İntuisiya nədir? İntuisiya problemin bütün detallarını analiz etmədən, anındaca hadisəyə düzgün qərar vermək qabiliyyətidir. Hadisənin nə vaxt olmasından asılı olmayaraq-keçmişdə, indi , və ya gələcəkdə.İntuisiya özünü dərketmənin məharətlə idarə olunmasıdır. Təsəvvür edək ki, instinkt kökdür, onda intuisiya gövdə, dərkretmə isə pardaxlanmış çiçəkdir. İntuisiyanın inkişafı özünü dərketməyə aparan sonsuz daxili səyahətdir. İntuisiya latınca- qorumaq, müdafiə etmək deməkdir. Ona görə çox vaxt buna bizi bir çox pis hadisələrdən qorumağa yardımçı olan bir hiss kimi də baxmaq olar.
Praktiki olaraq bütün insanlarda 6-cı hiss var. Bu hiss konkret heç nədən, elə öz-özünə yaranır. İnsan bunun üçün heç bir duyğu orqanının köməyindən istifadə etmir, eşitmə, görmə və s. Bəs bu hissi özlüyündə inkişaf etdirmək mümkündürmü?
İntuisiya beyinin iki yarımkürəsinin sinxron əməkdaşlığından yaranır. Qadınlar hər bir işə diqqətlə və ürəklə yanaşdıqları üçün daha həssas olurlar. Ona görə də çox vaxt onlarda hissetmə daha güclü olur. Məsələn, gördükləri yuxunun real yozması daha çox onlarda rast gəlinir. Və yaxud hərdən olur ki, kiminsə haqqında fikirləşirsən. Çox keçmir həmin adam ya gəlir ya da zəng edir, sanki fikirlərini oxuyubmuş kimi.
Çox zaman biz buna təsadüfü hadisə kimi baxaraq, beynimizin bizə göndərdiyi vacib siqnallara biganə yanaşırıq.
İntuisiya çox şeyə qadirdir- bədbəxt hadisədən uzaqlaşmağa, bir çox xəstəliklərdən qorunmağa, təhlükələrdən qabaqcadan xəbərdar olmağa və s.
Bu daxili hiss münasibətdə olduğumuz bir çox insanları daha yaxşı tanımaqda bizə yardımçı olur. Məsələn, üzdən hər şey çox yaxşı görünən münasibətdən bir dəfə nə isə hiss edirik. Bu zaman intuisiyamız bizə siqnal göndərir- bu münasibəti davam etdirmək sənə lazımdırmı?
Valideynlər və övladlar arsındakı bağların daha möhkəm olmasına, bir-birinizi daha yaxşı anlamağa kömək edir. Sadəcə zaman ayırıb onu diqqətlə öyrənmək lazımdır.
Analar onun köməyi ilə onlardan çox uzaqda yaşayan övladları ilə daxili əlaqə qururlar, görünməyən bağlarlarla bağlantı yaradırlar. Məsələn, onun narahat və ya xəstə olmasını uzaqdan hiss etmək və s. Buna onlarla misal göstərmək olar. Bu həmişə belə olub və belə olacaq.
İş həyatında da çox vaxt uğur insanlara doğru yanaşmaq qaydasına əməl edib, bu hissin təsirlərindən yararlanmaqdan başlayır.
İntuisiyanı inkişaf etdirmək olar. Özünüzə, daxili aləminizə tez-tez qulaq asın və siz onu musiqi alətini kökləyən kimi kökləməyi öyrənəcəksiniz. Gözəl musiqiyə qulaq asın, kitab oxuyun- bu fantaziyanı inkişaf etdirir. Düşündüyünüz insanı təsəvvür etməklə onun obrazını, əhatəsini, onun olduğu yerin peyzajını təsvir edin.
Deyirlər, həmin anda beyindən gələn ilk siqnal 6-cı hissin siqnalıdır. Onu analiz etməyə çalışmayın, yoxsa o elə həmin anda qeyb olar. Ona qulaq asın.
İndi deyəcəksiniz, zamanın belə sürətlə keçdiyi bir zamanda bu nə cəfəngiyyatdır -özünə qulaq as və s. Lakin siz buna cəhd edin. Sizə çətin görünən məsələlərin həlli asanlaşacaq, insanlarla düzgün münasibət qurulacaq və s. İntuisiyanı gücləndirəcək bu ilk siqnala biganə yanaşmayın.
İntuisiya- insanın öz-özü ilə harmoniyada yaşamasıdır. Bu əmin olmaqdır ki, etdiyin hərəkətlər doğrudur, yalançı şübhələrdən uzaq olub, özünlə sülh şəraitində yaşamaqdır. İnsana özünə əminlik, daxilindəki "Mən"ə qiymət və fikirlərinə güvən deməkdir.
Biz əsasən faktlara əsaslanıb nəticə çıxardırıq, nə qədər çox fakt olsa-intuisayımız da bir o qədər yaxşı olar. Bu insanın bədəninin, hərəkətlərinin dilidir. Məsələn, yaxın münasibətdə olduğumuz bir adam bizə qarşı riyakarlıq edir və biz bunu hiss edirik. Necə? Hansı hissin köməyi ilə?
Eyni zamanda sevinəndə, xoşbəxt olanda da emosiyalarınızı unutmayın, ona qulaq asın. Yanınızda sizə yaxın biri olduqda onun hisslərinə qulaq asın. Hiss etdiklərinizi ona deyib, özünüzü yoxlayın.
İntuisiyanızın sizi məyus edəcəyindən qorxmaq onun inkişafını ləngidir.
İntuitiv qərarları qəbul edərkən:
-Özünüzə etiraf edin ki, hər şeyi etdiniz, ancaq başqa çıxış yolu tapmadınız.
-Sizi narahat edən problemi yenə götür -qoy edin.
-İntuisiyanıza qulaq asın. Mümkün həlli yollarını arayın.
-Heç vaxt hirsli ağılla qərar qəbul etməyin. Sabahı gözləyin. Deyirlər səhəri gün çox vaxt bu günkü gündən daha müdrik olur. Sonda ürəyinizdə olan, intuisiyanızın agah etdiyinə güvənin.
Öz hisslərinizdən əmin olun, özünüzə diqqətlə qulaq asın. O zaman sizdə hər şey alınacaq. Unutmayın inytuisiya vergi deyil, bu altıncı hissdir ki, mükəmməlləşmək istəyən hər bir insan özündə bunu inkişaf etdirə bilər.
XƏBƏR LENTİ
BULVARDA Yeni il tədbirlərinə start verildi
İrem Derici xəstəxanada yalnız 2 gün qala bildi
Sabahın HAVAsı
Aylıq gözəllik baxımına 10 min xərcləyir
Elif Şafakdan 5 sözlə eşq
Şahzadə Harri: "Göyün yeddinci qatındayam" - VİDEO
Beyin fəaliyyətini gücləndirmək üçün 12 məsləhət
Evdə pizza (foto resept)
Girovlar qaytarılmalıdır
Ev şəraitində bilərzik hazırlayaq
Böyük Holland rəngkarlığının kiçik ustaları
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Uzunömürlülük
Konor Makqreqor evlənib
"Ermənistanda Araz çayının çox ciddi çirklənməsi müşahidə olunur"
Koronavirusdan qorunmağın ƏN TƏSİRLİ YOLU AÇIQLANDI
Bill Qeyts: "Bu, yanlış addım idi"
Özümə inanmıram!
Uşaq ensiklopediyası(12)
“Wi-Fi” siqnalları gizlənən insanları tapa biləcək - VİDEO
Müəllim olmaq istəyənlər! Qəbul iyulun 3-də başa çatır
Qadin.Netlə birlikdə hamiləlik (IX həftə)
Keyfiyyətli insan və cəmiyyət
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
Bu il manat yenə ucuzlaşacaq
Məşhur cütlükdən inanılmaz ADDIM-FOTO
Con Frenç Sloanın rəsmləri (2)
Kıvanç Tatlıtuğun koronavirus testinin nəticələri açıqlandı
Azərbaycan məktəblərində həyəcan təbili
Modern yemək masaları
Viktoriya Bekhemi qısqandı-FOTO
Xankəndi boşdur: 40 min insan Ermənistana qaçıb
Kommunal ödənişlərlə bağlı güzəşt olacaqmı? - VİDEO
Dünyanın ən elastik qadını
"Ginnesin Rekordlar Kitabı"nın seçmə rekordları
Salatları necə bəzəyəcəksiniz, bilmirsiz?
Yağış qayıdır
Kəsmikli-limonlu biskivit(foto resept)
Virtual alış-veriş artır
Amerikalı işçilər iki il rahat nəfəs ala biləcəklər, sonra isə...
Dəbli payız geyimləri
Buqələmun yoxsa insan?!
"Eurovision"da ermənilərin təxribatı araşdırılır
Doğru müddətli yatma arıqladır
Noyabr ayının qalibləri!
Kahı salatı (foto resept)
Yumurta testi və qiymənin buzxanada saxlanma qaydası
Lolita BOŞANDI-SƏBƏB
Tərəvəzli makaron (foto-resept)
Qəbizliyə qarşı nə etməliyik?
- ŞƏRHLƏR