Evlilikdə sevginizi öldürmədən, evlilikdə yaşana biləcək bir çox problemin həll yollarını kəşf edib, uzun və xoşbəxt bir evlilik yaşaya bilərsiniz.
Xoşbəxt evliliyin sirləri bunlardır.
Evlilik piramidasında tabe olun:
Uşaq olmamış bir ailədə piramidanın təpəsində cütlər vardır. Bir alt pillədə yəni ikinci sırada cütün ailəsi yer alır. Üçüncü sırada isə cütün dostları yer tutur. Uşaq olunca cütlər ikinci sıraya keçər. Uşaq piramidanın təpəsində yer alar. Cütün ailəsi üçüncü sıraya, cütün yoldaşları və dostları isə dördüncü sıraya enər. Çünki evlilik iki ayrı həyatın tək bir həyat oluşudur və hər kəs yerini bilməlidir.
Əmr cümləsi istifadə etməyin:
Qətiyyən əmr cümləsi istifadə etməyin. İstifadə edilən hər əmr cümləsi həyat yoldaşınızın şüuraltı qorxularına, narahatlıqlarına, qayğılarının təkrar yaşamasına səbəb ola bilər.
Mühakimə və günahlandırıcı olmayın:
Düşüncəsiz davranışlar, ya da incidici sözlər əlaqənizi sarsıda bilər. Qətiyyən mühakimə etməyin və günahlandırıcı olmayın, amma lazım olsa əvvəl özünüzü, sonra yoldaşınızı mühakimə edin. Sual verin, amma sorğuya çəkməyin. Yoldaşınız əsəbiykən siz sakit olun. Bir problemlə qarşılaşsanız, biriniz od, digəriniz su olun, kimin günahkar olduğunu tapmağa çalışmaq yerinə yalnız problemin həlli yoluna sıxlaşın və danışın. Unutmayın, hər insana nə qədər yumşaq və sevgi dolu davranılırsa davranılsın, ittihamdan xoşlanmaz, tənqid olunmaqdan narahat olar. Buna görə etdiyi işi tam olaraq sizin istədiyiniz kimi etməsə də, anlayış göstərin və müvəffəqiyyətsizliyini üzünə vurmayın. Nümunə olaraq; danışma tərzinizi dəyişin və "yemək dadsız olub, yaxşı bir aşbaz deyilsən" demək yerinə "yeməyə qoyduğun ədviyyatlar yeməyin dadını dəyişdirib sanki, ləzzəti qalıb amma" deyin.
Rolları paylaşın.
Evlilikdə rolların paylaşımı ilə nəzərdə tutduğumuz, evlilik daxilində kimin üzərinə nə kimi vəzifələrin düşdüyü məsələsidir. İqtisadi məsələlərdə kimin sözü keçəcək, ev işlərini kim nə qədər boynuna götürəcək, hansı mövzularda necə qərar veriləcək, uşaq baxımı, yetişdirmə və tərbiyəsi kimin məsuliyyətində olacaq və s. Ənənəvi bir əlaqədə, qadın ilk olaraq evlə və uşaqlarla əlaqədar işləri icra etməyə cavabdehdir, kişinin karyeri ümumiyyətlə qadınınkından daha vacıbdir və qərar alma da ümumiyyətlə kişiyə aid bir məsuliyyətdir. Bərabərlikdə müasir bir əlaqədə isə; kişi və qadın, ev, uşaq baxımı və qərar alma məsuliyyətlərini paylaşırlar. Bu paylaşma əsnasında da özlərinə görə bir rol və vəzifə bölgüsü mənimsəyirlər. Bəzi vəziyyətlərdə isə yoldaşlar arasında rol bölgüsü mövzusunda yanaşma fərqliliyi olduğunu görərik. Bu fərq, yoldaşların xoşbəxt və ya bədbəxt olmasını müəyyən edir. Xoşbəxt bir evlilikdə rolların paylaşımı çox əhəmiyyətlidir. Ancaq arada bir kiçik nömrələr edərək rol bölünmsəində dəyişikliklər edə bilərsiniz. Bu sizin xeyrinizə ola bilər. Hər evlilikdə rolunuzun bir qaydası vardır, buna görə yoldaşınızın qaydalarını anlayıb, bu vəziyyəti lehinizə çevirməyə çalışın. Sosial və ailə daxili rollar cəhətdən baxıldığında qadınların hələ də qulluq edən rollarında olduqlarından, ailə üzvləri arasında və ətrafla nizamlı və mənalı bağların yaradılmasında əhəmiyyətli rolları vardır. Bu vəziyyət qadınların ailənin yaxşılıq halı və bütövlüyü üçün daha çox fədakarlıqda olmaları mənasını gəlir.
Qarşılıqlı anlayışa əhəmiyyət verin:
Yalnız danışmaq yerinə ünsiyyət qurmağı öyrənin. Qaçmaq və ya imtina yerinə ünsiyyət qurmaq üçün səy göstərin. Sirlərinizi deyin. Həyat yoldaşınız, ananız və ya əriniz də atanız kimi olmaq məcburiyyətində deyil. Uşaqların tərbiyəsində ortaq qərar vermə, iqtisadi mövzularda razılaşma, boş zamanların birlikdə keçirilməsi və cinsəllik mövzularında tez-tez duyğu və düşüncə mübadiləsi edin. Yoldaşınızla onu incitmədən öz vəziyyətinizdən və hiss etdiklərinizi qısaca danışmaqdan qorxmayın. Bu sayədə quracağınız ünsiyyət ilə xoşlamadığınız vəziyyətləri və problemlərinizi anlamasına köməkçi ola bilərsiniz. Nəyə tez əsbləşdiyini bilin və qətiyyən o halın təsiri altına düşməyin. Müzakirələrdə quruluşçu olmağa çalışın və çox israrçı olmayın.
Müqayisə etməyin.
Yoldaşınızı başqalarının həyat yoldaşları ilə qətiyyən müqayisə etməyin. Bu ciddi bir müzakirə və bədbəxtlik səbəbi ola bilər. Müqayisə etmə vəziyyətində həyat yoldaşınız özünü yalnız hiss edər, anlaşılmamaq hissi o andakı ruh halına bağlı olaraq əsəbiliyə və küskünlüyə də yol aça bilər. İnsanlar yaradılışdan gələn xüsusiyyətlərlə, yetişmə şərtləri kimi bir çox istiqamətdən fərqliliklərə malikdirlər. Bu səbəblə hər insan bənzərsizdir, özünə xasdır. Müvəffəqiyyət, yaraşıqlılıq, yoldaşa kömək, sürətli və mehriban olmaq kimi bir çox xüsusiyyət müqayisə səbəbi ola bilər. Xüsusilə cinsi mövzularda müqayisə isə yoldaşın ruh dünyasında daha dərin yaralar aça bilər və daha böyük komplekslərə zəmin təşkil edə bilər. Bu səbəblə müqayisə etməyin, yalnız tərif edin.
Sevgi, hörmət və inam bağını qurun:
Bir-birinizin məhrəmliyinə hörmət göstərin. Dünyanı yoldaşınızın baxımından görməyiniz şərt deyil, yalnız hörmət göstərin. Yalan xoşbəxt bir evliliyin ən pis düşmənidir. Heç vaxt yalan danışmayın, başqalarının yanında mübahisə yarada biləcək mövzulara qətiyyən girməyin. Bu vəziyyət var olan sevgi, hörmət və inam bağını sarsıda bilər.
Eqosuna laqeyd yanaşmayın:
Evlilikdə hər şey yolunda gedərkən bəyənilmək və cazibədar görünmək çox əhəmiyyətli olmaya bilər. Amma problemlər çıxmağa başladığında eqonun təmin edilmiş olması problemlərin həllinə kömək edə bilər. Hər kəs özünə aşiq olunmasından, gözəl sözlər eşitməsindən xoşlanar.
Cinsi həyatınızı rəngləndirin:
Bir-birinizlə yeni cinsi mövzularda açıq olun, danışmaqdan qorxmayın, utanmayın. Tez-tez bir-birinizə toxunun, öpüşün, əl-ələ tutuşun hətta uzaqdan baxışaraq eşqbazlıq edin. Cinsiliyi əsla cəza olaraq tətbiq etməyin. Yataq otağınızı ayırmayın. Daima şən, baxımlı, müsbət görünün. Yatağa heç bir zaman küsülü girməyin.
XƏBƏR LENTİ
İspanaqlı lazanya (foto resept)
Bu günün hava proqnozu
Heydər Əliyev Fondu aztəminatlı ailələrə Novruz sovqatları paylayır - FOTO
"Aşk-ı Memnu"nun aktrisası TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yuxulara inanırsınızmı?
Hande və Keremin çəkildiyi serialdan ilk görüntülər-VİDEO
Azərbaycan səhiyyəsi birinci Avropa Oyunlarının keçirilməsinə hazırdır
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Körpələrdə göz rəngi nə vaxt dəqiqləşir?
Qəbələdə 725 yaşı olan kitab sərgilənir
Mayli Sayrus ana olacaq
Gün ərzində 20 dəqiqə
Sobada südlaç (foto resept)
Ölkəmizlə bağlı proqnoz dəyişdi
Litvalı deputat: "Azərbaycanda Avropa standartlarına cavab verən seçkilər keçirildi"
NASA 15 min qalaktikanı eyni anda çəkdi-FOTO
Marsa gedən ilk asiyalı
Qapı-qapı gəzib su filtri satanlarla bağlı AÇIQLAMA
İkinci nəsil Nissan Qashqai
Ballı keks (foto resept)
Ən faydalı göyərti seçildi
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
Rafet El Romanın 29 yaşlı sevgilisi diqqət çəkdi-FOTO
İtkin düşən atasını 24 ildən sonra qonşu zirzəmidə tapdı - VİDEO
Çağırışçılar üçün yeni xidmət işə düşdü
Hülya Avşar tərzindən danışdı-FOTO
Ali məktəb müəllimlərinin maaşları necə müəyyənləşdirilsin?
Bədəni koronanirusdan qoruyan amillər hansılardır?
Bakıda kimdir günahkar - yolu gedən, yoxsa göstərən?
Adınıza saxta profil yaradılıbsa...
Qoltuqaltı qaralmalarına qarşı 5 təklif
Ruslardan ermənilərə etiraz: "Rədd olun!"
Toronto Film Festivalı: Qırmızı Xalça
Mehriban Əliyeva məzunları təbrik edib
"Linzer" peçenyesi (foto-resept)
Göz quruluğunun yaranma səbəbləri
Həftənin ilk iş günü hava necə olacaq?
Fransız sayağı şorba (foto resept)
Sosial şəbəkədə istifadəçilərinə müraciət edildi
Türkiyənin tanınmış simaları Bakıda - FOTO
70 il sonra gələn məktub
İpoteka almaq istəyənlərə şad xəbər
Südvermə dövründə necə qidalanmaq lazımdır?
Castin Biber satıcı oldu-VİDEO
Millimizin futbolçusu türk klubundan qovulub
Qara rəngli ziyafət donları
Günün qoroskopu: xırda işlərə görə inciməyin
BÜRCLƏR bizə nə vəd edir?-29 Mart
Azərbaycanda vətəndaşlara evdən çıxmaq qadağan olundu - RƏSMİ
Rəqqasə prezidentliyə namizəd oldu - FOTO
- ŞƏRHLƏR