Qadin.NET / Depressiyadasınızmı?

Depressiyadasınızmı?

Depressiya  istər  yaşdan, istər  cinsiyyətdən asılı  olmayaraq  hər peşədən ,hər  etnik mənşədən  olan insanlarda  görülə bilən, təkcə  intihar nisbəti  yüksək   xəstəlik  deyil, eləcə  də  xəstələrin ailələrinə  və  cəmiyyətə  də mənfi təsir edən, təkrarlama ehtimalı yüksək və müalicə edilə bilən bir  xəstəlikdir. Bir insanın həyat boyu depressiyaya  tutulma ehtimalının  yüzdə 15  ətrafında olduğu  ifadə edilir. Depressiya  qadınlarda kişilərdən  iki  qat  daha  çox  təsadüf  olunur.

Depressiyadasınızmı?

Maddi  vəziyyətin  aşağı səviyyəsində  problemə daha yüksək nisbətdə rast gəlinir. İşsizlərdə  depressiya   görülmə nisbətinin isə işləyənlərə  görə daha yüksək olduğu və iqtisadi  böhranların bu nisbəti artırdığı ifadə edilir. Depressiya  2004-cü ildə ən çox bacarıq itirməyə səbəb olan xəstəliklər sıralamasında üçüncü sıradaykən, 2020-ci ildə ikinci, 2030-cu ildə isə birinci sırada  olacağı  nəzərdə  tutulur.

Depressiyadasınızmı?

Depressiyada  olan insanların  digər  insanlara zərər verməyib, intihar cəhdiylə  özlərinə  zərər  verdiklərinə diqqət çəkilir. İntihar səbəbiylə dünyada hər gün 3 min, hər il isə 1 milyon adamın həyatını itirdiyinə diqqət çəkilir.

Aşağıdakı suallar vəziyyətinizin depressiyayla nə qədər əlaqədar olduğunu təyin etməyə istiqamətli olaraq hazırlanmışdır. Bunlar elmi olaraq qəbul edilən  olmaqla bərabər, psixiatrik müayinə edilmədən  diaqnoz qoyulmasının  da  çətin  olacağı unudulmamalıdır. Aşağıdakı sualları doğru və səmimi olaraq cavablayın və qiymətləndirməyi oxuyaraq vəziyyətiniz haqqında məlumat  sahibi olun.

1. Əzablı, kədərli, bir ruhi vəziyyət içindəsinizmi?

a) Bəli    b) Xeyr

2. Köhnədən maraqlandığınız və zövq aldığınız fəaliyyətlərə, seriallara, gəzməyə və s. marağınızın  itirməsi  və zövq almamanız varmı?

a) Bəli    b) Xeyr

3. Diqqətinizdə və konsentrasiyanızda azalma varmı?

a) Bəli    b) Xeyr

4. Enerjinizdə, yorğunluğa və hərəkət azalmasına gətirib çıxaracaq səviyyədə azalma və ya kiçik bir hərəkətlə asanca yorulma varmı?

a) Bəli   b) Xeyr

5. Pəhriz  saxlamadan  həddindən artıq  kilo  itirdiniz və ya kilo aldınızmı?

a) Bəli    b) Xeyr

6. Normal vəziyyətinizə görə yuxuya getməkdə çətinlik, yuxu bölünməsi, səhər erkən oyanma və ya həddindən artıq yatmaq  kimi  hallardan hər hansı biri varmı?

a) Bəli   b) Xeyr

7. Başqalarının da müşahidə etdiyi, fiziki və zehni olaraq narahatlıq və ya yavaşlamanız varmı?

a)  Bəli   b) Xeyr

8. Dəyərsizlik, günahkarlıq, günahkarlıq duyğularınız varmı?

a) Bəli      b) Xeyr

9. Gələcəyə istiqamətli olaraq  fikirləriniz  pessimistmi?

a) Bəli    b) Xeyr

10.  Özünüzə güvənmək  və hörmətinizdə azalma varmı?

a) Bəli     b) Xeyr

11.  Kiçik bir səbəblə və ya səbəbsiz olaraq asanca  ağlarsınızmı?

a) Bəli    b) Xeyr

12.  Özünüzə zərər vermə, intihar niyyət və düşüncəniz və ya davranışınız varmı?

a) Bəli    b) Xeyr

13. İnsanlarla münasibətlərinizdə  azalma və ya insanlardan uzaqlaşma və ya təkliyi seçmə varmı?

a)  Bəli    b) Xeyr

14.  Yuxarıdakılardan ‘bəli'  olaraq cavabladığınız vəziyyətlər ən az iki həftədir varmı?

a ) Bəli     b)  Xeyr

15. Yuxarıdakılardan ‘bəli' olaraq cavabladığınız vəziyyətlər gündəlik həyatınızı, iş,məktəb və ictimai funksiyalarınızı pozurmu?

a) Bəli     b) Xeyr

Qiymətləndirmə

Depressiya  riski

Birinci və ikinci  suallardan  ən  az  birinə   və 3 -13-cü  suallardan ən çox üçünə ‘bəli' cavabı verdinizsə, depressiya  riski  altındasınız deməkdir. Vəziyyətinizin qiymətləndirilməsi lazımdır.

Yüksək depressiya riski

Birinci və ikinci suallardan ən az birinə və 3 -13-cü suallardan ən az dördünə ‘bəli' cavabı verdinizsə, bu vəziyyət yüksək depressiya riski  altında olduğunuz mənasına gəlir. 14 və 15-ci  suallara verilən  cavablar da diqqətə alınmalı və vəziyyətiniz bir psixoloq tərəfindən mütləq qiymətləndirilməlidir.

Diqqət depressiyadasınız!

Birinci və ikinci suallardan ən az birinə,  3 -13-cü suallardan ən az dördü ilə 14 və 15-ci  suallara ‘bəli' cavabı verdinizsə depressiyadasınız deməkdir. Mütləq bir psixoloqa müraciət etməniz  və müalicə olmanız lazımdır.

Rahat olun

Birinci və ikinci suallardan ikisinə də ‘bəli' cavabı vermədinizsə, 3 -13-cü  suallardan  ən  çox da - ikisinə və ya daha azına ‘bəli' dedinizsə ( və ya heç birinə ‘bəli' cavabı vermədinizsə) depressiya riskiniz  yox deyiləcək qədər az və ya yoxdur. Rahat ola bilərsiniz. 

1 fevral 2013
GO BACK