Bu gün niyəsə həsrət boğurdu məni. Anamdan ayrı keçən 7-cı ilim tamam oldu. Qürbət eldən asan deyil hər dəfə vətənə getmək. Məcbursan elə burda qəlbində həsrət çəkməyə. "Yoxdur onsuz bir günüm"- dediyim olurdu mənim də, amma hər günümü onsuz yaşayıram.
Ana hər bir qıza dayaqdır, bir yoldaşdır. Bir zamanlar ondan uzaq qalsam yaşaya bilmərəm deyə düşünərdim, amma baxın, 7 ildir yaşayıram ondan uzaqda. O qədər uzaqda ki, əlim də çatmır, yolum da. Bir zamanlar ondan öyrənərdim yemək bişirməyi, deyərdim "Sənsiz heç bir yeməyimin dadı olmaz". Amma 7 ildir onsuz bişirirəm yeməklərimi, dadı da öz yerində. Bir zamanlar məsləhət almaq üçün qaçardım anamın yanına, oturub qarşısında danışardım hər şeyi. Deyərdim sən olmasan dərdimi kimsəylə paylaşa bilmərəm mən, amma artıq 7 ildir yoldaşımla paylaşıram.
Bu 7 illik uzaqlıq bir həsrətdir qəlbimdə. Hər gün üzərinə daha bir damla əlavə olunur. Bir zamanlar anamın həsrətindən qəlbimdə böyük həsrət dəryası yaranar deyə qorxarkən, artıq 7 illik uzaqlıq yaradıb o dəryanı qəlbimdə mənim.
Heç asan deyil ondan uzaqda olmaq. Anan vətəndə yatarkən, sənin qürbətdə yatmağın. Heç asan deyil xəstə yatasan burda, başının üstündəsə qayğıkeş ananı görməyəsən.
7 illik bu həsrət mənə çox şey öyrədib. Həyatımdan dərslər almışam zaman-zaman. Yaşıma yaş artdıqca anam olduğu kimi qalır.Heç asan deyil qəlbində dağ boyda həsrət çəkmək. Daha darıxmaqdan da o yana keçib bu həsrət...
Bəs əgər bir gün vətənimə qayıtsam, görən tapa biləcəmmi onu elə qoyduğum yerdə? Görən tanıyarmı məni bir daha gözü önündə görəndə? Qucaqlayarmı yenidən "daş ürəkli" qızını? Sığal çəkərmi yenidən dizi üstə qoysam başımı? Ya sinəsinə uzansam, eşidə bilərəmmi yenidən ürəyinin döyüntüsünü? Bəs boynuna sarılsam, o əvəzsiz ətrini yenidən hiss edərəm mi?
Allah hər birinizin anasına can sağlığı versin, kimsə anasından uzaq düşməsin...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Pərviz "Survivor"da hər kəsi HEYRƏTLƏNDİRDİ - VİDEO
Eva Lonqoriya və platyaları
Ofisdə "çürüməmək" üçün bunları bilmək vacibdir
Rihanna keçmiş sevgilisinə qayıtdı-FOTO
Kefirin faydaları və evdə hazırlanması
Vaflili tort (foto-resept)
Dünyanın ən faydalı 10 yeməyi - siyahı.
Siçanlar təyyarəni endirdi
Yaralıların qana ehtiyacı olması barədə məlumatlar təxribatdır - RƏSMİ
Ermənilər Tərtər sakinlərini atəşə tutdu
Dəb dünyasının yeni rəngi: Neon
Qafqaz Universiteti Elmar Qasımova təhvil verildi
Pendirli, pomidor souslu küftələr (foto resept)
İllər sonra ilk dəfə Cıdır düzündə səhnə quruldu, Şuşada konsert verildi - VİDEO
Sürətli üzməyin sirri tapıldı
Dəri ləkələrini necə aradan qaldırmaq olar?
Sosial mediada sevilməyən türk məşhurlar
Bu günün tarixi (14.10.2014)
65 yaşdan yuxarı şəxslərin nəzərinə: Koronavirusa görə...
Çimərliklərin yoxlanılmasına başlanıldı
Bakının iki böyük rayonunda qaz problemi olacaq
Şvartsenegger əməliyyat olundu
İlham Əliyev: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”
Herpes virusu
Ermənilərin Həsən xofu bitmir
Müharibə əlilləri, veteranlar və şəhid ailələri Prezidentin fərmanını yüksək qiymətləndiriblər
Diş ağrısına təbii üsulla sakitləşdirici
90 kiloqramlıq model jurnalın üz qabığında olacaq
İstanbul plovu (foto-resept)
"Mən Kiməm?" sualına cavab axtaranlar üçün...
Dəbli kişi gödəkçələri
İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxış etdi - VİDEO
Yapon qar meymunları
Dolu bədənli xanımlar üçün donlar
Aktrisa FOTOsu ilə diqqət çəkdi
Brilyant Dadaşova stili
İlklər
Dənizin ortasında yaşayan qəbilə
Granola (foto-resept)
İlham Əliyev: “Azərbaycan əsgəri, Azərbaycan zabiti öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirir”
Küftəli borş (foto resept)
İslamiada: Azərbaycan liderlər arasındadır - CƏDVƏL
Hamilə olduğunu unudan ana
Müştəri kredit borcunu gecikdirsə də..
Yeni Çin koronavirusu COVİD-19-dan daha yoluxucudur
Hülya Avşarın qızı bu dəfə də TƏƏCCÜBLƏNDİRDİ-FOTO
İnsan
Kral ailəsinin SİRRİ AÇILDI
Bürclərin aciz olduğu xəstəliklər (2)
Möhtəşəm açılışdan möhtəşəm görüntülər
- ŞƏRHLƏR