Cənab Sesemanın anası, Klaranın nənəsi
Cənab Sesemanın gedişindən bir neçə gün keçmişdi. Evdə yenə həyəcan keçirilirdi. Xanım Rottenmayer öz həyəcanını gizlətməyə çalışırdı.
Heidiyə tapşırılmışdı ki, çağırılmayana qədər otağından çıxmasın. Ona görə də o, sakitcə öz otağında oturub, gözləyirdi.
Xidmətçilər qapını açmağa getdilər. Rottenmayer də üzündəki kinayəni gizlətməyə çalışır və onların dalınca gedirdi. O, nənənin gəlişini heç cür qəbul edə bilmirdi. Bir müddət sonra bir xidmətçi qaçaraq Heidinin otağının qapısını açdı və dedi:
- Tez ol, qonaq otağına düş. Səni gözləyirlər.
Nənə Heidini görən kimi güldü və dedi:
- Gəl görüm yanıma, şirin balam. Gəl, sənə yaxından baxım.
Bu nənə də dağdakı nənə kimi həlim və sevimli idi. Heidi ona qabaqcadan öyrədilmiş kimi nənəyə yaxınlaşdı və salamlaşdı.
- Sizin yerdə adamlarla belə salamlaşırlar?
- Xeyr, xanım. Mən birinci dəfədir ki, belə salamlaşıram. Çünki xanım Rottenmayer belə tələb elədi.
- Həə, sən mənə bu gündən nənə deyəcəksən yaxşı? Bir də o axmaq “hörmətli xanım” sözünü eşitmək istəmirəm. Sənin adın nədir?
- Mənim adım Heididir. Ancaq mənə güclə deyirlər ki, sənin adın Adelhayt olmalıdır.
Xanım Rottenmayer bu ad məsələsi barədə olanları nənəyə danışdı və dedi ki, kənddə ona belə yöndəmsiz bir ad veriblər.
- Eybi yox, mən ona elə Heidi deyəcəyəm.
Beləliklə, bu məsələ də həll olundu. Heidi buna çox sevinirdi.
- Yadında qaldımı?
- Xeyr, xanım. Mən axmaq qızam, heç nə öyrənə bilmərəm.
- Əgər sən hərfləri öyrənsən, onda bu kitabda yazılan dağlara, sevdiyin çobanlara aid hekayələrin hamısını oxuya bilərsən.
Nənənin sözündən sonra Heididə birdən öyrənməyə qarşı bir həvəs baş qaldırdı.
Bu söhbətdən iki həftə keçmişdi. Müəllim Aşer təəccüb içində idi. O, tələsik nənənin yanına getdi. Nənə müəllimin bu həyəcanını görəndə düşündü ki, yəqin pis bir şey baş verib. Ancaq müəllim nənəyə yaxşı xəbər gətirmişdi. O, nənəyə dedi ki, aylardır bir hərf belə öyrənməyən Heidi iki həftə ərzində bütün hərfləri öyrənmiş və çox gözəl oxumağa başlamışdı.
Nənə filosoflar kimi durdu və dedi:
- Həyat başdan-başa qeyri-adiliklərlə doludur.
Nənə, Heidi və Klara günlərini kitab oxumaq və oxuduqları kitabları müzakirə etməkləkeçirirdilər.
- Ah, bu necə də gözəldi. İlk dəfədir ki, mənim özümün şəxsi kitabım olacaq. Olar ki, mən bunu gedəndə babamın yanına aparım? Həmişə məndə qalsa olar?
Klaranın bənizi saraldı:
- Bir neçə gündən sonra nənə gedir. Tək ümidim sənsən. Amma sən də məni qoyub getmək fikrinə düşmüsən. Mənə heç yazığın gəlmir?
Heidi başını aşağı salıb, susdu.
Nənənin gedişi
Klara və Heidi nənənin gedişinə ağlayırdı. Nənə hər kəslə sağollaşıb getməyə hazırlaşırdı. O, uşaqları bir-bir öpüb dedi:
- Mən yenə gələcəyəm. Ancaq bir istəyim var, həmişə belə mehriban olacaq və dərslərinizi yaxşı oxuyacaqsınız. Yaxşımı?
Nənənin əşyaları arabaya yükləndi. O, evdən çıxanda uşaqlar elə hönkürtüylə ağladılar ki, bu mənzərəni görənin ürəyi parçalanırdı.
Nənə gedəndən sonra uşaqlar bir-birinə hekayələr, nağıllar oxumaqla başlarını qatmağa başladılar. Oxuduqları nağıllar Heidini xəyalın yaşadığı yerlərə, kəndlərinə aparır və o darıxdığından ağlamağa başlayırdı. O, ağlayanda Klara nə qədər çalışsa da onu sakitləşdirə bilmirdi. Xanım Rottenmayer isə onun ağlamağına əsəbləşir və ona hədə-qorxu gəlirdi:
- Bax, səsini kəsməsən və bir də ağlasan, sənə kitab oxumağı qadağan edəcəyəm!
Heidi sakit olur və ağlamırdı. Çünki onun bir təsəllisi var idi. O da bu kitablar idi. Heidi kəndləri üçün çox darıxırdı. O, hər gün yuxusunda dağları, meşələri, otları, çəmənlikləri görür və daha da çox darıxmağa başlayırdı. Artıq vəziyyət elə hal almışdı ki, Heidi həmişə çalışırdı ki, yuxuda kəndlərini görsün, görməyəndə isə həmin gün çox qüssəli olurdu.
Sebastiyan geri çevrildi:
- Nə? Nəyiydi?
- Ağ bir şeyiydi. Ruhdu yəqin.
- Əminsən?
- Hər halda qapını mən açmamışdım daa.
Səhər açılar-açılmaz onlar baş verənlərin hamısı xanım Rottenmayerə danışdı. Rottenmayer qərara gəldi ki, evdə baş verənlər barədə təcili bir məktub yazıb cənab Sesemana bildirmək lazımdır.
Ancaq cənab Seseman buna o qədər də əhəmiyyət vermədi və cavab məktubunda bir neçə tədbir görülməsi barədə yazmışdı. Vəziyyəti belə görən Rottenmayer hər şeyi Klaraya danışdı. Yazıq qız bu hadisəni eşidəndə çox qorxmuşdu. Nəhayət cənab Sesemana ikinci məktub yazıldı. Burada Rottenmayer Klaranın çox qorxduğunu və hər an şok keçirə biləcəyini yazır və cənab Sesemandan təcili evə qayıtmasını xahiş edirdi.
Seseman bu məktubu oxuyan kimi bütün işlərini atıb evinə döndüş O, qapını elə bərk və həyəcanla döydü ki, hər kəs fikirləşdi ki, deyəsən ruh günün günorta çağı onlara basqın etmək qərarına gəlib. Hamı həyəcanlanmışdı. Buna görə də qapını gec açdılar və cənab Seseman buna çox əsəbiləşdi.
- Bu nə məsuliyyətsizlikdir? Evdə bu qədər xidmətçi var, ancaq biri də qapını açmır. Heç belə də iş olar?
Onlar hər şeyi cənab Sesemana danışdılar. O təəccüblənmişdi:
- Həə? Mənsə fikirləşirdim ki, bunların hamısı bir oyundu. Düşündüm ki, Klara məni evə gətirmək üçün kələk qurub. Həkimə xəbər göndərin gəlsin. Ola bilsin ki, bu gecə burada qalsın. Hamınız hazır olun.
Həkimin dalınca adam göndərdilər. O, gecə gec gəldi. İşləri çox idi.
Uşaqların yataqlarında idi. Həkimi maraq bürümüşdü. Fikirləşirdi ki, yəqin səhərəcən yanında olmalı olduğum bir xəstə var. Ancaq cənab Seseman baş verənləri ona danışanda çox qorxmuşdu.
- Mənə elə gəlir ki, bunu edən xidmətçilərdən birinin qohumudur. Hər ehtimala qarşı silahlanmalıyıq. İşdir birdən həmin adamın üstündə silah olsa, çarəsiz qalmayaq.
(Ardı var)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sonuncu dəfə nə vaxt yaşlı insanın, xəstənin ziyarətinə getmisiniz?
Müdriklərin etmədikləri 10 əməl
2019-cu ildə Facebook-u nə gözləyir?
Məktəblərdə bufetlər işləməyəcək
Azərbaycanın işğal olunmuş ərazilərində erməni əsgər ölüb
Qadınlıq haqqında 10 mif (1)
Günün qoroskopu: münasibətlərdə ciddi problem yarana bilər
Şahzadə Harri soyadından imtina etdi
İncə dodaqları necə dolğun göstərmək olar?
Körpənin çənəsi niyə əsir?
Bu il Azərbaycana payız erkən gəldi?
Putin: "Rusiya terrorla mübarizədə sıx beynəlxalq əməkdaşlığa hazırdır"
Selena Gomez izləyicilərinə müraciət etdi-FOTO
Yorğunuğunuzu 7 gündə unudun
Uşaq ensiklopediyası(2)
Heyvanların güldürən şəkilləri
Pərvanə Bayramqızının "Yaza bilməyən yazıçı" kitabı nəşr olundu
Leonardo Di Caprio yenə gizlənməyə çalışdı-FOTO
Balığın qarnından qədim medalyon çıxdı
Ev şəraitində dəbli boyunbağının hazırlanması (2)
Görünməmiş EVLİLİK TƏKLİFİ
50 yaşından sonra valideyn olan məşhurlar -FOTO
Düz qarına sahib olmağın 5 qaydası
Mehriban Əliyeva: “Torpağımızı təcavüzkarlardan azad edəcəyik”
İbrət götürməli olduğumuz kəlamlar
İştahı kəsən qidalar
"Bizim Tarla" - Közlənmiş məhsullar
Mövsümi istilər koronavirusu yox edəcək? - AÇIQLAMA
Pizza kağızlarından gəmi düzəltmək (FOTO)
Azərbaycanlı zəvvarlar öldürücü virusdan necə qorunacaqlar?
Pişik körpəni ölümdən xilas etdi – VİDEO
Heydər məscidi müsəlman birliyini təsdiq edən simvoldur
Azərbaycanda qadınlara da hərbi bilet veriləcək
Ecazkar qadının sirri
Rəssamın sevgi dolu rəsmləri
Hikmət Hacıyev Şuşanın işğaldan azad olunması ilə bağlı paylaşım etdi
Xroniki xəstələr oruc tuta bilərmi?
Xəstəxanaya müraciət etmiş şəxsin qulağından görün nə çıxdı
İllər əvvəl çəkilmiş fotolarını paylaşan çütlük
"Zövq" tortu (foto resept)
“McDonald’s”ın qadağan olunduğu 8 ölkə
Bülənt Ərsoy koronavirusa yoluxub?
ŞOK PROQNOZ: "Neft 10 dollara düşə bilər"
Ozan FOTO paylaşdı tənqid olundu
“Jazz”-ın yaranması
Banklar avtomobil kreditlərini bərpa etdilər
2019 Bahar Moda Həftəsindən Ayaqqabılar
Enlibalaq şalvarlar
Ermənistana keçən qadın qaytarıldı
Şeyma Subaşının kitabı Satışa Çıxarıldı-FOTO















- ŞƏRHLƏR