaz insanı.
"Kəlilə və Dimnə" adlı məhşur alleqorik əsərdə keçir ki, yaxşılıq və pislik buzov kimidir; buzov yüzlərlə inəyin arasından sivişib öz anasını tapan kimi, törətdiyin pislik və yaxşılıq da haçansa bir gün mütləq tapar səni. Hətta belə bir fəlsəfə də var dünyada - "bumeranq" fəlsəfəsi!
"Bumeranq" əslində qədimdə silah kimi istifadə olunan bir idman alətidir, tarixdə oxuyuruq ki, xüsusilə Avstraliya yerliləri, ayrıca köhnə Misirlilər və Avropalılar, Hindistanın bəzi yerlərindəki qəbilələr tərəfindən "bumeranq" silah olaraq istifadə edilirdi. İndi isə Avstraliya və ABŞ kimi ölkələrdə o, idman vasitəsi olaraq istifadə edilir. Təsəvvürürnüz yaransın deyə qeyd edim ki, akasiya və evkalipt kimi sərt ağaclardan hazırlanır və boyu 40-90 sm qədərdir. Əyriliyi, qolları arasındakı bucaq 90° dən böyük olacaq şəkildədir. Bəziləri düz olaraq atıldığı istiqamətdə irəliləyir, bəziləri isə havada bir dairəvi orbit çəkərək təkrar geri gəlirlər. Hər iki tipdə də bumeranq çevirilərək fırladılır və öz oxu ətrafında bir dairə çəkərək geri dönür. Məsələ də elə onun geri dönməsi məsələsidir. Məhz bu xüsusiyyətinə görə, bumeranqın adına yeni bir fəlsəfə icad olunur - bumeranq fəlsəəfəsi. Bu fəlsəfəyə əsasən, pislik və yaxşılıq da bumeranq aləti kimi, mütləq geri dönür, dönməlidir!
Amma bəzən etdiyimiz yaxşılıqlar belə olmur axı, qayıtmır, bizi tapmır, hardasa, uzaqlarda, bir kola-kosa ilişir, qurda-quşa yem olur nədi, geri dönmür, qeyb olur, itib batır. Yəqin ki, razılaşarsınız mənimlə, axı bu reallıqdır! Bəzən nə billah etsək də əlimizin duzu yoxmuş kimi, yaxşılığımızın təsir yükü olmur, əksinə, o bizim əksimizə işləyir, hətta iş o yerəcən gedib çıxır ki, düşünürük: "heç bir yaxşlıq cəzasız qalmır!" Bəs axı niyə belədir, nə üçün belə olmalıdır? Bəlkə biz yaxşlıq edərkən nələrisə, xüsusi qeydləri nəzərə almırıq deyə belə olur, ola bilməzmi?...
Yaxşılığın iki əsas şərti:
1. Ən gözəlini etmək
Ehsan edirsənsə, ən gözəlindən ehsan etmək, ən gözəlini vermək, ən gözəlindən keçmək lazımdır!
Bazara girib bütün ehtiyaclarını alandan sonra əlində-ovcunda yığılıb qalan, cibinə ağırlıq edən qəpikləri dilənçinin ovcunun içinə atmaqla ehsan olmur; satdığın mer-meyvənin çürümüşlərini "sartirofka" edib ehtiyaclıya verməklə yaxşlıq olmur, ehsan ən gözəlindən, ən təzəsindən, ən təravətlisindən olanda ehsan olur! Ömrünün ən şux vaxtını Allah bəndəliyinə sərf edəndə bəndəlik olur, gənclikdə bütün hor-hoqqadan çıxıb, dişin töküləndə Haqqın dərgahına dönmək olar, əlbəttə olar, amma ideal olan bu deyil. Ən yaxşı verən - ən gözəlindən verəndir! Bəzən bizim yaxşılıqlarımız artıq-urtuqlarımızdan olur deyə effektsiz olur.
Yaradanın buyuruşuna bir baxın:
“Sevdiyinizdən verməyincə savaba çatmazsınız” (Ali İmran 92.)
İlahi, nə qədər müdhiş sözdür; vermək deyil də, sevdiyinizdən vermək şərtdir. Mən bayaqdan "ən gözəlindən" verməkdən danışıram, halbuki ayə daha da çətinləşdirir məsələni, "sevdiyinizdən" vermək lazımdır, deyir. Beləcə yoxlamaq olar ürəyin böuyüklüyünü, baxmaq olar: keçə bilirsənmi süfrəndəki ən sevdiyin nemətdən, bağışlaya bilirsənmi ən sevdiyin kitabı... Məsələ bu qədər bəsit və bu qədər çətindir əslində. Bu cür edilən ehsanı Allah necə qəbul etməz ki? Etməzmi?...
Maaşını yeni almısan, içindən bir şax və təzə manat çıxar və sevə-sevə ehtiyaclının ovuclarına qoy, meyvələrinin ən gözəlindən bir neçəsini seç və ətrini ciyərlərinə çəkə-çəkə ehtiyaclıya ver, bəzən cəsarətli davran, ən sevdiyin geyimini, ən sevdiyin kitabını hədiyyə et, çətin olacaq vaz keçmək, hə, amma məhz bu növ keçiş böyüdəcək səni. Et və əmin ol ki, bu etdiyin yaxşılıq bumeranq aləti kimi, mütləq geri dönəcək!
2. Ən gözəl formada etmək
Etdiyin yaxşlığı ən gözəl, ən tam, ən ideal formada etmək də yaxşılıq etməyin labüd şərtidir! Yaxşılıq - yola vermək, boynundan atmaq xətrinə olanda yaxşlıq olmur, tam olmalıdır, sonacan, dəqiqliklə! Bu mənada dəvamiyyət yaxşılığın ayrılmaz şərtidir; hansısa lirik, həzin musiqinin, hansısa sözün, hansısa hadisənin eyforiyasına (təsirinə) düşüb edilən qırıq-qırıq yaxşılıq yaxşı adam yapmaz insanı - yaxşılıq, yaxşı adamın həyat təzidir!
Etdiyini ən gözəl formada etmək!
Bəli, belə deyil ki, sən yaxşılıq edirsən, vəssəlam, xeyir, yaxşılığı ən gözəl biçimdə etmək lazımdır ki, yaxşılıq sayılsın! Bir də görürsən kimsə bir ehtiyaclıya maddi dəstək olarkən bağırır:
- Ə, bu nə cır-cındır üst-başdı, tut bunu, get özünü adam cildinə sal!
Bizə elə gəlir ki, kiməsə dəstək olmağımız onunla kobud davranmağımıza, təhqirimizə bəraət verir, xeyir! Vallah, xeyir! Din təlimlərində keçir ki, bəzilərini cəhənnəmə sürükləyən elə etdikləri yaxşılıqlar olacaq - yaxşılığı təhqiramiz formada, kobudcasına etdikləri üçün. Düşündürücü deyilmi?!
Tarixdə var ki, İmam Hüseyn (ə) xidmətçisinə tapşırardı ki, qapısına gələn ehtiyaclı istəyini yazılı formada bildirsin, şifahi deyil. Niyəsini soruşduqda, istəmirəm ehtiyacını dilə gətirərkən göz-gözə gəlsin mənimlə, istəmirəm utansın, deyərdi. Bu qədər zərafətlər, incəliklər var yaxşlıq məsələsində. Bu incəliklərin öhdəsindən gələ bilməyəcəksənsə, ən yaxşısı keç bu sevdadan, əzmə, sındırma heç kimi.
Düşək böyük şəhidin, bu, sözün əsl mənasında yaxşı adamın Kərbəladakı ləpirlərinə, Hüseyn (ə) aşurada nəyini qoyur ortaya?! Kimini?! Həm zahirən və həm daxilən cəddi Peyğəmbərə (s) bənzəmiş oğlu Əliəkbərini.
Əkbər aşurada tam atasına həzz verəcək yaşdadır. Hamıdan əvvəl onu göndərmək istəyir meydana Hüseyn (ə). Ən gözəlini vermək istəyir Rəbbinə. Ən sevdiyindən başlamaq istəyir. Necə edir bunu bilirsiz?!
Çağırır oğlunu. Əkbər, oğlum, gəl keç qarşımda bir az yürü, qoy bir qəddinə-qamətinə baxım, deyir. Baxır... baxır... bağrına basır, saçını oxşayır, içi qan ağlayır, amma gözdən yaş axıtmaq olmaz, bu, uşağı ruhiyyədən sala bilər. Əkbər atasını ağlayan görsə çökər. Ona görə ağlamır, get, oğlum, deyir, Allah köməyin olsun!
Döyüşür Əkbər, şücaət göstərir. Sanki atasının son baxışlarını unuda bilmədən döyüşür və hətta atasının baxışlarında döyüşür... Birazdan düşmənin qələbə sevinci ilə Əkbərin ata fəryadı birlikdə eşidilir. Hüseyn (ə) şığıyır meydana doğru. Ruhu onsuz da ordadı. Cismini daşıyır sadəcə. Çatır, budur, Əkbər. Budur, oğlu al qan içində, isti qumlar üstünə sərələnib. Başını alır dizi üstə, başını qoyur Əkbərin sinəsinə və eləcə səssiz-səmirsiz qalır.
Rəvayətçilər görün nə yazır?! Yazırlar Hüseyn (ə) bu halda (başı oğlunun sinəsi üstündə qoyulmuş halda) o qədər qalır ki, düşmən – Hüseyn (ə) canını tapşırdı sanır... Və nəhayət Hüseyni (ə) Əkbərindən - ayaqyalın qaça-qaça döyüş meydanına gələn bacısı Zeynəb (ə) ayırır...
Hüseyn (ə) ən gözəlindən keçir Allahı üçün. Ən gözəl formada, ən ideal biçimdə keçir; Hüseyn (ə) ən sevdiyini verir zülmün kökünü kəsmək üçün. Məhz bu səbəbdən böyük şəhidin adı-yadı əbədiyyətə qovuşur.
Bəs sən, sən nəyindən keçirsən?...
İlqar Kamil
XƏBƏR LENTİ
Yerfındıqlı peçenye (foto resept)
Sağlam ol-2
Parafinoterapiya
Yuxusuzluqdan xilas edən zəngli saat
Rəssamın şagirdinə verdiyi dərs
2020-ci ilin Yaz Aksesuar Trendləri
Mobil telefondan istifadəyə icazə verildi
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
Çinlilər hacı olurlar
Ürək peçenyesi (foto resept)
Dadlı borş
Media və psixopatologiya
12 sehirli abidə
Cehiz alarkən bunlara diqqət edin
Mətbəximizin möcüzəsi
Xarekterinizə görə necə qadınsınız?
“Terminator”da Silvester Stallone oynasaydı... - VİDEO
Azərbaycanda bu il qış sərt keçəcək - XƏBƏRDARLIQ
Körpələrə verilən süni qidalar hansı fəsadlara yol aça bilər?
Sabahın HAVAsı
ABŞ məyus oldu, Blatter yenidən FİFA prezidenti seçildi
Saxta dostu necə tanımalı?
Düz qarına sahib olmağın yolları
Məşhur model həbs olundu-12 il-SƏBƏB-FOTO
Toy və ziyafət üçün saç düzümləri
Adelin son halı izləyicilərini QORXUTDU-FOTO
Milli Kino Günü qeyd olunacaq
ABŞ-da 10 yaşlı azərbaycanlı təhsildə xüsusi müvəffəqiyyətlərinə görə Prezident mükafatı alıb - FOTO
Alimlər açıqladılar:"Bu kartofdan xörəklərdə istifadə etmək olmaz!"
C.K.Roulinq nevroloji xəstəxanaya 18,8 milyon dollar bağışladı
Avropa ölkəsindən azərbaycanlılara xoş xəbər
İlham Əliyev: "22 ildir ki, heç nə edə bilmirlər"
Qəhvədən gözəl illüstrasiyalar - FOTO
Zakir Həsənov müharibə anonsu verdi
Qəribə psixi pozuntular
Müəllimlərin peşə standartları hazırlanacaq
İspaniya uçan taksilərin xidmətindən istifadənin vaxtını elan etdi
Sabahın HAVAsı
Azərbaycanda xüsusi karantin rejimi yenidən sərtləşdirildi - RƏSMİ
Mehriban Əliyeva: Tolerantlıq, əmin-amanlıq Azərbaycanın ən böyük sərvətlərindən biridir
Qan donduran xəbər - 1700 cəsəd...
Kruasan-Fransa mətbəxindən (foto resept)
Şagirdlər üçün bütün dərsliklər tədris ili başlananadək məktəblərə çatdırılacaq
Ərəbsayağı gəlinlik saç düzümləri
ÜST koronavirusu müalicə edən yeganə ümidli dərmanın adını açıqladı
Uorlik Qarabağdan yazdı
Riyazi məntiq - " Yeni il"
Üst geyim dəbi
Maraqsız verilişlər adamı kökəldir
Mini alman piroqu
- ŞƏRHLƏR