İslam dini övladların valideynlərinə qarşı yumşaq davranmalarına, xoş və itaətkar münasibət göstərmələrinə böyük önəm vermişdir.
İslamın bəxş etdiyi ədəb-ərkan normaları Qərbdə fərqli başlıqlar altında işlədilir.
Məsələn, analara, qoca və yaşlılara qayğı və s. Qurani-Kərim açıq-aşkar olaraq möminlərə öz valideynlərinin qayğısına qalmalarını əmr edir:“Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” (Nisa, 36)
“Rəbbin yalnız ona ibadət etməyi və valideynlərinə yaxşılıq etməyi əmr edir”. Ayədəki ihsan (yaxşılıq) sözü tövhid kəlməsindən sonra işlədilmişdir. Bu da onlara sayğını, qayğını, və yaxşılıq etməyi zəruri edir. Alimlərdən Qurtubi (r) Allahın bu kəlamında keçən “valideynlərə yaxşılıq” barəsində belə deyir: “Onlara yaxşılıq etmə onları qorumaq, mühafizə etmək və qulluqlarında durmaqdır”
Yaxşılığın növləri
Valideynə xidmətin növləri çoxdur. Vəziyyətə və ehtiyaca görə dəyərləndirilir. Bunların bəzilərinə toxunaq:
1.Onlarla xoş davranmaq, davamlı xoş münasibətdə olmaq və onlarla gözəl danışmaq valideynlərin ən vacib haqlarına daxildir. Ayədə ifadə edildiyi kimi, onlara yaxşılıq etmək zəruridir. Buraya söz, hərəkət, almaq, vermək, dinləmək, qadağalar və s. daxildir. Dünya ilə bağlı bütün işlərdə valideynə itaət vardır. Amma iş günah , Allahın qanunlarının pozulmasına yönələrsə, “Allaha asilikdə məxluqa itaət yoxdur” prinsipinə əsaslanmaq lazımdır.
2.Valideynin sözlərindən bezib “of” deməsi əvəzinə onlara könüldə itaət daha faydalıdır. Təkəbbür göstərmədən, şəfqət əllərini onların üzərində saxlamaq və hörmət göstərmək daha xoşdur.
3.Sözlərini kəsməmək, səslərindən yüksəyə səs qaldırmamaq, onlarla mübahisə etməmək, yalan danışmamaq, onları incidən hərəkət etməmək, söz söyləməmək. alçaldıcı münasibət göstərməmək lazımdır.
4.Onlara təşəkkür Allaha şükür və duadır. Allah buyurub: “Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!” – de.”(İsra, 24) Onları özündən, zövcəndən və övladından üstün tut.
5.Ana öz övladını aylarla bətnində daşıması, yorğunluğu, şəfqəti, əmizdirməsi, yuxusuz gecələri ilə əziyyətlərə qatlaşır. Onlarla gözəl danışmaq, davranmaq, qohumlarına hörmət göstərmək lazımdır. Quran belə buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” (Loğman, 14) Bir hədisdə belə deyilir: “Allah sizə analarınızın üzünə ağ olmağı haram etmişdir.”
6.Onlara yaxşılıq istəklərini və tələblərini yerinə yetirməkdir. Müsəlman olmasalar belə dünya ilə bağlı bütün işlərinə əməl edilməlidir. Allah buyurur: “Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et).” (Loğman, 15)
7.Onlara diqqət göstərmək, xüsusən də yaşlandıqları zaman onlara qayğı ilə yanaşmaq, onları sevindirmək, hər pislikdən onları qorumağa çalışmaq və ehtiyac olduqları hər şeyi onlara vermək lazımdır.
8.Onlara pul xərcləmək. Bunu Allah belə izah edir: “(Ya Rəsulum!) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: “(Malınızdan) verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə və (pulu qurtaran) müsafirə (yolçulara) məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir.”(Bəqərə, 215) Peyğəmbərin (s) bir hədisində xala anaya bənzədilir: “Xala ana kimidir” Əgər ana vəfat etmişsə xala onu əvəz etməyə çalışar. Ona da ana kimi münasibət olmalıdır.
9.Səfərə çıxanda onların razılığını, iznini almaq lazımdır. Fərz əməllərdə (məsələn, həcc kimi) buna ehtiyac yoxdur Qurtubi fətvasında deyir: “Əgər cihad fərzi – ayin deyilsə daha yaxşıdır ki, onların izni olmadan cihad etməyəsən.”
10.Vəfat etdikdən sonra onlara dua etmək, dostlarına yaxşılıq etmək və vəsiyyətlərinə əməl etmək.
Valideynə yaxşılığın fəzilətləri
Şəri qaynaqlar, valideynlərə yaxşı davranmağı xeyrin açarı kimi izah edir. Onlardan bəzilərinə baxaq:
1.Cənnətə girmə səbəbidir. Əbu Hureyrə (r.a.) rəvayət edir ki, Allah rəsulu buyurur: “Burnu yerlə sürünsün, burnu yerlə sürünsün, burnu yerlə sürlsün,” Səhabələr soruşdu: “Kimin ya Rəsulullah?” “Allah rəsulu buyurdu: “Valideynləri qocalıb ikisi ilə və ya biri ilə yaşayan və cənnəti qazanmayannın”(Müslim, Tirmizi)
2.Əbu Əbdürrəhman Abdullah ibn Məsud (Allah ondan razı olsun!) rəvayət edir ki, bir dəfə Peyğəmbərdən (Salləllahu aləyhi və səlləm) soruşdum: «Allah üçün ən sevimli əməl hansıdır?» Peyğəmbər dedi: «Vaxtında qılınan namaz». Sonra daha hansı əməlin xeyirli olduğunu soruşdum. Cavab verdi ki, «Valideynlərlə mehriban rəftar etmə». Daha hansı əməlin Allah üçün sevimli olduğunu soruşduqda «Allah yolunda cihad» deyə cavab verdi».
3.Valideynlərə yaxşılıq, onlara qayğı Allah yolunda cihaddan öncə gəlir. Abdullah ibn Əmr ibn Asdan (Allah ondan razı olsun!) rəvayət olunur ki, bir kişi Rəsulullahın (Salləllahu aləyhi və səlləm) yanına gələrək dedi: «Ya Peyğəmbər, Allahın savabını diləyərək səninlə cihada getmək istəyirəm». Peyğəmbər soruşdu: «Valideynlərindən sağ olanı varmı?» Kişi : «Hər ikisi sağdır» – deyə cavab verdi. Peyğəmbər yenidən sual etdi: «Allahın savabını qazanmaq istəyirsənmi?» O, da «Bəli» – deyə cavab verdi. Rəsulullah da cavabında: «Elə isə valideynlərinin yanına qayıt, onların qayğısına qal»- deyə buyurdu (Müslim).
4.Allahın rizası valideynlərin rizasındadır. Abdullah ibn Əmr ibn As Allah rəsulundan rəvayət edir ki, “Rəbbin razılığı valideynin razılığındadır, qəzəbi də valideynin qəzəbindədir” (Tirmizi. İbn Hibban və Hakim səhih olduğunu bildirmişlər)
5.Valideynə yaxşılıq hüznə, kədərə qarşı qalxan rolunu oynayır. Biz buna mağarada olan üç nəfərin hekayəsində görürük. O üç nəfərdən biri də valideyninə itaət edən, zövcəsindən və uşaqlarından daha çox böyüklərinə xidmət göstərmişdi.
Valideynin üzünə ağ olmağın təhlükəsi
Valideynə edilən yaxşılığın əksinə asilik (üzünə ağ olmaq) deyirlər. Əbu Məhəmməd Cübeyr ibn Mütim (r) Allah rəsulundan rəvayət edir ki, “Valideynləri ilə əlaqəni kəsən cənnətə girməz” (Buxari, Müslim).
Üzə ağ olmaq, asilik etmək, onlara xidmət göstərməmək və s. böyük günahlardandır. Allah rəsulunun ittifaqla qəbul edilən bir hədisində deyilir: “Sizə ən böyük günahı xəbər verimmi?” Biz də: “Buyur, ey Allahın rəsulu” – dedik. Buyurdu: “Allaha şərik qoşmaq, valideynin üzünə ağ olmaq” və bu sözü söyləyərkən uzanmışdı. Oturaraq əlavə etdi: “Yalandan şahidlik etmək”. axırıncını o qədər təkrarladı ki, dayanmasını istədik.” Alimlərin ittifaqı ilə valideynə itaət fərzdir. Onlara hörmətsizlik, itaətsizlik böyük günahlardandır. Əbu Bəkrə (r.a.) (Əbu Bəkirlə qarışdırmayın) belə rəvayət edir: “Allah rəsulu (s) buyurdu: “Allah hər günahın cəza vaxtını Qiyamətə qədər təxirə salar. Ancaq valideynə itaətsizlikdən bundan istisnadır. Allah ona ölümündən öncə dünyada cəzasını verər.” (Təbərani)
Ölümdən sonrakı yaxşılıq
Valideynə xidmət o, sağ ikən olmalı və öldükdən sonra da davam etməlidir. Bu, onların dost-tanışlarını ziyarət etməklə olur. Bənu Sələmə qəbiləsindən bir kişi Allah rəsulunun yanına gələrək: “Valideynlərimin vəfatından sonra onlara yaxşılıq edə bilərəmmi?” - deyə soruşdu. Allah rəsulu belə dedi: “Ölərkən üzərində namaz qılmaq, bağışlanmasını diləmək, vəsiyyətlərinə halallar dairəsində əməl etmək, qohumlarını ziyarət edib dostlarının halını soruşmaqla valideynlərinə yaxşılıq et” dedi”. (Əbu Davud, Beyhəqi).
Vəfatlarından sonra onlara dua etmək çox önəmlidir. İmam Əhməd deyir ki, “Kim fərz namazlarında gündə beş dəfə onlara dua etsə, onlara xidmət etmiş kimi olar. Daha yaxşısı sədəqə vermək və onu valideyn adına niyyət etməkdir.”
Valideynlərə aid şəri hökmlər
Valideynə qisas hökmü tətbiq edilməz, övladın onu söyməsi və əlaqəni kəsməsi caiz (doğru, icazə verilən) deyil. Ata oğlunun malından ehtiyacı olduğu qədər günah işlərə sərf etməmə şərti ilə götürə bilər. Başqalarının ehtiyacını ödəmək üçün isə götürə bilməz. Əgər ata ilə ananın haqları qarşılaşarsa əvvəlcə ananın haqları ödənər. Bir hədisdə üç dəfə “anana, anana, anana sonra atana” deyilir. (Buxari, Müslim) Qadın ərə gedərkən həyat yoldaşının haqqı ata haqqından önə keçər.
Mənbə: www.azerimuslims.com saytı
XƏBƏR LENTİ
Aybaşı gününü hesablama
Yer kürəsi üçün təhlükə
Erkən yaşlarda qeydə alınan abortlar
İki gün toz-duman olacaq
Bakının mərkəzi yolları bağlanır - SİYAHI
Bakıda mənzil bahalaşıb
Daraqları tanıyaq
Neft yenidən ucuzlaşdı
Sarı saç modelləri kimlərə yaraşır?
Multivarkanın hansı növünü seçək?
Avropa birinciliyindən 6 medalla!
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Bakıda qırmızıyaylıq kişilərin parkomat kələyi
Bu ət qaraciyər xərçənginin qarşısını alır
Mehriban Əliyeva "Neft Daşları"nın 70 illiyi münasibətilə Azərbaycan neftçilərini təbrik edib
Cansu Dere 10 milyona ev aldı
Şakiranın konsertinə ulduzlar toplaşdı-FOTO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: "Əsrlər boyu sivilizasiyalararası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən xalqlararası birliyin gücləndirilməsinə səy göstərib"
Dünyanını "lənətləyən" rəssam
Günün ulduz falı
Zeynəb Xanlarovanın yeni görüntüsü-VİDEO
Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb - RƏSMİ
Gülməli heyvan şəkilləri
Alimlər koronavirusdan qoruyan ən yaxşı parça növünü tapdı
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Həftənin ilk iş günü hava necə olacaq?
Tək-tənha
Zövqlü ziyafət çantaları
Edamdan 18 il sonra bəraət aldı
Yaponiya kosmosa "zibilyığanlar" buraxacaq
5 yaşında Microsoft mütəxəssisi olan Ayan Qureyşi
Ozan Güvən yeni FOTOsu ilə hər kəsi güldürdü-FOTO
Öküzün ağciyərlərindən hazırlanan dərman koronavirusdan ölümü beş dəfə azaldıb
Kəs və yapışdır-34
Koronavirusa qarşı peyvəndlərin hazırlanması məqsədilə tədbirlər görülür
Rəqəmləri birləşdir-1
Saç tökülməsinə qarşı maska
Gəncədə ölkədə analoqu olmayan ticarət mərkəzi tikilir
"Məşhurların övladı": Misir Mərdanovun qızı kimdir?
Arda millidən çıxarıldı
Azərbaycanda 345,6 min nəfər əlilliyə görə əmək pensiyası alır
Gözlənildiyi kimi çıxmayan sifarişlər
Uşaqlarla əylənməyin yolları-1
İstilər gəlir
Putinin sirli kababı - Prezidentin aşpazlıq qabiliyyəti-FOTO
Məşhur futbolçu baldızının qızı ilə evləndi - FOTO
Məşhur müğənninin oğlu qəzaya düşdü-FOTO
Gübrə ilə yetişdirilən məhsulların ziyanı
Dənizləri gəzən mesaj: "O adam mənimlə əlaqə saxlasın"
Məşhur model 1,4 milyon dollar ödəyəcək