Qadin.NET / Hər şeyin öz vaxtı var!..

Hər şeyin öz vaxtı var!..

 

 

Orqanizmimiz hər saniyə dəyişdiyi kimi beynimizdəki 20 min hüceyrə də hər saniyə dəyişir. Bu yazim da elə orqanizmimizdə 24 saat ərzində baş verən dəyişikliklər barədədir... 

00:00-Yağlar parçalanır:

 Siz yatarkən orqanizminiz gün ərzində qəbul  etdiyiniz yağları parçalamaqla məşğul olur. Bu saatda saçlarınız uzanır,hüceyrələriniz yeni hüceyrələrə bölünür.

01:00-Ağrılar artır:

Bu saat da günün yoğunluğu daha çox hiss olunur.Ayaqlarında revmatizm olanlar ən çox bu saat ağrı hiss edirlər.

02:00-Sidik kisəsinin fəaliyyəti azalır:

Bu saatda orqanizmdə sidik kisəsinin fəaliyyətini azaldan “vazoprezin” hormonu daha cox ifraz olunur.

03:00-Nəfəs almaq çətinləşir:

Bu saatda astma xəstələrində risk ehtimalı günün başqa saatları ilə müqayisədə daha çoxdur. Buna görə də yatmazdan əvvəl  B və C  vitaminləri qəbul  etmək və tənəffüs  fəaliyyətini artırmaq lazımdır.

04:00-Ölüm ehtimalı yüksəkdir:

Bu saatda ölüm ehtimalı başqa saatlarla müqayisədə çox yüksək olur.Belə ki,bu saatda ürək döyüntüləri  zəifləyir,qan təyziqi  aşağı  düşür.Uşaq ölümləri də ən çox bu saada baş verir. Digər tərəfdən,əksər qadınlar uşaqlarını saat  04:00-06:00 radələrində dunyaya gətirirlər.

05:00-Sümüklər möhkəmlənir:

İnkişaf hormonlarının sayı  bu saatda maksimum həddə çatır, sümüklər möhkəmlənir.

06:00-Hamiləlik ehtimalı artır:

“Libido” hormonu daha çox bu saatda ifraz olunduğu üçün hamiləlik ehtimalı da çox yüksəkdir. Kişilərdə bu saatda “testesteron”un səviyyəsi artır.

07:00-Spazmalar baş verir:

Əzələlərin temperaturu aşağı düşür.Buna görə də əzələlərdə sərtlik hiss olunur.Spazmalar da ən çox bu saatlarda baş verir.

08:00-İnfarkt ehtimalı artır:

Yatarkən  nəbzimizin sayı dəqiqədə 60-a çatırsa, oyananda  dəqiqədə 72-78 arasında olur. Nəbzimizin sayının artması həmçinin,qan təzyiqinin yüksəlməsi  infarkt ehtimalını artırır. Bundan başqa,”bazar  ertəsi”  sindromu ilə əlaqədar bazar ertəsi səhər infarkt ehtimalı 40% artır.

09:00-Enerji artır:

Bu saatda maddələr mübadiləsi sürətlənir. Buna gorə də orqanizmimiz yediklərimizi yağ əvəzinə enerjiyə çevirir. “Adrenalin” hormonu maksimum həddə çatdığı  üçün bu saatda ağrılar da azalır.

10:00-Məntiq iş başındadır:

İmtahan və ya iclas keçirmək üçün ən yaxşı  vaxtdır Orqanizm bu saatda daha çox qlükoza ifraz etdiyi  üçün məntiq qabiliyyəti də artır.

11:00-Diqqət! Xəstələnə bilərsiniz:

Leykositlər passivləşdiyi üçün imunitet sistemi zəifləyir. Bu da xəstələnmək ehtimalını artırır.

12:00-Ehtiyatlı olun! İflic təhlükəsi var:

Qan təzyiqi yüksəldiyi üçün  iflic ehtimalı da yüksəlir. Ümumiyyətlə,iflic saat  06:00-dan 12:00-a qədər başqa saatlarla müqayisədə 50 dəfə çox  müşahidə olunur.

13:00-Toksinlər ifraz olunur:

Orqanizmdə sidik cövhərinin miqdarı artir. Nəticədə, böyrəklər fəallaşır və zəhərli maddələr sidik  vasitəsi  ilə orqanizmdən ifraz olur.

14:00-Dincəlmək vaxtıdır:

Nahar yeməyindən sonra iş qabiliyyəti aşağı düşür . Diqqəti toplamaq  çətinləşir. Ona görə də bu saatda qəza ehtimlı çoxdur.

15:00-Günün ən xoş saatı:

Bu saatda ağrılar azalır.Çünki xoşbəxtlik hormonu olan “ endorfin” in miqdarı bu saatda maksimum həddə çatır.

16:00-İdmana başlaya bilərsiniz:

İdman  üçün ən yaxşı vaxtdır. Çünki bu saatda” adrenalin “hormonunun səviyyəsi çox yüksək olur. Olimpiya rekordları çox vaxt bu saatda müəyyən edilir.

17:00-Əzələlər möhkəmlənir:

Barmaqlarınızdakı kiçik əzələlər fasiləsiz  işlədiyi üçün  möhkəmlənir.

18:00-Yorğunluq başlayır:

Bu saatda əzələlər zəifləyir,orqanizm yorulmağa başlayır.Mədə ən çox bu saatda turşu ifraz edir. Mədə ağrılarıda ən çox bu saatda baş verir.

19:00-Dadbilmə hissləri güclənir:

Hava qaralmağa başladıqca  “melatonin” hormonu  daha çox ifraz olunmağa başlayır və orqanizm yatmağa hazırlaşır. Bu saatda dad bilmə hissləri də güclənir.

20:00-Fermentlər ifraz olur:

Qaraciyər bu saatda maksimum miqdarda ferment ifraz edir.

21:00-Ağrı saatı:

Ən çox ağrı hiss etdiyiniz saatdır.Bu da “endorfin” hormonunun daha az ifraz olunması ilə əlaqədardır.

22:00-İmmunitet qabiliyyəti  artır:

İmmunitet sisteminin ən fəal olduğu saatdır. Buna səbəb isə” interflukin-1” hormonunun artmasıdır.

23:00-“Melatonin hormonu maksimum həddə çatır:

Allergiyaya qarşı ən  həssas olduğunuz saatdır. 23:30 radələrində yuxu gətirən” melatonin ” hormonu maksimum həddə çatır.Yuxuya getdikdən 10 dəqiqə sonra  ürək döyüntülərimiz və beynimizin  fəaliyyəti azalır.25 dəqiqə sonra isə dərin yuxu başlayır.

 

 

11 avqust 2012
GO BACK