Qaraqanın eyni adlı musiqisinin motivləri əsasında...
İcazəsiz kopya edilməsi qadağandır.
-Bax, Elxan qardaş, gəl belə danışaq, sənə iş lazım idi hə?-Bir az tərəddüd etdi. Deyəsən cəsarət eləmirdi...-Bizi də işçi lazımdır elə... Çünki o layihəni biz alacayıq bu dəqiqdir. Sən bu polis-molis məsələsin unut. Onsuz da ciddi bir şey yoxdur. Əvəzində gəl bizim firmaya bu layihəyə məsləhətçi!
Mənim fikrim Bərfimdə idi. Cengiz danışdıqca heyranlıqla ona baxırdı. Başı ilə də təsdiq edirdi. Sonra yalvarıcı nəzərlərlə mənə baxdı. Bu gözlər...Eh..
Cengiz cavab gözləyirdi. Birdən başa düşdüm ki, iş ciddiləşib. Nəsə işgüzar suallar verməliyəm:
-Siz hardan bilirsiz ki ,o işi sizin firma alacaq?
-Bilməsəm demrəm ki, -Cengiz pis-pis güldü...-O rəqabət filan boş şeydi. Gendən obyektivlik səhnəsi yaratmaqçün. İş bizlikdi 100%!
Axmaq Səlim də yağışın altında yol ölçüb baş sındırır. Daha demir ki, bu quzğun kiminsə “Şotuna” işi qoyub cibinə! Mənə nə? Nə fırıldaq gəlir Allah bilir bu pis...
-Xahiş edirəm ciddi fikirləşin-Bərfim yaxın gəldi...-Çətin olmaz. Hamımız əl-ələ verib öhdəsindən gələcəyik. Təcrübədən də narahat olmayın. Elə mən də təzə gələndə heç nə bilmirdim. Tezliklə öyrəndim. Sizə də kömək eləyərik.
Deməli, Bərfimlə bir yerdə olmaq üçün şans yaranırdı. Daha saatlarla izləməyə ehtiyac olmayacaqdı. Bərfimə yaxın olmaqçün Cengizin əlinin altında işləməli idim...
Mənə lazım idi bu? Cavab vermədim.
Həkim yenə otağa gəldi,sualedici nəzərlərlə Cengizə baxdı, Cengiz tez mənə yaxınlaşdı:
-Bax bu bizim kart. Bir-iki gün istirahət elə, gəl ofisə. Elə bil ki, yerin hazırdı...-Əliylə kürəyimə şappıldatdı...-Okey?
Üzümü turşutdum. Cengiz elə bildi ağrıdandı, Mənsə bayax Bərfimin çiyninə, saçlarına sığal çəkən əlin kürəyimə dəyməyindən iyrənmişdim...
-Biz gedək daha. Sən istirahət elə. Xəstəxananın bütün xərcləri ödənilib.
Elə razılıqla danışırdı ki, elə bil maşının altına salmağı bəs deyil, hələ durub xərc də ödəyəcəm.
-Gəlin ha...-Bunu Bərfim dedi. Arxasıyca baxdım...Heç gəlmərəm?!
Nəyinki üç gün, heç 1 gün də dözə bilmədim. Gecedən xeyli keçmiş çıxdım xəstəxanadan. Evə getmək istəmirdim. Sorğu-suala dözəcək halım yox idi. Bu gün olanlar yuxu kimi gəlirdi mənə. Nə vaxtsa qarşılaşacağımızı bilirdim. Amma bu formada, bu qədər yaxından. Adi, sıradan bir formada bu qədər real qarşılaşacağımızı gözləmirdim. Yatsaydım yuxuma da girməzdi ki, birdən-birə belə yaxınlaşacayıq. Hətta üzümdə Bərfimin əllərin indi də hiss edirdim. Yox heç düşünmədən sabah ofisə gedəcəkdim. Amma Cengiz heç fikrimdən çıxmrdı. Bərfimi fikirləşən kimi Cengizin qoluna girib “Sevgilim” deməsi yadıma düşürdü. İlahi, görəsən o cür qız, bu uzunqulaqda nə görüb axı?!
Öz-özümə gülməyim tutdu. Nə görəcək?! Pul, şöhrət, güc! Gör necə də arxayınlıqla danışırdı. İş bizlikdi! Xəstəxananın xərcləri ödənilib! Daha nə nə nə...Səni..Yanımdan keçən yaşlı kişi dönüb təəccüblə üzümə baxdı. Gecənin bu vaxtı, küçədə öz-özünə danışıb söyüş söyən birin görmüşdü yazıq neyləsin.
Yox belə olmaz evə gedim yaxşısı budur. Hava da lap soyuq idi. Əl-ayağım da sızıldayırdı. Amma yaxşı qulluq elədilər. Nə verdilər, nə vurdular bilmirəm. 2-3 saata bütün ağrılarım keçmişdi. Pul kopoyoğlu şeymiş. Hələ o həkim... Uzağa niyə gedim ki, Bərfimə Bərfim! Cengizin pulu olmasaydı Bərfimin nə işi vardı onun yanında?! Madam pulla imiş sevgi məsələsi, mən də pul qazanam gərək!
Metroya tərəf getmək istədim. Yadıma düşdü ki, indi bağlanmış olar. Marşrut gözləyəsi halım da yox idi. Taksiyə oturub ünvanımızı dedim. Oturacağa yayılıb sabahkı görüş haqqında fikirləşməyə başladım.
İşıqlarımız hələ sönməmişdi. Evə girəndə, anamın qızarmış üzünə baxanda başa düşdüm ki, yenə atamla dava ediblər. Əgər anamın gözü qızarsaydı deməli atam deyib, o eşidib. Amma bu dəfə tərsinəydi. Deməli anam partlamışdı. Bu gün şikayət etmək onun növbəsi idi. Onlar mütəmadi olaraq dava edirdilər. Allahın ver günü. Ya anam başlayır, ya atam. Amma qarşılıqlı ittiham olur davalarında. Atam həmişə qeybət edirdi anamdan. Üzünə deyə bilmədiyini arxasınca danışırdı. Amma görəndə ki, mən dinləmirəm lap ümidsiz olurdu həmişə. Nədənsə heç xoşlamırdım onun anam haqqında danışığını. Söhbət onun haqlı olub-olmamasından getmirdi. Mənim ümumiyyətlə qeybət edən adamdan zəndeyi-zəhləm gedirdi. Doğma atam olasa belə. (Qeybət-qarşındakı insanı həmişə zərbə altında saxlamaq istəyindən yaranır. Üzünə desən səhvin başa düşər. Onu bir daha təkrar etməz. Bəs onda danışılası bir şey də olmaz axı)Və bilirdim ki, atam anamdan mənə danışan kimi mən olmayanda da məndən söz salırdı. Nədənsə həmişə bizə avara gözü ilə baxıb. Anamı bacarıqsız qadın, bacımı və məni də fərsiz övlad bilirdi. Halbu ki, mən öz gücümə ali məktəb oxumuşdum. Bacım da oxuyurdu... Nədəsnə o bizdən, xüsusən də məndən daha çox şey gözləyirdi. İnkişafımız üçün heç barmağını da dəbərtmədiyi halda bizidən ən yüksək mərhələni tələb edirdi.
Atam deyinəndə başqa aləm olurdu. Nədənsə heç sevmirdim atama qulaq asmağı. Heç danışmağı da xoşlamırdım. Mənə elə gəlirdi ki, bu adəti də onlar aşılayıb mənə. Gözümü açandan, özümü tanıyandan bizdə heç kim-heç kimi dinləmir. Hamı şikayət edir, deyinir. Mən ən azından deyinmirdim. Sadəcə susurdum və dinləmirdim. Və bu atamın da xoşuna gəlmirdi deyəsən. Bilmirəm o haradan eşitmişdi ki,arvadından oğluna şikayət edə bilər. Özü də mən artıq uşaq deyildim ki, 24 yaşlı gənc üçün eşitdikləri yox gördükləri tərbiyyə rol oynayır. Və mənim də eşitdiklərim gördüklərimlə, atamın mənə sırımaq istədikləri ilə üst-üstə düşmürdü.
Atam çox vaxt sərxoş olurdu. Daha sonralar da “Ata” deyəndə divana uzanıb xoruldayan, və pis qoxu verən, üzü tüklü kişi gəlirdi gözümün qabağına. Və ona görə də bəlkə mən indiyəcən dilimə içki vurmudum. Heç vaxt üzü saqqallı gəzmədim. Ümumiyyətlə üst-başıma xüsusi diqqət edən oldum. Hər güzgüyə baxanda mənə elə gəlirdi ki, atama oxşayıram və bu oxşarlığı itirmək üçün əlimdən gələni edirdim. Utanmasaydım gözümə linza taxıb rəngini dəyişərdim ki, atamınkına oxşamasın. Atamı heç sevmirdim bu dəqiqdir anamı isə şəraitə görə gah iztehza, gah yazığım gəlirdi...
Səhər tezdən durdum. Bildim ki, hələ anam da bacım da yatıblar. Özüm tez durdum ki, rahat hazırlaşıb Bərfimin yanına gedim. Mətbəxə keçəndə atamı gördüm. Stulda oturmuşdu. Əli ilə başını tutmuşdu. Deyəsən başı ağrıyırdı. Məlum məsələdir o qədər arağı mədəyə töksən baş da ağrıyar hələ üstəlik...
Bax bu heç yaxşı olmadı. Gözləmirdim də atamı tezdən mətbəxtdə görəcəyimi. Çaşıb qaldım. Yuxulu gözləri ilə mənə şübhəli nəzərlərlə baxdı:
-Hardaydın dünən?
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Angel Sançesdən 2017-ci il gəlinlik modelləri
Mağara otel
Bu cütlük 22 ildir kanalizasiyada yaşayır
İspan dili 24-cü dərs
Məşhur filmdəki səhv 33 il sonra ortaya çıxdı - FOTO
Azərbaycanda həkim koronavirusdan vəfat edib - FOTO
ABŞ Dağlıq Qarabağdaki işğalçı rejimin "müstəqilliyini" tanımır
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir - RƏSMİ
Bu gün səni istədim...
Dəniz havasına azacıq "düzəliş"
Həssas dərilər üçün makiyaj tövsiyələri
Schuizu balıq (foto resept)
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
“Facebook” pullu olacaq?
Saçlara parlaqlıq qatacaq tövsiyələr
12 dövlətin hərbi attaşesi Naxçıvanda
Hava XƏBƏRDARLIĞI
Ərini və qardaşını Vətən müharibəsində şəhid verən Azərbaycan qadını
Meksika mətbuatında Ermənistanın törətdiyi müharibə cinayətləri ilə bağlı məqalə dərc olundu - FOTO
İslandiyada hər kəsə eyni maaş veriləcək
Beyin üçün məşğələ
Susamasaydınız, nə baş verərdi?
Cim Kerri hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Quşüzümlü portağal şirəsi (foto resept)
Mənim əl işlərim
“Whatsapp”da YENİLİK - Barmaq izi...
Düzgün duruş üçün dartınma hərəkətləri
Ukraynada bütün rusdilli məktəblər ləğv edildi
Gürcüstanda azərbaycandilli radio açıldı
Soyuq su yuxusuzluğu aradan qaldırır.
Selena Gomez İlk Dəfə Xəstəliyindən Danışdı
Məşhur aktrisa vəliəhdini açıqladı
2018 məzunları üçün saç modelləri
"Sağlam qida yoxdur"-Yəhudi alimlərdən ŞOK araşdırma
Badamlı balıq (foto resept)
Onu sevməyən insan tapmaq çətin...
Daha iki rayon sakinlərinin işi ASANlaşdı
Bakıda hamı tıxacdan danışır, amma ölüm saçanı görən yoxdur?
Necə nəfəs alırıq?
Kütləvi zəhərlənmə qeydə alınan imtahan yenidən nə vaxt keçiriləcək? - AÇIQLAMA
Serenay 7 milyonluq izləyicilərini sevindirdi
Apteklər bağlanır
Bakıda torpaq ucuzlaşıb
İran vətəndaşlarına Həcc ziyarətini qadağan etdi
Qürub çağı
Kukla sənəti
Sizin doğulduğunuz gün,dünyada nələr olub?
Rusiya Ukraynanı parçalamaq istəyir?
Azərbaycanın “Avroviziya-2021” mahnı müsabiqəsində iştirakı təsdiqləndi
İmmuniteti gücləndirən 5 ərzaq
- ŞƏRHLƏR