Qadin.NET / Ruhumuzun qidası

Ruhumuzun qidası

Musiqi insan ruhunun qidası, sakitləşmə mənbəyi, bəzən sadəcə söz yığını, bəzən acıların məlhəmi olan dərman, bəzənsə içindəki hirsi boşaldan bir mənəvi ehtiyacdır... İnsanların gündəlik musiqi ehtiyacı fərqlidir, bəzən saatlarca qulaq asa bilərsən, bəzən də ən sevdiyin mahnıya belə qulaq asmaq istəməzsən. 

Ruhumuzun qidası

Hər kəsin fərqli musiqi duyumu var, belə ki, bəziləri muğam sevərkən, bəzisi rep, bəzisi də rok dinləməyi üstün tutar. Amma fakt budur ki, bunların hamısını birləşdirən bir ortaq cəhət var - insan. Cavan nəslin əsas dinləmə obyekti rep və rokdur. Xüsusilə də türk ifaçılar... Ceza, Sagopa Kajmer kimi repçilər adamı özünə maqnit kimi çəkir. Türk roku dedikdə isə sözsüz ki, ilk olaraq ağla gələn ifaçı Barış Akarsudur. Daha sonra isə Emre Aydın, grup Model, Grup 84 və başqalarıdır.

Təbii ki, xarici rok da ölkəmizdə məşhurdur. Xüsusilə də Rammstein, Linkin Park, Evanescence, ACDC, Nirvana və başqalarını demək yerinə düşər məncə...

 

Ruhumuzun qidası

Amma təbii ki, istənilən yaşda olan insanın dinlərkən zövq aldığı muğamdır. Belə desək, Yaxın və Orta Şərq xalqlarının əsrlər boyu qohumlaşmış mənəvi və maddi sərvətidir. Muğam dedikdə, ilk olaraq Alim Qasımov, Fərqanə Qasımova, Canəli Əkbərov, Mənsum İbrahimov, Ağaxan Abdullayev yada düşür.

Pop janrı isə demək olar ki, hər cür janrı özündə toplayır. Popdan danışarkən ilk öncə Maykl Cekson yada düşür. Türkiyədə Tarkan, Ajda Pekkan və başqaları, Azərbaycanda isə Röya, Aygün Kazımova, Abbas Bağırov və b. kimi məşhurlar var. Indiki zamanda isə pop janrının məşhurlarını saymaqsa artıqdır, məncə.

Caz... Azərbaycanda pop janrına nisbətən kölgədə qalıb az inkişaf edən bu janrın ən yadda qalan ifaçısı kimi Vaqif Mustafazadənin qızı Əzizə Mustafazədəni misal çəkə bilərik.

Ən sonda isə klassik musiqidən danışmaq istəyirəm... Çox kiçik bir insan kütləsi tam mənasıyla anlayır, həzz alır. Klassika deyəndə Bethoven, Vivaldi, Volfranq Amadey Motsart, Şubert Debussi, İohan Baxı qeyd etsək, tam yerinə düşər. Milli klassika ifaçılarından danışanda Müslüm Maqomayevi deməsək olmaz. Buna əlavə olaraq Qasımova bacılarını da qeyd etmək olar.

Yazımı bu sualla bitirmək istəyirəm: mahnı seçəndə nəyə xüsusi fikir verirsiniz? Mahnını oxuyanın kimliyinəmi? Mahnının sözlərinəmi? Bu suala xahiş edirəm hamınız cavab verin... Təşəkkürlər... 

25 mart 2013
GO BACK