Qadin.NET / Sevilməyən dost növü

Sevilməyən dost növü

Adətən dostluq etdiyimiz şəxslərin vərdişləri və sevdikləri (hobbiləri) bizim də seçimlərimizə təsir edir. Gün ərzində birlikdə çox vaxt keçiririksə bu təsirdən qaçmaq mümkün deyil. Mən də bu xəbərimdə sizlərə hansı vərdişlərə sahib dostlardan kənar gəzməli olduğunuzu qeyd edirəm.  Bu növ şəxslərlə dostluq münasibəti qurmağa dəyərmi, ya dəyməzmi orasını siz düşünün. 

Sevilməyən dost növü

Brend  həvəskarı

Bu növə aid şəxslər yalnız brend  geyimlərə və aksessuarlara üstünlük verərlər. Bununla yetməzlər, ətrafında olan hər kəsin geyimini müzakirə edərlər. Kimin geyiminin qiyməti neçəyədir, aksessuarları hansı markaya aiddir və s. kimi cümlələr dilindən düşməz. 

İkiüzlü 

Bu növ insanlar hər zaman qarşınıza çıxa bilər. Yanında olan biri uzaqlaşdığı zaman arxasınca mütləq bir söz deyirlər.  Hansısa səbəbə görə həmin insanın üzünə gülməyə məcbur olarlar. 

 

Sevilməyən dost növü

Uğur qısqanclığı

Məktəb, universitet və ya iş həyatı fərq etməz, mütləq rəqabətlə qarşılaşırıq. Bu tip insanlar sağlam rəqabət aparan insanlardan fərqli olaraq rəqiblərinin uğurunu qısqanar və hətta düşmən belə ola bilərlər.  Hər bir işdə özlərini bacarıqlı görər və başqalarının uğuruna qəti sevinməz.  Atmacalı sözlərdən də çəkinməz.

Tənbəl

Hər kəsin müəyyən gün və ya işlə bağlı tənbəlliyi tutur. Amma bu qeyd etdiyimiz başlığa aid olan dostlar fərqli tənbəllərdir. Onlar qəti olaraq aktiv olmurlar və heç bir işə ciddi yanaşmazlar.  Ya yorğun olduqlarını deyəcəklər,  ya da işin yetəri qədər vacib olmadığını vurğulayacaqlar. 

Əks cins  ovçusu

Bəzən elə insan olur ki, getdiyi istənilən məclisdə ilk olaraq əks cinsin nümayəndələrini axtarar. Əgər bəyəndiyi olarsa, onun diqqətini çəkmək üçün əllərindən gələni əsirgəməzlər. Getdiyi bütün məclisdə gözləri ilə əks cins nümayəndələrini “həbs edən” bu növ dostlara sahib olmaq əlavə stress və gərginliyə məhkum olmaq deməkdir. 

 Sevilməyən dost növü

Gözəllik divanəsi

Özünü hər kəsdən gözəl görən insanlar az deyil. Belə bir insan tez-tez öz gözəlliyindən  danışar və özü qədər gözəl birini görmədiyini qeyd edər.  Əgər eyni məkanda ondan gözəl kimsə olarsa, onun eyiblərini  qabardıb pisləməkdən və əsas mövzu etməkdən çəkinməz. 

Pis vərdişlər

Əgər siqaretə nifrət edirsinizsə, ətrafınızda siqaret çəkən insanlar sizi qoxuları ilə narahat edə bilərlər.  Siqaret tüstüsünün səbəb olduğu bir çox incəliklərdən xəbər tutsanız, bu növ isnanlarla əlaqənizi kəsmiş olarsınız. 

Unutmayın ki, ideal insan yoxdur.  Dostun eybi olduğu kimi sizin də eybiniz ola bilər. Odur ki, dəyər verdiyiniz və bu dəyərə layiq insanlarla dostluq edin. 

19 avqust 2014
GO BACK