Ona aşiqsiniz, yaxşı, ya o sizə aşiqdirmi? Maraqlandınız, deyilmi? O zaman onun sizə aşiq olub-olmadığını aşağıda verəcəyimiz ipucları sayəsində öyrənin.
Kompliment deyər
Son söyləyəcəyimiz sözü ən başdan dilə gətirək: Kişilər hər nə qədər "Mənim üçün daxili gözəllik əhəmiyyətlidir,xarici gözəlliyə çox əhəmiyyət vermirəm" desələr belə mütləq xarici gözəlliyə baxarlar, əvvəlcə bir kişi aşiq olduğunu ilk olaraq sizi başdan-aşağı süzərək müəyyən edər.
Geyiminizə, makiyajınıza, üz xətlərinizə, kilonuza, əl-ayaq baxımınıza, saçlarınıza, ombalarınıza, sinələrinizə, gözlərinə… Qısacası onun tərəfindən başdan sona fiziki bir imtahandan keçirilərsiniz. İmtahan bitdikdən sonra "Nə gözəl gözlərin var", "Saçlarını çox bəyənirəm", "Mini ətək sənə çox yaraşır" kimi iltifatlarla qarşılaşmağa başlarsınız. Sözün qisası, iç gözəlliyiniz də olsun amma yenə də siz hər vaxt gözəl və baxımlı olmağa cəhd göstərin. Çünki bir gün mütləq bir kişi tərəfindən iltifat alacaqsınız.
Dinləyər
Əgər bir kişi sizdən xoşlandısa səs tonunuzu, diksiyanızı, qısacası onu sözlərinizlə necə təsir edəcəyinizi maraqlanar. Yanına gəlib sizinlə danışmaq və suallar soruşmaq istər. Mümkün olduğunca ikinizin də xoşuna gələcək aktual mövzular tapmağa çalışın. Ona soruşacağınız suallar həm özüylə maraqlandığınızı göstərəcək, həm də onun nələrdən zövq aldığına dair sizə ipucları verəcək.
Kişilər güldürən və ağıllı qızlardan xoşlanarlar
Məsələn, ona uşaqlığınızın komik xatirələrini izah edə bilərsiniz. Ayrıca aydın danışmağa cəhd göstərin. Yaxşı bir diksiya və təsiredici bir səs tonuna əhəmiyyət verdiklərini də unutmayın.
Fədakar olar
Əgər bir kişi sizdən xoşlanırsa, o sizi qorumaq istər, məsələn izdihamlı mühitlərdə narahat olduğunuzu düşünsə, sizin üçün mübahisəyə girə bilər. Sizə suallar soruşaraq ehtiyaclarınızı anlamağa çalışar. Sağlamlığınızın və kefinizin yerində olmasını hər kəsdən çox o istər. Sizi hər şərtdə qorumağa çalışıb kədərlənməməniz üçün əlindən gələni edər.
Zaman ayırmanızı istər
Bir kişinin həyatda ən əhəmiyyət verdiyi şeylərdən biri də maraqlanılmaqdır. Qısacası, ona əhəmiyyət vermənizi və onunla vaxt keçirmənizi gözləyər. "Bu axşam nə edirsən?", "Kiminlə çıxırsan?", "Səni evinə buraxmamı istərsənmi?" kimi yüngül qısqanclıq duyulan sözlərlə də həyatınıza daxil olmağa çalışar. Onunla maraqlandığınız zaman xoşbəxt olar, ona vaxt ayırmadığınız zamanlarda isə qısqanclıq duyğuları ön plana çıxar. Əgər bir axşam köhnə sevgilinizlə yeməyə çıxacaq olsanız, "Niyə, nə gərək var ki?" və ya "Mən varkən niyə onunla yeməyə çıxırsan?" kimi onlarla sualla qarşılaşa bilərsiniz. Yəni diqqət! Əlaqənizin təhlükəyə girməsini istəmirsinizsə, köhnə sevgililərinizlə görüşməməyə çalışın. Əgər görüşəcəksinizsə də bunu ölçülü tutmağa çalışın. Bilin ki, o yalnız sizin tərəfinizdən maraq görmək istəyir. Ona olan konsentrasiyanızın azaldığını hiss etdiyi andan etibarən ağılına "Görəsən başqa bir kişimi var?" suallarını gətirə bilər.
Sizi hər halınızla gözəl görər
Əlbəttə ki, saçlarınız quruluşlu olduğunda və parladığınızda sizə kompliment deməsini təbii qarşılaya bilərsiniz. Yataqdan qalxdığınız andan gecə yatana qədər keçən hər saniyədə istər baxımlı görünmək üçün tonlarla pul xərcləyin, istəsəniz də ən təbii halınızla, makiyaj belə etmədən gəzin, o sizi yenə də gözəl görəcək. Bu vəziyyətdə gözü sizdən başqasını görmür deməkdir. Prioritet sizsiniz. Onun üçün siz zaman-zaman ailəsindən və ən yaxın yoldaşlarından belə əvvəl gəlirsiniz, məsələn, bacısıyla və sizinlə alış-verişə çıxdığı zaman ən gözəl paltarları əvvəlcə sizə alar. Əvvəl sizin yaxşı olmanızı, sizin gülmənizi və xoşbəxt olmanızı istər. Soyuq bir yerdə sizdən başqa üşüyən biri varsa pencəyini əvvəl sizə verər, xəstə olduğunuzda işinə getmək yerinə əvvəl sizi ziyarət edər, həftə sonlarını ailəsiylə keçirmək yerinə sizinlə keçirməyə çalışar. Çünki siz onun həyatının ən əhəmiyyətli dəyərisiniz.
Arzular
Sevən kişi sizinlə vaxt keçirdikdən və xüsusi bir çox şey paylaşdıqdan sonrakı mərhələdə sizi yataqda da tanımaq istər. Nizamlı bir həyat arzular və sizdən uzaqda qalmaqdan heç xoşlanmaz. Buna görə siz siz olun, onunla baş-başa qala biləcəyiniz təkliflərə "Xeyr" deməyin. Birlikdə olduğunuz kişi tərəfindən arzulanmanın özünüzü çox yaxşı hiss etdirəcəyindən və bu xüsusi anların əlaqənizi daha da gücləndirəcəyindən şübhəniz olmasın. Siz də onun üçün darıxdığınızı bildirmək üçün iş dönüşündə onunla romantik bir yemək planlaya bilər, hətta yeməyi özünüz bişirə bilər və sonrasında da ona istəmiş olduğu "isti" mühiti hazırlaya bilərsiniz. Sizin tərəfinizdən hazırlanmış bu kiçik sürpriz, əmin olun ki, çox xoşuna gələcək.
Aşiq kişi nələr deyər?
Gözlərin çox gözəldir, baxışların mənə çox təsir edir.
Həftəsonu mənimlə tətilə çıxarsanmı?
Cib telefonunda nömrəsi olan Məmməd kimdir, yoldaşındır?
Əzizim, bəyəndiyin ayaqqabıların sifarişini verdim.
Həftənin bir neçə gününü mənim evimdə qalmaq istərsənmi?
Otağımdakı şkafın bir hissəsini sənin əşyaların üçün boşaltdım.
Makiyaj etməsən də belə, sən hər halınla bütün qadınlardan daha gözəlsən.
XƏBƏR LENTİ
“Twitter” psixi pozuntusu olan insanları tanıyır
Məktəbə uyğunlaşmanı necə asanlaşdırmalı?
Bu günün hava proqnozu
COVID-19-un daha yoluxucu hala gəldiyi AÇIQLANDI
44 min insan koronavirusdan şəfa tapıb
ABŞ Dağlıq Qarabağa dair Vyana görüşünü yüksək qiymətləndirir
Granola (foto-resept)
Şəhər sakinləri “həşərat istilası”nın əsarətində - VİDEO
Azərbaycanı İrəvanda təriflədilər
Günün ulduz falı
Putinin Qarabağ səyləri
Brend çanta modelləri
Kanye Uestdən qəribə açıqlama
Eşq
Azərbaycan ordusu döyüşə hazır vəziyyətə gətirildi
Alışdığımız görünüş, yoxsa reallıqmı?
Bu nənəni 2 milyon nəfər izləyir - FOTO
Həyatını mobil telefon qutaran əsgərin ailəsi danışdı - VİDEO
Arzuların arzusu
“Biz qayıdırıq, gözlə, Xocalı!” - VİDEOÇARX
Hər gün qatıq yesəniz...
Ağılı başdan alan virus tapıldı
450 gün açıq kosmosda qaldı, məhv olmadı
Yay üçün donlar
3 il boyunca "hamilə olan" qadın
Şuşaya gedən yeni yol nə zaman istifadəyə veriləcək? - RƏSMİ
Zövqlü don modelləri
3500-cü ildən gələn qadın:"Yadplanetlidən hamilə qalmışam”
İran Ermənistan arasında mərmi qalmaqalı
Barış Arduç “Çukur”da
Hər gün 1 qaşıq zeytun yağı yesəniz...
Özbək şorbası (foto resept)
Aktauda Heydər Əliyevin xatirəsi yad edilib
Pulu qənaətlə necə xərcləməli?
Azərbaycan polisinə "nömrə" gəlmək neçəyədir?
"Traktorsazi"nin yeni baş məşqçisi var
Ebola məğlub olur
Rollara görə inanılmaz dəyişikliklərə məruz qalan aktyorlar
Gələn ay qeyri-iş günlərinin sayı açıqlandı
Harri və Meqan 15 milyonluq villaya köçdülər
Cardi B son halı ilə QORXUTDU-FOTO
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Günün ulduz falı
Selena Gomezdən yeni FOTOsessiya
Çox sevildiyi üçün boşanmaq istəyir-Qadından qəribə addım
İspaniyadan Azərbaycana Qarabağ dəstəyi
Bakının mərkəzində "ayı" peyda oldu
İnsanlığın öldüyü yer
Yazmağı öyrənirəm - 5
TQDK bu gün cavabları elan edəcək
- ŞƏRHLƏR