Daha çox Avropa və slavyan, rus qadınlarının şəxsi simvolu olan daraq taleyə təsir edən vasitə idi. Onunla məhəbbət ritualı edilir, göz-nəzər, xəstəlik, cadu və bir çox xoşagəlməzlikləri geri qaytarırdılar. Sancaq və daraqla bağlı çox əfsanələr, xalq inancları var. Sonradan plastmas, şüşə və süni materiallardan daraqlar çıxdı. Əslində isə qədimdən belə adətdir ki, baş darağı, sancağı insan üçün xeyirli və uğurlu materiallardan hazırlanmalıdır: sümük, daş, ağac, mərmər. Niyə? Çünki bu təbii maddələr enerji daşıyıcısıdır. Hər ağacdan da daraq düzəltməzlər, çünki mənfi enerji daşıyan ağaclar var. Keçmişdə təzə doğulan uşaqlara belə daraq hazırladardılar ki, onları nəzərdən qorusun. Polşada əgər evdə adam və ya ev heyvanı xəstələnərdisə, evin sahibəsi öz başındakı daraq-sancağı çıxarıb alma və ya armud ağacından asar, 2 həftədən sonra həmin daraqla xəstələnən adamın saçını 10 gün darayardılar.
Daraq səma və kosmosun gücünü, enerjisini antena kimi tutur və özünə yığır. Bunu qədim Roma və Yunanıstanda bilirdilər. Elə ona görə sərkərdələr saçlarını daraq ilə yığar, ya da metaldan olan xüsusi baş sancaqlarını dəbilqələrinin üstündən quş qanadı kimi asardılar. Qızlar isə öz cazibədarlıqlarını artırmaq üçün üzəri işləməli, daş-qaşlı, oymalı sancaq-daraqları saç düzümlərinin ən görünən yerindən taxardılar. Həqiqətən də işə yarayırdı.
Cadugərlər, kahinlər də darağın sehrli gücünü bilir və ondan rituallarda istifadə edirdilər. Darağa yapışmış tük və darağa hopmuş enerjidən istifadə etməklə həmin daraq sahibini ovsunlayır, bağlayır, tilsimə tabe edirdilər. Qara cadugərlər yanmış ağacdan, qara metaldan olan daraq islədirlər. Daraqla adamı cadu etmək də geniş yayılıb. Ona görə ailə qurmağa hazırlaşan qızlar daraqlarından muğayat olmalı idilər.
Daraqla düzgün davranmağın qaydaları
Ailədə hər adamın, hətta körpənin belə ayrıca darağı olmalıdır. Bir başa dəyən daraq digərinə dəyməməlidir. Axı daraq şəxsi talismandır. Təbii ağacdan olan dekorativ sancaq-daraq və ya saç darağı alarkən onun tut, şam, qovaq ağacından olmamasına fikir verin. Bu ağac insanın enerjisini dağıdır.
Sizin darağınız öz müsbət sirli gücünü itirməsin deyə onu heç kimə, hətta doğmanıza da verməyin. Saçınızı darayandan sonra gizlədin, yad baxışdan, yad əldən uzaq tutun. Əgər kimsə ixtiyarsız olaraq başını sizin daraqla daradı, ya kiminsə evində qaldı, darağı duzlu suda saxlayın, yuyun və günəşin altında qurudun. Bununla onu gözlənilən neqativdən təmizləyərsiniz.
Hətta bir dişi sınmış, laxlayan daraq istifadəyə yararsızdır. Daraq qüsursuz olmalıdır.
Darağınızı həmişə təmizləyin, özü də bu prosesi ürəkdən edin, yoxsa daraq sahibinə xeyirdən çox ziyan gətirəcək.
Daraqla fala baxma
Bir çox slavyan xalqlarının dini və əsas bayramlarında qızlar sancaq-daraq ilə bəxt falına baxardılar. Bəs necə?! Bu cür sehrli əşyadan istifadə etmək lazımdır. Fala baxmanın ən sadəsi belədir: qız saçını darayır, darağı balışının altına qoyub yatanda bu sözləri deyir: "Qismətim, taleyimə yazılan, mənim hörüklərimi açıb darağıma gəl". Həmin gecə yuxuda görəcəyi oğlan qismətidir. Əgər səhər balışın altındakı daraqda saç tapsa, deməli, həmin il ərə gedəcək.
Yuxuda daraq
Yuxuda daraq görmək inanılmaz uğur və şans deməkdir. Fransızlar hesab edir ki, yuxuda gözəl, bəzəkli daraq yeni sevgi əlaqəsinə işarədir. İngilislər inanır ki, yuxuda baş darağı görmək uğurlu və zəngin həyata işarədir.
Arzularınız üçün daraq
Taxta daraq götürüb 1 dəqiqə ərzində sakit halda, arzunuzu nəzərdə tutaraq saçlarınızı tam darayın, sonra darağa baxın. Darağın üstündə heç saç qalmayıbsa, deməli arzunuzun vaxtı hələ yetişməyib. Əgər saç sayı cütdürsə, arzunuz çin olacaq, təkdirsə olmayacaq. Bu üsuldan hər gün yox, 2 ayda bir dəfə, ay bədirlənəndə axşam istifadə etmək lazımdır. Darağın materialı önəmlidir. Hər daraq uğurlu deyil.
Fil, heyvan sümüyündən olan daraq insandan qorxu, həyəcan, zəifliyi götürür.
Şabalıd ağacından daraq insanın bioritmi və energetikasını düzəldir.
Alma və armud ağacından daraq yorğunluğu götürür.
Albalı, gilas ağacından daraq ərtafdan gələn neqativ enerjini zərərsizləşdirir.
Palıd ağacından daraq xəstəlikdən sonra insanın orqanizmini bərpa edir, insanın halını yaxşılaşdırır.
İçimizdəki "mən"i əzizləyən əşya
Saçımızı darayarkən biz özümüzü, ruhumuzu, daxili "mən"imizi sığallayırıq, nazını çəkirik, rahatlayırıq. Saçı saçın üstünə darayıb hamarladıqca insanın beynindəki fikirlər, hisslər, planlar qaydaya salınır. Qısası, adi daraqla biz sanki özümüzə psixotarepiya seansı edirik. Ona görə saçı düzgün daraqla və rahat daramaq gözəl ritualdır.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sayımız 11 milyona çatacaq
Pablo Picassonun ən bahalı 10 əsəri
Qozlu fındıqlı biskivitli tort resepti
Petek Dinçöz Bakıya gəlir
Bakıda rekord qiymətə yolka
Rus qırıcıları türkmən ərazilərini bombaladı
Sobada tərəvəzli salat (foto resept)
Mer: "Moskvadan 13 mindən çox miqrant çıxarılıb"
Azərbaycanda idman gimnastikası dirçəlir
Külək nə vaxt dayanacaq?
Dünyanın ən bahalı viskisi 1,5 milyona satıldı-FOTO
Bitişik əkiz bacılar əməliyyatla ayrılıb
İki divarın arasında sıxışıb qalan gənc belə xilas edildi - VİDEO
Ermənilərə zəmanət verdik
Meryem Uzerli və Bred Pitt eyni filmdə
Azərbaycanda məktəb açılışında şagirdlərə verilən çantalar əllərindən alınıb? - RƏSMİ AÇIQLAMA
Masaj texnikaları (I hissə)
Ana südünün faydaları
BÜRCLƏR bizə nə vəd edir?-10 Sentyabr
Dövlət büdcəsi ilə bağlı son məlumat
Toy dəvətnamələri
Halit Ergençə hücum etdilər
Qısamüddətli aclığın faydası
Rəsmi Bakıdan Yahoo-ya etiraz
Rus dili - Уу, Фф
Bu fotolarda onu tapa bilərsiniz?
Kokos yağının möcüzəvi faydaları
Qar yağacaq - İstirahət gününün HAVASI
Cazibədar don modelləri
Özümə qavır seçerəm
Uşaqlara məcburi yemək yedizdirmək doğrudurmu?
Bakıda uşaqlarının 1-ci sinfə qəbulu ilə bağlı şikayəti olanlar nə etməlidir?
Smartfonun batareyasının tez boşalmasının səbəbi açıqlanıb
Əhməd Davudoğludan Dağlıq Qarabağla bağlı şok açıqlama
“Mall”lar açıldı? - RƏSMİ CAVAB
Dünyanın ən qoca atasının arvadı qaçdı
Ali məktəblərə qəbul olanların qeydiyyatı bu gün başa çatır
Son dəqiqə: Rusiya ikinci peyvənd üçün tarixi açıqladı
Mona Lizanın sirri tapıldı
Mehriban Əliyevadan Prezidentə təbrik - FOTO
Günün ulduz falı
COVID-19-a qarşı immunitet bu yolla da qazanılır-VİDEO
Məşhur ulduzların məlumatları oğurlandı
Azərbaycana yaz gəldi
Ozan Güvən hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Çay haqqında maraqlı faktlar
Mausları nizamlayaq (Dərs3)
Vaxtından əvvəl ərə verilən qızlar hansı ailələrdə böyüyənlərdir?
Britaniyanın varisi: anasının yanaqları, atasının saçları...
Bakıda 8 mart izdihamı
- ŞƏRHLƏR