Səs və rənglərdən məhrum olan bir uşaq...
O, bütün dünya üçün insan beyninin necə böyük möcüzələr yaratdığının canlı nümunəsidir.
Helen Keller 1880-ci il iyun ayının 27-də dünyaya gəlmişdir. 1 yaş 7 aylıq olarkən xəstələnir. Bir neçə gün davam edən xəstəlik zamanı yüksək hərarəti olmuş və görmə, eşitmə və danışma bacarığını itirmişdir. Bu hadisə onu ətraf aləm ilə, dünya ilə əlaqəsini kəsir.
Hələ balaca olan bir uşağın danışıq qabiliyyətini itirməyi dəhşətli bir hadisə idi və bu, uşağın inkişafına böyük əngəllər törədirdi. O, sadəcə olaraq qırıq-qırıq səslər çıxara bilir və öz fikrini ifadə edə bilmirdi. Buna görə də tez-tez əsəbləşir, əlinə keçən qabları qırır və bütün əşyaları dağıdırdı. Çünki gücü yalnız buna çatırdı. O, otaqda onun yanında olan hər bir kəsin üzərinə hücum edir və hamını özündən uzaqlaşdırırdı.
Bir neçə həkim Helenin zehni xəstə olduğunu demiş və valideynlərinə təklif etmişdilər ki, onu həmişəlik ruhi xəstəxanalardan birinə yerləşdirsinlər. Ancaq valideynləri həkimlərin heç biriylə razı deyildi. Onlar düşünürdülər ki, qızları ruhi deyil, sadəcə olaraq fiziki xəstədir və bunun bir çarəsini tapmaq olar.
Günlərin birində o müəlliməsi sayəsində yenidən dünyaya gəldi.
Anna Sullivan Helenlə ünsiyyət qura bilmək üşün barmaqlarıyla onun əlinə yazı yazmağa başladı. O Helen üçün bir gəlincik gətirmişdi. Gəlinciyi onun bir əlinə verdi, digər əlinin içinə isə barmaqlarıyla “gəlincik” sözünü yazdı.
Helen müəlliminin barmaqlarını öz ovcunda hiss edir, onun yazdıqlarını duyur, ancaq müəlliməsinin əlinə yazdıqlarının mənasını başa düşmürdü.
Helen Keller 1888-ci ildə Korlar İnstitutuna qəbul oldu. 1890-cı ildə danışmağı öyrəndi və 1894-cü ildə Nyu-Yorkdakı korlar məktəbinə daxil oldu. Redklif kollecində oxumağa başlayanda alman və latın dillərini gözəl bilirdi. Sonra isə fransız və rus dilini də öyrəndi. O, artıq idman edir, ata minir və kart oyunlarını da çox gözəl oynayırdı. O, qəbul olduğu universitetin pedaqogika fakültəsini 1904-cü ildə, 24 yaşında bitirdi. O, universiteti bitirən yeganə kar və kor məzun idi. Öz həyat mübarizəsini “Hər şey su ilə başladı” adlı kitabında geniş şəkildə qələmə aldı.
Mark Tvenin 19-cu əsrin iki böyük şəxslərindən biri olaraq təqdim etdiyi Keller 1968-ci ildə dünyasını dəyişib. Helen Keller bu dünyanı, həyatı barmaqlarının ucu ilə tanımışdı. Ancaq əminik ki, o bizdən qat-qat çox şeylər bilirdi.
XƏBƏR LENTİ
Yeni məlumat rekordu vuruldu
Əsl fədakarlıq bax, budur...
Qadınalrımız möcüzə edə biləcəklərmi?
Azərbaycanda eşitməyənlər: onları kim eşidəcək?
Şüar yazılı çantalar
Sürmə çəkməyin asan üsulları
Ətirlər haqqında məlumat(1)
Türkiyə Müdafiə Nazirliyi: “Qarabağda minalardan təmizlənmə işləri davam edir”
Fotosunu yarım milyon insan bəyəndi - FOTO
Atasay
Putinin bitməyən erməni sevgisi
“Facebook” nələri silir?
100 milyon TripAdvisor-u seçdi
Kukla teatrında “O olmasın, bu olsun”
Cüneyt Arkın qızından və nəvəsindən imtina etdi - SƏBƏB
"Süd çörək" (foto-resept)
Rus jurnalistdən ermənilərə layiqli cavab: "Bu, lap ermənicədir"
Arıqlamağa kömək edən yağlar
Köhnə pianodan xəzinə çıxdı
Körpəyə qulluqda edilən səhvlər
Rihanna fantastik qiymətə ev kirayələdi - FOTO
Azərbaycanın və Özbəkistanın Elmi Tibb kitabxanaları arasında memorandum imzalanacaq
Şirin pizza (foto resept)
Gözəllik ondur,doqquzu dondur
Anadangəlmə qüsurlu qız MODEL oldu - FOTO
Caliber: “Rusiya sülhməramlılarının sərxoş hərbçisi erməni revanşizmini alovlandırır” - VİDEO
Ermənilər ATƏT-i də atəşə tutdular
Dəri ləkələri üçün cəfəri maskası
10 min dollarlıq ayaqqabı su qiymətinə satıldı
Süni mayalanmada ictimai qınağı necə sındırmalı?
İranla AEBA arasında nüvə danışıqları başladı
Qatarda heyvan daşımaq olar?
Bu tip kişilərə diqqət!
Havalar soyuyan kimi niyə qaz problemi yaranır?
Amerikalı ukraynalı jurnalisti canlı yayımda qorxutdu - VİDEO
Aslı Enverin adı ƏSLİNDƏ
“Caliber”: Azərbaycan Ordusu Ağdərə istiqamətində fəallaşıb - VİDEO
Bəhram Bağırzadədən daha bir FOTO
Dünya onların gözündən baxın
Bakıdan Ohanyanın müharibə iddiasına cavab
Ağız sağlığını qoruyan 10 məsləhət
Bayramqabağı bazarlarda qiymət
İnsan möcüzəsi:Kirpik
Hadisələrə baxış tərzimiz
Məşhur aktrisa hər kəsin rəğbətini qazandı-FOTO
Məşhur aktyor 60 kq arıqladı-FOTO
10 min dollarlıq yeək sifarişi ilə diqqət çəkdi
Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı
Kosmosda şəffaf qalaktika kəşf olundu
İki məşhur sevgili oldu
- ŞƏRHLƏR