Budur, mənə də iltifat göstərdilər. Büroya gəlmək üçün dəvətnamə göndərdilər və mən də getdim. Büroda hamı mənlə mehriban davranırdı. Çinovnik kartotekadan kartoçkamı çıxardı və "Hm" dedi. Mən də "Hm" dedim.
- Hansı ayağınızdır? - çinovnik soruşdu.
- Sağ.
- Başdan-ayağa?
- Başdan-ayağa.
- Hm, - yenə uzatdı və müxtəlif kağızlara göz gəzdirdi. İcazə verdilər ki, oturum.
Nəhayət, çinovnik ən münasib saydığı kağızda dayandı.
- Məncə, - o dedi, - bu elə sizin üçündür. Əla şeydir. Oturaq işdir. Respublika meydanındakı ictimai tualetlərdə çəkmə təmizləyən. Necədir?
- Çəkmə təmizləyə bilmirəm. Yaxşı təmizlənməmiş çəkmələr ucbatından həmişə cəncələ düşmüşəm.
- Öyrənmək olar, - çinovnik dedi. - Hər şeyi öyrənmək olar. Alman hər şey edə bilər. İstəsəniz, ödənişsiz təlim kursu keçə bilərsiniz.
- Hm, - dedim.
- Nə deyirsiniz, yarayar?
- Yox, - dedim. - İstəmirəm. Belə gəlir məni qane etmir.
- Siz dəli olmusunuz, - mülayim şəkildə və mərhəmətlə dedi.
- Dəli olmamışam, heç kim mənə kəsilmiş ayağımı qaytara bilməz. Hətta siqaret satmağa da icazə vermirlər. İndidən imkan vermirlər.
Çinovnik stula yaslandı və sinəsini hava ilə doldurdu.
- Əziz dost, - başladı, - sizin ayağınız dəhşət bahalı ayaqdır. Kartoçkada göstərilib ki, iyirmi doqquz yaşınız və sağlam ürəyiniz var, ümumiyyətlə, amputasiya edilmiş ayağınızı nəzərə almasaq, daş kimi oğlansınız. Siz yetmiş il yaşaya bilərsiniz. Zəhmət olmasa, hesablayın görün bu nə qədər edir: hər ay yetmiş marka, on iki dəfə və bunları yaşayacağınız qırx bir ilə vurun; deməli, yetmişi on ikiyə, sonra qırx birə. Bunları hesablayın və üzərinə faizi də əlavə edin və nəzərə də alın ki, təkcə sizin ayağınız belə deyil və ehtimal var ki, uzun ömür sürəcək tək insan da siz deyilsiniz. Siz isə çox gəlir əldə etmək istəyirsiniz! Bağışlayın məni, ancaq siz havalanmısınız.
- Cənab, - deyərək mən də stula yaslandım və sinəmi hava ilə doldurdum, - görünür ki, siz mənim ayağımı layiqincə qiymətləndirmirsiniz. O, çox bahadır, dəhşət baha. İş burasındadır ki, təkcə ürəyim sağlam deyil, başım da işləyir. Diqqətlə qulaq asın.
- Vaxtım çox azdır.
- Qulaq asın! - dedim. - İş burasındadır ki, ayağım indi elə də pis təqaüd almayan çoxlu insan həyatı xilas edib.
Bu belə olmuşdu: tək-təhna ön tərəfdə uzanıb düşməni gözdən qoymamalıydım ki, bizimkilər vaxtında aradan çıxa bilsinlər. Arxa cəbhədəki ştablar tez-tələsik yığışdılar, ancaq nə lap tez, nə də lap gec əkilmək istəyirdilər. Vaxtında olsun istəyirdilər. Əvvəl iki nəfər idik, ancaq ikincini çox tez öldürdülər. Ona daha xərciniz çıxmayacaq. Düzü evli idi, amma arvadı sağlam idi və işləyə bilər. Ona görə narahat olmağınıza dəyməz. O, büdcəyə ucuz başa gəldi. Cəmi bir ay xidmət etmişdi və bütün xərcləri bir poçt kartı ilə əsgər suxarı payokunda cəmləşdi. Namuslu əsgər idi, ən azından özünü qaydaya uyğun öldürməyə icazə verdi. Belə, tək qaldım, qorxuya qatlaşdım, sümüyümə kimi dondum və artıq yorulmuşdum, qərarə gəldim...
- Vaxtım çox azdır, - çinovnik təkrar edib karandaşını axtarmağa başladı.
- Yox, siz qulaq asacaqsınız, -dedim. - Ən maraqlısı indi başlayır. Belə, elə ki, özümü buraxdım, birdən ayağımla bağlı bu hadisə baş verdi. Ayağa qalxa bilmədiyimdən fikirləşdim: onlara siqnal edərəm; siqnal etdim və bizimkilər əkildilər, növbə ilə, səliqə ilə, əvvəlcə diviziya, sonra polk, sonra batalyon və s., necə lazımdır o ardıcıllıqla. Məni isə axmaq bir vəziyyət alındı - məni götürmək yadlarından çıxdı, başa düşürsünüz? Çox tələsirdilər. Doğrudan axmaq vəziyyət alındı: ayağımı itirməsəydim, onların hamısını öldürəcəkdilər: generalı, polkovniki, mayoru, necə lazımdır o ardıcıllıqla və onlara təqaüd verməli olmayacaqdınız. İndi ayağımın dəyərini özünüz
hesablayın. Generalın əlli iki yaşı var, polkovnikin qırx səkkiz, mayorun əlli, hamısı bir nəfər kimi özləri sağlam, ürəkləri sağlam, ağılları başlarında. Əsgəri həyat tərzi ilə isə Hindenburq kimi ən az səksən yaşa kimi yaşaya bilərlər. Hesablayın, zəhmət olmasa, yüz altmışı iyirmiyə vurun, sonra otuza, orta hesabla otuz il götürmək olar da, düzdür? Ayağım dəhşət bahalı ayaqdır, bu dünyada ən bahalı ayaqlardan biridir, düzdür?
- Həqiqətən də havalanmısınız, - çinovnik dedi.
- Yox, - cavab verdim, - dəli-zad olmamışam. Təəssüf ki, başım da ürəyim kimi möhkəmdir və çox təəssüf ki, ayağım belə olmamışdan iki dəqiqə qabaq vurub məni öldürmədilər. Gör nə qədər pul qənaət etmiş olardınız.
- İndi deyin görək bu işə razısınızmı? - çinovnik soruşdu.
- Yox, - dedim və oranı tərk elədim.
XƏBƏR LENTİ
Hava haqqında
HAVA necə olacaq?- 22 MART
Hamiləlik dövründə həddindən artıq kökəlməmək üçün...
Bütün ölkələrə səyahət edən ən gənc qadın
Toyuq ətli blinçiklər (foto-resept)
İranda güclü zəlzələ oldu
Seks ürəyi qoruyur
Bakı yaşıllaşacaq
“Hercai” efirlə vidalaşır
Möcüzəvi su və isti ayaq vannaları
Türkiyədə zəlzələ olub
Günün qoroskopu:İntuisiyanızın səsinə qulaq asın
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO
Pensiyaların nə qədər artırılacağı yanvarda məlum olacaq - RƏSMİ
Prezident İlham Əliyev "Yasamal" parkının açılışında iştirak edib
Pilotsuz aparatlar vurulacaq
HAVA necə olacaq?- 10 Mart
4 terabaytlıq, ilk...
Günümüzü əks etdirən rəsmlər
Sobada əriştəli toyuq (foto-resept)
Vaşinqtonun görməli yerləri
Bir neçə rayonda qaz problemi olacaq
Mənzilin təzəsi, yoxsa köhnəsi?..
Xızı-Xaçmaz, Quba, Qusar turizm zonaları yaradılacaq - FOTO
Azərbaycanla AB arasında saziş imzalandı
Mehriban Əliyevadan Madagizdə bayrağımızın qaldırılması ilə bağlı paylaşım
Sabahdan açılan kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır? - FOTO
Yay üçün donlar
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Bu gün “Son zəng”dir
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlandı
Bu il məhsuldarlıq aşağı ola bilər
Tanınmış aktrisa öldü
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Şeyma Subaşıdan Gözlənilməz Etiraf
Şadlıq evlərində vəziyyət necədir?
Günün qoroskopu: ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz
Uşaqların məzəli kəlamları
45 kiloqram arıqlayan Adelin sirri
Körpə qızlar üçün yay geyimləri
İş yerindən arayış almaq asanlaşdı
Mesut Özildən ulduz xanımına 80 milyonluq hədiyyə-FOTO
Qurama yastıqlar (1 hissə)
Bu yay ağıllı saat ola bilər
Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO
Dünyanın ən qorxunc körpüləri
"Kurtlar Vadisi" ekranlara qayıdır
Teylor Sviftdən nümunəvi addım-FOTO
Balaca şahzadələrimiz üçün donlar
- ŞƏRHLƏR