Adətən dostluq etdiyimiz şəxslərin vərdişləri və sevdikləri (hobbiləri) bizim də seçimlərimizə təsir edir. Gün ərzində birlikdə çox vaxt keçiririksə bu təsirdən qaçmaq mümkün deyil. Mən də bu xəbərimdə sizlərə hansı vərdişlərə sahib dostlardan kənar gəzməli olduğunuzu qeyd edirəm. Bu növ şəxslərlə dostluq münasibəti qurmağa dəyərmi, ya dəyməzmi orasını siz düşünün.
Brend həvəskarı
Bu növə aid şəxslər yalnız brend geyimlərə və aksessuarlara üstünlük verərlər. Bununla yetməzlər, ətrafında olan hər kəsin geyimini müzakirə edərlər. Kimin geyiminin qiyməti neçəyədir, aksessuarları hansı markaya aiddir və s. kimi cümlələr dilindən düşməz.
İkiüzlü
Bu növ insanlar hər zaman qarşınıza çıxa bilər. Yanında olan biri uzaqlaşdığı zaman arxasınca mütləq bir söz deyirlər. Hansısa səbəbə görə həmin insanın üzünə gülməyə məcbur olarlar.
Uğur qısqanclığı
Məktəb, universitet və ya iş həyatı fərq etməz, mütləq rəqabətlə qarşılaşırıq. Bu tip insanlar sağlam rəqabət aparan insanlardan fərqli olaraq rəqiblərinin uğurunu qısqanar və hətta düşmən belə ola bilərlər. Hər bir işdə özlərini bacarıqlı görər və başqalarının uğuruna qəti sevinməz. Atmacalı sözlərdən də çəkinməz.
Tənbəl
Hər kəsin müəyyən gün və ya işlə bağlı tənbəlliyi tutur. Amma bu qeyd etdiyimiz başlığa aid olan dostlar fərqli tənbəllərdir. Onlar qəti olaraq aktiv olmurlar və heç bir işə ciddi yanaşmazlar. Ya yorğun olduqlarını deyəcəklər, ya da işin yetəri qədər vacib olmadığını vurğulayacaqlar.
Əks cins ovçusu
Bəzən elə insan olur ki, getdiyi istənilən məclisdə ilk olaraq əks cinsin nümayəndələrini axtarar. Əgər bəyəndiyi olarsa, onun diqqətini çəkmək üçün əllərindən gələni əsirgəməzlər. Getdiyi bütün məclisdə gözləri ilə əks cins nümayəndələrini “həbs edən” bu növ dostlara sahib olmaq əlavə stress və gərginliyə məhkum olmaq deməkdir.
Gözəllik divanəsi
Özünü hər kəsdən gözəl görən insanlar az deyil. Belə bir insan tez-tez öz gözəlliyindən danışar və özü qədər gözəl birini görmədiyini qeyd edər. Əgər eyni məkanda ondan gözəl kimsə olarsa, onun eyiblərini qabardıb pisləməkdən və əsas mövzu etməkdən çəkinməz.
Pis vərdişlər
Əgər siqaretə nifrət edirsinizsə, ətrafınızda siqaret çəkən insanlar sizi qoxuları ilə narahat edə bilərlər. Siqaret tüstüsünün səbəb olduğu bir çox incəliklərdən xəbər tutsanız, bu növ isnanlarla əlaqənizi kəsmiş olarsınız.
Unutmayın ki, ideal insan yoxdur. Dostun eybi olduğu kimi sizin də eybiniz ola bilər. Odur ki, dəyər verdiyiniz və bu dəyərə layiq insanlarla dostluq edin.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qadınlar üçün Ən Təhlükəli 10 Ölkə
Qeysəriyyə əməliyyatı haqda nə bilirik?
Putinin gözlənilən Türkiyə qərarı
Türk pizzası (foto resept)
Qadınlar üçün ev başmaqları
Can Yaman efirlərə qayıdır
BÜRCLƏR bizə nə vəd edir? -6 İyun
Çəyirtkələr şəhərləri işğal etdi - VİDEO
Tənbəlliyi aradan qaldıraq (3-cü hissə)
Dəbdəbəli platformlar
Sahib olmağımız lazım olan 4 dost modeli
Azərbaycanda bəzi ərzaq məhsulları bahalaşdı
Qarın piylərini əritmək üçün pəhriz
Seyfi Güney və Osman Delicenin küçə sənəti
Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR - VİDEO
CV necə yazılır?
Sezonun ən iddialı trendi: Qabarıq qollar
Ütü necə təmizlənməlidir?
Hava haqqında
Ən böyük seysmik bomba zərərsizləşdirilərkən partladı - VİDEO
95 yaşlı milyarder evləndi-FOTO
Uşaq otağı dizaynı
Əli Abbasov vəzifəsindən azad edildi
Şahməran aksesuar modelləri
Dəhşətli bəla Ukraynaya döndü
Britaniya kraliçası pandemiya müddətində ilk dəfə maskalı göründü
Qızı sosial şəbəkə üçün mahnı oxuyarkən anası tavandan düşdü – VİDEO
Çiyələkli smoothie (foto resept)
Yeni doğulmuş körpələrdə qusmanın səbəbləri
Koronavirusa yoluxmuş şəxslə eyni binada qalanlar müayinədən keçməlidir? - AÇIQLAMA
Əməkdar artistin səhhəti ağırlaşdı
Müəllimlər üçün İKT-dən istifadə təlimləri keçirilir
Bu şəlalədən tez qaçmaq gərəkdir
Aysel Teymurzadə həyat yoldaşını təbrik etdi!
COVID-19-a yoluxduğunu hiss edən şəxs nə etməlidir? - Nazirlik rəsmisi qaydaları AÇIQLADI
Ulduz futbolçu: "Azərbaycan dilini..."
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
Ölüm ayağında olan insanların 5 peşmançılığı
Dəniz Səki 22 kq arıqladı-FOTO
Məşhurlar makiyajsız necə görünür?
Bakıda abituriyent problemini necə həll etsin?
Qeyri-adi gəlin maşını-FOTO
Azərbaycanda koronavirusa 1202 nəfər yoluxdu, 18 nəfər vəfat edib
Dünyanın ən eksklüziv uçuşu: Barak Obamanın nadir fotoları
Ehud Barak Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə üzv olub
"Kurtlar Vadisi"nin aktyoru qəfildən öldü-FOTO
Günün qoroskopu: bacarıq və biliklərinizdən yararlanın
Alimlər Yerə düşən meteoritlərdə su izləri aşkar ediblər
Xoşbəxt ailə həyatı üçün məsləhətlər
Kosmetikadan istifadənin təhlükəli nəticələri açıqlandı
- ŞƏRHLƏR