Qızının başına gələn müsibətdə nə dərəcədə günahı olduğunu bilməsə də, bu çağırılmamış qonaqları dayandırmaq, qəzəbini onların üstünə tökmək istəyirdi meşəbəyi! "Hirsli başda ağıl olmaz" deyiblər axı...
Həcər qaynı Sahilin yarasına yardım etmək istəsə də, Sahil ona "Ərinə kömək et, mən yaxşıyam"- deyib, işarə etdi. Meşədən asfalta çıxışın qarşısına tərəf atını sürən Həcər Fərhadın da salamat olduğunu gördü. O, beşaçılanı uzaqlaşan maşına tuşlamışdı, atəş açıldı... Bir an içində hadisələr cərəyan edirdi. Maşın güllədən sonra istiqamətini dəyişdi. Qabaq təkərə dəyən güllə, maşını idarəedilməz etmişdi. Yuvarlanan maşından Taleh pişik çevikliyi iə atılsa da, qızlar çıxa bilmədilər. Taleh də silahını meşəbəyiyə sarı yönəltdi. Həcər bunları görürdü.
Həcərin də at belində silahı ona tuşladığını görən Taleh bilmədi ilk atəşi kimə atsın. Əla atıcı olan meşəbəyiyə, yoxsa bu qadına. Üç atəş eyni vaxtda açıldı...Talehin atəş açması ilə, dərədən yuvarlanması, maşının od bürüməsi və Həcərin atdan yerə çırpılması bir göz qırpında oldu...
Həcər atdan yıxılmış, qan içində idi, Fərhad onsuz də qəzəbli idi, indi lap şoka düşdü. Hədəf olacağını belə düşünmədən Həcərə sarı qaçdı... Bu arada Taleh də yuvarlanaraq canını xilas etmişdi. O, asfalta tələsirdi. Burdan tez qurtulmaq istəyirdi...
Həcər ərinin qolları üstündə son vəsiyyətini etdi: "Bu əclafı da öldür." Fərhadın başı dumanlandı, meşədə onun fəryadı eşidildi... Bu nə bəla idi, özü də bilmədi nə vaxt atlandı, yenə təqibə davam etdi. Ölənin vəsiyyətini tez yerinə yetirmək, qaçanı durdurmaq, öldürməkdən başqa bir şey düşünmürdü...
İndi Taleh daha başa düşürdü ki, bu ölüm-dirim savaşıdır. Meşədə o şikardı, şəhərə çatsa daha rahat özünü qoruya biləcək. Asfalta çatdı nəhayət. Elə ilk yük maşınının arxasına atıldı, amma rahatlanmaq üçün tez idi, kəsə yolda toz-torpaq görünürdü, meşəbəyi onlara tərəf cığırla yaxınlaşırdı...
Fərhad yaşına görə çox çevik, gözdən də iti idi. İçdiyi içkinin təsiri qəzəblə əvəzlənmiş, nifrət onun gücünü beş qat artırmışdı. Hədəfinin maşına tullanmasını görmüşdü. Maşınistə rəhmi gəlsə də, hədəfini burdan buraxmaq istəmirdi...
Taleh ən yaxın ünvanı, qarşıdakı şəhəri əla tanıyırdı. İndi bu "əzrayıldan" - meşəbəyidən can qurtarmaqla yanaşı, ölən zənginin ailəsinin də təqibi təhlükəsi var idi. Düşünmək, plan cızmaq üçün isə məqam yox idi. Ancaq vərdişləri, refleksləri ilə hərəkət edirdi...
Fərhad heç cür atəş aça, maşını dayandıra bilmirdi. Maşınistə işarə ilə kənara çəkməyi bildirdi. Amma şəhərə lap az qalmışdı. Burdan o yana kiçik bir təpə şəhərlə meşəni ayırırdı. Hədəfi bir göz qırpımında şəhərin ilk tikililəri arasında gözündən itə bilərdi....
Taleh maşının dayandığını hiss etdi, tez tullandı, dayanmadan yuvarlanır, qaçır, yıxılır, şəhər tikililərinə sarı can atırdı. Nə qədər dəqiq atıcı olsa da, iki gülləsi də hədəfinə dəymədi, bu hədəf də adi hədəf deyildi. Onun qızının qatilinin, cinayətkarlıqla qızını zorlayanın mühafizəçisi olduğunu Fərhad anlamışdı. Şəhər tikililərindən ilk görünən hamamlar idi. Biri kişi, digəri qadın hamamı. Taleh cəld qadın hamına girdi, qapıçıya yatırdıcı zərbə endirdi, heç səsi də çıxmadı qapıçının. Geyim dolabında çarşabı görən Taleh sevindi, tez onu aldı, bürmələnib, aramla hamamdan çıxdı. İndi onun bu şəhərdəki dostunun evindən iki dalan və onu izləyən kabus- meşəbəyi ayırırdı. Meşəbəyi silahını gizlətdi. Hamamlar arasında atını saxladı, at qan-tər içində idi. O bu dar küçələrdə atla hərəkət edə bilməyəcəyini anladı. Atdan endi. Qarşısından keçən çarşablı qadının hədəfi olduğunu heç anlamadı da. Amma ümidi kişi hamamına idi, ora soxuldu...
Taleh meşəbəyini aldatdığına sevinirdi, amma hələ də təhlükə var idi. Bir də gec-tez onun qorumalı olduğu zənginin ailəsi ona burda rahatlıq verməyəcəkdi. İndi tez bu ölkədən çıxmaq lazım idi. Dostunun evinə sarı tələsirdi.
Meşədə bütün olan-keçənlərdən xəbərsiz olsa da, qocaman ildırım kişi, nəvəsinin onun üçün göbələk yığmağa gedərkən bir bəlaya uğradığını anlamışdı. Gözləri də, ürəyi də qan ağlayırdı. Süfrəyə, içilib yıxılmış araq şüşələrinə, yarımçıq dik qalan araq şüşəsinə və üç qədəhə baxaraq ürəyindəkini inilti ilə dilinə gətirdi: "Ay zalım araq, səni yıxan olmayıb hələ, sən isə deyəsən bizim evimizi yıxmısan... Mənə göbələk istəyən yerdə ölüm gələydi kaş, nə oldu bunlara, harda qalıblar görən, uşaq niyə belə çığırdı"... Fikirli halda yaşlı ayğırı daim odun daşıdığı arabaya qoşdu, gölməçəyə tərəf getməli idi. Səslər ordan gəlmişdi, gedənlər isə qayıtmamışdılar. Hələ nələrin olduğundan xəbərsiz yazıq qoca, aramla arabaya mindi, atı qırmacladı. Ailəsinin getdiyi istqamətə, nəvəsinin göbələk üçün getdiyi gölməçəyə tərəf irəliləməyəyə başladı...
2-ci hissənin sonu.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycan nüvə dövlətinə çevrilə bilər - "Sentyabrda çox güclü qurğu gətiriləcək"
YouTube böyük miqdarda cərimə ödəyə bilər
WhatsApp-da daha bir yenilik
Donald Tramp yenə baba oldu
“Facebook”dan gözlənilməz yenilik
Bakıda kirayə evlər bahalaşa bilər
Gözəl dırnaqlar
Prezident seçkiləri günü Azərbaycanda hava necə olacaq?
"Ş" hərfi ilə başlayan adların mənası
Görkəmli azərbaycanlı alim vəfat edib
Demi Mur gözəlliyinin sirrini AÇIQLADI
HAVA necə olacaq?-15 noyabr
Lavaş içi salat (foto resept)
Dünyanı heyrətləndirən 100 milyonluq şounu kimlər hazırladı?
Əhaliyə xəbərdarlıq!
Mingəçevirdə Gül bayramı keçirilib
Əsrarəngiz dünya çempionatı haqqında hər şey
Toy və ziyafətlər üçün geyim seçimi
Hulusi Akardan Fransa Senatının Qarabağla bağlı qətnaməsinə SƏRT REAKSİYA
Keremdən Serenaya EVLİLİK TƏKLİFİ
Yaşa görə estetik əməliyyat
Azərbaycanda bu şəxslərin evdən çıxmasına verilən icazə ləğv edilir - RƏSMİ
Qocalığın qarşısını necə almalı?
Ledi Qaganın AYRILIQ xəbərləri yayıldı-FOTO
İmtahan apreldə olacaq
Qız şərəfi, qadın isməti
Aslı Murata “yox” dedi - SƏBƏB
Bakı Dairəvi yolunda təmir işləri nə vaxt başa çatacaq?
Daha bir erməni saxtakarlığı
İtirdiyimiz torpaqlar geri qayıdacaq
Manat panikası bizə nə verdi?
Gözəl saatlar
Kreativ əşyalar
Ana-bala eyni geyimdə
Yıldız Tilbe Tarkanın rekordunu yeniləyəcək
Tuba Büyüküstün yeni stili ilə HEYRAN ETDİ - FOTO
Dünyanın ən böyük külək elektrik stansiyası inşa edildi
"Dəlisov professor" tələbələrini Heyrətləndirdi-VİDEO
5 rayonda əmək yarmarkaları keçiriləcək
Beyinlər niyə axır?
Polad Həşimovun adının verildiyi küçə ilə bağlı RƏSMİ AÇIQLAMA
9 milyona ev aldı - FOTO
Zodiak illərini 2015-də nələr gözləyir?
Olivye salatı (foto resept)
Hansı şəxslər koronavirus testindən keçirilə bilər?
İnsanlara kömək et, uzunömürlü ol
Qarabağ kətəsi (fotoresept)
Bu günlərdə bəşəriyyətin faciəsi yaşanır
Türkiyə yeni spikerini seçdi
Sevgilisinə gül alanlar nəyə diqqət etməlidir?
- ŞƏRHLƏR