"Vətən borclu deyil, biz borcluyuq Vətənə!" silsiləsindən
"Gecikmiş Qisas"
Sergey darvazadan çıxıb bir neçə dəqiqə dayandı. Hava soyuq olsa da əsən külək ona xoş gəldi. Burnunda hələ də bayaqdan oturduğu anbarın rütubətli və kif qoxan havası qalmışdı. İndi isə külək əsdikcə dərindən bir neçə dəfə nəfəs aldı. Gödəkçəsinin boynunu qaldırıb boğazını bükmələdi. Kobudlaşmış əllərini cibinə salıb tələsmədən səki ilə addımlamağa başladı. Yenə sərt baxışları ilə bu gözəl, yaraşıqlı, qaynar, maraqlı və eyni zamanda düşmən olan şəhərə baxırdı... Hakop həmişə ona və qardaşına ermənilərin keçmişindən danışırdı. Deyirdi ki, onların “böyük Ermənistan” yaratmaq istəyini həmişə türklər boğublar. Ruslar, farslar onlara qahmar çıxsa da, yenə türklər birləşiblər, torpaqları üçün qan davasına çıxıblar. Hakop bir də 1918-ci ildə ermənilərin bütün Azərbaycanda törətdiklərindən danışırdı. Bu söhbətlərdə Sergeyi həmişə təəccübləndirən və etiraf etmək istəməsə belə maraqlandıran Azərbaycan qadınlarının əllərinə silah alıb, igidlərlə birgə döyüşməsi idi. Hələ tarix müəllimi Nerses də bir dəfə danışmışdı ki, keçmişdə türk qadınları müharibələrdə başlarına dəbilqə taxar, hörüklərini kəsib kəndir toxuyar, qorxmadan vuruşardılar. Aslanın erkəyi, dişisi olmaz deyimi də məhz türklərdə yaranmış, qadınları haqqında deyilmişdir, deyirdi...
Öz-özünə qaşları çatıldı, sən bir bu türklərdə cəsarətə bax. Gör ha! Bir anlığa həmin qadınları öz erməni qadınları ilə müqayisə etməyə çalışdı. Yox, yenə öz qadınlarını döyüşən vəziyyətdə təsəvvürünə gətirə bilmədi. Deyirlər Azəri, türk qadınları iradəli olurlar. Buna artıq özü də inanmışdı. Yenə uşaqlıq illərində ilişib qalmış xatirələr yadına düşdü... Hakop Xocalı əsirlərinin içərisində bir qız tapmışdı. Çox gözəl qız idi. İri, qəşəng gözləri, dalğalı saçları vardı. Hakopun onda yaman xoşuna gəlmişdi bu qız. Evinə gətirsə də istəyinə nail ola bilməmişdi. O istəyirdi ki, əsirləri ona özləri tabe olsun. Həmişə kimisə incidib, alçaltmaqdan zövq almışdı Hakop. Onsuz da onun əsiri idi. Qoy əzab çəksin, yalvarsın, ruhən məğlub olsun. Bundan böyük həzz alırdı. Qızın əsir düşdüyündən 8 il keçmişdi. Olmazın əzablara məruz qalıb, əldən-ələ keçib, rənginin solmasına baxmayaraq, yenə də çox gözəl idi. Elə Hakopun da murdar nəfsini özünə bu çəkmişdi. Onda Sergeyin 10, Akopun isə 16 yaşı vardı. Akop da əzazillikdə atasına oxşamışdı. Həmişə mərdimazar işlər edir, hələ bununla fəxr də edirdi. Sergey isə istəsə də onun kimi ola bilmirdi. Başa düşürdü ki, atasının Akopu daha üstün tutmasının səbəbi yalnız budur... Akopun qızı necə döydüyü indi də yadındadır. Anası Hakopdan qorxduğu üçün qıza uşaqların vasitəsilə zərər vermək istəyirdi. Akop çərçivə taxtası ilə onun qolunu, qıçını, bədənini gömgöy etmişdi. Hakop evə gələndə isə arvadının bu işdə əli olduğunu bilsə də, boynuna qoya bilməmişdi. Sonra, qəribədir ki, həqiqəti məhz Sergeydən öyrənmək istəmişdi. Amma Sergey atasına xoş gəlmək naminə nə Akopu, nə də anasını satmamışdı. Ağzının qanını silib, “anamın xəbəri yoxdur”, demişdi. Hakopun bir silləsindən qorxan Akop isə açıb hər şeyi danışmışdı. Yadındadır ki, bunu biləndə Hakop ona yaxınlaşıb yaxasından tutaraq yenə həmişəki nifrət, kin, təəssüf, peşmanlıq qarışıq baxışıyla baxmışdı ona. Amma Sergey də həmişəki kimi gözlərini qaçırmamışdı. Yenə o qız gəldi gözünün önünə. Adı Nigar idi, Sergeyin gözəl yaddaşı vardı. Hətta Hakop qızı 2 gün ac-susuz saxlamışdı ki, özü təslim olsun. Amma bu qız. Elə bil daşdan idi. Nigar yalnız hərdən qurumuş dodaqlarını dili ilə isladırdı, vəssalam. Sergey onu yoxlamaq üçün zirzəminin qapısından baxanda bir mənzərə ona çox təsir etmişdi. Qız oturmağa belə taqəti qalmadığı halda, Allaha səcdə edir və Onunla danışırdı. O vaxtlar Sergeyə təzə öyrədirdilər Azərbaycan dilini, səbəbini sonralar bildi... Hə, onda o qız Allahla danışırdı. Hətta Sergey qapını açıb içəri girəndə belə gözlərini zirzəminin çox kiçik pəncərəsinə dikib, dodaqları altda nəsə pıçıldayırdı. Sergey nə qədər diqqət kəsilsə də başa düşmürdü onun sözlərini. Qızın zərif və rəngi qaçsa da gözəl dodaqlarında incə bir təbəssüm vardı... Sonra Akop bir stəkan su gətirib qızın yanına qoymuşdu:
− Al zəhərlən! Axşam atam özü gəlib danışacaq səninlə...
Qız qəfildən onlara tərəf dönüb ucadan qəhqəhə çəkmişdi. Akopun 16 yaşı olsa da, qorxub Sergeyə tərəf çəkilmişdi. “Deyəsən dəli olub” deyib, qaçıb çıxmışdı zirzəmidən. Qız isə yenə gülürdü. Bu gülüş Sergeyi cəsarətsizləşdirmiş, süstləşdirmişdi. Elə bil qız indi böyüyüb dağ boyda olmuş və bu gülüşlə onları əzməyə başlayırdı. Onlar isə qızın qarşısında kiçilib qarışqaya dönmüşdü. Çox sarsılmışdı Sergey, hətta yarıqaranlıq bu zirzəmi də ona vahiməli gəlmişdi. Tez də çölə çıxıb qapını bağlamışdı. Axşam isə atası Hakop bu cəsur Azəri qızının ölüsünü tapmışdı. Stəkanın şüşəsilə damarını kəsmiş, özünə qəsd etmişdi. Sergey istəməsə belə ona ürəkdən acımışdı. Həm də heyran olmuşdu bu cəsarətə...
Bu gün isə küçə ilə irəlilədikcə qaynaşan insan selinə baxır, hirsindən dodağını gəmirirdi. Çünki, Akop kimi, atası kimi, Abovyan, Yeramyan, Zoya, Movses kimi nifrət elə bilmirdi bunlara. Heç özü də anlamırdı ki, nəyə görə bu xalqın içində özünü bu qədər sərbəst hiss edir. Bir az da gedib, qarşıdakı üç kişiyə yaxınlaşdı:
− Salam.
− Əleykum salam. – onu maraqla süzən kişilər salamını aldılar.
− Bəlkə bilərsiniz, Xocalı abidəsinin yanına hansı avtobusla gedə bilərəm?
Başlarını buladılar. Dolu bir kişi günahkarcasına çiynini çəkdi:
− Vallah dəqiq bilmirəm, amma məncə 30 nömrə o tərəflərə getməlidir. İçərilərində o birilərinə nisbətən cavan olan çatmaqaş kişi dayanacağı göstərdi:
− Qardaş, sürücülərdən soruş, yenə onlar bilməmiş olmazlar. Başı ilə sağollaşıb dayanacağa tərəf addımladı. Bayaqkı zəif külək indi bir az sərtləşmişdi. Birdən-birə ani üşütmə keçdi bədənindən. Nəhayət ki, avtobusa qalxdı. Əyləşməyə yer tapmayıb ayaq üstdə dayandı. Nədənsə özünü birtəhər hiss etdi. Avtobusun arxa tərəfində oğlanlı-qızlı bir neçə gənc yırğalana-yırğalana gedən avtobusa əhəmiyyət vermədən, sərbəst dayanıb hansısa mövzunu müzakirə edirdilər. Şən halda bir-birinə suallar yağdırır, dolaşdırır və şirin-şirin gülürdülər. “Deyəsən tələbələrdir”, düşündü. Yenə sıxıldı. Axı niyə bu düşmənlərin simaları, ləhcələri ona belə yaxın kimi görünür? Elə gözəl danışırlar. O da, bir çox ermənilər də Azərbaycan dilini bilirdi. Amma yaxşı bildiyi, sərbəst istifadə etdiyi bu dili heç kəsdən belə şirinliklə eşitməmişdi. Bu ləhcədə elə yalnız özləri danışa bilərlər. Hər şey, hər səs tanış idi elə bil. Bəlkə hərdən əsirlərdən eşitdiyi üçün?! Yox, yenə beynində hər şey qarışdı. Haradansa lap, lap dərindən səslər gəldi qulağına, qəfil də dayandı...
Saçın ucun hörməzlər,
Neynim aman, aman sarı gəlin.
Sürücüyə tərəf baxdı. Sürücü maqnitofonun səsini qaldırmışdı:
Gülü qönçə dərməzlər,
Neynim aman, aman sarı gəlin...
Ermənistanı xatırladı yenə... Atası Hakop onu da, qardaşını da əsir düşərgəsinə aparardı tez-tez. Atası düşərgədə ağır işdə işləyib, ayağını güclə çəkən əsir qadınları bu mahnını oynamağa məcbur edirdi. Oynamayanları isə hamının qarşısında soyundurub döyə-döyə, paltarsız oynamağa məcbur edirdi. Bir dəfə taxta sexində işləyən bir gəlin bunu oynamaq istəməyib, Hakopun üzünə tüpürmüşdü. Bərk qəzəblənən Hakop onu soyundurub əlinə keçən taxta parçasıyla o ki var döymüşdü. Amma yenə də bu qadınların dözümü Sergeyi çox heyrətləndirmişdi, yəni bu qadın heç ağrı duyurmu? Gözlərini qan örtmüş Hakop isə mənəviyyata sığmayan hərəkətə qol atmışdı. Qadının başını o qədər təpikləmişdi ki, beyni yerə dağılmışdı. Bu səhnəni xatırlayanda o zaman keçirdiyi dəhşətli təəssüratı yenə keçirdi və qaş-qabağını tökdü. O bir dəfə atasına demişdi ki, düşmənlərimizi niyə belə əzabla öldürməliyik?! Olmazmı hamısının alnına bir güllə çaxaq, vəssalam? Hakop isə yenə coşmuşdu:
− Qorxaqsan, qorxaq! Erməni belə söz deməz!
Sergey hər dəfə dəyişməyə çalışırdı, amma xarakteri kökündən dəyişmək çox çətin idi, çox...
Bu sevda nə sevdadır,
Səni mənə verməzlər, sarı gəlin...
Yanında dayandığı oturacaqda əyləşmiş qadın əlini yellədi:
− Gül kimi mahnımızı da oğurlayıb bu kafir ermənilər! Qardaşımın oğlu Amerikada oxuyur. Deyir, orada bizim mahnıları erməni xalq mahnısı adıyla verirlər. Hətta müasir mahnılarımızın da adını dəyişib oğurlayırlar.
Yanındakı qadın kinayə ilə:
− Başqa nə gözləyirdiniz? Onların özlərinə məxsus nələri var ki? Adları oğurluq, mətbəxləri oğurluq, mədəniyyətləri oğurluq, torpaqları oğurluq... Hansı birini sayım?! Allah lənət etsin görüm onlara!!!
Sergey arxadakı yerlərdən birinin boşaldığını görüb əyləşdi. Başının ağrısı yenə bir az çoxalmağa başlamışdı. Alnını ovuşdurdu. Mənzil başına çatmağa az qalmış, içəri yaşlı bir qadın girdi. Özünü idarə edə bilməyəcək qədər taqətsiz olmasa da, hər halda hərəkət edən avtobusda ayaq üstə dayanmaq digərlərinə nisbətən ona çətin idi. Sergeylə bir cərgədə sol tərəfdə əyləşən gənc oğlan cəld ayağa qalxıb, yerini yaşlı qadına verdi və əyləşməsinə kömək etdi. Yaşlı qadın gəncin qolunu yüngülcə sıxdı:
− Çox sağ ol, oğlum.
− Buyurun. – oğlan səmimiyyətlə gülümsündü.
Sergey özündən asılı olmadan bu eynəkli, arıq oğlana rəğbətlə baxdı. Gördüyü səhnə nə isə ürəyinin dərinliyidə xoş bir şey, xoş nə isə yaratmışdı. Çünki, belə səhnələrlə nadir hallarda rastlaşmışdı. Nə Ermənistanda, nə də Rusiyada olarkən belə şeylər görmürdü. Hörmət! Qadına hörmət! Bəli, hörmət idi bu. Gör tanımadığı qadına necə qayğı ilə yanaşdı həmin oğlan. Qadın da necə mehriban idi. Necə xoş, nurlu idi siması. Sergey anasına həmişə hörmət etmişdi, edirdi də. Amma anası nədənsə soyuq qadın idi. Özü də Sergeyi təəccübləndirən o idi ki, anası sözünə baxmayan, özbaşına Akopu daha çox sevirdi. Doğrusu, bu Sergeyi qısqandırırdı çox vaxt. Paxıllıq deyildi bu. Bir övladın ədalətli “sevgi bölgüsü” istəyi idi...
Atası ilə anası mübahisə edəndə də, Akop sözə baxmayanda da Sergey anasını həmişə müdafiə edirdi. Anasının rəğbətinə səbəb olmasa da...
Avtobusdan enib əllərini ciblərinə saldı. Yavaş-yavaş irəliləməyə başladı. Abidənin ətrafında çox da diqqət çəkməməli idi. Hakop qəti xəbərdarlıq etmişdi ki, buradakılar çox ayıqdırlar. Odur ki, ötəri, amma çox diqqətlə ətrafı süzüb, ötüb keçməli oldu. Qayıdacağı ünvan bəlli idi artıq. Ona görə də məqsədsiz olaraq şəhəri gəzməyə başladı. Qış ayları, üstəlik havanın sərt olmasına baxmayaraq bu gözəl şəhərdə həyat yenə qaynayırdı. Metronun girişinə çatıb içəri daxil oldu. Kart almaq üçün kassaya yaxınlaşanda arxadan iki polisin ona tərəf gəldiyini gördü. Bunlar girişdəki nəzarətçilər idi...
Görünür qeyri-bələd, hər şeylə maraqlanan baxışları ilə diqqət çəkmişdi. Buna görə ürəyində özünü danlayıb, daxilindəki həyəcanı boğaraq geri döndü.
− Sənədlərinizi göstərin! – sərt üzlü polis əməkdaşı dilləndi. Sergey tələsmədən sağ cibindən sənədləri çıxardı. Buna baxmayaraq, yenə həyəcanlı idi. Birdən nəyisə səhv etsə, nəyisə korlasa...
Atası onu bağışlamaz, ümidləri boşa çıxar. Həm də düşmənlərinə zərbə vurmamış ifşa olunar. Bundan pisini təsəvvür eləmirdi. Yox, özünü toplamalıdır. Mümkün qədər özünü sərbəst tutaraq, arxayın baxışlarla polislərin sənəd yoxlanışına diqqət yetirməyə başladı.
− Hm, deməli Rusiya vətəndaşısan?
Sergey başını tərpətdi:
− Bəli!
− Bura gəlməkdə məqsədin?
Sergey özünü ələ almışdı artıq:
− Xalamın yanına gəlmişəm. İşlə bağlı.“Buranın polislərinin ayıqlığına, diqqətcilliyinə, inadına bir bax”, düşündü.
− Xalan harada yaşayır? Hansı işlə məşğul olursan? Burda neçənci dəfədir olursan? – onun üzünə sınayıcı nəzərlərlə
baxan polis sualları cəld və çaşdırmaq üçün ard - arda verdi.
Sergey təmkinlə sualları cavablandırdı. Onu bir daha diqqətli baxışlarla nəzərdən keçirib sənədlərini qaytardılar:
− Uğurlar!
− Təşəkkür...
Sergey vaqona daxil olub, ilk gördüyü boş yerdə əyləşdi. Bayaqkı narahatlıq ötüb-keçmişdi. Qatarın kobud "musiqisini" dinləyərək, ətrafına nəzər salmağa başladı. Düz yanında alçaqboy, təxminən 15-16 yaşlarında bir qız əyləşmişdi. Ətrafdakılara heç fikir belə vermədən nəzərlərini yalnız diqqətlə oxuduğu kitaba dikmişdi. Oxuduqlarını hətta astadan dodaqaltı pıçıldayırdı da. Sergey kitaba baxdı. “Çox güman ki, ali məktəbə hazırlaşır”, düşündü. Qızın əlindəki tarix kitabı idi. Növbəti dayanacaqda vaqona yenə sərnişinlər doluşdu. Yerlər hamısı dolmuşdu. Onunla üzbəüz bir gənc qız ayaq üstə dayandı. Əlindəki bükməli kardon kağızı düzəltməyə çalışdığı üçün tutacaqdan tutmamışdı. Qatar tərpənəndə az qaldı ki, yıxılsın. Cəld hərəkətə vərdiş etmiş Sergey anındaca qızın qolundan möhkəm yapışıb, onu yıxılmağa qoymadı və qeyri-iradi qalxıb öz yerini qıza verdi. Hərəkətindən xoşluq duysa da, sanki atası görə bilərmiş kimi tez də ətrafa boylandı. Qəribə oldu lap...
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hadisə haqqında ŞOK İDDİA - FOTO
Seda Sayan ideal bədəni ilə diqqət çəkdi-FOTO
Castin Biber evlənəndən bir il sonra TOY etdi-FOTO
Qrip sizi tapınca...
305 kq arıqladı və ...
Qar yağacaq
Qatıqlı buğda salatı (foto-resept)
Ən az 6 ay əmizdirərək diabetdən qorun
BÜRCLƏR bizə nə vəd edir? - 22 mart
İdmançımız ermənini nokauta salıb Avropa çempionu oldu
Azərbaycanda insanların ürək ağrısı
Övladlarını məktəbə qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ
İşıq pulunu yeni tariflə ödəmisiz? - "Azərişıq"dan AÇIQLAMA
Uşaq geyimləri
Kişilərin qadınlarda bəyənmədikləri tərz
Gözdə itdirsəyi və çarələr
Üzr istəməyin asan yolu
Uşağını əmizdirən anaya pul veriləcək
Yumurtalıq xərçəngi
Cennifer Lopez yeni reklamda çəkildi – FOTO/VİDEO
ATV və Lider TV-nin yayımı 1 saatlıq dayandırılacaq - MTRŞ-dan cəza
Namiq Əsədov Bakı Marafonu 2016-nın qalibi oldu
Pakistan baş naziri “Facebook”u anti-islam məzmunlu fikirləri bloklamağa çağırdı
Kıvanç 2 milyon dollar qazanacaq
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Şəkillər arasındakı fərqi tapın!
Gözəl divar şəkilləri
Təhlükəli kosmetik məhsullar
Türkiyədə bələdiyyə seçkiləri keçirilir
vDİQQƏT! Dünəndən növbəti geomaqnit qasırğası başlayıb
Təzə əncir şirniyyatı (foto-resept)
Kür çayında biogen maddələrin miqdarı normadan çoxdur
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
Bakının bir ay bağlı qalacaq yolları
Bakıda ağac kəsənlərə 40 min manat cərimə
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Uşağa nece xeyr demək olar
İnsanların xoşbəxtliklərini əllərindən alan amillər (3)
Məşhur tərzi: Celine Dion
Milli Qəhrəmana həsr edilmiş film təqdim edildi
Tanınmış müğənni bayram günü evləndi - FOTO
Alyaskada görünən nəhəng varlıq hər kəsi heyrətləndirdi -FOTO
Bakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət etdi - FOTO
Azərbaycanda ilin ilk üçəmi doğulub
"Qarabağ"ın qələbəsi
Yumurtanın ağı, yoxsa sarısı faydalıdır?
Bakıdakı küləyin maksimal sürəti açıqlanıb
Ukraynanın müvəqqəti prezidenti Krıma gedir
Öləndə molla istəməyən yazıçımız
Saçlara parlaqlıq verən maska
- ŞƏRHLƏR