Akademik bu sahəni inkişaf etdirmək üçün Gürcüstan və Ermənistandan fərqli Azərbaycanın həm relyef, həm də vəsait baxımından daha münasib məkan olduğunu deyib.
Azərbaycanda tədqiqat nüvə reaktorunun hazırlanması üçün strateji plan üzərində iş gedir. Bu prosesdə xarici ölkələrin təcrübəsi öyrənilir. Nüvə reaktoru ölkəmizin təlabatına uyğun tikiləcək. Milli Nüvə tədqiqatları mərkəzinin sədri Adil Qəribovun sözlərinə görə, Sovet İttifaqı Azərbaycanda nüvə texnologiyalarının tədqiqinə qısqanclıqla yanaşmasaydı, bu işlərə hələ çoxdan başlamaq olardı: "Azərbaycanda tədqiqat nevə reaktorlarının yaradılması haqda 1978-ci ildə layihəyə başlanılıb. Amma Azərbaycanda heç bir nüvə obyekti tikilmədi. Ermənistanda "Metsamor" tikildi, Gürcüstanda tədqiqat nevə reaktoru vardır".
İndi isə müstəqillik dövrüdür və Azərbaycan öz siyasi kursunu özü müəyyən edir. Müəyyən siyasi və strateji analizlərdən sonra nüvə texnologiyasının inkişafının ölkəyə xüsusi nüfuz gətirdiyi bəlli oldu. Akademik bildirir ki, Azərbaycan tərəfi yeni texnologiyalarla yanaşı kadr potensialının artırılmasına da böyük diqqət ayırır. 10-a yaxın həmyerlimiz təcrübə keçmək üçün dünyanın müxtəlif ölkələrinə ezam edilib. Beynəlxalq təcrübəyə gəldikdə isə mərkəz həm Dubna hərəkatına qoşulub, həm də Avropa Nüvə Tədqiqatları Mərkəzi ilə - CERN-lə yaxından əməkdaşlıq edir.
Adil Qəribov: "Bu, Azərbaycan üçün yeni üfüq açır Milli Nüvə Mərkəzinin qarşısında. Azərbaycan gələcəkdə əsrin qlobal təcrübəsində iştirak etməlidir. Gələcəkdə təcrübəli kadrlar yetişdirilməsi də nəzərdə tutulur".
Mərkəzin tətbiq etmək istədiyi digər bir sahə isə nüvə və radiasiyalı texnologiyaların yerli istehsalıdır. Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda unikal sterilizasiya qurğusu hazırlanıb. Adil Qəribovun sözlərinə görə, bu qurğudan dünyada sadəcə 148 ədəd var. Cihaz tibb, ərzaq, kənd təsərrüfatı və digər sahələr üçün faydalı olacaq: "Sentyabara qədər izotopun gətirilməsi nəzərdə tutulur. Bu qurğu çox güclü mənbəyə malikdir. Bu qurğu yüksək gəlir gətirə bilər".
Yaxın perspektivdə isə nüvə texnologiyalarının vacib elementi olan xətti və sinxrotrondan ibarət kompleksin yaradılması nəzərdə tutulur. Bir sözlə, Nüvə Tədqiqatları Mərkəzi Azərbaycanın faktiki olaraq nüvə dövlətinə çevrilməsi üçün işlər görür.
Mənbə: Milli.Az
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Ən uzun bığlı adam: "Bığ mənim ləyaqətimdir"
Mehriban Əliyeva Bilgəhdəki Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində olub - FOTO
Paltarların ömrünü necə uzatmaq olar?
Xroniki xəstələr oruc tuta bilərmi?
Piylənmə ömürü 8 il qısaldır
Gənc analara tövsiyələr
Əbu Nəsr Əl-Farabi-Şərq fəlsəfəsi (3)
Günün qoroskopu: mühüm məsələlərin həlli üçün yaxşı fondur
İnternetdə neçə dildən istifadə olunur?
Koronavirusla bağlı şayiə yayanlara müraciət
Sürücülərin diqqətinə: mərkəzi yollardan biri bağlandı
Adriana Lima Metinin yalanını üzə çıxardı
Biskvitli pirojna (foto-resept)
Fərqlilik axtaranlar üçün qeyri-adi aksesuarlar
Qadın.Netlə birlikdə hamiləlik (XVI həftə)
Ümummilli lideri H. Əliyevin anadan olmasının 91-ci ildönümüdür
Monika Belluçi sadəliyi ilə VALEH etdi
Apple 302 milyon dollar cərimələbdi
Rusiyada koronavirusun müalicəsinin yeni üsulu tapıldı
Heydər Əliyev Mərkəzinin binasının beynəlxalq arxitektur təqdimatı keçiriləcək
Azərbaycanda həkimlər niyə pis yazır? - SƏBƏB BİLİNDİ
Xanımı ilə barışmaq üçün 2 milyonluq hədiyyə aldı-FOTO
Rami Malekdən FOTOsessiya
Bekhem son 3 ayda 6 sevgili dəyişdi
Qadın şəkilli dollar...
Kişilərin cəlbedici hesab etdiyi xüsusiyyətlər
Bakının "Qış cəhənnəmi"
Acı bibərlə bağlı yeni faktlar
Britni Spirsin anası qətldə günahlandırılır-FOTO
Metin Hara həbs oluna bilər-SƏBƏB
May ayı üçün gözlənilən hava proqnozu
Günün qoroskopu:Tələskənliyə yol verməyin
Mercedes BMW X6-ya qarşı
"Çernobl"da şəkil çəkdirdi, tənqid olundu-FOTO
Cansu Dere villası sayəsində onlarla qonşu oldu
Saç düzümləri
BÜRCLƏR bizə nə vəd edir? -25 MAY
İtkin düşənlər nə zaman ölmüş elan edilə bilər?
Tovuzu su basdı
İNANILMAZ FAKTLAR: O dünyadan qayıdan 9 adam - FOTO
Ermənistan Xudavəngin eksponatları ilə sərgi keçirir - Nazirlikdən BƏYANAT
Sabah küləkli gün olacaq
Whatsapp-dan daha bir YENİLİK
“Azəriqaz”-dan sumqayıtlılara şad xəbər
"Qapılar bağlanır, növbəti stansiya "Ronaldu
Can Yaman və Demetin gecə görüşü -FOTO
Azərbaycanda rəqəmsal TV siqnallarının əhatə zonası genişləndirilir
Bakının havası - sıfır
Koronavirusun ağciyərlərə vurduğu zərəri belə bərpa etmək olar - Mütəxəssisdən VACİB TÖVSİYƏ
Xərçəngə meydan oxuyan pilot xanım sirləri açıqladı














