Bir çox insan gündəlik tutmaz çünki ya yazacaq bir şey tapa bilməz ya da düşündüklərimi, yaşadıqlarımı yazsam nə olacaq deyə düşünər. Onsuz da çətin olan həyatlarını bir də gündəlik tutaraq çətinləşdirmək istəməzlər. Əslində tutulan gündəliklər -ki artıq bloglarda bu işi görür, "fərdi tarixlərimizi" meydana gətirir, öz şəxsiyyətlərimizi tapmağımızı təmin edirlər.
Əslində gündəlik tutaraq bu suallara cavab tapmaq mümkündür;
Mən kiməm?
Mən bu anda və bu mövzularda nə düşünürəm?
Gündəlik tutmağın ya da gündəlik olaraq yazmağın ən gözəl tərəfi o günün düşüncələrini, hiss edilənlərini, çətinliklərini, hirsliliklərini və təcrübələrini qeyd altına almaqdır. Bu nə işə yarayacaq desəniz cavabım belə olar; həm fərdi olaraq inkişafınıza qatqınız olacaq, həm özünüzü kəşf etməyinizə həm də gerçək tarixin qeyd altına alınmasına. Birdə düşüncə və duyğularınızı yazmağınız fərqində olmadığınız xüsusiyyət və güclərinizi, içinizdəki dahiliyi ortaya çıxaracaq.
Bu arada gündəliyi bəlkə fərqli başlıqlar altında düşünməyiniz də faydalı ola bilər;
1. Hirsimi əks etdirə biləcəyim ən etibarlı yer.
Yolda ya da başqa bir yerdə çox hirsləndiyiniz zaman bəlkə də heç istəmədiyiniz bir şeylər etmək məcburiyyətində qalırsınız ya da edə bilmədiyiniz üçün beyninizin içində davamlı o hadisəni xatırlayıb "kaş ki bunu etsəydim" deyirsiniz. İndi yaşadığınız şeyi və hirsinizi gündəliyinizə yazaraq ola biləcək istənməyən bir vəziyyətdən özünüzü qurtara bilərsiniz. Yalnız çox hirsləndiyinizdə bunu axşam gündəliyimə yazmalıyam deyə düşünməyə özünüzü öyrəşdirməyiniz yetər. Üstəlik yazdığınız zaman bəlkə də çox axmaqca bir şey etdiyinizi ya da hadisəyə özünüzün səbəb olduğunuzun da fərqinə vara bilərsiniz.
2. Stressimi alan bir şey.
Bütün duyğu və düşüncələrinizi gündəliyinizə yaza bilərsiniz. Əgər bütün qorxularınızı, qayğılarınızı, həsrətlərinizi yaza bilirsinizsə ruhi inkişafınıza bilmədən də olsa bir qatqı təmin etdiyinizi görəcəksiniz. Özünüzü kəşf etdikcə özünüzə yeni yeni yollar çəkə biləcək, strategiyalar təyin edə biləcəksiniz. Əgər başınız çox qarışıqdırsa bunları yazıb qarşınıza alaraq bir nizam və intizam yaratma şansınız olacaq. Yazacağınız şeylərdə "Bu gün belə hiss edirəm;", "Ehtiyacım olan şey" ya da "İstədiyim şey" şəklində başlayan cümlələr qurmalısınız.
3. Gündəlik, həyatın gerçəkləridir.
İnsanın obyektiv olaraq özünə mehriban və şəfqətli davranmağı öyrənməsi çətindir. Gündəlik tutduğunuz zaman həyatınızın sizi sürüdüyü macəranı, kim olduğunuzu, harada olduğunuzu və hara getdiyinizi kəşf edərsiniz. Yazdıqca içinizdə basdırılmış olan duyğuların çölə çıxdığını görəcəksiniz. Əslində özünüzü kəşf etdikcə içinizdəki günahkarlığı öldürəcək, günahkarlıq hissinizin azaldığını görəcəksiniz. Özümüzdə yəni içimizdə tutduğumuz duyğuların ağırlığını bir müddət sonra daşıya bilməyəcəyimizi hiss edərik. Yazdığımız zaman bu duyğuların hansılarının bizə yaxşı,hansılarının pis təsir etdiyini tapa bilərik. Həyatınız və ümumi həyat üzərinə yazmaq sizin məqsədlərinizi təzələyər, sizə güc verər. Və təbii ki yeni bir istiqamət.
4. Gündəlik, şəxsiyyətin yenidən qazanılmasını təmin edər.
Özünü yeməyə verərək ya da pis vərdişlərlə beyninizi keyidə bilər, həyatı özünüzdən uzaqlaşdıra bilərsiniz. Yalnız qələm və kağızı ya da klaviaturanı kəşf edərək özünüzdə gizli qalmış yerləri ortaya çıxara bilərsiniz. Bəzən bilinməsini istəmədiyimiz şeyləri gündəliyə gizləyərkən, bəzən yeni fikirlərimizi yazarıq. Yazmaq dünyanın kilidini açmaqdır əslində. Yazılarımızla hisslərimizi, yaradıcılığımızı və təxəyyülümüzü inkişaf etdirərik. Yazaraq doğru zamanda doğru şeyi ifadə edə biləcək ən doğru sözü tapmağı öyrənərik.
5. Gündəlik, xəyallarınızı konkretləşdirər.
Bir çoxumuz özümüzlə olan əlaqəmizi diqqətə almarıq və hətta belə bir şeyin olduğunu belə qəbul etmərik. Halbuki özümüzü anlamaq və kəşf etmək bəlkə də səfərimizin ilk çıxış nöqtəsi olmalıdır. Əgər yazmağa başlasaq düşüncələrimizin və xəyallarımızın hansılarının daha əhəmiyyətli və mənalı olduğunu yavaş yavaş kəşf etməyə başlarıq. Və həqiqətən həyatdan nə gözlədiyimizi ancaq belə kəşf edə bilərik.
Necə gündəlik tutacağam?
1. Bir gündəlik tapın. Hər gün bir gün əvvəlini ya da hər axşam o gün nələr yaşadığınızı, düşüncələrinizi bura yazın. Hətta sabah nələr olacağını, gözlədiklərinizi də yazın. Hər ay sonunda yazdıqlarınıza nəzər salın baxaq nələr düşünəcəksiniz.
2. Bir kiçik dəftər alın. Bu dəftəri çantanız daxil hər yerdə daşıyın.Yaxşı bir şeylər olduğu zaman ya da tam əksi dərhal qeyd edin. Yəni bir şeyləri yaşayan kimi, bir şeyləri düşünən kimi dərhal qeyd edin. Bunu avtobusda gedərkən ya da kimlərisə gözləyərkən belə edə bilərsiniz.
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR