O, ömrünün çox hissəsini həyatın “gözləmə” dayanacağında keçirmişdi. Nəqd olan bu gününü nisyə gələcəyinə qurban vermişdi. Yaşadığı hər günün real nemətlərindən bəhrələnməyin daha vacib və daha etibarlı olduğunu dərk etməmişdi. Yaş üstə yaş artdıqca qəlbi nisgillə dolmuşdu. Uşaqkən az oynamışdı. “Oxuyub adam olmaq” naminə. Yeniyetməliyində tay-tuşları ilə əylənməmişdi. “Gözəl günlər hələ qarşıdadır” deyə. Arzularına qovuşsa da, istəklərindən uzaq düşmüşdü. Təhsildə qazandığı nailiyyətlər hər yaş dövrünün özünəməxsus insani tələbatının boş qalmış xanalarını doldura bilməmişdi. Birtərəfli inkişaf etmişdi o. Bir sahədə zirvə, digərlərində sıfır vəziyyəti. Gəncliyini də kahin kimi yaşamışdı. Qəlbində sevgi çırpılarından ocaq qalananda hisslərini boğmuş, sevməyə icazəli olacağı vaxtı – ailə quracağı anı gözləmişdi. Nəhayətində heç vaxt şəxsi həyatı olmamışdı. İctimai məxluq kimi yaşamışdı ömrünü. Bütün əsas məqamları hamıya bəlli olan şəffaf bir həyat sürmüşdü. Hər kəsi öz arşınıyla ölçməyə adət etmiş bəziləri buna inanmasa da.
Gözləmək onun yaşam tərzinə çevrilmişdi. Canına-qanına işləmişdi bu vərdiş. Mütəxəssis kimi uğurlar qazandıqca özünü və nailiyyətlərini gözə soxmamışdı. Hər şeyi təbii axarına buraxmış, dəyərləndirəcəyi zamanın gəlməsini gözləmişdi. Gözləyə-gözləyə qalmışdı.
Onun emosional-psixoloji durumu gözləmə prosesinə köklənmişdi. Səhhəti də. Beləliklə, həyatını gözləntilərində yaşamışdı o. Xoş gözləntiləri boşa çıxanda prosesdə qazandığı müsbət emosiyalar keyfiyyətini dəyişmiş, qanında ağır maddələrə çevrilmişdi. Fəsadsız ötüşməyən bu hal təkrarlandıqca tədricən vəziyyət dəyişmişdi. Onda qəribə immunitet yaranmışdı: psixologiyası da, fiziologiyası da, mənəviyyatı da fəsadsız qəbul edirdi ümidlərinin boşa çıxmasını. Doğru deyiblər ki, hər ziyanda bir xeyir var. Daha heç nə Ona əzablar bahasına başa gəlmirdi. Mühitin və cəmiyyətin ədalətindən əlini üzmüşdü. Həyatın hər sürprizinə hazırıydı. Yaşamını köklü surətdə dəyişə biləcək heç nə gözləmədiyinə görə, narahat da olmurdu. Tapındığı ALLAHın mərhəmətinə sığınmışdısa da, Onun da dünya qədər vacib məsələlərin içində adidən-adi bəndəsinin problemlərinə vaxt ayıracağına ümid bəsləmirdi.
Və birdən... Ruhi sükunətini tənzimlədi. Psixoloji sədləri dağıtdı. Fizioloji ətalət halından çıxdı. Uçuşa hazır raket vəziyyəti aldı. “Gözləmə” dayanacağından start götürdü. Nə qədər yüksəklərə uçacağı və nə qədər uzağa gedəcəyi bəlli deyildi.
XƏBƏR LENTİ
Təsirli Koreya filmləri
Məşhurların istifadə etdiyi maskalar
Tələbə və şagirdlərə təqaüd bu üsulla veriləcək
Neslihan və Kadirdən yeni FOTO
Bananla gözəlləşin
Azərbaycanda 12 illik təhsil sisteminə keçid nə verəcək?
Azərbaycan əhalisinin sayı açıqlandı
Uşaq ensiklopediyası(15)
Təzə doğulmuş uşaqlar üçün maşın - FOTO
Devid Bekhem baba olacaq
Qısa saçlara necə forma verməli?
Gediş haqqı qalxır?
Bir az dərin düşünək
Gökhan Özen - "Milyoner"
Diqqət: buddan uzaq durun!
Saç aksessuarları
Avakado maskası ilə dərinizi nəmləndirin
Günün qoroskopu:Sizi uğurlu gün gözləyir
Azərbaycanda səhiyyəsində ilk: onkoloji xəstəliklərə tutulma ehtimallarını öyrənmək mümkün olacaq
"Ermənistan gərginliyi ört-basdır etməyə çalışır"
Conni Deppin son görünüşü fanatlarını qorxutdu-FOTO
Sadə və səliqəli dırnaqlar
Qızıl balıqlı yaşıl şorba (foto resept)
HAVA necə olacaq?-20 Avqust
Afina küçələrində sənətkarlıq nümunələri
Prezidentdən bir qrup hərbi qulluqçunun tərxis edilməsi ilə bağlı SƏRƏNCAM
Azərbaycanda tədris müəssisələrinin fəaliyyətini bərpa edəcəyi tarix açıqlandı - RƏSMİ
Modemi işlək saxlamayın!
Depressiyada olduğunuzu göstərən 4 xüsusiyyət
Şəkidə xalq artisti Rasim Ocaqovun 80 illik yubileyi münasibəti ilə mərasim keçirilib
Günün ulduz falı
Azərbaycan kinosunun Gəray bəyi
Müsavatın qərarı müxalifət daxilində mənfi qarşılanıb
Mehmet Ali Erbilən xəbər var
“Ulduz müharibələri”nin aktyoru öldü
Almanlar Türkiyədən üzr istəyəcəklər
Azərbaycan müşahidəçiləri Türkiyədə HHQ təlimlərində iştirak edəcəklər
Xudavəng monastır kompleksinin yeni görüntüləri - VİDEO
Evdə toz hissəcikləri və allergiyadan qorunma üsulları
Hollivud ulduzları karantində “İmagine” ifa etdilər
Şaxta babanın olmadığını uşağa hansı yaşda deyək? - PSİXOLOQ TƏLİMATLANDIRIR
Daha bir ölkə Ərdoğana qarşı çıxdı
Tolgahan oğlu ilə seriala çəkildi-FOTO
Xoruldamaq gözü kor edir?
Quşqonmazın faydaları
Hava haqqında
Can Yamandan ağlasığmaz addım
Hava haqqında
Acunun keçmiş həyat yoldaşı Şeymadan danışdı_FOTO
“Facebook”da təhlükəsizliyiniz üçün 10 məsləhət















- ŞƏRHLƏR