Əlaqənizin monoton olmaması üçün arabir edəcəyiniz jestlər sizə kömək edə bilər. Eşq atəşinin ilk günkü kimi yanması sizin əlinizdədir. Bunun üçün sizlərə bəzi təklifləri vermək istərdim.
Onun həyatına əhəmiyyət verin
Sevgilinizin həyatındaki hər bir detal sizi maraqlandırmalıdır. Onunla maraqlandığınızı hansısa bir yolla göstərməlisiniz. Məsələn, sevgiliniz iş müsahibəsinə getdi və işə qəbul edildi. Bunu ilk olaraq sizinlə paylaşacaq. Bu zaman onu çaşdıracaq bir şəkildə sevinin və boynuna sarılın. Əsas odur ki, onunla maraqlandığınızı hiss etsin. Əmin olun ki, bu, sevgilinizin çox xoşuna gələcək.
Çətin günlərində ona dəstək olun
Həyat həmişə sevinclə dolu olmur, elə deyilmi? İnsanın həyatında hər şey ola bilər. Əgər sevgiliniz pis gün keçirmişdirsə və olduqca kədərli bir vəziyyətdədirsə, ona dəstək olun. Nə baş verdiyini soruşun və anlamağa çalışın. Əgər danışmaqdan çəkinirsə, onu qətiyyən məcbur etməyin. Amma yenə də yanında dayanıb əlini tutun. Onun yanında olduğunuzu və dəstək verdiyinizi hiss etməsi ona yaxşı təsir edəcək, sizə daha çox bağlanacaq.
Onu güldürün
Sevgilinizi güldürəcək əyləncələr tapın. Unutmayın: kişilər onları güldürə bilən qadınları çox xoşlayırlar. Məsələn, gün ərzində bir lətifə öyrənin və axşam sevgilinizə danışın. Təbii ki, onu güldürəcək komik mimika və əl hərəkətlərini də unutmayın. Bu, münasibətlərinizə çox yaxşı təsir edəcək.
Masaj edin
Sevgiliniz sizdən xahiş etmədən, siz onu masaj edin. Boynuna, ya da çiyinlərinə etdiyiniz masaj onu həm rahatlayacaq, həm də aranızda kiçik yaxınlaşma yaradacaq. Onun özünü xüsusi hiss etməsi baxımından bu cür masajlar çox zaman işə yarayır. Sizin yaxınlaşmağınız isə eşqinizin alovlanması deməkdir.
Evini səliqəyə salın
Hamımızın bildiyi kimi, kişilərin təmizlik işlərindən xoşu gəlmir. Bu işdə ona kömək edəcək tək insan sizsiniz. Evi təmiz saxlayın, evin bir neçə küncünə çiçəklər qoyun, köynəklərini ütüləyin. Əmin olun ki, sevgiliniz nə qədər şanslı bir kişi olduğunu düşünəcək. Bu da bir-birinizə bağlanmanız üçün kifayət edər.
Onu tərifləyin
Hərdən təriflənmək hər kişinin xoşuna gəlir. Bunu yoldaşlarınızın əhatəsində edirsinizsə, o, sizə yenidən aşiq ola bilər. Çox insanların olduğu bir yerdə sevgilinizi tərifləyin. İşində nə qədər müvəffəqiyyətli olduğunu, sizi nə qədər xoşbəxt etdiyini və onu tanıdığınız üçün nə qədər şanslı bir insan olduğunuzu söyləyin. Bu, eşqinizi alovlandırmaq üçün etibarlı bir səbəb ola bilər.
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR