Dərhal hamınız “hə” deyəcəksiniz. Bəlkə hər halda özünüzü yoxlayasınız?
Bəzən hər hansı xanım jestlə maşında əyləşir, mobil telefonda nömrə yığır, dim-dik gəzir, həmsöhbətini dərhal “yerində oturdur”, ona sözatan kişi tayfasını gözünü ağartmaqla, ya da istehası ilə rədd edir... Bu cür qadınlara el arasında “özünə güvənən qadın” adını qoyurlar.
Bəs siz necə, əziz xanımlarımız? Özünüzə güvənirsinizmi? Əlbəttə, dərhal çoxunuz “hə” deyəcəksiniz. Ancaq sizə bir sirr açım. Özünə güvənmə qadınlarımız arasında o qədər də geniş yayılmayan haldır. Sosial vəziyyətin müasir durumu, imkansızlıq artıq qadınlarımızın çoxunu öz caynağı altına alıb.
Hər halda özünü yoxlamağa dəyər. Bizim əsəb sistemimiz, əhval-ruhiyyəmiz özümüzə güvənməyimizdən bilavasitə asılıdır. Verilmiş suallara düzgün cavab verərək hər bir xanım “özünəgüvənmə” kimi çox vacib bir xüsusiyyətə nə dərəcədə malik olduğunu biləcək. Beləliklə, testə başlayırıq:
1.Belə olurmu ki, siz evdən çıxandan sonra qapını yaxşı bağlamamaq, televizoru söndürməmək, qaz plitəsini, su kranını açıq qoymaq barədə şübhələr yaranır?
2. Olurmu ki, sizi yoran elə bir ağır iş görmədiyiniz halda, yorğunluq hiss edirsiniz?
3.Boş yerə, səbəbsiz yerə tez-tez kədərlənir, ruhdan düşür, hər xırda şeyə görə ağlayırsınız?
4.Teatr və konsert zalında, məclislərdə hansı yerdə oturmağınızın sizin üçün fərqi var?
5.Tez-tez yuxu görürsünüz?
6.Telefon qəfil zəng çalanda diksinir, qorxursunuz?
7.Kiminsə qəfil gəlişinə dərhal özünüzü hazırlaya bilirsiniz?
8.Qəfil qərar verməyi bacarırsınız?
9.Paltarınızda ləkə gördükdə, yaxud paltarınız qırışıq, nimdaş olduqda bu, sizi sıxır?
10.Yeni tanışlıqlar yaratmaq xoşunuza gəlir?
11.Hazırlaşdığınız bir yerə getmək ərəfəsində birdən fikriniz dəyişir?
12.Olurmu ki, gecənin bir aləmində bərk aclıq hiss edib oyanasınız?
13.Tənha olmaq, özünüzlə tək qalmaq arzusu çox olur?
14.Kafeyə girəndə, avtobusa əyləşəndə boş yerləri qoyub kiminsə yanında əyləşirsiniz?
15.Öz hərəkətlərinizi başqalarının istəyi, cəmiyyətin tələbi ilə uyğunlaşdırırsınız? Bir iş görəndə “Görəsən mənə nə deyərlər?” dilemması ilə qarşılaşırsınız?
Suallar qurtardı. İndi də keçək cavabların qiymətləndirilməsinə:
1, 2, 3, 4, 6, 7, 11, 12 və 15-ci sualların “hə” cavabına, 5, 8, 9, 10, 13 və 14-cü sualların isə “yox” cavabına 1 xal verilir. Xallarınızı hesablayın.
0 bal. Əgər kimsə “0” bal toplayıbsa, onun bu dərəcədə özünə güvənməsi şübhəli görünür. Yəqin həmin şəxs suallara səmimi cavab verməyib.
1-4 bal. Siz özünüzə kifayət qədər güvənirsiniz. Psixikanız heç bir güclü sarsıntıya məruz qalmayıb. Xarakteriniz çox güclüdür.
5-8 bal. Sizdə özünüzü arxayın aparmaq, ətrafdakı adamları, rəfiqələriniz, partnyor və kolleqalarınızın ümidlərini həmişə doğrultmaq xüsusiyyəti var. Ancaq öz hisslərinizi çox vaxt düzgün büruzə verə bilmirsiniz. Bir qədər qətiyyətiniz azdır.
9-12 bal. Sizin özünüzə güvənmək ehtiyacınız o qədər böyükdür ki, reallıqla istəkləriniz arasındakı uçurum da böyükdür. Risk etmək, hünər göstərmək sizin xarakterinizə ziddir. Bu da böyük həsrət uğurları qazanmaq üçün sizə mane olur.
13-15. Siz təbiətən qorxaqsınız. Hər kəsdən şübhələnir, daim qara xəbər gözləyirsiniz. Şəxsiyyət kimi özünüz özünüzün yetişməsindən qorxursunuz. Bütün bunlar sizə daim uğursuzluqlar, bədbəxtliklər gətirir. Ancaq gec deyil. Əziz xanımlar, heç olmasa, bu gündən belə özünüzə güvənməyə başlayın.
XƏBƏR LENTİ
Yaralı barmağa "dolama"
Gəlinlik saç düzümləri
Analar gününüz mübarək!
Susması üçün Meqan Markla pul təklif edilib?-SƏBƏB
Körpələr niyə asqırır?
Ən səxavətli ölkələrin siyahısı
Ölkəmizdə yay vaxtı ləğv ediləcək
2011-in yay geyimləri
Yay ayaqqabıları
Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİN
Məşhur geyim markası bağlanır-SƏBƏB/FOTO
Xəzər dənizində zəlzələ olub
Məktəblərə XƏBƏRDARLIQ
Şimali Koreyada daha bir qadağa
Qələmlə sənət əsəri yaratmaq
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
3 gün iş olmayacaq
Minlərlə yeni iş yeri açılacaq
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük
Ahmet Kural evlənir - FOTO
Kişilərin qaçdığı 5 qadın tipi
Mehriban Əliyevadan müraciət
Muradla Aslının arasına o girib?
Ailə ixtilafları (I hissə)
İtaliyada 2 manata ev satılır-FOTO
Gökçe Bahadır 3,5 milyon qazanacaq
Azərbaycanda 5 gün iş olmayacaq
Uşaqların sosial-psixoloji inkişafı-7
Bu xəstəliklərdən əziyyət çəkənlərə ŞAD XƏBƏR: 4 milyon manat ayrıldı
Gəncliyin sirri
Qurban bayramının vaxtı bəlli oldu
Gündəlik və ziyafətlər üçün geyim kombinasiyaları
Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)
Təbabətdə inqilab kimi yenilik
Bu sezon makiyajda minimalizm dəbi
Qeyri-adi moda
Yeni xüsusi informasiya bazası yaradılır
Beş istedadlı rəssamların rəsmləri
Bu müəllimlər də imtahana çəkiləcək
Erməni boksçunu məğlub edən idmançımız çempion oldu
Bu gün Qarabağ görüşləri başlayır
Uşaqlar arasında xəstəliklərlə bağlı vəziyyət açıqlandı - Təhlükə varmı?
Maradonanın formasını satdı və...
Üçəmlərin 3-cüsü 5 il sonra doğuldu - FOTO
Ərdoğan Şuşanın azad edilməsi münasibəti ilə təbrik etdi - VİDEO
Ana bətnində bunu da etdilər
Döyüş oyunlarında Cenevrə Konvensiyası
İspaniya "Facebook"u cərimələdi
Peruda 7.5 bal gücündə zəlzələ oldu
Sabahın HAVAsı
- ŞƏRHLƏR