Arxeoloji mənbələr öz xarakterinə və daşıdığı informasiyanın növünə uyğun olaraq xüsüsi qrupa aid edilir və aşağıdakı növlərə bölünür: 1. Əmək alətləri.
2. Silahlar.
3. Məişət əşyaları.
4. Dini-inanc xarakterli əşyalar.
5. Bəzək əşyaları.
Arxeoloji mənbələr öz adət-ənənələri ilə fərqlənən uzaq keçmişin mədəniyyət qalıqlarıdır ki, bu mənbələrin araşdırılması da xüsusi yanaşma tələb edir. Həmçinin nəzərə alınmalıdır ki, arxeoloji mənbələr əsasən fraqmental xarakterlidir və çox vaxt təbii, yaxud fiziki amillərin təsiri altında dəyişikliklərə məruz qalmış şəkildə aşkar olunur. Onların daşıdıqları informasiya birtərəfli olmayıb tarixin müxtəlif mərhələlərinə aid məlumatları əhatə edir. Qeyd edilən səbəblərə görə arxeoloji mənbələr dəqiq tarixi fakt hesab edilə bilməz. Bu, sözü gedən mənbələrin əsas çatışmayan cəhətidir. Qarşıya çıxan digər çətinliklərdən biri də onların ölü, artıq mövcud olmayan mədəniyyətin qalıqları olmalarıdır. Arxeoloji materialların güvənli saxlanma, yeri sözsüz ki, torpaqdır.
Torpaqdan aşkar edilən əşyaların sayı hər il artmaqdadır. Yeni tədqiqat üsullarının tətbiqi və texnologiyanın inkişafı sayəsində bu mənbələrdən yeni məlumatlar əldə olunur, yeni nəticələr çıxarılır və zaman keçdikcə onlara olan tarixi baxışlar dəyişir. Arxeoloji abidələr. Arxeoloji abidələri istənilən ərazidə aşkar etmək olmaz. Bu yalnız yaşamla bağlı olan qədim yaşayış məskənlərində və insanların dəfn olunduğu yerlərdə mümkündür. Belə yerlər ümumilikdə arxeoloji abidə adlanır. Öz xüsusiyyətlərinə görə abidələr müxtəlifdir. Ən geniş yayılmış arxeoloji abidələr qədim yaşayış məskənləridir. Aid olduğu dövrdən və xarakterindən asılı olaraq arxeoloji abidələri aşağıdakı qruplara bölmək olar: müvəqqəti məskənlər - daş dövrü (paleolit, neolit) üçün mağaralar, düşərgələr, dayanacaqlar, daha sonrakı tunc, dəmir dövrlərinə və ilk orta əsrlərə xas olan təbii istehkamlar, arxlar və ya torpaq sədlərlə əhatə olunmuş yüksəkliklərdə salınan yaşayış məskənləri - kəndlər, süni istehkamlarla möhkəmləndirilmiş məskənlər şəhərlər aiddir. Yaşayış məskənləri yerləşmiş ərazilərdə torpaq qatı altında əsasən evlərin, daş, tunc və dəmir əmək alətlərinin qalıqları aşkar olunur. Arxeoloji abidələrin digər böyük qrupunu - qəbirlər təşkil edir. Qafqazın bəzi bölgələrində və ümumiyyətlə, dünyada müxtəlif dövrlərə aid edilən, öz quruluşu ilə bir-birindən fərqlənən bir çox qəbir abidələri aşkar edilib tədqiq olunmuşdur. Bunlar torpaq, yaxud daş kurqanlar, daş qutular, katakombalar, kromlex və torpaq üzərində heç bir izi olmayan ən sadə torpaq qəbirlər, dolmenlər, daşdan yonulmuş sərdabələr, gil küplərdir. Ən geniş yayılmış abidələrə toplu qəbirlər və kurqanlar aid edilir. Kurqan - bir və ya bir neçə qəbirin daş və torpaq və yaxud onların qarışığının örtülməsi nəticəsində əmələ gələn təpəyə deyilir. Kurqanlar əsasən toplu şəkildə müşahidə olunur, onlara nadir hallarda tək-tək rast gəlinir. Arxeoloqlar tez-tez heç bir yerüstü qurğuya malik olmayan qəbirlərlə işləməli olurlar. Araşdırmalar göstərir ki, qədim dövr dəfn mərasimlərində dövrün inanclarına uyğun olaraq qəbirlərə mərhumla birlikdə müxtəlif əşyalar qoyulurdu: əmək alətləri, silahlar, bəzək əşyaları, dulusçuluq məmulatları və s. Arxeoloji abidələrdən sayılan qədim yataqlar və dağ-mədən işləri aparılan yerlərdə xüsusi maraq doğurur. Bu tip abidələr dövrün istehsalat mənzərəsini özundə canlandırır və bizdə əcdadlarımızın əmək prosesi barədə müəyyən təsəvvür yaradır. Onu da qeyd edək ki, qədim yataqlar adətən dağlıq ərazilərdə yerləşir. Arxeoloqlar qədim insanın izləri olan mağaraları, məbədləri, cızma və döymə üsulu ilə həkk olunmuş qayaüstü rəsmlərin - petroqliflərin tədqiqi zamanı qiymətli materiallar əldə edirlər. Bu nadir abidələr tarixin müxtəlif mərhələlərində yaradılmışdır.
Bəzi yerlərdə ilk hidrotexniki qurğuların və yolların qalıqlarına da rast gəlinir. Bunlar da öz növbəsində arxeoloji abidə hesab olunur. Arxeoloji abidələrin qazıntıları zamanı tədqiqatçılar yalnız maddi mənbələri aşkar edilməsi ilə məşğul olmurlar. Məs., yaşayış məskənləri öyrənilərkən məskənin yerləşdiyi ərazi, evlərin quruluşu, onların yerləşmə prinsipi və sayı, qəbirlərin tədqiqi zamanı isə qəbir abidələrinin quruluşu, yazıların və qaya təsvirlərinin araşdırılması zamanı təsvirin qayaya həkk olunma üsulu, süjeti, rəsmin bədii tərtibatı diqqətlə araşdırılır və elmi nəticələr çıxarılır. Arxeoloji materiallar hətta abidə sərhədləri çərçivəsində də yerli-yerində olmurlar, onların öyrənilməsi əsasən dağılıb uçulması ilə əlaqədar olur. İnsan kollektivinin ərazidə uzunmüddətli məskən salması nəticəsində xüsusi mədəni təbəqə yaranır və bu təbəqələrdə əşyalar torpaq qatı ilə örtülmüş şəkildə olur. Əgər biz torpağın qalınlığını şaquli istiqamətdə kəssək, onun ayrı-ayrı qatları ən aşağı materik əsasından ən yuxarı yer qabığına qədər görünəcək. Bu qatlar arasında insan fəaliyyətinin qalıqları, tikinti və təsərrüfat tullantıları, orqanik məhsulların çürüntüləri, evlərin və təsərrüfat quyularının qalıqları olan zəngin təbəqələr yerləşir. Hər bir yaşayış məskənlərində təbəqələrin rəngi, yerləşmə dərinliyi, qalınlığı, müxtəlif olduğu kimi, oradakı insan fəaliyyətinin qalıqları da müxtəlif olur. Mədəni təbəqənin bu kimi xüsusiyyətləri önəmlidir. Belə ki,bir yaşayış məskənində müxtəlif dövrlərə aid bir neçə mədəni təbəqə yerləşə bilər. Mədəni təbəqənin qalınlığı dövrdən, buradakı insan fəaliyyətinin intensivliyindən və təbii amillərdən - torpağın eroziyası, küləyin istiqaməti və s.-dən asılıdır. Arxeoloqlar yaşayış məskənində araşdırma apararkən mədəni təbəqənin tərkibi, təbəqələrin yerləşmə ardıcıllığı, qurğular və onlar arasındakı əlaqəni öyrənirlər. Təbəqələrin bu cür araşdırılması stratiqrafiya (təbəqələrin təsviri) adlanır. Stratiqrafiya xronoloji nəticələrin çıxarılmasında böyük rol oynayır.
İradə Avşarova
Qənirə Pirquliyeva
Qafqaz Arxeologiyası
XƏBƏR LENTİ
Çoxuşaqlı ana sadə qaydaya əməl etməklə 45 kq arıqladı - FOTO
Tamer Qaradağlı sevgi xəbərlərinə münasibət bildirdi
Çiy şorbalar
Bu ada kişilər üçün qadağandır - FOTO
Daha bir məşhur sosial şəbəkədə canlı yayım dönəmi başlayır
Sanders Klintona qalib gəldi
Mikrodalğalı Soba
Oruc zamanı diş ağrısı çəkməmək üçün
Sevgiyə həsrət
Ukrayna ordusu daha 3 yaşayış məntəqəsini azad edib
Əsl eşq budur - 40 il gözləsələr də, evləndilər - FOTO
Görkəmli bəstəkar Qara Qarayevin ad günüdür
İlham Əliyev: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”
Qapılar
“Arka Sokaklar” serialına yeni aktrisa gəlir - FOTO
Çin tibbinə görə gecə oyandığınız saatın gizli mənası
Model olduğunu düşünənlər peşəsinə TƏƏCCÜBlənirlər-FOTO
Babasil
Almalı piroq
Conni Depp "qara siyahı"ya düşdü
TQDK-dan unikal yenilik
3 günə 5 kq arıqladan kartof pəhrizi
Azərbaycan sanskiyalarla üz-üzə
Xərçəngdən qorunmağın təbii yolları
Püskürən vulkanın altında evləndilər - VİDEO
Azərbaycana qar yağacaq
"Kainat gözəli-2017" kim oldu?
Bakıda qatı dumanın SƏBƏBLƏRİ
Corc Floydun qızı “Disney”in səhmdarı oldu - FOTO
Sosial şəbəkə fenomeni köhnə şəkillə hər kəsi təəccübləndirdi - FOTO
Azərbaycan finala keçə bilmədi - İlk dəfə
Saçlara qulluq üçün 3 maska
Pelosi: "Tramp ABŞ-ın daxili düşmənidir"
Məşhur endokrinoloqdan CİDDİ XƏBƏRDARLIQ
Koronavirus peyvəndinin qiyməti bəlli oldu
Bakıda küçə ticarəti, qəzet və jurnalların səyyar satışı qadağan olundu
Günün qoroskopu:Uğurlu gündür!
Pensiyaçılara ŞAD XƏBƏR
Qayalar üstündə möhtəşəm qala
Razyana çayının faydaları
Metro istifadəçilərinə ŞAD XƏBƏR
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 92 yeni yoluxma
Əlillərin reabilitasiyası ilə bağlı yenilik
Qeyri-iş günlərinin sayı artırıldı
Gülmək istəyənlər üçün komediya filmləri
Günün ulduz falı
Ramazan ayının 19-cü gününün duası
"Ceyms Bond" istirahətdə
Cəbrayılın işğaldan azad edilmiş daha bir kəndinin görüntüləri - VİDEO
Azərbaycanda nikaha girən işsiz cütlükdən biri dövlət tərəfindən işlə təmin ediləcək
- ŞƏRHLƏR