1. "Ailə sadəti axtarışında"... Hər oğlan kimi o da ailə qurmaq, səadət, sevgi dolu günlər yaşamaq arzusunda idi... Axtarıb nəsibini tapdı... Ailə quracağı qızı dəlicəsinə sevir, özü də sevilirdi. Nigah mərasimi yeni ailənin ilk təməli oldu. O özünə ömür-gün yoldaşı, ata-anasına həyan olacaq gəlini evlərinə gətirəndə Allahına şükr etdi..."Xoş günlər yəqin qarşıdadır", deyə düşündü...
2. "Gəlin-qaynana, arada qaldım yana-yana"... Çox rast gəlinən bir problem heç özünü gözlətmədi. Evin bir oğlu, ata-ananın sakit, sözəbaxan oğlu indi sevgisini, diqqətini təzə "qonağa" yönəltmişdi. Bax, hər bəla, pis düşüncədən, pis niyyətdən başlayır! Gəlninə qızı gözündə baxa bilməyib, onu əlindən alan, özəlləşdirən rəqib bilən ana indi rahatlıq tapmırdı. Daim dodaq-dodağa öpüşən, övladını, varisini, yeganə oğlunu canından çox sevən, hamının hörmət və sevgilərinə həsəd apardığı ata və oğul da bu təzaddan kənar qalmadı... Ömür gün yoldaşını daim haqlı bilən, onu gəlnin ayağına verməyən ata da get-gedə oğlunu onlara hörmətsizlikdə ittiham eləməyə, onun sevgisi isə qəzəbə çevrilməyə başlayırdı... Həyat yoldaşının onun əzilməsinə, ailəsinin əzminə qarşı qorumağa çalışan, daim sevgi və səbrlə hər şeyi yola verməyə çalışan gənc həyat yoldaşı isə tam arada qalmışdı. Bir yandan bundan sonrakı ömrünü birgə xoşbəxt yaşamaq istədiyi gənc həyat yoldaşı, bir yandan da ata-ana... Nə qədər "gəlin, həyat yoldaşı tapılar, ata-anadan yox", deyən oğullar var. Amma indi belə olmadı... Hətta ailəsinin təzyiqlərindən usanan, cana gələn sevgilisinin ilk qışqırıqlarına da səbrlə dözdü... Onu sakitləşdirməyə cəht etdi, zorla susdurmağa yox... Bax gəlin də bunu düz anlamadı... Elə bildi belə də olmalıdır...
3. "Hörmətdən salan hörmət"...Ailəsinin konfliktlərində həyat yoldaşının haqqını tapdamayan, haqsız olduqda belə onu təklikdə sakitləşdirən gənc ailə başçısı səbrinin "mükafatını" tərs aldı... Həm ata-anası, həm həyat yoldaşı yanında hörmətini itirdi. "Sən yaxşılığını elə, Şeytan özü bəlanı verəcək", yəqin eşitmədiyiniz bir istehzalı atalar sözü də var. Necə də yerinə düşdü elə bil...İndi hər gün evə gəlişdə, əvvələr sevgi ocağı olan yataq otağı, deyingən həyat yoldaşının şikayətləri ilə şeytan karnavalı keçirilən bir qaranlıq otaq olmuşdu... İşıq sönür, hamı bu an yaşayır, sevinir, sevişir, bunlar didişirdi... Bir gün, iki gün, üç gün... bir tərs sillə... Daha otağı ayırmağa macal belə olmadı (dində buyurulduğu kimi). İndi sillə yeyən, çaşan ədalı gəlin küsüb, otağını ayırdı... Səbr ... yenə barışıq, bir gün, beş gün... sonra yenə dığ-dığ... Sonra da qadınlar deyir kişilər tək özlərinə bəraət qazandırmağı bilir... Burda bəraət nəyə gərəkdi. Kişi elə ən böyük günahkar idi, həyat yoldaşını da ağlı olan kişi ailəsindən, ata-anasından üstün tutar?! Tutanda da belə olur... Qalırsan "ayaq altda"...
5. "Hər bəlamda günahkar sənsən"... Beləcə içki düşkünü oldu gənc. İndi ailəsinin də gözündə" alkaş" idi, xəstə idi. Amma o qədər sevdiyini şikəst ikən belə tək qoymayanları gördüm. Bu gəlin isə dözmədi. Uşaqları da alıb evi tərk etdi. İndi xəstəxanaya gələn ana "Gördün bizi ayağına verdiyin arvadın səni atdı. Ara yerdə özünü gözdən saldın" və s. ittihamlar etdi. İndi nə desə cavab eşitmirdi... Nə fərq edəcəkdi ki...
Qurban Bayramı günü övlad həsrəti ilə özündə güc tapıb içmədi... Amma heç hələ boşanmadığı həyat yoldaşına çata bilməmiş, övladlarını görə bilməmiş qəzaya uğradı... Son sözlər filmlərdə Kəlmeyi-Şəhadət olur. Onun son sözləri isə belə oldu: "Hər bəlamda günahkar sənsən, ey mənim..." Son sözləri eşitmədik, nə demək istədiyini, kimi günahlandırdığını da bilmədik...
Bəlkə siz bilərsiz?...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR