Hörmətli Qadın.Netlilər, sizlərlə inşaAllah bir mömin olaraq önəmli mövzunu bölüşmək istədim.
Jelatinin haram olması ilə bağlı daim araşdırıram və təbliğat aparıram. Saytlarda bununla bağlı çox məlumat var, ən dolğun olanını seçib təqdim edirəm. Müəllif hüquqlarını pozmamaq üçün bildirmək istəyirəm ki, bu xəbəri türk dilindən tərcümə etmişəm və müəllifini də yazmışam.
Ömər: Uşaqlara bu konfetdən alaq?
Əli: Bunlardan almasaq yaxşı olar, Ömər.
Ömər: Amma çox sevirlər.
Əli: Ömər, tərkibində jelatin yazır, amma mənşəyi bilinmir. Çox güman ki, donuz jelatinidir.
Ömər: Nəəə, yenə donuz?! Şübhəli olanı gərək almayaq.
Çox təəssüf ki, indiki vaxtda yuxarıdakı dialoqu edən şüurlu istehlakçılara rast gəlmək çox çətindir. Bu səbəbdən çox əhəmiyyətli bir həqiqətə laqeyd yanaşırıq. Halallığı əsas meyar kimi qəbul etmək öhdəliyi olan müsəlmanların qida istehlakına laqeydlikləri onların fiziki durumlarına və mənəviyyatlarına mənfi təsir edir. Haram və ya şübhəli olan qidaların istehlakı barədə Qurani-Kərimdə və Hədisi Şəriflərdə çox zikr edilir. Hər müsəlman qidaların halal və ya haram olmağı barəsində lazım olan həssaslığı öyrənməli və jelatinə bənzər qida qatqı maddələrinin mənşəyini araşdırmadan onları əsla istifadə etməməlidir!
Müsəlmanların qida tələbatları çox vaxt qida istehsal edən firmalar tərəfindən təəssüf ki nəzərə alınmır. Təəssüf ki yerli şirkətlər halal olmayan qatqı maddələri istifadə edən bir çox xarici firmaya ortaq olurlar. Dünyada təqribən iki milyarda yaxın müsəlman var. Müsəlmanların halal qida ehtiyaclarına dəyər verilmədiyi halda əhalisi 30-40 milyona çatmayan Yəhudilərin və bunlardan daha az olan vegetarranların tələblərinə cavab verilir.
Jelatin nədir?
Jelatin məməlilərin toxumalarında, xüsusilə əzələləri sümüklərə bağlayan yerlərdə və dərilərdə olan kollagendən çıxardılan bir zülaldır. Kollagen su ilə qaynadıldığında jelatinə - suda həll edilən zülala çevrilir. Soyudanda gel halına gəlir. Jelatin başda donuz, inək və çox az olaraq da balıq kimi heyvanların dəri, sümük və toxumalarının qaynadılması ilə çıxarılır. Bu maddənin güclü şəkil alma qabiliyyəti, şəffaf gel meydana gətirməsi, elastik lent halına gəlməsi, həzminin asan olması, isti suda əriyə bilməsi və asanca şəkil alması kimi xüsusiyyətləri səbəbiylə qida istehsalının bir çox sahələrində istifadə edilir.
Donuz dərisi ən çox istifadə edilən jelatin qaynağıdır
Hal-hazırda jelatin istehsalında, ümumiyyətlə donuz və halal tərzdə kəsilməmiş inək dərisi istifadə edilir. Qida istehsalında istifadə edilən jelatinin xammal mənbəyi isə donuz dərisidir. Əldə edilmə mərhələsində ilkin proseslərin qısa müddətdə tamamlanması və yaranan tullantının minimum səviyyədə olması üçün donuz dərisindən istifadə edilir. Bundan başqa da donuz dərisindən jelatinin əldə edilməsi bir xeyli ucuzdur.
Jelatinsiz məhsul az qala yox dərəcəsindədir
Zülal olması səbəbiylə jelatin istehsalçıları jelatinin gündəlik həyatın hər mərhələsində istifadə edilə bilməsi üçün sıx səy göstərmişdir. Mənşəninin ciddi bir şəkildə araşdırılması lazım olan bu qatqı maddəsinin az qala hər sahədə geniş bir şəkildə istifadə edilməsi imanlı insanlar üçün son dərəcə narahatlıq doğurur.
Məhsullarda gelləşdirmə, qatilaşdırma və kapsulalama maddəsi olaraq jelatin çox geniş bir istifadə sahəsinə malikdir: Bir çox konfet məhsullarında, qatıqda, dondurmalarda, holland və əridilmiş pendir istehsalında, marqarində, kolbasa, sosiska, jambon kimi ət məhsullarında, şirniyyatlarda, cem, marmelad, halva, bəhməz kimi qidalarda, fındıq və fıstıq əzmələrində, meyvə sularında, saqqızlarda, dərman sənayesində, kapsula, film (kinofilm plyonkaları) və həb istehsalında, qan vermə məhsullarında, krem, losyon, şampun, ətir kimi dəri və kosmetik məhsullarında, heyvan yemlərində, fotoşəkil və karbonlu kağız istehsalında jelatin istifadə olunur.
Heyvan mənşəli olduğuna görə bütün müsəlmanları çox maraqlandıran jelatinin təqribən 99%-i müsəlman olmayan ölkələr tərəfindən istehsal edilir. İldə 380.000 tona qədər çıxarılan jelatinin 150.000 tona yaxını müsəlmanlar tərəfindən istehlak edilməkdədir. Türkiyənin illik jelatin istehlakı isə 4.000 ton ətrafındadır və istehlak hər il 8-10% səviyyəsində artmaqdadır. Dünya bazarlarında jelatinin 1 kiloqram qiymətinin təqribən 4-6 $ olduğunu düşünüsək, demək Türkiyə jelatin üçün 20 milyon dollara qədər xərcləyir.
Bəzən etiketlərdə - nadir görülsə belə - "mal jelatini" yazılması bəzən bu heyvanların islam qaydalarına uyğun kəsilib kəsilməməsi haqda şübhə yaradır.
Jelatin istehsal edildiyi ölkələr bunlardır: Almaniya, İtaliya, Fransa, Kolumbiya, Koreya, Yaponiya, Kanada, ABŞ, Braziliya, Hindistan, Çin və Pakistan. Dünyadakı jelatin istehsalının böyük bir payına sahib çıxan Avropa Jelatin İstehsalçıları Birliyinin üzvü, bir çox ölkənin nümayəndələri və paylayıcıları Türkiyədə var. Pakistan isə halal sertifikatlı jelatin çıxaran müsəlman ölkə mövqeyindədir. Türkiyənin idxal etdiyi jelatinin "yox" deyiləcək qədər az bir hissəsi Pakistandan, digər hissəsi isə isə adı çəkilən digər ölkələrdən idxal edilməkdədir.
Jelatin yerinə istifadə edilə biləcək maddələr
Jelatinə bənzər təsir göstərə biləcək bitki qaynaqlı maddələr var. Jelatini əvəz edə biləcək maddələr bunlardır: agar, karajenan, pektin, ksanthan gum və gluten.
Agar
Agar-agar jelöz, Çin balıq yapışqanı, Yapon balıq yapışqanı, Bengal balıq yapışqanı və ya Seylan balıq yapışqanı olaraq da bilinir. Bəzi dəniz yosunlarından əldə edilən bu maddə jelatinə bənzər bir məhsuldur və dondurma, konfet, süd məhsulları kimi qidalarda tündləşdirici olaraq istifadə edilir. Ayrıca kağız və ipəkdə təsnif etmə və yapışqanlarda məqsədli halda istifadə edilir. Kosmetika məhsullarında, ət konservlərində, tibbi kapsulaların, məlhəmlərin istehsalında, diş qəliblərində jel olaraq istifadə olunur.
Karajenan
Karajenan Qırmızıdanıq yosunundan çıxardılan bir polisaxariddir. Karajenandan jele tipindəki şirnilərdə çox istifadə edilir.
Bitki toxumalarının hüceyrə divarlarında olan bir polisaxariddir. Limon və portağal qabığı, pektinin ən zəngin qaynaqlarındandır. Bu maddələrdə təxminən 30%-ə qədər polisaxarid var. Bu maddə alma, tumsuz kişmiş və narda da olur.
Ksanthan Gum
Bakteriyalar tərəfindən çıxarılan bir maddədir. Satışda olan ksanthan maddəsi krem rəngli bir tozdur. Çox aşağı konsentrasiyalarda suda asan həll edilərək yüksək viskoz məhlullar meydana gətirə bilir. Salat souslarında, müxtəlif qida məhsullarında stabilizator, emulsiyaedici və təbəqə meydanagətirici olaraq istifadə edilər.
Gluten
Taxıl dənələrindən nişastanın ayrılması nəticəsində əmələ gələn "dözümlü" və yapışma xüsusiyyəti olan bir maddədir. Bu məhsulun dadı və qoxusu jelatindən daha yaxşıdır. Qluten zülalı bədən tərəfindən daha asan həzm edilir (qeyd edim ki, son illərdə çox insanların orqanizmi bu maddəni qəbul etmədiyi üçün qlutenin istifadəsi azaldılmışdır).
Etiketlərdəki "jelatin" yazısına diqqət olunmalıdır
Son zamanlarda müsəlman ölkələrində və cüzi olaraq Türkiyədə halal sertifikatlı qida istehsalı üçün çox işlər görülməkdədir. Çünki qida və ya qida qatqı maddəsi istehsalı edən ölkələrin və firmaların istehlakçıları dini həssaslıqları nəzərə alırlar. Bir çox qatqı maddəsində olduğu kimi jelatin istehsalı və istehlakında da halal sertifikatının araşdırılması lazımdır. Yalnız balıqdan və ya İslam qaydalarına görə kəsilmiş heyvanlardan əldə edilən jelatin müsəlmanlar tərəfindən rahatlıqla istifadə edilə bilər. Jelatin qida qabları üzərində E441 tərzində kodlaşdırılmaqdadır. Məhsulun etiketində qaynağı haqqında heç bir şərh yoxsa, jelatin böyük ehtimalla, donuz və ya mal dərisi və onun sümüklərindən çıxarılmışdır.
Digər tərəfdən Yəhudilərdəki halal qidanı təyin edən Kosher sertifikatı verən quruluşlar hər cür jelatinin istifadə edilməsinə icazə verir. Kosher sertifikatı verən quruluşlar jelatini ət komponenti olmayan neytral bir kimyəvi maddə olaraq qəbul edir, donuz jelatinini haram qida hesab edirlər.
Nəticə
Haram qidanın insanların mənəviyyatına mənfi təsir etdiyinə dair ayə və hədislər var. Buna görə istehsal firmaları və bunların yerli ortaqları müsəlmanların dini öhdəçiliklərinə diqqət etməlidirlər. Bu barədə istehsal edən ölkələrlə bərabər dövlətin və fərdlərin də üzərinə vəzifələr düşür. İdxal edilən qidaların halal tərzdə istehsalının təmin edilməsi dövlətin üzərinə düşən vəzifələrdir. Müsəlmanların yediyi qidaları seçərkən təmkinli olması, şübhəli olana yaxınlaşmaması dini bir öhdəçilikdir. Buna görə imanlı insanların istehsalçıları və vasitəçi firmaları halal qida istehsalı istiqamətinə cəsarətləndirməsi də son dərəcə əhəmiyyətlidir.
Müəllif: Məhəmməd ƏMİN
Qeyd edim ki,bir neçə ildir mən də aqar-aqar istifadə edirəm.Jelatindən qat-qat keyfiyyətlidir.
Araşdırmalarımdan məlum olduğuna görə bəzi din xadimləri jelatinin haram olmamasını belə izah edirlər ki, haram məhsuldan alınmasına baxmayaraq ilkin məhsul ilə son məhsul olan jelatin arasında uzun kimyəvi proseslər gedir və bunun nəticəsində haramlıq itir.
Sonda bu məsələyə subyektiv fikrimi də bildirmək istəyirəm. Əgər halal qidanı tapmaqda çətinlik çəkiriksə və ya məhsulun halallığı sual altındadırsa və bizim həyatımız bu məhsuldan asılı deyilsə, qarnımızı (nəfsimizi) imanımızdan üstün tutmayaq və şübhəli məhsullardan uzaq duraq.
Və əlbəttə ki ən doğrusunu bilən Allahdır!
2/Bəqərə-168:Ey insanlar! Yer üzündəki halal və təmiz şeylərdən yeyin. Və şeytanın addımlarına tabe olmayın (izindən getməyin). Şübhəsiz ki o, sizin üçün açıq-aşkar bir düşməndir
25/Furqan-43(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? (Onu bəd əməllərdən sənmi çəkindirib saxlayacaqsan? O özü haqqı axtarıb tapmalı, ona nail olmalıdır!)
Allah nəyi isə haram buyurubsa, onun bizə ziyanlı olması mütləqdir! Sorğu-sualsız qəbul etməmiz şərtdir!
Nəfsimizə qul olmayaq!
Nəfsimizi qul edək!
XƏBƏR LENTİ
Hava haqqında
HAVA necə olacaq?- 22 MART
Hamiləlik dövründə həddindən artıq kökəlməmək üçün...
Bütün ölkələrə səyahət edən ən gənc qadın
Toyuq ətli blinçiklər (foto-resept)
İranda güclü zəlzələ oldu
Seks ürəyi qoruyur
Bakı yaşıllaşacaq
“Hercai” efirlə vidalaşır
Möcüzəvi su və isti ayaq vannaları
Türkiyədə zəlzələ olub
Günün qoroskopu:İntuisiyanızın səsinə qulaq asın
Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edilib - VİDEO
Pensiyaların nə qədər artırılacağı yanvarda məlum olacaq - RƏSMİ
Prezident İlham Əliyev "Yasamal" parkının açılışında iştirak edib
Pilotsuz aparatlar vurulacaq
HAVA necə olacaq?- 10 Mart
4 terabaytlıq, ilk...
Günümüzü əks etdirən rəsmlər
Sobada əriştəli toyuq (foto-resept)
Vaşinqtonun görməli yerləri
Bir neçə rayonda qaz problemi olacaq
Mənzilin təzəsi, yoxsa köhnəsi?..
Xızı-Xaçmaz, Quba, Qusar turizm zonaları yaradılacaq - FOTO
Azərbaycanla AB arasında saziş imzalandı
Mehriban Əliyevadan Madagizdə bayrağımızın qaldırılması ilə bağlı paylaşım
Sabahdan açılan kafe-restoranlarda hansı qaydalara əməl olunmalıdır? - FOTO
Yay üçün donlar
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Bu gün “Son zəng”dir
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Azərbaycanda daha dörd nəfərdə koronavirus aşkarlandı
Bu il məhsuldarlıq aşağı ola bilər
Tanınmış aktrisa öldü
Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibə verib
Şeyma Subaşıdan Gözlənilməz Etiraf
Şadlıq evlərində vəziyyət necədir?
Günün qoroskopu: ambisiyalarınız və xırda arzularınıza uyğun hərəkət edirsiniz
Uşaqların məzəli kəlamları
45 kiloqram arıqlayan Adelin sirri
Körpə qızlar üçün yay geyimləri
İş yerindən arayış almaq asanlaşdı
Mesut Özildən ulduz xanımına 80 milyonluq hədiyyə-FOTO
Qurama yastıqlar (1 hissə)
Bu yay ağıllı saat ola bilər
Düşmənin ələ keçirilən zirehli texnikaları təqdim olundu - FOTO
Dünyanın ən qorxunc körpüləri
"Kurtlar Vadisi" ekranlara qayıdır
Teylor Sviftdən nümunəvi addım-FOTO
Balaca şahzadələrimiz üçün donlar
- ŞƏRHLƏR