Bəzi qərarlar əhəmiyyətlidir, bəziləri əhəmiyyətsiz . Bəzi qərarlarımızı özümüz ala bilərik, bəzilərini isə ictimai təzyiqlər formalaşdırır (nə vaxt cinsi münasibətlər qurulacağı, dostlarla necə vaxt keçiriləcəyi kimi ).
Qərar vermək bir bacarıqdır. Velosipedə minmək, yeni bir dil öyrənmək, ayaqqabı bağlamaq kimi bir bacarıqdır. Və eyni onları öyrəndiyimiz kimi qərar vermək bacarığını da öyrənə bilərik.
Aparılmış araşdırmalar müvəffəqiyyətli qərar verənlərin bütün məlumatları və həqiqətləri öyrəndiklərini, qərar vermək çətinliyi çəkənlərin isə qərar verərkən durmadan bir problemdən digərinə keçdiklərini göstərir.
Bütün müvəffəqiyyətli qərar vermə üsulları ümumiyyətlə eyni müddət çəkir:
1. Problemi və hədəfləri dəqiq bir şəkildə müəyyən etmək.
2. Mümkün olduğu qədər çox həll alternativləri tapmaq.
3. Hər alternativin mümkün nəticələriylə əlaqədar lazımı qədər çox məlumat toplamaq.
4. Hər alternativin müsbət və mənfi yönlərini qiymətləndirdikdən sonra ən uyğun olanını seçmək.
Qərar vermə müddəti:
1. Problemi təyin etmək: Belə bir deyim var: “ Problemin nə olduğunu bilirsinizsə, yarısı həll edilmiş deməkdir” . Problemi tam olaraq təyin etmək qərar verməyin ən əhəmiyyətli addımlarındandır. Bəzən simptomları, yəni əlamətləri problem olaraq görə bilərik. Məsələn, dərs öyrənə bilməmək bir problem olaraq görünə bilər, amma bəzən kökdə daha fərqli problemlər ola bilər: dəqiq bir məqsədinizin olmamağı, ya da şəxsi bir probleminizin olması kimi. Problemin nə olduğunu tam olaraq təyin edə bilmək üçün özünüzə bu sualları verə bilərsiniz:
A. Bir problem olduğunu sizə düşündürən nədir?
B. Nə baş verir?
C. Nə vaxt olur?
D. Necə olur?
E. Niyə olur?
F. Kiminlə olur? (Dərhal “bu problemə kim səbəb olur?” deməməliyik. Gərgin və narahat olduğumuzda başqalarını günahlandırmağa meylli ola bilərik. Bunu hiss edib özümüzü başqalarından çox yaranmış vəziyyətə yönəltməliyik).
Problemin nə olduğunu dəqiqləşdirmək üçün əvvəlcə özünüzü mövzuyla bağlı mütəxəssis halına gətirə bilərsiniz. Probleminizlə bağlı məlumat toplayarkən məlumat ala biləcəyiniz bütün qaynaqlardan istifadə edin. Bənzər vəziyyəti yaşamış insanlarla danışın. Bəzən vəziyyətə kənardan durub baxmaq görmədiyiniz bir çox şeyi görməyinizə kömək ola bilər.
2. Hədəflərinizi və dəyərlərinizi müəyyənləşdirmək: Özünüzü daha yaxşı tanımağınız, dəyərlərinizi və həyat fəlsəfənizi müəyyənləşdirməniz qərar vermək müddətini olduqca asanlaşdırır. Həyatınızda nələrə üstünlük və dəyər verirsiniz? İctimai həyat, karyera, cinsi münasibətlər, ailə, pul, sağlıq, güc, gözəllik, din, təhsil, ictimai ədalət... Bu sualın cavabına “hamısını istəyirəm” demək asandır, amma hamısını əldə etmək çox zaman mümkün deyildir. Böyük bir şirkətdə müdir olaraq çalışıb, ailənizlə zaman keçirib, axşamları idman edib, eyni zamanda da yeni yerləri görmək üçün tez-tez səyahət etməyiniz çox da həqiqi və mümkün olmayandır.
Hədəflərinizi bilmək çatacağınız ünvanı müəyyənləşdirmək kimidir. Digər yollara girib boş zaman itirməyinizə mane olur. Qərar verəcəyiniz, ya da seçim edəcəyiniz ehtimalları dəyərləndirərkən hədəfinizə uzaq, ya da hədəfinizə uyğun olaraq qısa zamanda ayırd edə bilərsiniz. Bunu edərkən də hədəflərinizin konkret, həqiqi və dəyərlərinizə uyğun olmağı vacibdir. Məsələn, xoşbəxt olmaq olduqca mücərrəd bir hədəfdir. Sizi nələrin xoşbəxt edəcəyini konkretləşdirmək hədəfinizə çatmağınızda köməkçi olacaqdır.
3. Həll alternativi tapmaq: “Həqiqi deyil, axmaqca” və s. demədən mümkün olduğu qədər çox həll alternativi tapmağa çalışın. Bunun üçün beyin fırtınası edə bilərsiniz. Ağlınıza gələn alternativləri, ətrafınızdakıların da təkliflərini öyrənərək yazın. Bunu edərkən “ya..., ya da... “ şəklində düşüncələrdən uzaq durmağa çalışın. Məsələn “ Ya uşaq dünyaya gətirərəm, ya da karyeramı davam etdirərəm.” Uşaq olduqdan sonra, işinizə bir müddət ara verdikdən sonra geri dönmək, ya da yarım günlü bir işə keçmək mümkün ola bilər. Nəticə olaraq birini seçmək adına digər istəyinizdən tamamilə fədakarlıq etməyiniz lazım deyildir.
4. Sağlam qərar verməyə mane olan psixoloji faktorları hiss etmək: Özünə həddindən artıq əminlik, qayğı, neqativ bir ruh halı, başqalarına bağlı olmaq (ətrafındakılar tərəfindən sevilmək və qəbul olunmaq üçün öz istədiklərini yox, onların istədiklərini etmək), mükəmməlçilik (səhv etməyi qəbul etməmək, hər şeyi eyni anda istəmək kimi) sağlam qərarlar almağımıza mane ola bilər.
Çox vaxt bu emosional maneələri hiss etmirik. Hiss etdiyimiz zaman isə bu hisslərlə başa çıxmaq çətin ola bilər. Belə bir vəziyyətdə mümkünsə qərar verməyi təxirə salmaq və öz başımıza həll edə bilmədiyimiz mövzu haqda bir mütəxəssis köməyi almaq yaxşı olar.
5. Həll alternativlərini qiymətləndirmək: Həll alternativlərini qiymətləndirərkən hər variantla bağlı həqiqətləri və hər variantın sizə təqdim etdiyi gələcəklə bağlı hisslərinizə və hiss etdiklərinizə diqqət yetirməlisiniz. İlk olaraq hər alternativin xeyirlərini və zərərlərini topladığınız bütün obyektiv məlumatlara əlavə edərək yazın. Daha sonra hər alternativ üçün özünüzə bu sualları verin:
A. Nə baş verər?
B. Necə hiss edərəm?
C. Başqaları necə hiss edər?
D. Ola biləcək ən yaxşı və ən pis şey nədir?
E. Hədəfimə çatmaqda necə kömək edər?
F. Qarşımdakı maneələr nələrdir?
G. Nə qədər vaxt, enerji, maddi qaynaq lazımdır?
Hər alternativi qiymətləndirərkən mənfi görünən tərəflərin dəyişdirilib-dəyişdirilməyəcəyini, bunlarla başa çıxa bilib-bilməyəcəyinizi də diqqətə almalısınız. Məsələn, tibb ya da psixoloq peşələrini qiymətləndirərkən bir çox insan “Mən insanların acı çəkməsini görməyə dayana bilmərəm” ya da “ Məsləhət alanların və ya xəstələrin problemlərinin içinə çox girər, təsirlənərəm” deyə düşünüb, özləri üçün çox uyğun ola biləcək peşələri seçməzlər. Ya bu çətinliklərlə baş etmək yolları tapılarsa? Bu səbəbdən ani və məcbur qərarlar verməkdən çəkinin.
6. Alternativlərdən ən uyğun olanı seçmək: Hələlik sizdə olmayan bacarıq və qaynaqları tələb etdiyi üçün tətbiq edilə bilməyəcək olan variantları çıxartmaqla seçim edə bilərsiniz.
Bəzi seçimlər və qərarlar qarma-qarışıq ola bilər. Bir çox alternativ və düşünülməsi lazım olan çoxlu xeyir və ziyanınız ola bilər. Məsələn, karyera seçimi edərkən bir çox faktoru diqqətə almaq lazımdır: təhsil müddəti, iş tapmaq ehtimalı, çalışma saatları və şərtləri, peşə təminatı, statusu kimi. Bu səbəbdən seçiminizi edərkən ən əlverişli olanını müəyyənləşdirmək vacibdir.
7. Seçilən alternativi qəbul etmək: Bir seçim etdikdən sonra digər variantlara ilişib qalmamağa çalışmaq çox vacibdir, yoxsa tətbiqə keçmək çox çəkə bilər və qərar vermək müddəti lazımından çox uzana bilər. Bilməyimiz lazım olan həyatda “mükəmməl seçim” deyə bir şey olmadığı kimi, qarışıq qərarların çoxunda da mükəmməl bir alternativ yol olmaya bilər.
8. Addım: Seçimi tətbiq etmək : Tətbiq olmadıqdan sonra qərar da bir işə yaramaz. Bacarmaq və mümkün maneələrin öhdəsindən gələ bilmək üçün bütün detallarıyla bir plan qurmanız yaxşı olacaqdır. Planın bütün addımlarını əvvəlcədən müəyyənləşdirin, necə davranacağınızı, nələr deyəcəyinizi əvvəlcədən məşq edin, xəyal edin. Beləcə uyğun olmadığını düşündüyünüz nöqtələri dəyişdirmə fürsətiniz olacaqdır.
Qərarsızlıqla başa çıxmaq
Çox vaxt qərarsızlıq səhv bir qərar verməkdən daha zərərli, ya da yorucu ola bilir. Bu müddət içində qərar verməkdə gecikə bilərik, ya da qərarımız olduqca yorucu bir müddətdən sonra ortaya çıxa bilər. Qərarsızlıq anında yaşadığımız müəyyənsizlik həlli gecikdirməyə, seçimi bizim deyil, şərtlərin müəyyənləşdirməsinə səbəb ola bilər. Bunun üçün:
1. Məsuliyyət almaqdan çəkinməyin.
2. Yeni fikirlər yaratmaq üçün sahib olduğunuz zamandan istifadə edin.
3. Qərar vermə və səhvlərdən öyrənmək qabiliyyətinizə inanın.
4. Özünüz üçün həqiqət olmayan gözləntilər təyin etməyin.
5. Çox da lazım olmayana kimi ani qərarlar verməyin.
6. Özünüzü aldatmayın: daha tez və rahat əldə edəcəyiniz bir nəticə üçün uyğunsuz bir seçim etməyin.
7. Lazımsız yerə hərəkət etməyin, bəzən heç bir şey etməmək və gözləmək elə ən yaxşı həlldir.
XƏBƏR LENTİ
Ərdoğandan Makrona Ərdoğandan Makrona sərt sözlər: “Sən kimsən ki…”
Hərbi sahədə inqilabi yenilik
Kiara Ferraqni
Şuşa qalasında böyük ölçülü Azərbaycan bayrağı - FOTO
İnternetin həyatımızdakı rolu
Xoruzların səhər banlamasının səbəbi öyrənildi
Şəhər meri at, qoyun və eşşəkləri yasaqladı
Meqan və kraliça arasındakı gərginliyin səbəbi bilindi-FOTO
Musiqilər zehnimizdə niyə təkrarlanır?
"Azərişıq"dan borclu abunəçilərə XƏBƏRDARLIQ
Koronavirus nə vaxtadək yayılacaq? - Çinin baş epidemioloqu
Magistraturaya qəbul olmaq istəyənlərin nəzərinə
Çağatay Ulusoy və Duyğu Sarışının ayrılıq xəbərləri yayıldı
Neft bahalaşıb
Mənim səmənilərim
"Yeni il"obrazı
Qrip zamanı bunu əsla etməyin - Nazirlikdən XƏBƏRDARLIQ
2017-ci ildə övlad sevinci yaşayan məşhurlar
Qara rəngli diş məcunu və faydası
Ebru Şallı aylar sonra ilk dəfə
Stresdən xilas olmaq üçün masaj nöqtələri
Azərbaycan daha silah almayacaq?
Sinan Akçıl məşhur aktrisa ilə evlənir - FOTO
Onlar tənhadırlar...
Ebru Şallı və nişanlısı məhkəməlik oldu-QƏRİBƏ SƏBƏB
“WhatsApp”da Yenilik!
Kişmişli bisküvit (foto resept)
4 yaşlı oğul atanı peşman etdi
Di Kaprio "Oskar"ı geri qaytarır-SƏBƏB
Selena Gomez aparıcılıq edəcək
Ancelina Coli yenidən arıqlayıb-FOTO
Yeni silahlar Qarabağa yerləşdirilir
Evinizdə bu gül varsa dərhal ondan qurtulun - ZƏHƏRLİDİR - FOTOLAR
Məşhur müğənni torbadan şort geyindi-FOTO
Uşağınızın cinsini əvvəlcədən təyin edin
Yazın trend çantaları
Türk təyyarələri qəzaya düşdü
Şuşa döyüşlərində dastana dönən qardaşlar: “Yaralı halda onu çiynimdə daşıdım, heç nə hiss etmirdim” - VİDEO
Marsda yeni həyat əlaməti aşkarlandı
"Bizim Qadin.netlilər" serialı (2-ci bölüm)
Hava xəbərdarlığı edildi
Maykl Ceksonun ayaqqabısı 32 min dollara satıldı
2020-ci ilin ayaqqabı trendləri
Beyonce geyimi ilə diqqət çəkdi-FOTO
Körpələrin qidalanması ilə bağlı yalnış məlumatlar
Azərbaycanda son 2 əsrdə 405 vulkan püskürməsi olub
"Bura Odlar Yurdudur" - "Euronews" Bakını çəkib göstərdi
Koronavirusa qarşı peyvənd nə qədər davamlıdır? – AÇIQLAMA
Ərdoğan: “İlham Əliyevlə danışdım, zəfərə yaxınlaşırıq” - VİDEO
Göbələkli kartof kotleti (foto resept)
- ŞƏRHLƏR