Qadin.NET / Xalq belə deyib

Xalq belə deyib

 

Xalq belə deyib

 

• Neçə belə yaza çıxasan! Evində bərəkət tapasan.
• Yaxşılıqdan bir qənimət umursansa, onu etmə.
• Igid oğul düşmənə əyilməz.
• Torpağın qədrini bilsən, həmişə sevinib gülərsan.
• Nadanlar qarşısında ağlını nümayiş etdirmə.
• Ürəyi təmiz yolçu mənzilə tez çatar.
• Yaxşılığı bilməyən kəsə yaxşılıq etməzlər.
• Danışmaq gümüşdürsə, susmaq qızıldır.
• Xoşbəxtlik qapının ağzında durdu, bədbəxtlik isə çağırılmamış qonaq kimi içəriyə soxuldu.
• Ən böyük sərvət ağıldır.
• Səninlə dostluq etmək istəməyənə yaxınlaşma.
• Çörəyini qədirbilənə ver.
• Məqsədsiz iş tutma, onun faydası olmaz.
• Kor nə istər, 2 göz, biri əyri, biri düz.
• Gələcəyi dərindən düşünməyənin yaxşı dostu olmaz.
• Intiqam almağa tələsmə, pis vəziyyətə düşərsən.
• Torpağın üzünə gülməsən, ona həsrət qalarsan.
• Başqasına quyu qazmaq istəsən birinci özünü düşün.
• Dağdağan ağacını kəsmək xeyir verməz.
• Əldə qayçı oynadanda dava düşər.
• Ov ətindən qırxlı arvada verməzlər.
• Nişan üzüyünü girov qoymazlar.
• Qoçağın yanında qorxaq, qorxaqın yanında qoçaq kişidənn qeyrət gözləmə.
• Aşığı olan obanın qaşığı yağlı olar.
• Yanıram ki, tüstüm çıxsın, bəlkə məni də görərlər.
• Ocağın içi cəhənnəm, qırağı cənnətdir.
• Babam mənə kor deyib, gələn-gedənə vur deyib.
• Yurd mənim, yumaq mənim,mal mənim, oymaq mənim.
• Oğuz-oğuz oymaram, yağı gələ qoymaram.
• Içim özümü, eşiyim özgəni yandırır.
• Mallıya bəli, malsıza dəli deyirlər.
• Aranda tutdan oldum,dağda qurutdan.
• Yekəliyinə baxma, içinin otu yoxdur.
• Ayının min oyunu varsa, o da bir armudun başındadır.
• Ət yeyən quşun didiyi əyri olar.
• Yalançının evi yandı heç kəs inanmadı.
• Yaraq igidin yaraşığıdır.
• Igid ölər adı qalar, müxənnətin nəyi qalar.
• Qapının dabanında oturmazlar, bu qaramatlıq əlamətidir.
• Şər vaxtı adama qarğış eləməzlər, o vaxt edilən qarğış adamı tez tutur.
• Təndirə kündə yapanda gərək yanında oğlan uşağı durmasın , yoxsa kündələr küt gedər.
• Sonsuz qadını içinə ilan qabığı salınmış su ilə çimizdirəndə onun da uşağının olacağına inanmışlar.
• Döl vaxtı qoçun belinə oğlan uşağı mindirib sürünün içinə buraxarlar. Onda quzunun erkəyi çox olar.

17 sentyabr 2011
GO BACK