Bir dəfə nənəm mənə qaynının başına gəlmiş, qorxulu əhvalatı danışdı. Müharibə dövrünə təsadüf edirdi. İlqar cavan, gümrah gənc idi. İnstitutu yeni qurtarmış, təyinatla bir qəsəbəyə yollanmışdı. Ural çayının sahilində yerləşən şəfalı, təmiz havası olan bir yer idi. Çayın ətrafındakı meşə qoca olsa da, çox gözəl görsənirdi. Köhnə sakinlərin arasında çay haqqında əfsanələr gəzirdi. Onların bir çoxu çayda iki su pərisinin yaşadığını iddia edirdi. Su pərilərinin uzun, qızılı rəngdə saçları olduğunu deyirdilər. Onlar hər axşam sahilə gəlir, böyük daşda əyləşir və öz gözəl saçlarını darayırlar. İlqar hekayəni eşitsə də, inadla inanmaq istəmirdi. Bir axşam, ot biçməsindən gələrkən o, çayda çimmək qərarına gəldi. Dostlarını da dəvət etmişdi çayda çimməyə amma onlar yorğun olduqlarından gəlmək istəməmişdilər. Çayda gəzən iki su pərisi haqqında danışılan hekayə insanları çox qorxutmuşdu. İlqar mistik hekayələrə o qədərdə inanmırdı.
Tək çay qırağına getdi. Ay, meşə və çayı yaxşı işıqlandırırdı. Çaya keçmək üçün meşənin dolanbac cığırı ilə, kiçik bir hissəsinə keçmək lazım idi. Cığırın sonuna yaxınlaşanda, İlqar qadın səsləri eşitdi. Bir anlıq ayaq saxladı. Beynində şübhələr dolaşmağa başladı. O bilirdi ki, yerli qızlar gecə çayın sahilinə gəlməzlər. Bunun üçün mərd olmaq lazımdır, deyə düşündü. O suya doğru enməyə başladı və iri daşın üstündə iki gənc qız gördü.
İlqar onlarla salamlaşmaq istəyirdi ki, birdən qızların suya dəyən quyruqlarını gördü. O, artıq bir dəqiqə belə şübhə etmirdi ki, bütün rəvayətlər su pəriləri haqqında həqiqətdir. Su pəriləri arxası tərəf ona oturmuşdular. Nəzərə çarpmadan çaydan çıxmaq istəyirdi. Bir addım geri atmışdı ki, su pərilərindən biri kəskin hərəkətlə dikəlib onun gözlərinə baxdı. O hərəkətsiz dayanıb gözlərinidə qırpa bilmədi. Evə necə gəldiyini belə xatırlamırdı. Ertəsi gün hər şeyi dostlarına danışdı.
Deyirlər ki, əgər su pərisi sənin gözlərinə baxdısa səni qaçırılmaz ölüm gözləyir. Bilmirəm bu həqiqətdir ya yox. Bu hadisədən bir neçə ay keçmişdi ki, İlqar xərçəng xəstəliyindən vəfat etdi. Heç bir xəstəliyi aşkar olunmamışdır buna kimi.
Hekayə tərcümə edilib
Müəllif: Ellada Babayeva
Qeyd: Bu hekayədə su pərilərinin uzun qızılı rəngdə saçlarının olmasından danışılır. Su pəriləri əslində heç bir gözəlliyə malik deyillər. Real həyatda onlara az çox insan rast gələ bilər. Xəzər dənizində olmasalar belə qara dənizdə onları görmək mümkündü. Bu yazım sizə qəribə gələ bilər. Bir neçə ay bundan qabaq izlədiyim sənədli film buna sübutdur. İlk əvvəl məndə inanmadım, amma onlar yaşayırlar. Nəsilləri kəsilmək üzrədir artıq. Alimlər onların axtarışındadır. 2010 –cu ildə su pərilərindən biri sahildə canlı tapılmışdır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Əhaliyə xəbərdarlıq
Sınmış ayağı ilə 10 saat süründü - FOTO
Hakerlər Ukraynanın hökümət saytlarını dağıtdılar
Azərbaycan futboluna ağır itki üz verib
2018-in dəbi necə olacaq?
Azərbaycanda ailə qurmaq istəyənlər üçün tələblər DƏYİŞDİ
Hadise pandemiya dövründə üç milyon lirə itirib? - FOTO
Göbələk zəhərlənmələri və müalicəsi
Polislərə marallar paylandı
Beyni sökən telefonlar
Ancelina Colinin qızı əməliyyatdan sonra İLK DƏFƏ-FOTO
Harri və Meqan Markl koronavirusdan belə qorunacaq
Möhtəşəm ziyafət donları
Hava haqqında - 16.11.2013
Britni Spirs izləyicilərinə etiraf etdi
Yaş salfetlərdəki təhlükədən xəbəriniz var?
Artıq hər kəs “Depressiyadayam” deyir...
Erkən oyanın, sağlam olun
Bəlkə də "Qərar Yorğunluğu" yaşayırsınız!
Ermənistanda koronavirusa ilk yoluxma qeydə alındı
Ramil ermənilərə od qoyub
Təhlükə Azərbaycan sərhədinə yaxınlaşır
Aleksandr Myasnikov beyin qocalmasını yavaşlatmağın ən təsirli yollarını söylədi
Xodorkovski prezident olmaq istəyir
İlham Əliyev :"Bu vəhşilikdir"
Uşaqlarda qızdırma, ishal, qusma hallarının yayılma səbəbi açıqlandı
Pəhrizin kimlərə heç bir köməyi olmur?
Bu ölkədə nəhəng siçan heykəli ucaldıldı - FOTO
Günün Ramazan təqvimi (2 iyul)
Təyyarə maskasız sərnişinə görə təcili eniş etdi
Rus Dili dərs-21 (Test)
Karantinin uzadılıb-uzadılmamasına qərar veriləcəyi vaxt açıqlandı - RƏSMİ
Leonardonun adası hər kəsi təəccübləndirdi
Ovannisyan istefa verdi və ya “taktiki olaraq geri çəkildi”
Nobel mükafatı laureatı vəfat etdi
Castin Biber bu döymələrinə 100 saat vaxt sərf edib - FOTO
İş axtaranlara şad xəbər
8 Martın Tarixi
Brent neftinin qiyməti 50 dollara yaxınlaşır
Merilin Monronun son fotoları satılacaq
Kosmetik preparatlar
Kartoflu pankek
1 kilo arıqlamaq üçün neçə saat yeriyək?
Çimərlik çantasında nələr olmalıdır?
Mehriban Əliyevanın doğum günüdür
Hava haqqında
Kəsmikli kətə(foto resept)
Psixopatın gizlədə bilmədiyi xüsusiyyətləri
Cex prezidenti Azərbaycandan danışdı
Ölən zəvvarların ailəsinə veriləcək vəsaitin həcmi açıqlandı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]