Rejissorlar üçün Monika filmlərin yaraşığı, aktyorlar üçün əvəzolunmaz tərəf müqabili, planetin bütün kişiləri üçün əlçatmaz ideal və ancaq bir nəfər - fransız aktyoru Vensan Kassel üçün sevimli həyat yoldaşıdır.
Qadınlar üçün isə bu qadın bəzən paxıllıq, bəzən də pərəstiş obyektinə çevrilir.
Başı boş gözəlçə...
Bəlkə də inanmaq çətindir ki, bir vaxtlar Monica öz gözəlliyini bir Tanrı ərməğanı deyil, onun bəxtinə düşmüş çətin bir sınaq olaraq qəbul edirdi. Provinsial bir italyan şəhərciyi olan Çitta-Da-Kastellada böyümüş bu qızcığaz hər zaman paxıllığını çəkən qadınların onun haqqında yaydığı şaiyələr və insanların pis fikirləri ilə üzləşirdi. Sinif yoldaşları və qonşuları onu incitmək, adını pis çıxartmaq üçün onun haqqında demədikləri söz və yaymadıqları şaiyə qalmırdı. Həmçinin zəhləsini tökmüş oğlan pərəstişkarları da onun həyatını ağırlaşdırırdı. Bəlkə də, xarici görünüşünə qarşı olan bu qədər böyük diqqətə görə Monica daha ciddi bir peşəyə - hüquqşünaslıq peşəsinə yiyələnmək istəyirdi. Çünki düşünürdü ki, bəlkə də, hüquqşünas olarsa artıq ətrafdakılar ona "başıboş gözəlçə" kimi yanaşmazlar. O, bütün gücü ilə ətrafdakılara sübut etməyə çalışırdı ki, o, gözəl olmaqla bərabər, həm də çox ağıllıdır: yaxşı oxuyurdu, çoxlu mütaliə edirdi, xarici dillərlə məşğul olurdu.
Məktəbi bitirdikdən sonra, Peruciyaya getdi ki, universitetin hüquq fakültəsinə qəbul olsun. Bəlkə də, tale başqa cür qərar versəydi o qəbul olacaqdı da: model biznesi ona etiraz edə bilməyəcəyi bir təklif etdi. Tezliklə Monica əvvəlcə Milana, sonra isə Parisə köçdü. O, nəinki məşhur fotoqrafların muzasına və məşhur markaların üzünə çevrildi, eyni zamanda, Atlantik okeanın hər iki tərəfində çəkilən filmlərin qəhrəmanı oldu. Baxmayaraq ki, o, ətrafdakılara özünü sübut eləmək üçün hüquq fakültəsinə qəbul ola bilmədi, o elə bir səviyyəyə gəlib çatdı ki, artıq onu bütün dünya tanıyırdı və kiməsə nəyisə sübut eləməyə ehtiyac qalmadı.
Təbiəti aldatmaq olmaz...
Monika bədəninin və üzünün onun "iş alətləri" olduğunu təkrar etməkdən yorulmur heç vaxt. Çünki o, sahib olduğu məhz bu xəzinəyə görə pul qazanır. Aktrisanın mimikaları təbii olmalıdır, deməli, ona kosmetikadan həddən artıq istifadə etmək olmaz. Buna görə də Monika makiyaja ehtiyatla yanaşır. Gündəlik həyatında o dərisinə kosmetika ilə əzab vermir: ona kipriklər üçün bir az tuş və dodaqlar üçün bir az parıltı kifayət edir. Dərinin təbii rəngini qoruyub saxlamaq üçün aktrisa sərin su ilə yuyunur və dərinin hamarlığını qorumaq üçün müxtəlif vasitələrdən, ən əsası da termal spreylərdən istifadə edir.
Yaşlanmaya qarşı kremləri o, ümumiyyətlə qəbul etmir, çünki əmindir ki, təbiəti aldatmaq olmaz. Bədəninin dərisinin incə və ipək kimi olması üçün Monica həftədə 2 dəfə arındırıcı bədən skrablarından istifadə etdikdən sonra bədəninə badam yağı çəkir. Üz üçün isə Monikanın möcüzəli təsirə malik özəl resepti var: avokada kaşası, 6 çay qaşığı qaymaq və 4 çay qaşığı badam yağı. Qarışıq dəriyə çəkilərək 15 dəqiqədən sonra yuyulur - effekt özünü gözləməyə məcbur etmir. Belucci - plastik əməliyyatlara qarşıdır: "Mən heç vaxt hadisələrin təbii gedişatına qarışa bilmərəm. İnsanlar qocalırlar, bu isə təbiidir. Əgər 40 yaşlı qadın 20 yaşlı qız kimi görünməyə çalışırsa, bu çox gülməli görünür."
Monika öz yaşından qorxmur, onun fikrincə 46 yaşında da həyatdan həzz almaq olar. Əsas özün kimi görünmək və özünü olduğun kimi sevməkdir. Belucci nümunə olaraq, həmişə nənəsindən danışır ki, qocalana qədər o dodaqlarına qırmızı pamada çəkərmiş və hətta kilsəyə də belə gedərmiş. Sadəcə ona görə ki, beləcə bu özünü əsl qadın hiss edirdi və onun heç nə vecinə deyildi, insanların bu haqqda nə fikirləşəcəyi isə ona ümumiyyətlə maraqlı deyildi. Monica əmindir ki, elə belə də yaşamaq lazımdır: heç kimə fikir vermədən son gününə kimi sadəcə qadın olmaq lazımdır.
Saçlar yağda....
Monikanın heyrətamiz saçları - onun onlara göstərdiyi xüsusi qayğının nəticəsidir. Aktrisa əmindir ki, konsentrantlaşdırılmış şampunlar və fendən istifadə saçlara ziyandır. Ona görə də, Monica çalışır ki, həftə ərzində saçlarını iki dəfədən artıq yumasın və sadəcə xüsusi tədbirlər zamanı saçlarını düzləşdirir. Əslində isə bu italyan gözəlinin saçlarının belə gözəl olmasının bir sirri var: saçlarını yumamışdan öncə saç köklərinə o həmişə zeytun yağı maskası eləyir. Nəticədə onun uzun saçları həmişə parlaq və canlı olur.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün qoroskopu: qəfil üstünlükləri aşkarlayaraq irəliləyin
İspanaqlı kek
Dünyanın ən bahalı tibbi maskası hazırlanır
Uşağınız söylədiklərinizi əhəmiyyətsiz hesab edir?
50 yaşından yuxarı qadınlar üçün makiyaj
Azərbaycanda qızıl bahalaşdı
10 yaşlı dahi
Bu planetdə külək səsdən daha sürətli əsir
Bakıda qadınlar üçün taksi
Milli yemək ənənələri COVID-19-dan ölüm səviyyəsinə təsir edir
Xanımlarımız üçün babetlər
Selulitlərinizdən bu qarışımla xilas olun
Çex Respublikasında koronavirusa yoluxanların sayı artdı: Səhiyyə naziri istefa verdi
Ağ şokoladlı truff (foto resept)
HAVA necə olacaq?-12 İyul
Özəl məktəblərdə həftədə beş dəfə əyani təhsil tətbiq ediləcək? - RƏSMİ
Yeni qayda: sürücü-polis münasibətində kağız "məsələsi"
"Barselona" şoku: sırada "Mançester Siti" və PSJ-dir?
Azərbaycanda hərbi liseylərə sənəd qəbulu başladı
Bu şəxs attraksiona minmək naminə 85 kiloqram arıqladı
63 yaşlı ana və 40, 36, 41 yaşlı qızları...
Yeni makiyaj trendi: Draping
Pəhrizin kimlərə heç bir köməyi olmur?
Rəssamın şagirdinə verdiyi dərs
Uşağın kimə bənzədiyini hamilə ikən öyrənin
XİN: “Ermənistan münaqişənin siyasi həllində maraqlı deyil”
Qış makiyajında trend rənglər
Hollandiyada ağıllı yol
Con Frenç Sloanın rəsmləri
Yay fəslini sevməmək olar?
Azıx mağarasının görüntüləri yayıldı - VİDEO
Hava haqqında
Kişilərin saçı tökülürsə...
Azərbaycanda koronavirusdan daha 1 nəfər öldü: 17 yeni yoluxma - RƏSMİ
Yer sivilizasiyası tarixinin ən təhlükəli dövrünə daxil olub
Hamilələr necə yatmalıdır?
Meyvəli salat (foto-resept)
Yaşına bax, qidalan!
İlham Əliyev: “Şuşaya dəmir yolu çəkiləcək”
At ilində nələr dəbdə olacaq?
Kağızdan miniatür heyvanlar
Roma salatı
Ancelina Coli və Bred Pitt şərik olacaq-SƏBƏB
Bakıdan Sumqayıta metro çəkiləcək?
Ərdoğan Ermənistanın Azərbaycana hücumunu qınadı - VİDEO
Ermənilərin təslim addımı
Yanan bina sakinləri evlərinə geri dönür
Şəhərlərarası sərnişindaşımada ciddi izolyasiya qaydaları olacaq - RƏSMİ
Azərbaycanda əmək haqları artacaq
2012-nin burma bilərzikləri
- ŞƏRHLƏR