Bundan təxminən 2 il əvvəl idi oğlumu qucağıma götürdüyümdə. Gündən-günə artacaq olan böyük bir eşqin qapımda olduğunu hələ dərk edə bilməmişdim. Yuxusuz gecələr, pərişan hallar, artıq kilolar bir iş görmək üçün hal qoymamışdı. O zamanlar anladım "Anaların haqqı ödənməz" sözünün gerçək mənasını. Sanki köhnə "Mən" getmiş, yerinə əldən düşmüş başqa birisi gəlmişdi.
Aradan aylar keçdi. Mən analığı öyrənməyə başladım, oğlum da anasına alışmağa başladı. Bir-birimizi anlamağa başladıq. Nələrdən narahat oluruq, nələri sevirik qarşılıqlı olaraq kəşf etməyə başladıq. 2 il keçdi və biz güclü bir şəkildə ayaqda dayanmağa başladıq. Mən köhnə canlılığımı taparkən, o da öz şəxsiyyətini meydana gətirəcək daşları yerinə qoymağa başlamışdı. Anladım ki, mən nə qədər özümü yaxşı hiss etsəm, nə qədər özümlə və dünyayla barışıq olsam, kiçik oğlum da o qədər etibarlı bir şəxsiyyət kimi inkişaf edəcəkdi. Ona görə ilk işim öz psixologiyamı çox sürətli bir şəkildə tənzimləmək oldu. İş həyatım burada imdadıma yetişdi. Artıq, uşaqlarıyla çalışdığım analara daha fərqli bir gözlə baxmağa başladım. Onların ağrılarını, kədərlərini daha yaxşı anlayırdım. Hətta, hər kəsin fərqli övlad tərbiyə etdiyini də anlamağa çalışdım. Ona görə də insanları mühakimə etmədən bacardıqca onlara yardımçı olmağa başladım.
İşimdən dolayı analarla çox sıx əlaqədə oluram. Analarda ən çox müşahidə etdiyim hal onlarin öz həyatlarını bütünlükdə övladlarına həsr etmələri idi. Övladını hər şeydən qorumaq, üzərində yarpaq kimi əsmək, qonşu uşağı ilə davasını gördükdə öz övladını qoruyub digərindən hesab sormaq, övladı universitetə daxil ola bilmədi deyə övladından da artıq kədərlənmək və s. bu kimi hallar gələcəkdə övladın hər hansısa bir problemi təkbaşına həll etməsində maneə olmayacaqmı? Əsla övlada qarşı laqeydsizliyin tərəfdarı deyiləm. Ancaq övladı hədsiz dərəcədə müdafiə etməyin də zərərli olduğunu düşünürəm.Bunun üçün də sizə səslənirəm, əziz analar: uşağınızı böyüdərkən, ona hər şeyi verərkən, onun hər şeyi olarkən övladınıza özünə güvən hissini aşılamağı unutmayın. "Sən tək başına da bacara bilərsən", "Sən mən olmadan da yaxşı ola bilərsən", " Bəzi şeylərin olmasa da xoşbəxt ola bilərsən" kimi mesajları verməklə övladınızı gələcək üçün daha doğru şəxsiyyət kimi yetişdirə bilərsiniz. Ən bahalı oyuncaqlarla, ən keyfiyyətli geyimlərlə, ən yaxşı məktəblərə göndərməklə övlad yetişdirmək işinizi bitmiş hesab etməyin.
Mənim anam iş qadını idi. Mənim naharımı hazırlayan, saçlarımı hörən həmişə atam olub. Anam evə yorğun gəlirdi. Uşaqlıqda anamla oyun oynadığımı heç xatırlamıram. Amma məni nə qədər sevdiyini hiss edirdim. Bəlkə də buna görə mən böyüdükdən sonra təkliyi sevən biri oldum. Bəlkə də buna görə qızlardan çox, kişilərlə daha yaxın yoldaş oldum. Amma anamdan öyrəndiyim ən əhəmiyyətli şey; özümü sevməyim idi. Bu sevgini oğluma da verə bildim, amma mən özümü yalnız analıqla sübut etmədim. Çünki mən yalnız ana deyiləm: Mən müvəffəqiyyətli bir iş qadınıyam, mən əyləncəli bir dostam, mən məsləhətləşənlərimin məni nümunə götürdüyü bir bacıyam və daha bir çox şey.
Sənə ürəkdən təşəkkür edirəm məni belə yetişdirdiyin üçün… Ümid edirəm gələcəkdə öz oğlum da mənim barəmdə bənzər şeyləri düşünər. Səni çox sevirəm, anam!
XƏBƏR LENTİ
Evi yananlara ev veriləcək
İncə təmizliklər
Azərbaycanda 28 May - Respublika Günü qeyd olunur
Möhtəşəm qadınlar
Qatıqla hazırlanan üz maskaları
Ermənilərin Xankəndidən qaçmasının görüntüləri yayıldı - VİDEO
Uşaqlarınızı daha yaxından tanıyın
Köhnə geyimləri təzələyək
"ASAN xidmət"dən möhtəşəm yenilik
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
Azərbaycan kəndində ilk
İspanaqlı smoothie (foto resept)
Azərbaycanlı pəhləvan hər kəsi heyrətləndirdi-FOTO
Şotlandiya Avropada ən savadlı ölkədir
İş masası arxasında yemək vərdişi ölüm riskini artırır
Ermənistanda savaş başladı
Qazax, Ağdam və Tərtərdə şiddətli atışma
Bərən Saatın seçilmiş geyimləri
Acundan AÇIQLAMA-FOTO
Selena Gomez Tarkanın fanatı imiş - FOTO
Günün qoroskopu: qəfil gəlir ola bilər
Kök polislər işdən çıxarılır
Rihanna kirayə tutduğu evə 60 min ödəyib-FOTO
İlk qar kristalı fotoaparatının yaradıcısı
Koronavirusun vətəni Hindistan imiş?
Adel 45 kq arıqladıqdan sonra ilk dəfə-FOTO
QALİB SEÇİLDİ - "Şah əsərim"
Sevgi dilənçiləri
Parfüm: saxta məhsulu necə tanımalı
Məşhur modelyerin dəfiləsinə heç kəs gəlmədi-SƏBƏB
“İnstaqram”da Yenilik!
Aleyna 1 milyon qazandı
Ozan Güvən qalmaqalı daha da böyüdü-FOTO
Azərbaycanda bu şəxslərin də sərbəst hərəkətinə icazə verildi - QAYDALAR
HAVA necə olacaq?
Öləcəyini öyrənən qadın 102 kq arıqladı - FOTO
Məktəblərdə pozuntular aşkarlandı - RƏSMİ
İnsanı yavaş-yavaş məhv edən stress
Gülməli heyvanlar
Mehriban Əliyeva Parisdə Azərbaycan və Fransa güləşçilərinin yoldaşlıq görüşünü izləyib
Abituriyentlərə son xəbərdarlıq
Təbii dəri təmizləmə üsulları
Toyuq ətinin faydalarını bilirsinizmi?
"Real" - "Atletiko": Derbi hansı kanalda?
Art terapiya
Ermənini məğlub edən güləşçi: "Hələ belə dəstək görməmişdim"
Yaponiya Putinə dəvəti geri çağırdı
Kombi və radiatorlar ucuzlaşdı
2013-2014-cü ilin ziyafət saç düzümləri
Hava haqqında
- ŞƏRHLƏR