...Ömərin ona etdiklərini xatırlayanda göz yaşlarını saxlaya bilmədi.O acı günlərin xatirəsi belə dəhşətli idi.Bu gün Ömər və onun kimilər onun evində qulluqçu olsa da bu onu təsəlli etmir.Keçmiş acılarını ovundurmur.O zaman Dilarə ilə Raisa kimi o da qaça bilərdi.Amma qaçmadı.Yalnız ona görə yox ki, sənədləri Esyada idi, onun icazəsi olmadan oteldən heç yerə çıxa bilməzdi.Hara getsəydi onun nəzarəti altında idi.Belə də olmalı idi.Burda ən bahalı qiymətə gedən və çox istənən müştəri Monika idi.Əgər o da qaçmağa çalışsaydı və bu cəhdi baş tutmasaydı ona “Bacım” deyən Esyanın heç düşünmədən öz əli ilə onu cəzalandıracağını yaxşı bilirdi.Burda qadınlar qadınlıqdan çoxdan çıxmışdılar.Öz övladını düşünməyən, ailəsini həmişəlik tərk edən birisindən mərhəmət gözləmək ağılsızlıq olardı.Onların hamsının övladı da, anası da, Allahı da pul idi.Gəncliyini burda keçirib bir az yaşlananlar belə buranı tərk etmək istəmirdi.Müştəri kimi artıq onlara ehtiyac olmasa da “peşə”lərindən əl çəkmək fikrində deyildilər.Halbuki indiyədək qazandıqları ömür boyu onlara yetərdi.Amma bu onlara bəs etmirdi.Yenə qazanmaq, qazanmaq istəyirdilər.Haram yolla qazananların onsuz da hamsının gözü ac olur.Eləcə də bunların.İndi zəmanə dəyişmişdi.Könüllülər aldanaraq gələnlərdən daha çoxluq təşkil edirdi. Bu da Esya kimilərin işinə çox yarayırdı.Elə Günay özü də vaxtilə belə gəlməmişdimi?Günayı qaçmaq fikrindən döndərən əsas səbəb burdan qaçmağın çətinliyi və Esyadan çəkinməsi deyildi.O qədər ümidsiz, gələcəyə inamsız və özünə nifrət hissi vardı ki, içində..Hər dəfə qızlardan hansısa qaçanda beyninə gələn “Bəlkə mən də qaçım bu Cəhənnəmdən?” fikri az keçmədən “Niyə qaçım, kimə qaçım, kimdir axı yolumu səbirsizliklə gözləyən?Hamı üçün ölüyəm artıq” düşüncəsiylə əvəz olunurdu.Bura gəldiyi ilk günlərdən fərqli olaraq daha cəsarətli və tədbirli olsa da daxilən yenə də zəif Günay idi..
O qaçmadı..Əzab-əziyyətlərə baxmayaraq Esyanın yanında qaldı..Esyadan asılılığa, Ömərin iyrənc cəzalarına dözdü, dözdü..Halbuki vətəndə olarkən heç nəyə dözmək istəmirdi.Tək başına övlad böyütməyə bir ana kimi qatlaşa bilmədi.Burda isə yad insanların insanlığa sığmayan işğəncələrinə dözür.Niyə dözür, nə zamanadək dözəcək?Bunu da bilmirdi.Heç düşünmürdü də.Çünki özünə olan sonsuz nifrətindən bu cəzalara layiq görürdü özünü..
...Həmin gün, Soltan ağanın qəfil gəlişlərinin birində Monika yenə cəzalı idi.Yadında deyil nəyə görə..Soltan ağa bu dəfə Öməri sorğu-sual etmədən, bu səs-küyün səbəbini soruşmadan birinci mərtəbədəki kabinetinə keçdi.Əhvalı çox pərişan idi.Üzünün tükü səliqəsiz formada uzanmış, gözlərinin altı şişmiş və kölgəli görünürdü.Bir baxışdan hiss etmək olurdu nə qədər dərin kədər içində olduğu.Deyəsən bir az içmişdi də..Soltan ağanın ardınca Ömər də kabinetə keçdi.Ona nə olduğunu soruşmağa cəsarət etmədi.
-Bir şeyə ehtiyacınız varmı?Acsınızmı, ağam?Yeməyə, içməyə nə gətirim?-soruşmaqla kifayətləndi.Ömər onun sadiq köməkçisi olsa da aralarında bir məhrəmlik yox idi.Bu səbəbdən də ondakı dəyişikliyin səbəbini soruşmadı.Soruşsa da bir cavab almayacaqdı.Əvvəl-axır biləcəkdi necə də olsa.
-Heç nə istəmirəm, Ömər.Ac deyiləm.İçki də istəmirəm..-Bir anlıq susdu.-Bir həmdəmə ehtiyacım var, Ömər.-dedi..
Soltan ağanı bu qədər üzən səbəb həyat yoldaşını qəfil itirməsi idi.Heç vaxt səyahətlərə onu da özüylə aparmazdı.Son səyahətə birlikdə getməyi qərarlaşdırdı.Xanımına sürpriz etmək və baş-başa qalmaq üçün.Ona mənən çox borclu idi.İş və əyləncələrə başı qatışıq olan zaman evinin, uşaqlarının başında tək dayanmışdı bu günədək arvadı.Layiq olduğu kimi qiymətləndirməmişdi uşaqlarının anasını.Kaş ki, yenə də onu evdə buraxıb özü tək gedəydi.Nə biləydi ki, arvadı xəstədir.Evdə tapılırdı ki, onun xəstəliyinin ciddiliyi ilə maraqlana.Getdikləri üç gün deyildi.Qadının əhvalı qəfil pisləşdi və ürəyi dayandı.Quş kimi uçub getdi gözlərinin önündəcə..Arvadının ölüm xəbərini başqasından eşitsəydi bəlkə də bu qədər yanmazdı.Gözünün qarşısında, qolları arasında can verməsi onun oyanmış vicdanını hələ də sızladır..Bunları Ömərə desə nə olacaqdı, deməsə nə?Sanki Ömər onu anlayacqdı..
Ömər isə öz aləmində Soltan ağanın “Bir həmdəmə ehtiyacım var” sözünü başqa cür anlamışdı.İndiyədək qızlardan heç biri ilə yaxınlıq etməyən ağanın könlünə onlardan biriylə yaxınlıq düşmüşdü yəqin.Ömər belə düşünürdü.Ağaya layiq qız da tapmışdı beynində.Əlbəttə, ona ən layiqi elə Monika idi.
Nədənsə bu dəfə Monika Ömərə “Yox” demədi.Heç bir mübahisəsiz razılaşdı.Onun bu itaətkarlığı Öməri təəccübləndirsə də çox üstünə getmədən tapşırdı ki, yaxşı-yaxşı hazırlaşıb ağanın kabinetinə getsin.Soltan ağanın Monika ilə oteldə gecələyəcəiyini zənn etmirdi.Monika bir söz demədən Ömərin dediklərini etdi..
Günayın razılaşmasına səbəb nə Ömərin növbəti cəsasından qorxması, nə də Soltan ağanın onların böyüyü olması deyildi.Ağanın çox pərişan halda otelə daxil olması, az qala hönkürüb ağlayacaqmış kimi görünüşü gözünün önündən getmirdi.Ona çox acıdı.Dərdini öyrənmək marağı üstün gəldi.Və razılaşdı...
Elə həmin gündən Soltan ağa ilə münasibətləri daha da sıxlaşdı.İlk vaxtlar ağa özü şəxsən otelə təşrif buyururdusa sonralar Monikanın arxasınca sürücü gəlib aparırdı.Soltan ağa özü otelə gələndə Monika ilə görüşləri zamanı aralarında heç bir şey baş verməmişdi.Yalnız söhbət edər, dərdini dağıtmağa çalışardı hər ikisi.Varlı olanda nə olar, bəyəm varlının dərdi olmur?Həyatda ən çox dərdi olan elə onlar deyilmi?Həm də haramla qazananların dərdi daha çox olur.Monika burda olduğu müddətdə hər cür insan görmüşdü.Artıq insanları tanıya bilirdi.İnsanlara qiymət verərkən də onları yaxşı və pis insanlara bölmürdü.Burda gördükləri minlərlə insan və onların taleyini müşahidə etdikcə belə nəticəyə gəlmişdi ki, dünyada tam yaxşı və tam pis insan yoxdur.Hər bir pis insanın da qəlbində yaxşılıqlar ola bilər.Məsələn ən pis, vəhşi heyvandan da qəddar olan insanın qəlbindəki sevgini görə bilmişdi o.Uzağa getməyək, elə biri Ömər.Ömər qədər qarğış qazanan iyrənc insan bəlkə də yox idi burda.Amma bir gün qızlarla bazarlığa gedəndə təsadüfən uzaqdan Ömərin dilənçi uşaqlara yemək payladığını gördü.İnana bilməmişdi.Yaxınlaşıb o adamın həqiqətən də Ömər olduğuna əmin olanda ona olan nifrəti bir anlıq itdi.Daha sonralar öyrəndi ki, Ömər özü də uşaq evində böyüyüb zamanında.Uşaqlara sevgisinin ikinci səbəbi isə onun sonsuz olması idi, deyilənə görə.Eh, insanlar ən az həyat qədər qəribədirlər.İndi bu Soltan ağa da baxmayaraq ki, bu cür yolla pul qazanır, o da bir insandır.O da hər bir körpə kimi dünyaya saf gəlib, məsum olub.Onun bu günkü pərişanlığı, dərd içində çabalaması bəlkə də ona bir cəzadır, nə bilmək olar?Monikanın Soltan ağa ilə ilk görüşdəki söhbətləri uzun illər əvvəl ona küçədə rast gələn Cavidlə kafedəki söhbətə oxşadı. Fərq bunda idi ki, o zaman Günay çarəsizlikdən elə hey ağlayır, Cavidsə fikrini dağıtmaq üçün ona suallar verirdi.Bu dəfə isə əksinə oldu. İndi çarəsizlikdən ağlayan Soltan ağa idi. Bəli, şəhərdə ən varlı üç nəfərdən biri, onun sahibi Soltan ağa!Müştərilərlə hər mövzuda söhbətə alışmış Monika üçün söz tapmaq elə də çətin olmasa da indi duruxub qalmışdı.Onu ovutmaq üçün söz tapa bilmirdi.Sadəcə o, ağanın səmimiliyinə həm təəccüb edir, həm də azacıq kövrəlmişdi..
Soltan ağa da Cavid kimi çox keçmədən Monikaya evlənmə təklifi etdi.Həmişə keflə, əyləncələrlə gününü keçirən ağa nədənsə indi tam azad olduğu bir zamanda əvvəlki kimi əylənə bilmirdi.Həyat yoldaşının vəfatından sonra onun dəyərini daha çox anladı.Yoxluğunu hər dəqiqə hiss edirdi.Nə qədər də özü üçün yaşayan bir tip olsa da uşaqlarının qəmli baxışlarından, tənha gecələrdən,-qəribədir ki, indi əvvəlkindən də tez gələrdi evə,-həyatındakı boşluqdan qurtulmalı idi..Monikada onu çəkən nə isə var idi.Hələ onun həyatı haqda biləndən sonra daha da doğmalaşdı ona.Yox, acımadı, sadəcə özünə məhrəm saydı onu..
Bir ay içində evləndilər. Bu gün ona təmtəraqlı ad günü ziyafəti keçirən əri Soltan ağa sayəsində o bir şahzadə kimi yaşayır.İndi hər şeyi atıb burdan həmişəlik və xəbərsiz çıxıb getmək ərinə qarşı haqsızlıq olmazdımı?Onu bataqlıqdan çıxaran insana xainlik etmək deyildimi?Bundan başqa Soltan ağa yaşlı və xəstə idi.Monikanın qaçmasına yəqin ki, dözə bilməzdi.
Ehh, ömür boyu həyatındakı kişiləri düşündü, onlara acıdı..Bəs ona kim acıyacaq?Elə Eldara da özünü borclu hesab etdiyi üçün acımadımı?Onu borcdan qurtarmaq üçün özünü satmadımı?Eldar, Eldar..
..Yadındadır, rəfiqəsi Natəvan vətəndən yeni dönmüşdü.Onun gəlişini elə səbirsizliklə gözləyirdi ki..Axı səkkiz ildən sonra ilk dəfə oğlu haqda məlumat alacaqdı.
-Nata, de görüm oralarada nə var, nə yox?
-Günka, bilsən Bakı indi necə dəyişib, necə gözəlləşib.Vallah, heç qayıtmaq istəmir adam.
-Necə keçdi orda günün?Ailəni görə bildinmi?
-Yox, ailəm rayondadı.”Ailəm” deyəndə ki, bir atamdır, bir anam.Qardaşlarım keçən ildən Rusiyadadırlar.Anamgilə burdan pul göndərirəm arada.İndi iki-üç günlüyə getdiyimçün onlara baş çəkə bilmədim.Özün bilirsən də Bakıdan bizim rayona getmək on saata yaxın vaxt alır.
-Bəs bu üç günü kimlə keçirdin,haralarda oldun?
-Sevgilimlə birlikdəydik.
-Oteldə?
-Oteldə niyə?Öz evimizə nə gəlib?Keçən il gedəndə iki otaqlı mənzil alıb açarını verdim aşkıma.Gedəndə orda qalıram.
Ehh, Nata.Natəvan da ağılsızlıqda burdakı qadınlardan geri qalmırdı.Hisslərinin əsiri idi o da.Belələrinin sevgisini heç anlamaq olmur da.Burda yaşlı, çirkin, ağzının qoxusu ürək bulandıran saysız müştərilərlə gecələyib qazandıqlarını sevgilisinə xərcləyir.Əvvəl maşın aldı, indi də evdən danışır..Bədbəxt qadın bahalı hədiyyələrlə oğlanı özünə bağlamağa çalışır..Nə isə..Özü bilər.Burdakıların demək olar hamsının vətəndə saxladıqları alfonsu var.”Əsas məsələyə keç, Monika.Sənin nəyinə lazımdır Natanın şəxsi həyatı?”-Öz-özünə dedi.
-Kamran haqda nəsə öyrənə bildinmi?-Udquna-udquna soruşdu.
-Əlbəttə.Elə həm də buna görə rayona gedə bilmədim.
-Ürəyimi üzmə daha, tez de görüm nə öyrəndin?
-Kamranı tapmaq elə də çətin olmadı.Qaynanangil hələ də o yataqxanada yaşayırlar.Uşağı da elə yataqxanaya ən yaxın məktəbə qoyublar.
-Yoxsa sən Kamranı gördün?-həyəcanı daha da artdı Günayın.
-Gördüm.Amma uzaqdan.Böyüyüb maşaallah.Sarışın, hündürboylu..Lap sənin kimi..
-Bəs onun Kamran olduğunu nədən bildin?
-Mən məktəbə gedəndə dərs zamanı idi.Qapıda dayanan yaşlı qadına bir az “hörmət” etdim.Kamranın məlumatlarını dedim.Bir azdan tənəffüs olanda bir kənarda dayanıb gözlədim.O da uşaqlardan birinə tapşırdı Kamranı çağırsın..Onda gördüm.Deyir ki, dərs əlaçısıdır Kamran.Altıncı sinifdə oxuyur.Şərəf löhvəsində də şəkli vardı.
-....-Günay ağlayırdı.Həm sevincdən, həm oğlundan bu qədər uzaq olduğu üçün kədərindən..
Natəvan rəfiqəsinin fikrini dağıtmağa çalşdı:
-Hələ Eldar haqda da öyrəndim.
Eldar haqda öyrənməsini Monika ona tapşırmamışdı.İndi onun adını qəfil eşidəndə təəccübləndi.Heç nə soruşmadı.Sual dolu baxışlarla Natəvana baxdı.
-O alçaq da cəzasına çatdı..
..Eldar Günayın əvəzində Sevdadan aldığı pulu o bura gələndən sonra sağa-sola xərcləyib guya depresiyadan çıxmağa çalışırdı.Günayını unutmaq üçün avara dostları ilə hər gün kafelərdə keflənənədək yeyib-içirdi.Günayı satmasına çox peşman olmuşdu.Amma nə fayda?Əlində olan pulları borcuna deyil, boş-boş yerlərə xərcləyəndən sonra banklara olan ödəmələrini xatırladı..İndi iki yolu qalırdı.Ya o da xaricə getməli, bir daha vətənə qayıtmamalı, ya da cəzasını məhbusluqla ödəməli idi..Eldar təbii ki, hər zamankı kimi asan olanı seçdi.Əşyalarını toplayıb xaricə qaçmaq niyyətilə hava limanına gəlmişdi ki, burda onu polislər qarşıladı.İndi o həbsdədir.Cavid kimi...
Nədənsə Eldarın başına gələnlərə o qədər də üzülmədi..Heç sevinmədi də.Nə də qədər əzab çəksə də düşmənin belə pis gününə sevinməz.Sadəcə heç bir hiss keçirmədi....
-Günka, bayaq Kamran haqda sənə əsas bir şeyi demədim.
-Nəyi?
-Bilmirəm necə deyim..Qaynanangil Kamranı rəsmən oğulluğa götürüblər.Yəni səni analıq hüququndan məhrum ediblər..
Səhərə az qalır.Gecəni oyaq qalan, iyirmi səkkiz illik həyatını bir neçə saatda yenidən yaşayan, acılı-şirinli xatirələriylə baş-başa qalan Günay mühüm bir qərar verməyə hazırlaşırdı.. On altı yaşından bəri yüngül həyat tərzi keçirən, yaşamaq üçün mübarizə aparmayan, həqiqi zəhmət nə demək olduğunu bilməyən, bir sözlə yanlış düşüncələrlə həyatını davam etdirən, bataqlıqda olan və ordan çıxmağa cəhd etməyən, özünə hörməti olmayan bir insan üçün geri dönmək, hər şeyi sıfırdan başlamaq çox çətindir.Vətənə qayıtsa belə yenə hər şey əvvəlki kimi olacaqdı.Çalışmağa adət etməyən Günay yenə də gözəlliyinə güvənib rahat yaşamaq üçün sığınacaq axtaracaq.İndiyədək analıq hissi oyanmayan bu qadın oğlunun belə həyat tərzini pozub ona acı çəkdirə bilərdi varlğı ilə.
Nə qədər acı da olsa Günay bunları özü-özünə etiraf edirdi...Və son qərarı bu oldu-O vətənə dönməyəcək...
SON
P.S. Bəlkə də Monika nə vaxtsa özündə cəsarət tapıb vətənə, oğluna dönməyə qərarlı olacaq.Bizsə buna ümid edək..Allah heç bir ananı balasından ayırmasın..
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR