
Firəngiz Bəhər qızı Mütəllimova 3 aprel 1959-cu ildə Ağcabədidə doğulub.
Ancaq o dövrdə mayın 1-i bayram kimi qeyd edildiyindən onun ad günü də sənədlərində bu günə yazılıb. Əslən Şuşalıdır.
1976-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.1980-ci ildə Akademik Milli Dram Teatrına aktrisa götürülüb. Elə ilk gündən ona məsul rollar tapşırılıb və istedadının dəyərli çalarları üzə çıxıb. Teatrda səmərəli fəaliyyət göstərən Firəngiz Mütəllimova paralel olaraq kanallara çəkilib, televiziya tamaşalarında iştirak edib. Üçillik fasilədən sonra 1996-cı ildən aktrisa Akademik teatrın truppasına qəbul olunub. Qısa müddətdə repertuardakı tamaşaların bir neçəsinə daxil edilib, təzə əsərlərdə rollar oynayıb.
Gözəl (Qılınc və qələm, M. S. Ordubadi),Qumral (Əliqulu evlənir, S.Rəhman), Bəyim (Xurşud banu Natəvan), Aynur (Büllur sarayda), Mələk Bizim qəribə taleyimiz), Gülnaz (Mahnı dağlarda qaldı), Gülruh (Şeyx Xiyabani), Gülnaz (Tənha iydə ağacı), Azadə xanım (Dəlilər və ağıllılar,İlyas Əfəndiyev), Sonya (Sizi deyib gəlmişəm), Firəngiz (Təhminə və Zaur, Anar), Anna (Həyatın dibində, M. Qorki), Reya (Böyük Romul, F.Dürrenmatt), Tereza (Biganələr oteli, R. İbrahimbəyov), Əsmər (Günah, R. Əlizadə), Nisə xanım (Lənkəran xanın vəziri, M. F. Axundov), Maral (Sənsiz, Ş. Qurbanov), Nədidə (Qanlı Nigar, S.Şendil), Aysulu (Sokratı anma gecəsi, Ç. Aytmatov və M. Şahanov), Arvad (Mənim ərim dəlidir (Diaqnoz D), Gülzar (Poçt şöbəsində xəyal Elçin), Sevər (Bu dünyanın adamları H. Orucov), Həvva (Varlı qadın ), Raisa (Mesenat Ə. Əmirli) və s. Firəngiz Mütəllimova Azərbaycan Dövlət Televiziyasında hazırlanmış iyirmidən çox teletamaşada müxtəlif səpkili rollar ifa etmişdir. Onlardan Gülnar (Səni axtarıra, Bağışla, Səndən xəbərsiz, Abbas Qəhrəmanov), Mərcan (Evləri köndələn yar, Anar), Ana və qız (Unutmaq olmur), Nazan (Yad qızı, Əlibala Hacızadə), Almaz (Topal Teymur, Hüseyn Cavid), Almaz (Göz həkimi, İslam Səfərli), Günay (Səninlə və sənsiz, Marat Haqverdiyev, və s. rolların bədii estetik keyfiyyətlərini xüsusi qeyd etmək olar. Aktrisa Azərbaycanfilm kinostudiyasında istehsal edilmiş Qaçaq Nəbi (Sərvinaz), Qocalar, qocalar (Leyli), Bəyin oğurlanması (Telli), İşarəli dənizdən gözlə (Sona), bədii filmlərinə, Mənim ağ şəhərim (Ana), Şərəf (Mila xanım) telefilmlərinə çəkilib.
Firəngiz Bəhər qızı Mütəllimova 1986-cü ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Artisti, 1991-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 2002-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident mükafatçısıdır.
Rol aldığı filmlər:Adam Ol (2005)
Adam Ol-3 (2007)
Bağışla (1983)
Bəyaz Həyat (2003)
Bəyin Oğurlanması (1986)
Bizim Qəribə Taleyimiz (2005)
Diplom İşi (1979)
Evləri Köndələn Yar (1982)
Ənvər Həsənov. Yeddi Oğuldan Biri (2007)
Göz Həkimi (1985)
Güllələnmiş Heykəllər (2002)
İblis Qadın (1993)
İşarəni Dənizdən Gözləyin (1986)
Qala (2008)
Qanlı Zəmi (1985)
Qocalar, Qocalar... (1982)
Mənim Ağ Şəhərim (1994)
Məşədi İbad-94 (2005)
Mükafat (2004)
Ömrün Yolları (1982)
Sabiqlər (1999)
Sabiqlərin Yeni Sərgüzəştləri (2000)
Səndən Xəbərsiz (1985)
Səni Axtarıram (1981)
Yad Qızı (1990)
Yağışdan Sonra (1998)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Sağlam olmağın sirləri
Ağ Ev Malikiyə təpindi
Mehmet Ali Erbil yenidən reanimasiyaya yerləşdirilib
Plastik əməliyyatlar müğənnini bu hala saldı - FOTO
Hava şarında rekord vurdular
Bu günün hava proqnozu
Evinizə uğur gətirəcək əşyalar
Koronavirusun öskürmə zamanı otaqda hərəkəti göstərildi - VİDEO
Bu qida C vitamini mənbəyidir
Hindistanda sərnişin qatarları günəş batareyaları ilə işləyəcək
İnternet divanəsi olan 10 ölkə
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Azərbaycanda daha 38 nəfər koronavirusdan sağaldı - RƏSMİ
Özgü Namal 6 il sonra efirlərə qayıdır
Üçüncü sınaq başlayır
Bakıda uşaqlar arasında yoluxucu virus yayılıb
Türkiyəli müğənni məktəb tikdirdi
Kənan Doğulunun konsertində dava düşdü-FOTO
Dövlət qulluğuna qəbul olmaq istəyənlərə xəbərdarlıq
Eser Yenenler 15 kq arıqladı
Bu 12 məsləhəti hər gün yerinə yetirin
Azərbaycan Türkiyədən 80 baş iribuynuzlu heyvan alacaq
Anası onu güllərlə bəzəyir
Rusiya-NATO müharibəsi ssenarisi
Yaşıl çay dəri xərçəngini müalicə edir
7620 metrdən paraşütsüz tullandı
Sinan Özen yeni ili xəstəxanada qarşıladı
Hind toyuğu ilə raqu (foto resept)
"Barsa"nın əfsanəvi kapitanından bədbin açıqlama
Ermənilər suyumuzu bulandırır
Dəbli yarımboğaz çəkmə modelləri
İnstaqramdakı o "zəhləngetmiş"
Milyarder 2 milyardlıq yaxtasında qonaqlıq verdi-FOTO
Qış üçün gavalı salatı (foto resept)
Zərər nə vaxt ödənilir? Sürücülər narazı, sığorta isə icbari..
Bölgələrimizin mətbəxi - Qax
Arıqladan çaylar
Bəhram Bağırzadə ilk dəfə klinikadan FOTO paylaşıb xəstəliyindən YAZDI
Sızanaq izlərini yox edən maskalar
Onun "Survivor"da iştirakı birmənalı qarşılanmadı-SƏBƏB
Nəvəsini döyüşməyə ruhlandıran nənə - VİDEO
Dünya müsəlmanları Ramazan bayramını nə zaman qeyd edirlər?
İspanaqlı lazanya (foto resept)
Azərbaycan tarixindən yüz şəxsiyyət-11
"Hercai" izləmə rekordu qırdı
Sağlam dırnaqların sirri
Ana Vətənimiz - Uşaqlarımız
Dəbli gəlinlik modelləri
Roma saqqıza "müharibə" elan edib
Tarkan 10 ildən sonra arzusuna çatdı - FOTO














