Artıq bu diyarın sakininə çevrilmişdim. Mən də onlar kimi əhvalıma görə rəngini dəyişən geyimlər geyinirdim. Gümüş kölgə isə həyatımın mərkəzi halına gəlmişdi. Onsuz yaşamağın mənası yox olmuşdu sanki. Gecələri yuxuya çətin gedirdim. Həmin gecələrin birində aramızda belə bir söhbət olmuşdu:
- Niyə yatmırsan?
- Qorxuram. Başqa həyatın yuxusu olmağından qorxuram.
Bu sözdən sonra məni bağrına basdı və dedi:
- Qorxma. Aldığın nəfəs qədər realam.
* * *
Gözümü açdığım yer bir palata idi. Ağa bürünmüş divarlar. Geniş pəncərələr. Tərpənmək istəyəndə qollarımın bağlı olduğunun fərqinə vardım. Anlamırdım. Birdən-birə burada olmağın nə mənaya gəldiyini. Hansı reaksiyanı verməyin lazım olduğunu dərk edə bilmirdim. Az öncə mən onun qollarında deyilmiydim? Bu an qapı açıldı. Tibb bacısı içəri daxil oldu. Təəccüblə gözlərimi ona doğru zillədim..
- Mən hardayam və burada necə peyda olmuşam.?
Sanki məni eşitmirmiş kimi, heç mənə baxmadan işini görüb otaqdan çıxdı. Bütün bunları dərk etmə səviyyəm çox aşağı idi. Birinci dəfə deyildi, gözümü açıb anlamadığım yerdə oyanmaq. Yenidən qapı açıldı bu dəfə qarşımda sürü ilə həkim var idi. Əllərində kağızlar içəri daxil oldular.
- Özünüzü necə hiss edirsiniz? Harada olduğunuzu bilirsiniz?
Cavab verə bilmirdim. Dərk edə bilmirdim. Kimdi bunlar.
- Gümüşü kölgəm hanı? Siz kimsiniz? Onu çağırın?
Qışqırmağa başladım. Ağlayaraq qışqırırdım.
- Sakit olun. Siz bir aydı yatmısız. Bu müddət ərzində yuxuda gördüklərinizi gerçək zənn etməyiniz normaldır.
Başıma qaynar su tökdülər sanki. Hər dəfə onun sinəsində yuxuya gedərkən, yuxu olmasından qorxurdum. İndi isə mənə onun yuxu olduğunu deyirdilər. Gecə gözlümlə yaşadığım həyatın bir utopiya olduğunu söyləyirdilər. Hiss edərək yaşadıqlarımın yalan olduğunu deyirdilər mənə.. Sadəcə bir yuxu gördüyümü deyirdilər. Toxunduğum əllərin buluddan bir buxar olduğunu söyləyirdilər. Gözlərimdən yaşların axmasına mane ola bilmirdim. Bütün bu yaşadıqlarımı dərk edə bilmirdim. İnanmaq üçün ilk öncə dərk etməliydim. Dərk edə bilmirdim. Doğru yaşamın harda olduğunu tapa bilmirdim. Ən çox xoşbəxt olduğum yerin mənim röyam olduğunu söyləmişdilər. Kədərimi belə yaşaya bilmirdim, anlaşılmazlıq məni əsir almışdı. Burdan çıxa bilmək üçün onları bunun yuxu olduğuna inandığımı göstərməliydim. Bunun yuxu olduğuna dörd divar arxasında heç cür dərk edə bilməzdim. Burdan çıxmalı və addım-addım, hər nəfəsdə bunun yuxu olduğunu dərk etməliydim.
Bir müddət sonra onların dediklərini həqiqət hesab etdiyimi onlara inandırmağa çalışdım. Bəlkə də yalan dediyimi anlamışdılar. Amma məni bu dörd divar arasından çıxarmağa razı oldular. Yəqin artıq kəskin reaksiyalar göstərmədiyimə görə, bu halı qəbul etmiş kimi görünürdüm. Üsyanlar dövrü geridə qalmışdı. Onsuz o olanların tamamilə silinməsi mümkünsüz idi. Uzaqbaşı qəbul edə bilərdim. Bu doğrudur, dediklərinə inanıb, qəbul edə bilərdim. Başqa yol yox idi sanki, həmişə başqa yol vardır deyirlər. Bəlkə də elə idi. Amma bu yol daha əlverişli yola bənzəyirdi.
* * *
Dörd divar arasından çıxdığımdan bəri, özümü inandırmağa cəhd edirdim. Onsuz xəyalpərəst biri idim. Bəlkə bir xəyalı qurarkən dozanı düzgün nizamlamamışdım. Bu dəfə çox ağır başa gəlmişdi mənə.. Niyə yaşaya bilmədiyimi bu qədər güclü yaratma qabiliyyətinə malik idim. Musiqinin səsi kimi ağrılı idi. Dəniz sahilinə getməyə heç cür cəsarət edə bilmirdim. Dənizin o tayında olan yoxluğu görsəm, hansı reaksiyanı verəcəyimi bilmirdim. Ya bununla ömür vərəqlərim bitənə kimi yaşayacaqdım, yaxud da cəsarətimi toplayıb, ömür boyu gözləmək hissindən xilas olacaqdım. Hər dəqiqə məni yoran dəqiqələrə meydan oxuyacaqdım beləliklə. Tavana baxışla keçən gecələrimdən, cəsarət dilənirdim. Səmaların mənə yazığı gəlməsini gözləyirdim. Yuxuya gedərkən, açılacaq sabahlardan bütün bunların bir yuxu olmasını diləyirdim. Pəncərədən boylanan ay, halıma yanırdı sanki, gecələri aydınlatmırdı artıq. Yoxsa mən idim, bütün bunlara məna yükləyən. Ay , səma gecə öz işində idi. Öz hisslərimi təbiətlə qarşılaşdırıb, halıma yandıqlarını düşünürdüm. İnsan kədərli olanda bunun günahını başqalarının üstünə ataraq sakitləşməyə çalışar. Bəlkə mən də təbiəti özümə hədəf seçmişdim. Bütün bunları düşünərək dərin bir yuxuya qədəm basdım. Yuxular çox qəribədir. Uzanmısan və gözünü yumursan, o an biri səni bir yerə, bir ssenarinin içinə atır. Düşdüyün qaranlıq yolda addım-addım yeriməyə başlayırsan. Heç nə görsənmir ətrafda. Qarşına bir qapı çıxır. Köhnə taxta işləmələri olan bir qapı. Sükut içində, qorxmadan qapını açmaq üçün əlini irəli uzadırsan. Yuxuda nə qədər qorxsan da, sanki bunları etməyə məcbursan. Əlin o qapıya uzanmalıdı, açmaqdan qorxsan da. Bu, yaşamaq ana bətndə sənə qorxulu gəlsə də, doğulmağa məcbur olmağa bənzəyir. Barmaqlarım o qapıya toxunduğu an qapı aralanmağa başladı. Gözümün qarşısında açılan mənzərə heç yad deyildi, həmin ada. Yuxudan ayıldım. Hönkürtü ilə ağlamağa başladım. Bu əzabın bitəcəyinə olan ümidimi itirmişdim.
Əlimə qələm alıb yazmağa başladım. Yaşadıqlarımı və yaşamaq istədiklərimi. Təqvimdəki vərəqlər sürətlə tökülürdü. Zamanla keçmir, sadəcə zaman insanı müdrikləşdirir. Həyatın mənasını öyrədir sənə.
Qeyd kitabçamı götürüb, çıxdım evdən. Həmin sahildəki skamyaya əyləşdim və uzaqlara bir müddət baxdıqdan sonra, əlimə qələm alıb yazmağa başladım. Dəniz dalğasının qayalara çırpılmasının səsi, bir musiqi kimi qulağımı oxşayırdı. Mənə deyilənlərə görə burdan o taya baxarkən huşumu itirmişdim. Xəstəxanaya yerləşdirildiyimdə, həkimlər nə baş verdiyini anlaya bilməmişdi. Sehirli həyatı da, arzularımı da orda bir ay yatdığım müddətdə görmüşdüm.
-Bağışlayın, buralarda harda market var? Bilmirsiniz?
Bu səs...... başımı qaldırdım. Həmin sima... necə.. axı.... yoxsa yenə başlayırdı.. yox..
Başımı qollarım arasına alıb, qışqırmağa başladım. Sən yoxsan, mövcud deyilsən. Ola bilməz.
-Bağışlayın, bilmədən düz olmayan nəsə dedim? Yaxşısınız?
-Rahat burax məni! Sən mövcud deyilsən.
Uzaqlaşmağa başladı.
Müəllif: Aida Ustaclı
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hadise bacısı ilə barışdı-FOTO
Mənzillərin qiyməti sürətlə ucuzlaşır
Zəlzələyə qarşı alınacaq tədbirlər nələrdir?
Məşhurların uşaqlıq şəkilləri
Dinlə! Dinləyirəm!
Şimşək çağacaq, yağış yağacaq - İstirahət gününün HAVAsı
Bakı Kərbəlası unudulmayacaq!
Üzü qardan qorumağın yolları
Hülya Avşar Çiçək adasını ala bilmədi-SƏBƏB
Britaniyalı kardioloq dünyanı TƏƏCCÜBLƏNDİRDİ
Yalnızlıq hissindən necə xilas olmalı?
Kakaolu un halvası (foto-resept)
Mehriban Əliyeva qızı ilə konsertdə - FOTO
Ramazan ayı - 2-ci günün duası
Xına ilə vurulan bəzəklər
Yataq geyimləri
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Günün ulduz falı
Hülyanın fikirləri Can Yamana təsir etməyib
Canlı yayımda qəribə hadisə-FOTO
Təmizlik zamanı edilən səhvlər
Ermənistan silahlı qüvvələri Tərtərdə pambıq emalı zavoduna raket zərbələri endirdi - VİDEO
Saqqal və bığ çempionatı
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Dünyanın ən varlısı yenə o oldu
Kremldən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA
PKK-nın xain Ermənistan planı
İnsan skeleti ilə bəzədilmiş vahiməli kilsə
Utancaqlıqdan necə xilas olmaq olar?
"ASAN xidmət"də yenilik
Ağıza toz getməsi orucu batil edirmi?
58 yaşlı Aliza Reger gənclik sirrini paylaşdı-FOTO
Körpə uşağı qurban kəsmək istəyirdi
Əmizdirdiyiniz süd burnunuzdan gəlməsin
Yengəci hərracda 2 milyona satıldı
Azərbaycanda bu "həzzi" qadağan edəcəklər?
Amerikada oxumaq istəyirsinizsə... - Qəbul başladı
Gəncə və Mingəçevirə hədəflənmiş düşmənin daha bir ballistik raket kompleksi məhv edildi - RƏSMİ
Podiumda yıxılanlar
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür!
Kralların xəstəliyi nədir?
Toxumaq dərsi-8
Hava haqqında - 15.10.2013
Günün qoroskopu: sözlərinizdə sərt, aqressiv olmayın
Dünyanın ən balaca iti odur
Bakıda yaşıllıqlar metro tunellərində formalaşan qrunt suları ilə suvarılacaq
Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş dövlət başçısını təbrik edib
Planetin ən böyük aysberqi Antarktikadan ayrılıb
Bu şəhərdə daha çox qadınlar yaşayır
Balıq ətli tərəvəz kotleti (foto resept)
- ŞƏRHLƏR