
Orqanizmimiz hər saniyə dəyişdiyi kimi beynimizdəki 20 min hüceyrə də hər saniyə dəyişir. Bu yazim da elə orqanizmimizdə 24 saat ərzində baş verən dəyişikliklər barədədir...
00:00-Yağlar parçalanır:
Siz yatarkən orqanizminiz gün ərzində qəbul etdiyiniz yağları parçalamaqla məşğul olur. Bu saatda saçlarınız uzanır,hüceyrələriniz yeni hüceyrələrə bölünür.
01:00-Ağrılar artır:
Bu saat da günün yoğunluğu daha çox hiss olunur.Ayaqlarında revmatizm olanlar ən çox bu saat ağrı hiss edirlər.
02:00-Sidik kisəsinin fəaliyyəti azalır:
Bu saatda orqanizmdə sidik kisəsinin fəaliyyətini azaldan “vazoprezin” hormonu daha cox ifraz olunur.
03:00-Nəfəs almaq çətinləşir:
Bu saatda astma xəstələrində risk ehtimalı günün başqa saatları ilə müqayisədə daha çoxdur. Buna görə də yatmazdan əvvəl B və C vitaminləri qəbul etmək və tənəffüs fəaliyyətini artırmaq lazımdır.
04:00-Ölüm ehtimalı yüksəkdir:
Bu saatda ölüm ehtimalı başqa saatlarla müqayisədə çox yüksək olur.Belə ki,bu saatda ürək döyüntüləri zəifləyir,qan təyziqi aşağı düşür.Uşaq ölümləri də ən çox bu saada baş verir. Digər tərəfdən,əksər qadınlar uşaqlarını saat 04:00-06:00 radələrində dunyaya gətirirlər.
05:00-Sümüklər möhkəmlənir:
İnkişaf hormonlarının sayı bu saatda maksimum həddə çatır, sümüklər möhkəmlənir.
06:00-Hamiləlik ehtimalı artır:
“Libido” hormonu daha çox bu saatda ifraz olunduğu üçün hamiləlik ehtimalı da çox yüksəkdir. Kişilərdə bu saatda “testesteron”un səviyyəsi artır.
07:00-Spazmalar baş verir:
Əzələlərin temperaturu aşağı düşür.Buna görə də əzələlərdə sərtlik hiss olunur.Spazmalar da ən çox bu saatlarda baş verir.
08:00-İnfarkt ehtimalı artır:
Yatarkən nəbzimizin sayı dəqiqədə 60-a çatırsa, oyananda dəqiqədə 72-78 arasında olur. Nəbzimizin sayının artması həmçinin,qan təzyiqinin yüksəlməsi infarkt ehtimalını artırır. Bundan başqa,”bazar ertəsi” sindromu ilə əlaqədar bazar ertəsi səhər infarkt ehtimalı 40% artır.
09:00-Enerji artır:
Bu saatda maddələr mübadiləsi sürətlənir. Buna gorə də orqanizmimiz yediklərimizi yağ əvəzinə enerjiyə çevirir. “Adrenalin” hormonu maksimum həddə çatdığı üçün bu saatda ağrılar da azalır.
10:00-Məntiq iş başındadır:
İmtahan və ya iclas keçirmək üçün ən yaxşı vaxtdır Orqanizm bu saatda daha çox qlükoza ifraz etdiyi üçün məntiq qabiliyyəti də artır.
11:00-Diqqət! Xəstələnə bilərsiniz:
Leykositlər passivləşdiyi üçün imunitet sistemi zəifləyir. Bu da xəstələnmək ehtimalını artırır.
12:00-Ehtiyatlı olun! İflic təhlükəsi var:
Qan təzyiqi yüksəldiyi üçün iflic ehtimalı da yüksəlir. Ümumiyyətlə,iflic saat 06:00-dan 12:00-a qədər başqa saatlarla müqayisədə 50 dəfə çox müşahidə olunur.
13:00-Toksinlər ifraz olunur:
Orqanizmdə sidik cövhərinin miqdarı artir. Nəticədə, böyrəklər fəallaşır və zəhərli maddələr sidik vasitəsi ilə orqanizmdən ifraz olur.
14:00-Dincəlmək vaxtıdır:
Nahar yeməyindən sonra iş qabiliyyəti aşağı düşür . Diqqəti toplamaq çətinləşir. Ona görə də bu saatda qəza ehtimlı çoxdur.
15:00-Günün ən xoş saatı:
Bu saatda ağrılar azalır.Çünki xoşbəxtlik hormonu olan “ endorfin” in miqdarı bu saatda maksimum həddə çatır.
16:00-İdmana başlaya bilərsiniz:
İdman üçün ən yaxşı vaxtdır. Çünki bu saatda” adrenalin “hormonunun səviyyəsi çox yüksək olur. Olimpiya rekordları çox vaxt bu saatda müəyyən edilir.
17:00-Əzələlər möhkəmlənir:
Barmaqlarınızdakı kiçik əzələlər fasiləsiz işlədiyi üçün möhkəmlənir.
18:00-Yorğunluq başlayır:
Bu saatda əzələlər zəifləyir,orqanizm yorulmağa başlayır.Mədə ən çox bu saatda turşu ifraz edir. Mədə ağrılarıda ən çox bu saatda baş verir.
19:00-Dadbilmə hissləri güclənir:
Hava qaralmağa başladıqca “melatonin” hormonu daha çox ifraz olunmağa başlayır və orqanizm yatmağa hazırlaşır. Bu saatda dad bilmə hissləri də güclənir.
20:00-Fermentlər ifraz olur:
Qaraciyər bu saatda maksimum miqdarda ferment ifraz edir.
21:00-Ağrı saatı:
Ən çox ağrı hiss etdiyiniz saatdır.Bu da “endorfin” hormonunun daha az ifraz olunması ilə əlaqədardır.
22:00-İmmunitet qabiliyyəti artır:
İmmunitet sisteminin ən fəal olduğu saatdır. Buna səbəb isə” interflukin-1” hormonunun artmasıdır.
23:00-“Melatonin” hormonu maksimum həddə çatır:
Allergiyaya qarşı ən həssas olduğunuz saatdır. 23:30 radələrində yuxu gətirən” melatonin ” hormonu maksimum həddə çatır.Yuxuya getdikdən 10 dəqiqə sonra ürək döyüntülərimiz və beynimizin fəaliyyəti azalır.25 dəqiqə sonra isə dərin yuxu başlayır.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
"Köstəbək" günü
Rusiya Azərbaycana “T-90C” tankları satıb qurtardı
Ayaqlarına görə internet fenomeni oldu - FOTO
Üzümün faydaları
Təhsil kreditlərinin verilməsi təsdiqləndi
Azərbaycana qar yağacaq
Bağça müəllimlərinin əməkhaqları ilə bağlı XƏBƏR
12 metrlik nəhəng balina sahilə çıxdı - FOTO
İlbiz yedi, 3 il komada qaldı-FOTO
“Nu poqodi” cizgi serialına üç yeni qəhrəman gəlir - FOTO
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
18 dəbli manikür modeli
Bu asteroidlər planetimizlə toqquşa bilər - Alimlərdən XƏBƏRDARLIQ
Kiçik çillə çıxdı, çərşənbələr gəlir...
Bijüteriya asqısı nümunələri
Trend saç aksesuarları
Yıldız Tilbenin hər kəsdən gizlətdiyi SİRRİ məlum oldu
Türk mətbəxindən "Tənbəl börək" (foto resept)
"Bakı Metropoliteni"ndən sərnişinlərə sürpriz
Sem Hyuqen ilin ən cəlbedici kişisi oldu
Instagram yeni proqram əlavəsi buraxıb
Metin Hara Adrianaya xoş surpriz etdi-FOTO
Ərdoğan Obama ilə danışmır
Bu qarpızları əsla yeməyin, yoxsa... - FOTO
Qara nöqtələr üçün 3 maska
Günün qoroskopu: Haram halalı da aparar
Salma Hayek niyə üzünü yumur?-SƏBƏB
Fatih Terimin tapıntısı "Qalatasaray"dan ayrılır
Acun Şeyma QALMAQALI DAVM EDİR-FOTO
Qar yağacaq, yollar buz bağlayacaq XƏBƏRDARLIQ
Siemens 15 min nəfəri işsiz qoyacaq
Bəşər Əsəd Suriyanı təmsil edəcək heyətlə görüşdü
Özümə qavır seçerəm
Hər il ömrümüzdən 10 il alan vərdişlər
Azərbaycanda ölüm halları azalar, əgər...
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
İranda gözəl olmaq da bir dərddir: işdən qovurlar
Azərbaycanda əmək qabiliyyətli yaşda ölən insanların sayı artır
Bəlkə, 10 min manatı sizə vermədilər...
Azərbaycanda bu ərazilərdə xərçəngə yoluxma riski daha böyükdür
110 iş yeri üçün vakansiya
Azərbaycanda istirahət günü hava necə olacaq?
Dəri sağlamlığı üçün 4 qida
Hindistanda "turşu" qanunu qəbul edildi
Merve köhnə imicinə geri döndü - FOTO
Serenay və Cem Yılmaz Yunanıstanda görüntüləndi
Kiçik şəhərdə universitet oxumağın 6 üstünlüyü
Uşaqlarınıza ingilis dilini öyrətməyə hazırsınızmı?
Bu vitaminin yoxluğu da dərddir, çoxluğu da
Yaponiyada havanın isinməsi ilə əlaqədar əhalini maskaları çıxarmağa çağırdılar















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]