Musiqi insan ruhunun qidası, sakitləşmə mənbəyi, bəzən sadəcə söz yığını, bəzən acıların məlhəmi olan dərman, bəzənsə içindəki hirsi boşaldan bir mənəvi ehtiyacdır... İnsanların gündəlik musiqi ehtiyacı fərqlidir, bəzən saatlarca qulaq asa bilərsən, bəzən də ən sevdiyin mahnıya belə qulaq asmaq istəməzsən.
Hər kəsin fərqli musiqi duyumu var, belə ki, bəziləri muğam sevərkən, bəzisi rep, bəzisi də rok dinləməyi üstün tutar. Amma fakt budur ki, bunların hamısını birləşdirən bir ortaq cəhət var - insan. Cavan nəslin əsas dinləmə obyekti rep və rokdur. Xüsusilə də türk ifaçılar... Ceza, Sagopa Kajmer kimi repçilər adamı özünə maqnit kimi çəkir. Türk roku dedikdə isə sözsüz ki, ilk olaraq ağla gələn ifaçı Barış Akarsudur. Daha sonra isə Emre Aydın, grup Model, Grup 84 və başqalarıdır.
Təbii ki, xarici rok da ölkəmizdə məşhurdur. Xüsusilə də Rammstein, Linkin Park, Evanescence, ACDC, Nirvana və başqalarını demək yerinə düşər məncə...
Amma təbii ki, istənilən yaşda olan insanın dinlərkən zövq aldığı muğamdır. Belə desək, Yaxın və Orta Şərq xalqlarının əsrlər boyu qohumlaşmış mənəvi və maddi sərvətidir. Muğam dedikdə, ilk olaraq Alim Qasımov, Fərqanə Qasımova, Canəli Əkbərov, Mənsum İbrahimov, Ağaxan Abdullayev yada düşür.
Pop janrı isə demək olar ki, hər cür janrı özündə toplayır. Popdan danışarkən ilk öncə Maykl Cekson yada düşür. Türkiyədə Tarkan, Ajda Pekkan və başqaları, Azərbaycanda isə Röya, Aygün Kazımova, Abbas Bağırov və b. kimi məşhurlar var. Indiki zamanda isə pop janrının məşhurlarını saymaqsa artıqdır, məncə.
Caz... Azərbaycanda pop janrına nisbətən kölgədə qalıb az inkişaf edən bu janrın ən yadda qalan ifaçısı kimi Vaqif Mustafazadənin qızı Əzizə Mustafazədəni misal çəkə bilərik.
Ən sonda isə klassik musiqidən danışmaq istəyirəm... Çox kiçik bir insan kütləsi tam mənasıyla anlayır, həzz alır. Klassika deyəndə Bethoven, Vivaldi, Volfranq Amadey Motsart, Şubert Debussi, İohan Baxı qeyd etsək, tam yerinə düşər. Milli klassika ifaçılarından danışanda Müslüm Maqomayevi deməsək olmaz. Buna əlavə olaraq Qasımova bacılarını da qeyd etmək olar.
Yazımı bu sualla bitirmək istəyirəm: mahnı seçəndə nəyə xüsusi fikir verirsiniz? Mahnını oxuyanın kimliyinəmi? Mahnının sözlərinəmi? Bu suala xahiş edirəm hamınız cavab verin... Təşəkkürlər...
![](/sfiles/img/icons/news-icon.png)
XƏBƏR LENTİ
Uşaqların sosial-psixoloji inkişafı-16
Yeni şəxsiyyət vəsiqələri veriləcək
Təsirli Lamborghini Aventador
Azərbaycan Müəllimlər İnstitutunun direktoru qovuldu
Yevlax-Xankəndi dəmir yolunun bir hissəsinin yenidən qurulmasına başlanıldı
Kişilərin göz qırpmadan dediyi 15 yalan (2)
Qışda çəkmələrə qulluq
Qələbəyə görə veriləcək orden-medalların adları açıqlandı - SİYAHI
Xərçəng xəstəliyini hamiləliklə səhv saldı: Əməliyyatı 14 saat davam etdi
Azərbaycanda daha bir kəndin adı dəyişdirilir
5 aylıq hamilə olsa da kimsə inanmadı-FOTO
Gül kələmli tabbouleh (foto-resept)
Kələmli piroq (foto-resept)
Beyin fəaliyyətini gücləndirmək üçün 12 məsləhət
Bayden ABŞ-ın İranla nüvə anlaşmasına qayıtmağa hazır olduğunu təsdiqləyib
Ekspert bu şəxslərə qəhvəni kakao ilə əvəz etməyi tövsiyə etdi
Adımın mənası
Portagal qabıgından əl işləri
Dörd gün qaldı...
Səyyar “ASAN xidmət” regionlarda fəaliyyətə başlayır
Toyuqlu dolma (foto resept)
Günün ulduz falı - 12.03.2014
Rəngarəng ayaqqabı modelləri (2)
Perseid meteor yağışından sonra baş verənlər sakinləri qorxutdu - VİDEO
Selfi sevgisi 150 illik heykəli parçaladı
Ancelina Coli siyasətçi olacaq
Magistraturaya sənəd qəbulunun vaxtı açıqlandı
İvana Set sevgilisindən Ayrıldı-FOTO
Müasir qadın gender bərabərsizliyi ilə üz-üzə
Ərzaqlar haqqında bilmədiyiniz faktlar
Sabah bu ərazilərdə SU OLMAYACAQ!
iPhone 6-nı gözləyirlər
Bill Qeyts: "Bu, yanlış addım idi"
Azərbaycan torpaqlarının azad olunması lazımdır"
Heydər Əliyevin doğum günü münasibətilə onlayn konsert olacaq
Bakıda keçiriləcək ilk Avropa Oyunlarının başlamasına 500 gün qalıb
Daha bir təhlükəli virus peyda olub
Zədələnmiş saçları bərpa etməyin yolu
Azərbaycanda daha 61 nəfərdə koronavirus aşkarlandı - RƏSMİ
Günün qoroskopu: bəzi illüziyalarla vidalaşın
Futbol üzrə 2022-ci il Dünya çempionatı qışda keçirilə bilər
Bakı 15 gəzməli şəhərdən biridir
Möcüzəli bir gün keçirməyin 10 üsulu
Koronavirusa yoluxan 91 yaşlı şəxs SAДћALDI
Aqillərin inamına görə...(3)
Tutuquşu sahibəsini oğrudan xilas etdi
Məşhur modalar evi "ağıllı" saat buraxdı - 2800 DOLLARA
Göydən düşən balıq qəzaya səbəb oldu
Soba kətəsi (foto resept)
Çanta modelləri
![](/sfiles/img/icons/valuable-icon.png)
- ŞƏRHLƏR