• Neçə belə yaza çıxasan! Evində bərəkət tapasan.
• Yaxşılıqdan bir qənimət umursansa, onu etmə.
• Igid oğul düşmənə əyilməz.
• Torpağın qədrini bilsən, həmişə sevinib gülərsan.
• Nadanlar qarşısında ağlını nümayiş etdirmə.
• Ürəyi təmiz yolçu mənzilə tez çatar.
• Yaxşılığı bilməyən kəsə yaxşılıq etməzlər.
• Danışmaq gümüşdürsə, susmaq qızıldır.
• Xoşbəxtlik qapının ağzında durdu, bədbəxtlik isə çağırılmamış qonaq kimi içəriyə soxuldu.
• Ən böyük sərvət ağıldır.
• Səninlə dostluq etmək istəməyənə yaxınlaşma.
• Çörəyini qədirbilənə ver.
• Məqsədsiz iş tutma, onun faydası olmaz.
• Kor nə istər, 2 göz, biri əyri, biri düz.
• Gələcəyi dərindən düşünməyənin yaxşı dostu olmaz.
• Intiqam almağa tələsmə, pis vəziyyətə düşərsən.
• Torpağın üzünə gülməsən, ona həsrət qalarsan.
• Başqasına quyu qazmaq istəsən birinci özünü düşün.
• Dağdağan ağacını kəsmək xeyir verməz.
• Əldə qayçı oynadanda dava düşər.
• Ov ətindən qırxlı arvada verməzlər.
• Nişan üzüyünü girov qoymazlar.
• Qoçağın yanında qorxaq, qorxaqın yanında qoçaq kişidənn qeyrət gözləmə.
• Aşığı olan obanın qaşığı yağlı olar.
• Yanıram ki, tüstüm çıxsın, bəlkə məni də görərlər.
• Ocağın içi cəhənnəm, qırağı cənnətdir.
• Babam mənə kor deyib, gələn-gedənə vur deyib.
• Yurd mənim, yumaq mənim,mal mənim, oymaq mənim.
• Oğuz-oğuz oymaram, yağı gələ qoymaram.
• Içim özümü, eşiyim özgəni yandırır.
• Mallıya bəli, malsıza dəli deyirlər.
• Aranda tutdan oldum,dağda qurutdan.
• Yekəliyinə baxma, içinin otu yoxdur.
• Ayının min oyunu varsa, o da bir armudun başındadır.
• Ət yeyən quşun didiyi əyri olar.
• Yalançının evi yandı heç kəs inanmadı.
• Yaraq igidin yaraşığıdır.
• Igid ölər adı qalar, müxənnətin nəyi qalar.
• Qapının dabanında oturmazlar, bu qaramatlıq əlamətidir.
• Şər vaxtı adama qarğış eləməzlər, o vaxt edilən qarğış adamı tez tutur.
• Təndirə kündə yapanda gərək yanında oğlan uşağı durmasın , yoxsa kündələr küt gedər.
• Sonsuz qadını içinə ilan qabığı salınmış su ilə çimizdirəndə onun da uşağının olacağına inanmışlar.
• Döl vaxtı qoçun belinə oğlan uşağı mindirib sürünün içinə buraxarlar. Onda quzunun erkəyi çox olar.
XƏBƏR LENTİ
Azərbaycanda ən çox yoluxma haradadır?
Əhaliyə qoruyucu maskalarla bağlı xəbərdarlıq edildi
Stil ikonuna çevrilən tayvanlı cütlük
Microsoft rekord vurdu
"Məzarıma bir cüt ayaqqabı qoyun"
"Arvadlarınızın açıq-saçıq şəkillərini saxlamayın"
Növbəli işin zərəri
Günün ulduz falı
Çəkmələrinizdən qoxu gəlməsin deyə...
Dünyada koronavirusa yoluxanların sayı 21 milyonu keçdi
Yanvar ayının seçilmişləri!
Abituriyentlər növbəti sınaqda.
Kəlbəcərdə azərbaycanlı və erməni hərbçilər arasında münaqişə - VİDEO
Britaniyalı deputatlar Dağlıq Qarabağın separatçı rejiminin nümayəndəsi ilə görüşüblər
İnsanlar niyə depressiyaya düşürlər?
İpoteka üçün müraciət edənlərin sayı azalıb
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Bu “qoşa köynək” internet istifadəçilərini çaş-baş qoyub-FOTO
Çimərlik geyimində paylaşımlar etdi, həyatı dəyişdi - FOTO
"Tesla" avtomobillərinin Bakıda satışına başlanılıb
Dağ kəndindəki uşaqlar M.Qorkinin kitabına qovuşdu
Qızılgül xanımlar (Emile Vernon)
Şirin xəmirdən hazırlanan tortlar
Rasputinin 9 öncəgörməsi
Azərbaycanda planşetlər ucuzlaşmağa başlayıb
Cennerin toyu olacaq!
Türkiyədə bələdiyyə seçkiləri keçirilir
Ayna, ayna, söylə, məndən gözəli varmı?
"Xaçapuri" (foto-resept)
Bibərli kələm salatı (foto resept)
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Türkiyədə korrupsiya ilə bağlı saxlanılanlardan 9 nəfər məhkəməyə çıxarıldı
"Barsa" qışda kimi transfer edəcək?
Tuba Büyüküstün də “Netflix”də
Quru əncir dolması (foto resept)
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
“WhatsApp”da gizli funksiya tapıldı
Bağça, teatr və kinoteatrlarda qadağa
"Azərbaycanla və Azərbaycan xalqı ilə bir yerdəyik"
Süni mayalanmada ictimai qınağı necə sındırmalı?
Pəhriz yoxsa idman?
Cəbhəyanı ərazilərdə vəziyyət
Bu disklər heliumla işləyir
Qarağatlı - limonlu tort (foto resept)
Sürətli arıqlama insanı nə hala salır?
TƏBİB koronavirusla bağlı bu günə olan vəziyyəti açıqlayıb
Qadin.Netlilərin ixtisas arzuları (2-ci hissə)
Uşaqlar üçün Novruz oyunları
Çində daha bir ölümcül virus qeydə alındı
Ən yaxşı avtomobil seçildi - FOTO
- ŞƏRHLƏR