Ətrafda meydana gələn hadisələrə bir reaksiya olaraq ortaya çıxan depressiya zamanı insanlar özlərini hüznlü və bədbəxt hiss edirlər. Lakin belə hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması problem yaradır. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada 350 milyondan artıq insan depressiya və yaxud psixoloji problemlə mübarizə aparır. Həmçinin bildirilir ki, qadınlar depressiyaya kişilərdən daha meyllidirlər. Qadınların depressiyaya girmə fazinin kişilərdən daha çox olmasının bir səbəbi isə qadınların doğuşdan sonrakı vəziyyətilə əlaqələndirilir. Eləcə də irəli mərhələlərdə insanları intihara qədər aparan depressiya səbəbindən hər il 1 milyondan artıq insanın həyatına son verdiyi və bu insanların da böyük əksəriyyətinin qadın olduğu bildirilir. DST özünə qapanan insanlarda daha çox rast gəlinən depressiyanın, ümumiyyətlə, bir xəstəlik olaraq qəbul edilmədiyi, gənc və uşaqlarda diaqnoz qoymanın çətin olduğu göstərilir. Həyatı boyunca hər 100 kişidən 10-nun və hər 100 qadından 20-nin depressiya keçirdiyi müəyyənləşdirilib.
Peşələr də depressiya riskini artırır
Belçikalı alimlər tərəfindən 21 Avropa ölkəsində 25-60 yaşında 17 minə yaxın insanlar arasında rəy sorğusu keçirilib. Anket iştirakçılarının depressiya səviyyəsi ölçülüb. Nəticəyə əsasən, ixtisaslı olanların, daha çox depressiyaya düşdüyü müəyyənləşdirilib. Belə ki, yüksək səviyyədə təhsil alanlar işlərinə motivasiya ola bilmədiyi və təhsil müddətində əldə etdikləri bacarıqlarından tam istifadə edə bilmədikləri üçün stressə girirlər. Araşdırmada universitet təhsili alanların sayı artdıqca və iş bazarı bu artıma cavab verə bilmədikcə cəmiyyətin ruhi sağlamlığının daha da pozulacağı bildirilir. Əvvəllər aparılan araşdırmalar isə əksinə təhsil çatışmazlığının sağlamlıq problemlərinə təsir etdiyini göstərmişdi.Bundan başqa peşələrin də depressiya riskini artırdığı bildirilir. Aparılan araşdırmalar göstərir ki, uzun saat, etibarsız çalışma mühiti insanları depressiyaya yönəltməklə yanaşı, bu riski artırır. Depressiyaya ən çox girənlər isə qida sektoru və sağlamlıq xidmətində çalışanlardır. Sənət, əyləncə, idman və media sektorunda çalışan kişilər də depressiyaya girir.
Amerikada aparılan bir araşdırmada da uşaq baxıcılığı, aşpaz, qarsonların da ən çox depressiyaya girdiyi göstərilib. Üstəlik gənc işçilərin eyni məsləkdə çalışan yaşlılara nisbətən daha çox depressiyaya girdiyi, qadın çalışanların da kişi məsləkdaşlarına görə daha çox depressiyaya girdiyi məlum olub. Ümumiyyətlə, uşaq, yaşlı və gündəlik ehtiyaclarını ödəyə bilməyənlərin baxımında çalışanların 11 faizi bu problemlə qarşı-qarşıya qalır və depressiya müddəti iki həftə və ya daha uzun çəkir. Depressiya müddətində qayğı və zövq almaqdan şikayətlənən bu peşə adamları yuxu, qidalanma problemi olduğunu bildirirlər. Amerikalı mütəxəssislər depressiyanın ildə 30 milyard dollar ilə 44 milyard istehsal itkisinə yol açdığını deyirlər.Avstaliyalıların araşdırmasına görə isə həkimlik peşəsində çalışanlar depressiyaya daha çox məruz qalırlar. Mütəxəssislərin fikrincə, sağlamlıq sektorunda çalışan qadınların digər qadınlara nisbətən 2 dəfə daha çox intihar etdiyi, kişilərin isə cəmiyyətin digər təbəqəsinə nisbətən 25 faiz daha çox intihar etdiyi müşahidə edilir.
Depressiya xəstələrinin yarısından azı lazımi müalicə ala bilir
Depressiyanın duyğu, düçüncə və davranışa təsir etdiyini deyən psixoloqVasif Həsənzadə bidirdi ki, müalicə edilmədiyi təqdirdə bu, aylar, illər, hətta ömür boyu qala bilər. Eləcə də depressiyanın hər yaşda, hər insanda müşahidə edilə biləcək ruhi bir xəstəlik olduğunu deyən psixoloqun fikrincə, depressiya 2 həftədən uzun müddət həyatdan zövq ala bilməyən, üzüntü əlamətləriylə ortaya çıxır və normal həyata davamı çətinləşdirir: “Sosial, fiziki və psixoloji nəticələr doğuran depressiya adətən ürək problemlərini artırır. Digər tərəfdən iqtisadi çətinliklər, işsizlik və ya yaşanan mənfi amillər də depressiya riskini artıran amillərdir”. Psixoloq bildirdi ki, depressiya müalicəsinin ilk addımı xəstəliyi qəbul etmək və bir mütəxəssisə danışmaqdır. O da vurğulandı ki, müalicəyə nə qədər erkən başlanarsa, nəticə o qədər sevindirici olur. Psixoloq deyir ki, hazırda dünyada bu istiqamətdə bir çox müalicə üsulu olmasına baxmayaraq, depressiya xəstələrinin yarısından azı lazımi müalicə ala bilir, hətta bəzi ölkələrdə müalicəyə müraciət edənlərin sayı 10 faizdən də az olur.
Azərbaycanda depressiyanın əsas səbəbi nədir?
Psixoloq Tünzalə Verdiyevanın sözlərinə görə, insan həyatında hər şey yaxşı olmasını istəsə də, bu da hər zaman mümkün deyil və ona görə də bu zaman insanlar depressiyaya düşür: “Mükəmməlliyə can atan insanlar nəyin mükəmməl olduğunu bilən insandır və deməli, intellektual insandır. Ona görə də bu bir həqiqətdir ki, yüksək səviyyəli, təhsilli, intellektual səviyyəyə malik insanlar depressiyaya düşürlər. Eyni zamanda müxtəlif peşə sahibləri arasında, xüsusilə də zehni əməklə məşğul olan insanlar arasında da depressiya riski daha yüksəkdir. Çünki qapalı məkanda, ofis şəraitində, yaxud elmi-tədqiqat institutlarında çalışanların depressiyaya düşməsinin səbəbi odur ki, onlar açıq havada daha çox olmurlar, ünsiyyət məhdudiyyəti daha çoxdur”.Psixoloqun fikrincə, Azərbaycanda depressiyanın əsas səbəbi kimi ailə-məişət münasibətləri, boşanmalar, ödənilməyən tələbatlar götürülür. Eləcə də alimlər, ziyalılar, öz peşəsində müəyyən müvəffəqiyyətlər qazanmış insanlar arasında depressiya riski yüksəkdir. İnsan nəyəsə nail olursa, ondan da yüksəyini istədiyini deyən T.Verdiyeva deyir ki, eləcə də iş yerində, həyatında, fəaliyyətində ən mükəmməlinə nail olmaq istəyir və bu da hər zaman öz yerində olmur, nəticədə insanlar depressiyaya düşürlər.Psixoloq bildirdi ki, bütün bunlarla yanaşı, depressiyadan çıxmanın da yolları var: “Bunlardan biri kimi səbəb nə olursa olsun, su idmanı böyük kömək edir. Açıq havada gəzinti, kollektiv istirahət lazımdır. İnsan ünsiyyətdə olmasa, öz fikirlərini bölüşməsə, depressiyadan təkbaşına çıxa bilməz. Mütləq insan çalışmalıdır ki, öz-özünü depressiyadan çıxarsın, hər kim ona neqativ təsir göstərir, onu ruhdan salırsa, o insanlarla ünsiyyəti kəssin. Hansı insan onu daha yaxşı yaşamağa, işləməyə motivasiya edir, o insanlarla ünsiyyətə can atmalıdır. Bir də nəyi yaxşı bacarırsa, hansı işdə uğur qazanırsa, depressiyadan çıxmaq istəyən insan o işlə məşğul olmalıdır. Eləcə də qida rasionuna dəyişiklik etməlidir, sulu xörəklərə, bitki çaylarına üstünlük verməlidir. Məsələn, nanə çayı depressiyadan çıxmağa kömək edir. Çünki ürəyə, qan dövranına müsbət təsir edir. Psixoloqa müraciət etmək ən son variantdır. İnsan öz-özünə də depressiyadan çıxa bilər. Amma bu insanın 8-10 ayını ala bilər. Psixoloqa müraciət etdikdə isə bir aya, 10-14 saata depressiyadan çıxa bilər.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Dişlərinizə hansı vərdişlər zərər verir?
Metroda şalvarsız gün
Qadın sürücülər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
İstanbulu dolu vurdu - VİDEO
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Hande Yenerdən gözlənilməz irad
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Sarı saçlar üçün xüsusi maskalar
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Kartof zənbilində balıq (foto resept)
Avqustun HAVA buraxılışı
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Bananlı pankek (foto resept)
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Alimlərdən inqilabi ixtira
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
İranda şok cəza
Prezidentdən mühüm qərar
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Qeyri-adi etiraz aksiyası
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
"Riçard" salatı (foto-resept)
Bakıda ucuzluq olacaq
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Facebook film çəkməyə başlayır
Ən məşhur fil öldürüldü
Geyim kombinasiyaları
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Möcüzəvi minerallar - 1
Arzularını gerçəkləşdirən yaşlılar
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Səs gigiyenası üçün bilməli olduqlarınız
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
2013-cü ilin gəlinlik modelləri
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Yumşaq tort keksi (foto resept)
Məntiqi test
"Microsoft" ucuz telefon nümayiş etdirib
ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Hamiləlik zəhərlənməsi
- ŞƏRHLƏR