Müasir insanlar öz bədən quruluşlarına çox tələbkar yanaşırlar və əksəriyyəti artıq çəki almamaq, kökəlməmək üçün çalışır. Əlbəttə ki, fanatizmə varmadan bu alqışlanası bir xüsusiyyətdir. Kökəlməkdən qorxu obezafobiya adlanır və bu cür pisixi pozuntusu olan insanlar düşündüyümüzdən daha çoxdur.
Çox vaxt nə xəstənin özü, nə də onu əhatə edən insanlar demək olar ki, xəstənin davranışında heç bir pataloji hal görmürlər,"xəstə" daima arıq və baxımlı olmağa çalışır. Kremli tort, şokolad kimi iştah açan qidalara qarşı həmişə laqeyd münasibət göstərdiklərinə görə belə şəxsləri nəfsinə qalib gələn iradəli biri kimi qiymətləndirirlər. Artıq çəkisi olan bir çox insan özünü əzmli və dözümlü saymır və digərlərinə paxıllıq edir.
Nədənsə çoxları unudur ki, hər orqanizm individualdır və orqanizmin kökəlməyə meyilli olması genetikdir. Yəqin ki, hər birimizin tanıdığı bir və ya bir neçə xoşbəxt adam var ki, heç bir idmanla məşğul olmur, özünü şirniyyat və dadlı qidalardan məhrum etmir, bununla belə, incə bədən quruluşuna malikdir. Lakin əksəriyyətdə, xüsusilə də qadınlar arasında kilolu olmaqdan şikayət edənlər kifayət qədərdir. Bu, təbiətin qanunudur və bunu danmaq olmaz. Əgər sizin 15 yaşınızda 50 kq çəkiniz varsa, bu artıq çəki həyatınız boyu davam edəcək. Hər şeydən əvvəl bunu dərk etmək və lazımınca qiymətləndirmək lazımdır. Əlbəttə ki, söhbət patoloji piylənmədən getmir. Əgər kökəlmək hissi sizi daima təqib edirsə və rahat yaşamağa qoymursa, deməli, bu obezofobiyadır. Ən əsası unutmaq olmaz ki, insanın cazibədar görünüşü birbaşa onun əhvalı ilə bağlıdır. Tutaq ki, arzunuz yerinə yetib və siz 5 kq və daha çox arıqlamısınız. Belə bir vəziyyətdə arxayın yaşamaq və özündən razı olmaq olar. Əgər sizdə obezofobiya vardırsa, kökəlmək qorxusu sizi heç vaxt tərk etməyəcək. Məsələ burasındandır ki, obezofobiyadan təkcə orta yaşlı dolu xanımlar əziyyət çəkmir, həm də bu paradoks arıq və qamətli xanımları da narahat edir.
Obezofobiyanın yaranma səbəbləri
Obezofobiyanın yaranma səbəbləri çox müxtəlifdir. Lakin hamısı artıq çəki ilə bağlıdır. Məsələn, hər hansı bir qadın çox çətinliklə arıqlayır və bununla əlaqədar olaraq 2-ci dəfə arıqlamağı təkrarlamaq istəmir. Bu vaxt obezofobiya ona rahatlıq vermir. O, hər kalorisini hesablamağa başlayır, tez-tez tərəzidə özünü çəkir, belini ölçür. Ona görə də belə xanımların özlərini daim görünmək istəmədikləri kimi görürlər. İlk olaraq ana, nənə və digər artıq çəkisi olan qohumlar bu fobiyanın gənc bir qızda yaranmasına səbəb olur. Məlum olduğu kimi, nəslin xüsusiyyətləri daim özünü biüruzə verir. Ona görə də gənc qız qidalanmasına fikir verməzsə, doğuşdan sonra və yaşlandıqca kökəlmə kimi problemlə qarşılaşa bilər.
Artıq çəkidən qorunmağın əsas səbəbi indiki dövrdə hər kəsin arıq qadınları daha baxımlı və cazibədar hesab etməsidir. Maraqlısı budur ki, bəzi qızlarda onların konstruksiyası ilə əlaqədar olaraq bu, cavanlıqda belə qeyri-mümkün olur. Çox zaman qadınlar təbiətin onlara bəxş etdiyi təbii bədən formasını qəbul etmək istəmir və düşünürlər ki, daim formada olan başqa qadınların gözündə həmişə gülünc görünürlər. Bundan əlavə, müasir insanlarda hamiləliyə münasibət belə dəyişib. Bəzi qadınlar birinci növbədə hazırki fizioloji vəziyyətini bədən ölçülərinin dəyişməsi kimi qiymətləndirirlər.
Obezofobiya ciddi psixi pozuntuların baş qaldırmasına səbəb olduqda daha təhlükəli olur. Məsələn, anoreksiya ürək dayanmasına belə səbəb ola bilər. Psixoloqlar iddia edirlər ki, buna səbəb insanın bədəninə olan sevgisidir. Belə ki, əksər müasir filmlərdə müsbət və baş rolun ifaçısı kimi kök xanım görmək mümkün deyil. Kök xanımlar ancaq köhnə filimlərdə mənfi obraz kimi təsvir olunur və fikrini bu istiqamətə kökləyən xanımda obezofobiya baş qaldırır. Qadın fikirləşir ki, demək, o, gözəl deyil və bundan çox əziyyət çəkir. Obezofobiya ona rahatlıq vermir və özünə sərhəd qoya bilmir.
Obezofobiyanın müalicəsi
Obezofobiya xəstələri öz problemlərini maskalamağa çalışır, psixi pozuntunun səbəbini sadəcə sağlam olmayan həyat tərzi, düzgün qidalanmamaq hesab edir. Xəstəliyin daha irəliləyən formalarında xəstələrdə peroidik ağırlaşmalar, xarakterik qarabasmalar və digər fobiyalar da baş qaldıra bilir. Obezofobiya zamanı baş gicəllənməsi olur, ürək ritmi pozulur, əllər əsir. Tər ifrazının çoxalması və ağız ətrafında quruluq müşahidə olunur. Bəzi hallarda xəstə düzgün düşünmə qabiliyyətini itirir və qeyri -adi hərəkətlər edir.
Belə bir qəribə və ağır fobiyadan qaçmaq olarmı?
Nevropatoloqlar iddia edirlər ki, effektiv müalicə üçün qorxunun ilkin səbəbini bilmək lazımdır. Vəziyyətin ən pisini düşünmək və bunu qəbul etməkdən başlamaq lazımdır. Müalicə məqsədilə psixoterapiya metodları, müxtəlif treninqlər, izahedici söhbətlərdən daha geniş istifadə olunur. Medikamentoz terapiyası (dərman və iynələr vasitəsilə xüsusi sanatoriyalarda psixoloji xəstəliklərin ağır simptomları və xroniki xəstəliklər zamanı köməkçi rol oynayan terapiyadır) nadir hallarda kəskin simptomların yaranması zamanı aparılır. Həmçinin dietoloq konsultasiyalarında olmaq və öz qida rasionuna fikir verməklə müxtəlif məhduduiyyətlər qoymaq da yaxşı nəticə verir.
XƏBƏR LENTİ
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Şəkidə şirniyyat festivalı olacaq
Fransa telekanalı Qarabağı müzakirə etdi
İnsan
Bu bitkiləri evdə saxlamayın
Meqan və Harridən nümunəvi addım -FOTO
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Emin həmkarları ilə həkimlər üçün oxudu-VİDEO
Göbələkli bilinçik (foto-resept)
"Qalatasaray"ın "pitbul"u Skolariyə səsləndi
Kolumbiyada eynicinsli nikahlar leqallaşdı
Siqareti atmaq üçün az bilinən üsullar
Mirvari dəbi geri qayıtdı
Şərq ay təqvimi günlərinin dölə təsiri
Bibiheybət və İçərişəhərdəki В«CüməВ» məscidində qanvermə aksiyası olacaq
İncə bilərzik modelləri
Ebru Gündeş rekord gəlirlə “O səs Türkiyə”yə qayıdır
Sərnişinlər üçün yeni xidmət yaradıldı - FOTO
Hicablı xanımlar üçün geyimlər
"Birinci Avropa oyunları ədalətli, sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçiriləcək"
Günün qoroskopu: qayıdana fikir verin
Parisdəki terror zamanı ölən və yaralananlar arasında azərbaycanlı varmı?
Portağalın faydaları
Uşaqlarda yeriməyi gecikdirən səbəblər
Zirəddin Rzayevin QƏBUL QİYMƏTİ
Ona səbəb göstərin!
Azərbaycanda necə QİÇS xəstəsi var?
Arıqlamaq üçün ilkin addımlar
Paştet (foto resept)
Fiziki qüsurlu uşaqların təhsili üçün şərait yaradılıb
İlham Əliyev və Mehriban Əliyeva açılış mərasimində - FOTO
İslamı qəbul edən dünya ulduzu -FOTO
Çempionlar Liqasının püşkünün vaxtı açıqlandı
Saça necə qulluq etməli
Fıstıqlı krokan (foto-resept)
Plastik tac yarım milyona satıldı
Google sürücüsüz avtomobil buraxacaq
Ramazanın 14-cü günü: dua, imsak və iftar vaxtı
Günün qoroskopu: köhnə borclardan birini qaytaracaqlar
Həmyerlimiz Türkiyədə bir torba pulu zibilliyə atdı
Mehriban Əliyevadan işğaldan azad edilmiş ərazilərimizlə bağlı paylaşım
Bəyəndim (Like)
Bakı yollarında sürət həddi yenə dəyişdi
Müəllimlər sınaq qarşısında
İrəvandan ilk acı etiraf: ermənilər ŞOKDADIR
"Xocalı Ermənistanın türk dünyasına qarşı aparılan çirkin oyunlarının bir hissəsidir"
“Şəhid” edilmiş, viranə Seyidli - VİDEO
Onlar tablo deyil, Çinin düyü tarlaları
Təəccübləndirən və güldürən şəkillər
2017-nin dəbi olacaq rənglər
- ŞƏRHLƏR