Sirli hadisələr xəbərinin bu sayını hazırlamaq fikrim yox idi. Başına gələn sirli hadisələri bizimlə bölüşmək istəyənlərin çox olduğunu nəzərə alaraq qərara gəldim ki, xəbərin davamını hazırlayım. Mənə göndərilən hər bir hadisəni oxuyarkən çox təsirləndim. Onları bizimlə bölüşən hər kəsə minnətdarlığımı bildirirəm. ALLAH hamımızı doğru yola yönəltsin...
Göndərdi: klub_nicka
Bir dəfə qohumlarla yığılıb Lənkəranda bir kəndə istirahətə getmişdik. Qızlarla kəndi gəzirdik. Yolda kənd qızlarını gördük və söhbət etməyə başladıq. Yolda gedirdik, sökük, qapısı açıq bir ev gördük. Kənd qızları dedi ki, bu evdə heç kim qalmır. Axşamlar bu evi daşlayırlar, bilinmir kim edir. Evə girdik. Birdən qapı bağlandı, pəncərə açıq idi, o da bərkdən cırpıldı. Evin damından gülüş və ayag səsi gəldi. Biz evdən qaçdıq. Ondan sonra qorxudan xəstə düşdüm. Kənd adamları deyir ki, evi daşlayan cinlərdi.
Göndərdi: Architect_of_lovE
Bu hadisə atamın başına gəlib. Bir gecə atam yuxudan durub balkona çıxır, təxminən saat 3-4 arası. Biz birinci mərtəbədə yaşayırıq. Evin qabağında bir dəmir dirək var, yuyulmuş paltarları asmaq üçün evdən ora ip gedir. Atam balkona çıxanda görür ki, həmin dirəyin üstündə bayquş oturub. Kənd yerində yaşasaydıq, təəccüblü bir şey olmazdı. Amma biz şəhərdə yaşayırıq, hər tərəfdə bina evləri var. Bu tərəflərdə adi sərçələr belə az olur, qalmışdı ki, bayquş gəlsin. Nə isə, atam buna əhəmiyyət vermir, bir neçə gün sonra isə atam çox ağır yol qəzasına uğrayır. Təxminən 2 il ayağa dura bilmədi. Amma indi şükür Allaha, hər şey yaxşıdı. Bu hadisəni bizə uzun müddət sonra danışdı. O bayquşun həyətdəki başqa dirəklərə yox, məhz bizim evin dirəyinin üstündə oturmağı bəlkə təsadüfdü, amma bu bir işarəyə daha çox oxşayır. Doğrusunu Allah bilir.
Göndərdi:xedice azer
Mənim 5-6 yaşım olardı, hələ məktəbə getmirdim. Biz o zamanlar Yeni Yasamalda qalırdıq. Həyət evini çox sevdiyim üçün tez-tez nənəmgilə gələrdim. Uzun yay gecələrinin birində mən divanda yatmışdım, nənəm də yerdə. Gecə yatdığım yerdə hiss etdim ki, kimsə başımın üstündə durub gülümsəyir. Sonra uzandı, yazdıqca çox qorxuram, məni vahimə basır. Tüklü qulaqlı, quyruqlu, hündür bir şey idi. Əvvəl qorxdum ki, nəsə edər, öldürər məni. Səsimi çıxarmadım, özümü yuxuluğa vurdum, guya yatmışam. Gözümü yarımçıq açıb hərəkətlərinə diqqət edirdim. Nəsə deyirdi. Mən tez durub yerdə uzandım ki, bəlkə gedər. Bir az keçdi, amma yatmamışdım. Gördüm yerdə başımın üstündə durub. Yenə qorxdum. Balaca olsam da mənim üçün bu əcaib məxluq maraqlı idi, həm də qorxulu… Ağzı üstə uzandım ki,mənim oyaq olduğumu bilməsin, o isə hələ də dayanmışdı. Sonra deyəsən Allahın adını çəkdim və o qeyb oldu. Səhər bunu nənəmə danışdım. Hamı yuxu olduğunu dedi. O gündən heç kimə bu haqda danışmadım ki, uşaq olduğum üçün heç kim mənə inanmayacaq. Hələ də onun gülüşü, görünüşü gözümün qarşısında durur: hündür kök rəngli qulaqları, uzun quyruğu var idi. Heyvan tipli bir şey idi. Allah özü bizi qorusun.
Göndərdi: BADENUR
Mən hardasa, 7-ci sinifdə oxuyardım. Bacımla balkonda oturmuşduq. Evdə tək idik. Anam da biz balaca olduğumuza görə qapını arxadan bağlayıb qonşuya verərdi. Biz balkonda olduğumuz vaxt gözüm koridora sataşdı. Elə bil kimsə ordan keçdi. Dedim yəqin gözümə gorünüb. Bu hadisə yenə baş verdi. Koridorda kimsə durdu və qonaq otağına tərəf getdi. Mən bacıma dedim ki, otağa kimsə girdi. Qorxa-qorxa otağa tərəf gəldik. İçəri keçəndə gördüm ki, balkonun pərdəsini külək atıb spiral sobasının üstünə, pərdə od tutub yanır. Yaxşi ki, həyətdə qonşular palaz yuyurdular. Onlar bunu görüb tez suyu bizim balkona tərəf tutub alovu söndürdülər. O qədər qorxmuşdum ki... Əgər mənim gözümə qaraltı görünməsəydi, yəqin ki, ev tamam yanardı. Anam sonra heç vaxt qapını bağlayıb işə getmədi. Çoxları dedi ki, o bir mələk imiş, sizi evdə olanlardan agah edib...
Göndərdi: Iceberg
Tələbə idim. İmtahanlarımız qurtarmışdı, evə getmək vaxtı idi. Amma pulumuz, ərzaqımız da qurtarmışdı. Otaq yoldaşlarımla belə qərara gəldik ki, kimin nə pulu varsa, qoysun ortaya, heç olmasa 1-2 dənə çay alıb içək,onsuz da sabah gedirik.
Mən gündüzdən son manatımın 40 qəpiyini fakültəyə gedəndə yol pulu vermişdim, qalmışdı 60 qəpik. Amma axtaranda 20 qəpik tapılmadı. Naəlac qalıb olan pulu verdim, qızlar çay almağa getdi. Məni fikir götürdü: "20 qəpik hanı bəs?" (gülməyin, tələbə vaxtı 20 qəpik də puldur) Təzədən çantanı töküb-töküşdürdüm, hər tərəfinə diqqətlə baxdım, kitabları vərəqlədim - qəpik yoxdur ki yoxdur. Nə isə, çay gəldi, içdik. Səhər dərsimiz olmasa da fikirləşdim ki, atam gələnəcən magistraturaya bir dəyim, tədris planını-filan alım, onsuz da yol yaxındır. Məktəbə az qalmış yaşlı bir qadınla rastlaşdım, qəribə nəzərlərlə üzümə baxırdı. Yanımdan ötüb keçdi. Amma üzü elə nurani idi ki, ixtiyarsız olaraq çevrilib ona baxdım. Gördüm ki, o da dayanıb mənə baxır. Ani tərəddüddən sonra dilləndi: "Qızım,mən kənddən gəlmişəm, 20 qəpik yol pulum vardı, onu da salıb itirmişəm. Səndə olar mənə verəsən 20 qəpik?”
Məni soyuq tər basdı. Məsələ onda deyildi ki, o, pulsuz qalacaqdı (məndən ötüb başqasından alacaqdı). Sadəcə, inanmazdı ki, mənim cibimdə hətta 20 qəpik belə yoxdur! Ümidsizliklə, mexaniki olaraq, sırf görsün ki,axtardım deyə çantanı açdım və... 20 qəpik gözümün qarşısında parıldayırdı. Sakitcə qadına verdim, qəpiyi alıb sevindi: "Görsəm qaytararam e" dedi və getdi.
Hələ də fikirləşirəm: bu təsadüfdür, ya zərurət..
XƏBƏR LENTİ
28 May - Respublika Günü
MÖCÜZƏ: 16 yaşlı yeniyetmə 5 saat təyyarə təkərində uçdu
İsrail daha bir ölkə ilə münasibətlərin normallaşdırılmasına başlayır
Multikultiralizm nədən başlayır?
Sılanın döyülməsi yalan çıxdı-FOTO
Qaçqın qadın 4 gündür ağacda yaşayır - FOTO
Məşhurlar 2020-ci ili “dayanmağa” çağırdı - VİDEO
Koronavirus aşkarlanmamış rayonlar var? - Ramin Bayramlı açıqladı
Milyarderdən sonra o da BOŞANIR -SƏBƏB
Fransa Kuboku: PSJ öz evində biabır oldu
İspan dili 5-ci dərs
Sosial şəbəkələrdə "ağıllı" olun!
Məşhur cütlük hər kəsin içində mübahisə etdi-FOTO
Badımcan qızartması (foto-resept)
Nərmini öldürən İlkinlə bağlı DƏHŞƏTLİ FAKTLAR
3D küçə sənəti
Ayda dəfn mərasimləri keçiriləcək
İş yerindən arayış almaq asanlaşdı
Vaxtilə xalqının imtina etdiyi gözəl
Tələbələrə şad xəbər
Toyuq sousu (foto-resept)
Qarabağ mətbəxi- "Səbzi plov" (foto-resept)
Azərbaycanda yalnız qadınlar üçün çimərlik AÇILIR
ÜST: “Hazırda virus isti ölkələrdə də yayılıb”
Rusiya KİV-də keçirilən sorğuda çoxluq Moskvanın Bakını dəstəkləməli olduğunu hesab edib
iPhone sahiblərinə xoş xəbər
Dünyanın ən böyük limanı
Tibbə məlum olan ən uzun dişi çəkilib - VİDEO
Limonad şirkətinin 11 yaşlı sahibəsi - FOTO
Kartof salatı(foto resept)
Bakıda cənub küləyi əsəcək
Çörək alarkən nəyə diqqət etməli?
Azərbaycanda qaz təchizatında məhdudiyyətlər olacaq
Kəs və yapışdır-17
İlham Əliyev müjdəni verdi
Limon duzu nədir?
İcbari tibbi sığorta xidmətlərinə nələr daxildir? - SIYAHI
İlham Əliyev bir qrup hərbçini “Hərbi xidmətlərə görə” medalı ilə təltif etdi
LG kosmetika buraxacaq
Hava haqqında
Maksim Şevçenko: “Bakı növbəti hücuma Qarabağın işğalçılardan tamamilə azad edilməsi ilə reaksiya verəcək”
2016-ci ilin seçilmiş saç modelləri
Tozsoranlar sağlamlığa zərərlidir
Binaları sevən rəssam
Adriana Lima və Metin Hara qalmaqalı
Uşaqları yemək yeməyə həvəsləndirək
Müqəddəs Valentin Günü haqqında həqiqətlər
Azərbaycanda daha 28 nəfər koronavirusdan öldü: 334 yeni yoluxma
Küçə sənəti - 1
İris gülünə qulluq
- ŞƏRHLƏR