Bir çox qadınlar həyat yoldaşlarının onlara xəyanət etməsi problemi ilə üzləşirlər. Bəzən seçdiyi qadın gözəl, ağıllı, özünə baxımlı və diqqətli olsa belə kişi yenə də “əyri” yola meyl edir. Axı sevdiyi həyat yoldaşına xəyanət edərək bu tip kişilər nə axtarırlar?!
Əvvəlcə onu demək lazımdır ki, kişilər istilaçıdır, qadınların diqqət mərkəzində olmağı, bir çox gözəl xanımların ağlını başından almağı sevirlər. Bu səbəbdən flirt edirlər, başqa qadınlara diqqət göstərirlər, eyni zamanda da istəyirlər ki, onların qadınları ancaq onlara məxsus olsun.
Bundan əlavə, kişilər müxtəlifliyə meyl edir. Öz xanımı nə qədər gözəl olursa olsun, diqqətini çəkəcək kiçicik bir nüans olarsa, kişi “boz sıçan”a da meyl edə bilər. Kişi şüuru və şüuraltı idrakı kifayət qədər təzadlarla doludur. Bir kişi eyni zamanda həm buruqsaçlı, həm də düzsaçlı qadınları, həm kiçiksinəli, həm də irisinəli qadınları xoşlaya bilər. Obyektiv nöqteyi nəzərdən baxsaq müəyyən qədər çatışmazlıqları olan bir qadın, kişinin subyektiv nöqteyi nəzərindən tam qüsursuz görünə bilər. Səbəb, kişinin meyl etdiyi qadının öz həyat yoldaşından üstün olması deyil.Əsil səbəb budur ki, həmin qadında heç vaxt qarşılaşmadığı, adət etmədiyi nə isə bir yenilik görür. Və beləliklə kişi ürəkdən sevdiyi həyat yoldaşına xəyanət emiş olur, hərçənd bu öz xanımına olan sevgisinə heç cür təsir etmir.
Həmçinin, gender xüsusiyyətlərini də nəzərə almaq lazımdır. Məsələn, əgər qadın xəyanət etməyə qərar veribsə, üzün müddət partnyor axtarışında olacaq, lakin kişi üçün bu daha asandır. Öz seksual katibəsinə qəflətən baxa bilər, qanda hormonal partlayış baş verə bilər və nəticədə, kişi sadəcə öz seksual ehtiyaclarını təmin edə bilər. Yeri gəlmişkən xatırlamaq lazımdır ki, kişinin xəyanəti qadının xəyanətindən daha zərərsizdir. Əgər söhbət mütəmadı intim münasibətlərdən deyil, hisslərin ağıla güc gəldiyi müəyyən bir vaxtda hər hansısa qadınla sekslə məşğul olmaqdan gedirsə, bu kişinın həyat yoldaşına olan sevgisini azaltmaz, hətta əksinə, kişidə bir vicdan hissi yaradaraq öz həyat yoldaşına daha çox diqqət göstərməyə başlayar. Lakin bu hər zaman öz xanımına sevgisinin artması ilə nəticələnmir. Qadın xəyanət gördüyü zaman, öz həyat yoldaşını həmin qadına buraxıb getmək istəmirsə, kişi üçün dava-qırğın, problem yaratmaqdan çəkinməli, onda vicdan hissini oyatmaq üçün daha çox diqqət göstərməlidir.
Əgər kişi mütəmadi olaraq öz xanımına xəyanət edirsə, ehtimal ki bunda problem kişinin həyat yoldaşı ilə münasibətlərindədir. Əksər hallarda bu partnyorlararası anlaşmazlıqdan, intim münasibətlərin normal olmamasından, ailədəki söz-söhbətlərdən irəli gəlir. Kişi diqqət mərkəzində olmağı, sevimli insan olmağı, ona çox vaxt ayrılmasını istəyir. Bu halda kişi öz həyat yoldaşında görmədiyi cəhətləri başqa qadında axtarır ki, öz istəklərini reallaşdıra bilsin. Lakin mütəmadi xəyanətlər də sevginin yoxluğunu bildirmir. Deyirlər ki, kişilər üçün evdəki qənaətbəxş olmur, onlara daha nələrsə də lazımdır.
Beləliklə, aydın olur ki, kişilər ən müxtəlif səbəblərdən xəyanət edirlər. Qeyri-qənaətbəxş ailə həyatından tutmuş hisslərin güclənməsinə kimi müxtəlif səbəblər kişi xəyanətinə gətirib çıxara bilər. Kişini yanında saxlaya bilmək üçün qadın onu hədsiz sevməli və balansı qorumaq şərti ilə istəklərini yerinə yetirməlidir. Yalnız qadın bunları etməyi öyrəndiyi halda öz həyat yoldaşı üçün həmişə qeyri-adi və əvəzedilməz ola bilər və öz kişisinin “qadın sahibəsi” ola bilər. Yalnız bundan sonra, narahat olmağa dəyməz, çünki təsadüfi tanışlıqlar zamanı öz təbii ehtiyaclarını ödəsələr də kişilər qadınlarını heç vaxt tərk etmirlər.
Müəlliflər:
Psixoloq Elgül Eyvazova
Jurnalist Faiq Mahmudov
XƏBƏR LENTİ
Deniz Akkaya bu dəfə "qəssab" oldu-FOTO
Payızda ikinci dalğa gələcək, amma..-Açıqlama
Virtual dərs keçməyən müəllimləri cəza gözləyirmi?
Bakıda bankomatlarda problem yaranıb?
Bütün ölkədə 1-ci sinfə qəbul elektron olacaq
26 ölkədə küçə sənəti
Ateist alim o dünyanın olduğunu təsdiqlədi - MARAQLI SƏBƏB
Ingilis Dili-XVIII Dərs
Tornado Amerikanı qəfil yaxaladı
Məşhur müğənni ərə gedir
Ana südü haqqında bilinməyənlər
"Mehriban Əliyeva dünyanın ən gözəl xanımıdır"
Bu geyim sonsuzluq yaradır
Ömrü uzadan səbəblər
Ulduz falı saxtakarlığı haqqında
Sevgi dolu anlar-3
Sənədsiz ev probleminə son
Çilli insanların bilməli olduqları
Aforizmlər
Qızıl dəqiqədə arzu tut
Dünya çempionatında Qurani-Kərim paylanılır
Just for girls (2-ci hissə)
Yeriyən zülallar
Azərbaycanda internet məhdudiyyəti ləğv olunub? - RƏSMİ AÇIQLAMA
Fırıldaqçı saytları həqiqi saytlardan ayırd etmək çətinləşib
Meyvələrin faydaları
Bakının bu hissəsində su olmayacaq
Dünyada internet nə vəziyyətdədir?
İran zibildən "qazanacaq"
Pulu qənaətlə necə xərcləməli?
Ata Demirer 150 minə tablo aldı-FOTO
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - RƏSMİ
HAVA xəbərdarlığı
Burcu Esmersoyun bahalı saatı diqqət çəkdi
Dondurmanın 14 faydası
Hava haqqında - 03.10.2013
Azərbaycanda 5 gün iş olmayacaq
Leyla Əliyeva internat məktəbində
Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO
Castin Biber İzləyicilərinə Görə Bunu Da Etdi-FOTO
Nəqliyyat Nazirliyinin uğursuz layihəsi
Komitə sədri boşanmaların səbəblərini açıqlayıb
Pulla izləyici sayı artıran məşhurlar
Dünyanın ən gözəl qadını Cennifer olsu-FOTO
Bir rəssamın çay paketlərindən tutduğu gündəlik
Laçında Azərbaycanın Dövlət Himni oxundu - VİDEO
Yayda sağlam arıqlamağın yolları
Flavia Desgranges van der Linden
Meksikada təhlükəli bakteriyalar tapılıb
Qar dənəcikləri düzəldək
- ŞƏRHLƏR