Bu bayramın yaranmasının azı 25 əsrlik tarixi var. İlin dəyişməsini bayram etmək adəti ilk dəfə qədim Mesopotamiyada yaranıb. Eramızdan əvvəl IV minilliyin sonunda Şumer, Babilistan, Assuriya kimi bu günümüzə qədər gəlib çatan mədəni irsiylə hələ də bizi heyrətləndirən mədəniyyət mərkəzləri burada təşəkkül tapıb. Tarixçi alimlərin fikrincə, məhz həmin dövrdə burada Yeni ilin gəlişi ilk dəfə bayram edilib. Martın axırında Dəclə və Fərat çaylarında suyun səviyyəsi artanda əkin-biçin işləri başlayarmış. İnsanlar yeni ilin gəlişini də elə o zaman qeyd etmişlər. 12 gün ərzində təntənəli mərasimlər davam edərmiş. Xeyir tanrısı Mərdükün şər qüvvələr və ölüm üzərində hakimiyyəti başlayarmış. Bütün məhkəmə işləri, cəzalar təxirə salınarmış. Həmin dövrə aid gil kitabələrdən biri üzərində yazılmış mətnə görə, bu bayramda "qul ağaya çevrilərmiş". Yeri gəlmişkən, "Karnaval" sözü babil dilindən tərcümədə "gəmi-dəniz" deməkdir. Bu da Mərdükün Dəclədə üzməsilə bağlı ayinlərdən gələn ifadədir. Bayram günlərindən birində Mərdükün dəhşət ilahəsi, ilanbaşlı Tiamatla döyüşü səhnəsi canlandırılarmış. Nəticədə, əlbəttə ki, Mərdükün qalib gələrmiş. Babilistan əsirliyində olan yəhudilər Yeni il bayramı ənənəsini babillərdən öyrənərək sonradan onu yunanlara ötürüblər. Yunanlar vasitəsilə isə bu ənənə Qərbi Avropaya yayılıb.
Başqa bir mənbəyə görə, Qədim Şərqdə hələ İran dövlətinin yenicə yaranmağa başladığı dövrdə iranlıların artıq təqvimləri var imiş. Onlar bilirmişlər ki, ilin bir günü var ki, həmin gün ən qısa gündüz ən uzun gecəylə növbələşir. Və bu gündən sonra həyatverici Günəş səmada get-gedə daha çox bərq vurur, təbiət oyanmağa başlayır və həyat cansıxıcı qış – yəni ölüm üzərində qələbə çalır. Qədim hindlilər və farslar müasir təqvimlə dekabrın 22-nə təsadüf edən həmin günü "Günəş qapısı" adlandırarmışlar. Sonralar həmin gün Günəş Tanrısı Mitranın doğum günü kimi qeyd edilməyə başlayır. Möhtəşəm İran dövlətini diz çökdürən romalılar Mitranı da özününküləşdirirlər. Qədim Romada təqvim aylarındakı günlərin sayı müxtəlif idi. Hətta rüşvət verib onları dəyişdirmək də olardı. Lakin bir gün dəyişməz idi. Yeni il həmişə yanvarın 1-i gəlirdi və Mitranın doğum günü – İşığın Qaranlıq üzərində qələbəsi günü də bununla üst-üstə düşürdü.
Əsrlər keçdi. Roma dövləti rəsmi olaraq xristian dövləti kimi tanındı. Və məlum oldu ki, İsa peyğəmbərin doğum günü də elə dekabrın son günlərinə təsadüf edir. Beləcə bu bayram həm yeni ilin gəlişini, həm həyatın ölüm üzərində qələbəsini, həm də Milad gününü özündə birləşdirmiş oldu.
Dünyanın hər yerində bütün insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar, xoşbəxtlik arzusuyla gözləsələr də bayramı hərə öz adət-ənənəsinə uyğun qarşılayır. Avropa ölkəsi olan Fransada Şaxta baba Per Noel — yəni Noel ata adlanır. O, Yeni il gecəsi gəlir və evin balaca sakinlərinin başmağına hədiyyələr qoyur. Böyüklərsə bayram günü daha çox yeyib-içməyi sevirlər. Fransanın şərab ölkəsi olduğunu nəzərə alsaq, vəziyyəti təsəvvür etmək olar. Bu ölkədə bayramın ən maraqlı tərəfi hədiyyələrdir. Amma burada bir qədər diqqətli olmaq lazımdır. Hər hədiyyəni hər adama vermək olmaz. Məsələn, bu bayramda qadının öz ərindən başqa kimdənsə hədiyyə olaraq ətir qəbul etməsi yaxşı hal hesab olunmur.
XƏBƏR LENTİ
Günün ulduz falı - 11.03.2014
BÜRCLƏR bizə nə vəd edir?-1 Fevral
"2" almış məzunların çoxu bu rayondandır - SİYAHI
Miniatür əl işləri
Moda şousu dağlarda, körpü üzərində oldu
Ermənilərin ən ağır günü
2019-cu ilin son iş gününün HAVAsı
Nur Yerlitaş canlı yayımda üzr istədi-FOTO
Salma Hayek niyə üzünü yumur?-SƏBƏB
Bu gün Qədir-Xum bayramıdır
Heyva ətirli toyuq qızartması (foto-resept)
Avakado maskası ilə dərinizi nəmləndirin
Ətlə ayran birlikdə qəbul edilərmi?
Müəllimlərin maaşı artacaq - 26 rayonda
ÜST korona ilə bağlı şok məbləğləri açıqladı
Ançelotti: "Hədəfimiz 3 kubokdur"
Hava haqqında - 16.09.2013
Mehmet Ali Erbil nə vaxt evə buraxılacaq?
Sızanaqların müalicəsi üçün
"Gəncliyin ən yaxşısı" - (İtaliya-2003)
Nazir müavini: "Öz fənlərini kifayət qədər yaxşı bilməyən müəllimlər bu gün də təhsil sistemində çalışırlar"
Bunu da görəcəyik
Təhsil Nazirliyindən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
Mənzil almaq istəyən müəllimlərə ŞAD XƏBƏR - VİDEO
"Türkiyə haqlı davasında Azərbaycanın yanındadır"
Rühəngiz Müsəvi yeni imicdə-VİDEO
Cinsi uyğunlaşma testi
Yaponiyanın sənətkar əkinçiləri
Hava haqqında - 12.02.2014
Yaponiyada vulkan dəhşəti davam edir
Həcc ziyarəti başladı
Dekabrın 22-də nə baş verəcək?- Hamı bu tarixi gözləyir - VİDEO
Serenaydan 1,5 milyonluq imza - FOTO
İmtahan fənlərinin sayı artırılacaq
Dilqəmdən oğluna məktub
Avtomobillərin texniki baxışında yeniliklər
Britaniyada moda mükafatları sahiblərini tapdı
Kəkələmə kişilərdə daha çox müşahidə edilir
Hz. Məhəmmədin doğulduğu evi sökürlər
Ayrıldıqdan sonra 45 kilo arıqladı
Azərbaycanda boşanmaların sayı açıqlandı
Tələbələrə ŞAD XƏBƏR: bu universitetdə imtahanlar ləğv edildi
Günün qoroskopu: Hisslərinizi cilovlayın!
ÜST: “Koronavirus adi fövqəladə vəziyyət olmaqdan çıxıb”
Kral ailəsi Bekhemi seçdi
Hollivud aktyoru qəzaya düşdü
Mərkəzi Bankdan devalvasiya açıqlaması
Azərbaycanda nə qədər avtomobil var?
Avropa çempionatında 3 gümüş, 1 bürünc medal
Dolu bədənli xanımlar üçün geyimlər
- ŞƏRHLƏR