II Fəsil
Xarakter və xasiyyət
Xarakter
Sosial psixologiyada öyrənilən məsələlərdən biri də uşaq və yeniyetmələrin xarakter və xasiyyətlərinin dərindən öyrənilməsidir. Xarakter insan psixikasında yaranan fərdi fəaliyyət və davranış xüsusiyyətlərinin məcmusudur. Hər bir insan özünəməxsus psixikaya və təkrarolunmaz xarakterə malikdir. Psixikada fərdi fəaliyyət və davranış xüsusiyyətlərinin formalaşması şəxsin doğulduğu elə ilk gündən başlayır. Bu formalaşma yaşamaq mərhələləri üzrə insanın fizioloji inkişafının və sosiallaşmasının bütün proseslərini əhatə edir.
Beləliklə də, xarakterik fəaliyyət və davranış xüsusiyyətlərinin formalaşması psixikada mərhələli fəaliyyət proseslərinin təsiri altında baş verir. Bu özünəməxsus fərdi formalaşma xüsusiyyətlərinə psixikanın ümumipsixoloji, bioloji və sosial proseslər sistemi daxildir. Məsələn, psixikanın zehni aktivliyi həmin şəxsin xarakterində müəyyən fərqləndirici sosial-psixoloji xüsusiyyətlər yaradır. Əksinə, psixikası çox olan fiziki fəaliyyət aktivliyinə meyilli olan insanların xarakterində isə digər fərqli xüsusiyyətlər formalaşır və sairə. Bu formalaşma prosesləri təbii proseslərdir. Çünki “insan”, “psixika” və “xarakter” məfhumları özünəməxsus təkrarolunmaz xüsusiyyətlər sistemidir.
Xarakterin yaranıb tam təkmilləşməsi psixikada zehni, fiziki və sosial fəaliyyət xüsusiyyətlərinin artıq formalaşması deməkdir. Çünki xarakter bizim fəaliyyət və davranışlarımızın təhrikedici subyektiv motivlərini təşkil edir. Ona görə də insanlar cəmiyyət daxilində öz xarakterlərinə uyğun fəaliyyət göstərir və yaşayırlar.
Psixikada xarakterin yaş mərhələləri üzrə formalaşması açıq şəkildə hiss olunur. Onun üçün də hər yaş mərhələsinin öz xarakterik xüsusiyyətləri olur. Psixika təkmilləşdikcə inkişaf etdikcə xarakter də ümumiləşir, bütövləşir.
Xarakter sözü şəxsiyyət sözü ilə sinonimdir. Xarakter insan xüsusiyyətlərinin cəmi olub insanın fiziki və zehni fəaliyyətlərinə cəmiyyətin verdiyi dəyərdir. Xarakter içində yaşadığı cəmiyyətin mentalitetinə və əxlaq qanunlarına görə yaranır və qiymətləndirilir. Tərbiyəli insan dedikdə yaxşı, gözəl, doğrunu yerinə yetirən, insanları sevən kimi başa düşülür. Bunların əksini özündə əks etdirən insan isə xaraktersiz hesab olunur. Bu məsələnin təlim psixologiyasında əhəmiyyəti ondan ibarətdir ki, bunlar uşaq və yeniyetmələrin ailə, məktəb və cəmiyyət içində hərəkət və davranışlarını formalaşdırır. Belə ki, uşaq və yeniyetmələr böyüklərlə münasibətdə olarkən onların davranışlarından təsirlənib özlərini böyüklər kimi göstərməyə çalışırlar. Bu hal və davranışları öz övladlarında müşahidə edən valideynlər belə bir halın övladlarında vərdiş halına keçməməsi üçün psixoloji təzyiq göstərməmək şərti ilə tədricən qarşısını almağa çalışmalıdırlar.
İnsan psixologiyasında və onun şəxsiyyətinin inkişafında əsas məsələlərdən biri də xarakterdir. Xarakteri tədqiq etmək cəhdləri hələ qədim zamanlardan olmuşdur. Xarakterin təsnifatı üzrə ilk cəhd Platona məxsusdur. O, etik prinsiplər əsasında xarakterin tipologiyasını yaratmışdır. Qədim yunan ədəbiyyatında Afina cəmiyyətində yayılmış xarakter tipologiyasını Teofrast təsvir etmişdir. Xarakterin tədqiqində zahiri görünüşlə onun müəyyən şəxsiyyət tipinə məxsusluğu arasında bağlılıq haqqında elm, yəni fizionomika əhəmiyyətli dərəcədə öz təsirini göstərmişdir.
XIX əsrin birinci yarısında xarakter haqqında elmi fikirlər yaranmağa başladı. Frenologiyanın yaradıcısı Qall insan xarakterinin təşəkkül tapdığı 27 elementar psixi xüsusiyyəti sadalayır. Onların arasında artıb‐törəmə instinkti, övlada məhəbbət, bağlılıq, dostluq, dağıdıcı instinkt, mübarizə və özünümüdafiəyə meyilliliyi qeyd etmək olar.
Xarakter nədir? Xarakter irsidirmi, yoxsa sonradan yaranan haldır? Xarakterin hansı xüsusiyyətləri vardır? Xarakter dəyişə bilərmi?
Şəxsiyyətin inkişafında xarakterin rolu böyükdür. Xarakter insanda irsidir. İrsi xüsusiyyətlərə malikdir. Lakin sonradan qazanılma xüsusiyyətləri də özündə cəmləşdirə bilir. Xarakterin idarə olunan və idarə olunmayan tipləri vardır.
İdarə olunan tipə malik olan uşaqlara istiqamət verdikdə, onlar daima özlərini maarifləndirməklə bilik toplayaraq, qarşılarına çıxan çətinliklərin öhdəsindən gəlməyə çalışırlar.
Nümunə (uşaqlara görə):
– Azər, oğlum, dərsdən gələndən sonra yeməyini ye və dərslərinə başla.
– Baş üstə, ana! (Azər dərsdən gələndən sonra ona verilən tapşırıqları yerinə yetirdi).
İdarə olunmayan uşaqlar isə ailə və cəmiyyət içərisində məsələni öz bildikləri kimi həll etmək istəyirlər. Məsləhətə və tövsiyələrə o qədər də önəm vermək istəmirlər. Çünki cəmiyyət içərisində uğur qazanmaq üçün inad etməyə üstünlük verirlər. İdarə olunmayan uşaqlarda maraqlı xüsusiyyətlərdən biri də onlara qarşı edilən müraciətin hansı formada olmasına həssaslıqla yanaşmalarıdır. Yəni bir sözü tez‐tez xatırladaraq və ona əmr formasında göstəriş verilməsini xoşlamırlar.
Nümunə:
– İlqar, oğlum, bu nədir, mən sənə nə tapşırmışdım? Deməmişdimmi ki, dərsdən gələndən sonra çörəyini ye və dərslərinlə məşğul ol? Bu vaxta qədər niyə bunları yerinə yetirməmisən?!
İlqar valideyninin bu sözlərindən heç də təsirlənmir, öz bildiyinə davam edir.
Başqa bir nümunə:
– Rəhim, gəl, səninlə masa arxasında əyləşib söhbət edək. Rəhim, mənim ağıllı balam, sən məktəbdən gələndən sonra neçə vaxtdır ki, dərslərinlə məşğul olmursan. Dərslərinlə ciddi məşğul olmasan, biliyinin səviyyəsi azalacaq, sinif yoldaşlarından geridə qalacaqsan, dərslərinin zəifləməsi məni narahat edər, çox kədərlənərəm. İnanıram ki, sən bunlardan bir nəticə çıxaracaqsan.
Rəhim valideyni ilə etdiyi bu söhbətdən sonra diqqətini bir yerə cəmləyib dərslərini nizama salmağa başladı.
Xarakter tiplərinin başqa təsnifatları da var. Məsələn, insanın həyata, cəmiyyətə, mənəvi dəyərlərə münasibəti əsasında qurulmuş xarakter tipologiyası çox məşhurdur. Onun müəllifi bu tipologiyanı xarakterin sosial tipologiyası adlandıran Erik From adamları bir şəxsiyyət kimi dörd tipə ayırır: mazoxist, sadist, konformist, tənha.
E. Fromun fikrincə, mazoxist tipə malik olan adam uğursuzluqlarla qarşılaşan adamdır. Bu uğursuzluqda o yalnız özünü günahkar sayır.
Sadist tip öz uğursuzluqlarının səbəbini özündə deyil başqa adamlarda, cəmiyyətdə görür. O, adamlar və dünyanı düşmən kimi qavrayır, onları məhv etməyə cəhd göstərir. Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa cəhd göstərir.
Konformist tip ümumi kütləyə qarışır, başqaları necədirsə, onlar kimi olmağa, onlardan fərqlənməməyə cəhd edir. O, həmişə mövcud şəraitə uyğunlaşır.
Tənha tip həmişə mübarizədən, cəmiyyətdən uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır.
K. Junq tərəfindən irəli sürülmüş ekstravert və introvert tipli xarakterlərin təsnifatı geniş yayılmışdır. Ekstravertlərə coşğunluq, təşəbbüskarlıq, uyuşqanlıq, ünsiyyətcillik xasdır. İntrovertlər üçün öz daxili aləmində baş verən hadisələrdə şəxsi maraqlarını güdmək, ünsiyyətsiz, qapalı, özünütəhlilə meyil, uyğunlaşmada çətinlik çəkmək xarakterikdir. Həmçinin xarakteri konform və sərbəst, hakim və itaətkar, normativ və anarxist tiplərə də ayırmaq olar.
Bütün bunlarla yanaşı, insan xarakteri onun dünyagörüşü və əqidəsi ilə sıx bağlıdır. İnsanın münasibətlər sistemini təşkil edən dünyagörüşü və əqidəsi istər‐istəməz onun xarakter əlamətlərinin formalaşmasına zəmin yaradır. Adətən xarakter formalaşdıqdan sonra bu və ya digər davranış tərzini həyata keçirməyə təhrik edir.
Xasiyyət
Şəxsiyyətin formalaşmasında xarakterin öyrənilməsi kimi onun xasiyyətinin də öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Təlim prosesi zamanı uşaq və yeniyetmələrin xarakter və xasiyyətlərində cəmləşən psixoloji xüsusiyyətlərin öyrənilməsi çox vacibdir. Yəni burada uşağın özünəməxsus təbiəti (tez əsəbiləşmək, sıxılmaq, sevinmək, kədərlənmək, darıxmaq, hirsli, sakit olmaq) nəzərdə tutulur.
Xasiyyət–insanların fərdi xüsusiyyətlərini öyrənmək, onları bir‐birindən fərqləndirmək, ümumi formada qiymətləndirmək üçün istifadə etdiyimiz ən populyar terminlərdən biridir. Xasiyyət, əsasən, insanların fəaliyyət və rəftarında ifadə olunan mürəkkəb psixoloji xüsusiyyətdir.
İnsanlar bir‐biri ilə hər hansı bir münasibətdə olarkən (ailədə, iş yerində, qohumları arasında, qonşuluqda, təhsil prosesində, istirahətdə olarkən və i. a.) ilk növbədə bir‐birinin xasiyyətləri ilə qarşılaşır və ona müvafiq hərəkət etmək məcburiyyətində qalmalı olurlar. Bir həqiqət də vardır ki, yalnız xasiyyətləri uyğun adamlar konfliktsiz, əmin‐amanlıq şəraitində, uzun müddət bir‐biri ilə işləyib yaşaya bilirlər.
Paxıl, xəbərçi, xəsis, qorxaq, qəlbitəmiz, əliaçıq, mərd və bu kimi digər ifadələrlə biz insanların ən xarakterik cəhətlərini–yəni xasiyyətini təqdim edirik. İnsanları xasiyyətinə görə xarakterizə edərkən onların təsadüfi hallarda etdiyi və ya məcburiyyət qarşısında baş verən hərəkətlərini o şəxsin xasiyyətinə aid etmək düzgün deyil. Xasiyyət şəxsiyyətin müəyyən yaş dövründə formalaşaraq, onun daimi dəyişilməz xüsusiyyətinə çevrilir. Bir çox hallarda xasiyyətinin pis cəhətlərini həmin şəxs gizlətməyə çalışır, özünü yüksək mənəvi keyfiyyətlərə malik bir adam kimi təqdim etmək istəyir. Bəzən o buna nail olur.
Yuxarıda qeyd etdiyimiz “İnsan xasiyyətini dəyişə bilər, yoxsa yox?” sualına cavab axtaraq.
İnsan xarakteri dəyişməzdir, lakin aparılan müşahidə və təcrübələrə əsasən onu deyə bilərik ki, insan xasiyyəti dəyişə bilər. Belə bir mexanizm yalnız psixoloji cəhətdən mənəvi olaraq nəfsin istəklərinə qarşı çıxmaq deməkdir. Bir zamanlar nəfsi və şəhvani duyğulara düşgün olmuş insanın müəyyən bir vaxt keçdikdən sonra bu əməllərdən çəkilmiş olduğunu görürük. Bu cür kəskin dəyişmə əks duyğu ilə həmin istəkləri islah etmək, müqəddəs Qurani‐Kərimin ifadəsi ilə desək, tövbə edib özünü qınamaq və Allahı sevməklə mümkün olur.
Xasiyyət anlayışında isə irsi bir xüsusiyyətdən də danışmaq lazımdır. Hətta şəxsiyyəti səciyyələndirən xarakter fərdin təbiəti əsas rol oynamaqla xarakterin ictimai və əxlaqi bir dəyər qazanmasında da böyük rol oynayır. Əsəbiləşmək, sevinmək, hirsli olmaq, soyuqqanlı olmaq kimi xüsusiyyətlər fərdlərdə irsi olaraq yaransa da, ictimai öyrənmə yolu ilə də qazanıla bilir.
Təbiət, başqa bir ifadə ilə desək, fərdin romantik tarazlıq vəziyyətidir. Duyğularının meydana gəlməsində varislik və ətrafın qarşılıqlı təsirini ifadə etməməsiylə hər hansı bir fərd üçün deyilənКє o daima şəndir, onu asanlıqla əsəbiləşdirə bilməzsinizКє və ya Кєona nə etsəniz də, xoşbəxt edə bilməzsinizКє şəklindəki ifadələr bu insanların xasiyyətləri haqqında məlumat verməklə, əslində, onların irsi xüsusiyyətləri və yaşadıqları cəmiyyət haqqında da bizə məlumat verir.
Hüseyn Xəlilov
Ardı var...
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR