Depressiya istər yaşdan, istər cinsiyyətdən asılı olmayaraq hər peşədən ,hər etnik mənşədən olan insanlarda görülə bilən, təkcə intihar nisbəti yüksək xəstəlik deyil, eləcə də xəstələrin ailələrinə və cəmiyyətə də mənfi təsir edən, təkrarlama ehtimalı yüksək və müalicə edilə bilən bir xəstəlikdir. Bir insanın həyat boyu depressiyaya tutulma ehtimalının yüzdə 15 ətrafında olduğu ifadə edilir. Depressiya qadınlarda kişilərdən iki qat daha çox təsadüf olunur.
Maddi vəziyyətin aşağı səviyyəsində problemə daha yüksək nisbətdə rast gəlinir. İşsizlərdə depressiya görülmə nisbətinin isə işləyənlərə görə daha yüksək olduğu və iqtisadi böhranların bu nisbəti artırdığı ifadə edilir. Depressiya 2004-cü ildə ən çox bacarıq itirməyə səbəb olan xəstəliklər sıralamasında üçüncü sıradaykən, 2020-ci ildə ikinci, 2030-cu ildə isə birinci sırada olacağı nəzərdə tutulur.
Depressiyada olan insanların digər insanlara zərər verməyib, intihar cəhdiylə özlərinə zərər verdiklərinə diqqət çəkilir. İntihar səbəbiylə dünyada hər gün 3 min, hər il isə 1 milyon adamın həyatını itirdiyinə diqqət çəkilir.
Aşağıdakı suallar vəziyyətinizin depressiyayla nə qədər əlaqədar olduğunu təyin etməyə istiqamətli olaraq hazırlanmışdır. Bunlar elmi olaraq qəbul edilən olmaqla bərabər, psixiatrik müayinə edilmədən diaqnoz qoyulmasının da çətin olacağı unudulmamalıdır. Aşağıdakı sualları doğru və səmimi olaraq cavablayın və qiymətləndirməyi oxuyaraq vəziyyətiniz haqqında məlumat sahibi olun.
1. Əzablı, kədərli, bir ruhi vəziyyət içindəsinizmi?
a) Bəli b) Xeyr
2. Köhnədən maraqlandığınız və zövq aldığınız fəaliyyətlərə, seriallara, gəzməyə və s. marağınızın itirməsi və zövq almamanız varmı?
a) Bəli b) Xeyr
3. Diqqətinizdə və konsentrasiyanızda azalma varmı?
a) Bəli b) Xeyr
4. Enerjinizdə, yorğunluğa və hərəkət azalmasına gətirib çıxaracaq səviyyədə azalma və ya kiçik bir hərəkətlə asanca yorulma varmı?
a) Bəli b) Xeyr
5. Pəhriz saxlamadan həddindən artıq kilo itirdiniz və ya kilo aldınızmı?
a) Bəli b) Xeyr
6. Normal vəziyyətinizə görə yuxuya getməkdə çətinlik, yuxu bölünməsi, səhər erkən oyanma və ya həddindən artıq yatmaq kimi hallardan hər hansı biri varmı?
a) Bəli b) Xeyr
7. Başqalarının da müşahidə etdiyi, fiziki və zehni olaraq narahatlıq və ya yavaşlamanız varmı?
a) Bəli b) Xeyr
8. Dəyərsizlik, günahkarlıq, günahkarlıq duyğularınız varmı?
a) Bəli b) Xeyr
9. Gələcəyə istiqamətli olaraq fikirləriniz pessimistmi?
a) Bəli b) Xeyr
10. Özünüzə güvənmək və hörmətinizdə azalma varmı?
a) Bəli b) Xeyr
11. Kiçik bir səbəblə və ya səbəbsiz olaraq asanca ağlarsınızmı?
a) Bəli b) Xeyr
12. Özünüzə zərər vermə, intihar niyyət və düşüncəniz və ya davranışınız varmı?
a) Bəli b) Xeyr
13. İnsanlarla münasibətlərinizdə azalma və ya insanlardan uzaqlaşma və ya təkliyi seçmə varmı?
a) Bəli b) Xeyr
14. Yuxarıdakılardan ‘bəli' olaraq cavabladığınız vəziyyətlər ən az iki həftədir varmı?
a ) Bəli b) Xeyr
15. Yuxarıdakılardan ‘bəli' olaraq cavabladığınız vəziyyətlər gündəlik həyatınızı, iş,məktəb və ictimai funksiyalarınızı pozurmu?
a) Bəli b) Xeyr
Qiymətləndirmə
Depressiya riski
Birinci və ikinci suallardan ən az birinə və 3 -13-cü suallardan ən çox üçünə ‘bəli' cavabı verdinizsə, depressiya riski altındasınız deməkdir. Vəziyyətinizin qiymətləndirilməsi lazımdır.
Yüksək depressiya riski
Birinci və ikinci suallardan ən az birinə və 3 -13-cü suallardan ən az dördünə ‘bəli' cavabı verdinizsə, bu vəziyyət yüksək depressiya riski altında olduğunuz mənasına gəlir. 14 və 15-ci suallara verilən cavablar da diqqətə alınmalı və vəziyyətiniz bir psixoloq tərəfindən mütləq qiymətləndirilməlidir.
Diqqət depressiyadasınız!
Birinci və ikinci suallardan ən az birinə, 3 -13-cü suallardan ən az dördü ilə 14 və 15-ci suallara ‘bəli' cavabı verdinizsə depressiyadasınız deməkdir. Mütləq bir psixoloqa müraciət etməniz və müalicə olmanız lazımdır.
Rahat olun
Birinci və ikinci suallardan ikisinə də ‘bəli' cavabı vermədinizsə, 3 -13-cü suallardan ən çox da - ikisinə və ya daha azına ‘bəli' dedinizsə ( və ya heç birinə ‘bəli' cavabı vermədinizsə) depressiya riskiniz yox deyiləcək qədər az və ya yoxdur. Rahat ola bilərsiniz.
XƏBƏR LENTİ
Koronavirusun təcili müalicəsi vacibdir - Sübut edildi
ABŞ-da 112 illik temperatur rekordu vuruldu
Feysbuk-da səsli köməkçi
Evlilikdən sonra sevgi azalır?
Dazlaşma problemi olanlar, çarə tapıldı
Qanvermə aksiyası başa çatdı
Qabil Hüseynli: "Ərdoğan öz əkdiklərini biçməkdədir"
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Onların sayı 70,4 milyona çatacaq
Kişi kollektivində davranış
ABŞ-da Zika virusu daşıyıcıları artıb
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Azərbaycan efirində rekord
Bu lampalar əslində xərçəng daşıyıcısıdır
Ağızla eşidə biləcəyik
2013 Qızıl Qlobus mükafatında ulduzların geyimləri
Fermadakı köhnə maşınlar əsl xəzinə imiş
Məsləhət istəyirəm
Şirin xəmirdən hazırlanan tortlar
Ərdoğandan Vaşinqtona xəbərdarlıq
Beren Saatdan gözlənilməz gizli eşq etirafı - Mən idim...
“BTS”-in onlayn konserti olacaq
Məşhur aparıcı komaya düşdü-SƏBƏB/FOTO
Qadının əməli hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Günün ulduz falı - 04.09.2013
Gözəllik ondur,doqquzu dondur
Laçın rayonunun işğalından 26 il ötür
Yeni eynək trendi; cat eye
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
Bu gün niyyət axşamıdır - Ramazan təqvimi - FOTO
DİN vətəndaşlara müraciət etdi
Yeni ilə indidən hazırlaşın
Yuxu yozmaları gərçəkdirmi?
İşləmək istəyirsiniz?
Uşaqlarda D Vitamini
Piroq
“TRT”yə açıqlaması ilə məşhurlaşan şəxs Qarabağ qazisi imiş: Ürəyində düşmən gülləsi ilə yaşayır - VİDEO
Növbəti erməni yalanı ifşa edildi
Whatsapp-dan unikal yenilik
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
Türk dizayner Ferrari 458 İtalia-nı dəyişdirir
Əmək pensiyasının minimum məbləği artırıldı
Çox pul gətirən yeni işlər
Hazal Kaya Alinin ikinci evliliyi imiş-FOTO
127 kq arıqladı, ölümdən qurtuldu - FOTO
Qadın.netin "xarici" xanımları (IV hissə)
Qonaq otağı dekorasiyası
Günün ulduz falı
Meksika naxışları tortlarda
Təhsil İdarəsindən rus bölməsi üzrə məktəbəhazırlıq qruplarına qəbulla bağlı AÇIQLAMA
- ŞƏRHLƏR