Yatarkən gözəlləşin
Yuxu gözəlliyin ən yaxşı dərmanıdır. Gecə yatarkən dəri gündüzə nisbətən 8 qat daha çox təzələnir. Hüceyrələr və damarlar aktiv bir şəkildə işləyir və cild daha gərgin olur. Gecə yatmazdan öncə bədəninizə nəmləndirici krem çəksəniz səhər oyandıqda dəriniz daha gözəl olar.
Qadınların nə üçün makyajsız qala bilmədiklərinin səbəbini bilirsinizmi?
"Qadınlar nə üçün makiyaj edir?" sualının cavabını tapmaq üçün çalışan yapon elm adamlarının dediklərinə görə qadınlar makiyaj etməyə başladığı andan etibarən gözəlləşmək üçün səbirsizləşirlər. Araşdırmaların nəticəsinə görə qadınların makiyajlı və makiyajsız olduqları zaman üzlərinə baxdıqda onların fərqli şeylər hiss etdiyini və makiyaj etməyə hazırlaşan xanımların mükəmməl nəticə əldə etmək üçün çox səbirsiz olduqları üzə çıxdı. Makiyaj vücudun tənzimlənməsinə, zənginləşməsinə yol açır, insana gözəllik həzzi verir. Araşdırmaçılar qadınların makiyajdan aldığı bu həzzin, kişilərin də təraş etdikdən sonra adikolon sürtdükdə aldıqları həzzlə oxşar olduğunu deyir.
Doğuşdan sonra gözəllik üçün
Bədən çatları artıq problem deyil. Plastik cərrahların dediyinə görə bunu asan yolla aradan götürmək mümkündür. Doğumdan sonra depressiyanı nizama saldıqdan sonra bədəndə dəyişən hormonlar da nəzərə alınmalıdır. Öz bədənindən yeni bir canlının yarandığını duyan ana bu dəyişikliyi görəndə çox təəccüblənir. Çox vaxt qorxu hissi keçirir və həmişə belə qalacağından qorxur. Tibb Fakültəsinin bir həkimi hamiləlik haqqında belə demisdir: Hamiləlik fizioloji bir xəstəlikdir. Yəni hamiləlik dövründə qadın öz bədəninə yadlaşır və ruhi dəyişikliklər baş verir. Doğumdan sonra da əgər qadının bədən quruluşunda dəyişikliklər baş veribsə o depressiyaya düşür və əvvəlki bədəninə qayıtmaq istəyir. Hamiləlik dövründə uşaq üçün masaj yağı və badam yağı ilə masajlar xeyirlidir. Dəri çatlarını aradan götürür. Hamiləlik vaxtı çox kökəlməmək və dəridə çatlar yaranan zaman yağlardan istifadə etmək önəmlidir.
Sinəni dikləşdirmək və qarın dartdırma əməliyyatı üçün hamiləlikdən sonra ən az 1 il gözləmək lazımdır.
Əvvəlcədən edilən silikon, rotez ve kiçiltmə əməliyyatlarının süd verməyə aidiyyatı yoxdur. Əgər doğuşdan sonra vaginada böyümə və sidik buraxma kimi problem varsa bu da həkim tərəfindən vaginanın daraldılmasıyla qarşısı alınan bir problemdir.
Gözəl görünməyin 6 üsulu
1. Saçlarınız çox qurudur? Onun daha parlaq görünməsini istəyirsiniz? Onda 1 neçə məsləhət:
Bir bananı yaxşı əzin, 1 çay qaşığı badam yağına qarışdırıb saçlarınızın diblərindən uclarına kimi çəkin. 20 dəqiqə saxlayıb yuyun.
2. 1 yumurta, 1 xörək qaşıgı sirkə, 2 xörək qaşıgı bitki yağı. Bunları qarışdırın. Bu qarışığı saçlarınıza çəkin və daraqla yaxşıca darayın. 15 dəqiqə saxlayıb yuyun.
Xiyar ilə cildinizi sürtün. A, B və C vitamini ilə fosfor, potasyum, dəmir, magnezium və gənclik iksiri olan seleniyum anbarı olan xiyar, hər tip cild üçün yaxşı olar. Cildin nəm balansını tənzimləyir, nəmləndirici və yumşaldıcı xüsusiyyətiylə kosmetik vasitələrin ən yaxşısından biridir. Cildiniz üçün hər gün 1 xiyar yeyin. Həmçinin xiyarın qabığını bir az qalın soyub üzünüzə sürtün. Cildinizə o an yumşaldıcı və canlandırıcı təsir göstərəcək.
3. Yaxşı və rahat yatın. Hər gün cildimiz günəşə, küləyə qarşı mübarizə apararkən, stresslə bağlı üzdə yaranan mimiki qırışların sakitləşməsi üçün gecə yuxusu çox önəmlidir. Həqiqətən insan 1 gün yuxusuz qaldıqda dəri solğun, cansız görünür.
4. Günəşdən yaranan qırışları aradan götürmək üçün göyərti, paxlalı bitkilər, zeytun yağı istifadə etmək dərini günəş şüalarından qoruyur. Çay, balıq, şəkər, alma, kərəyağı daha faydalıdır.
5. Dodaqları balla canlandırmaq olar. Balın içərisindəki vitamin, minerallar, antioksidan və aminoasitlərlə zəngin olması çatlayan dodaqlar üçün çox faydalıdır. İlk öncə dodaqlarınızı diş fırçasıyla yaxşıca ziqzaq şəklində sürtün, sonra bal çəkin 5 dəqiqə saxlayıb yuyun. Dodaqlar daha canlı və parlaq olacaq.
6. Quru dərinin dərmanı güldür. Gül suyu və gül yağı daha xeyirlidir. Üç damcı gül yağını 3 damcı lavanda yağı ilə qarışdırıb dərinizə çəkin. Çox faydalıdır.
XƏBƏR LENTİ
İndi biz nə edək?
Naqillərin bir-birinə dolaşması təhlükəlidir
Sözün gücü
Qadınlara ərə getməyi yasaqlayan Qətər şirkəti
43 ildən sonra anasını tapdı - FOTO
Yanan bina sakinləri evlərinə geri dönür
Badımcan souslu makaron (video-resept)
Türk mətbəxindən " Kaymaçina" (foto resept)
Culyetta Drueni və Viktor Hüqo
Avtobuslarda gedişhaqqını artırmaq istəyirlər
Günün ulduz falı
Xəzər dənizində kruizlər təşkil olunacaq
Bu günün hava proqnozu
Saatınız irəli çəkildi? - BUNLARA ƏMƏL EDİN
Qurbanlıq barədə ən çox verilən suallara cavablar
Jurnalist olmaq istəyənlərin nəzərinə!
Facebook istifadəçilərinin sayı 1,37 milyarda çatıb
Kəfən olan gəlinlik
Günün ulduz falı
Hava haqqında
Facebook-da növbəti yenilik
Hicablı bacılarımız üçün
Vətəndaşlar pulsuz müayinədən keçdi
Qışın əvəzedilməz yeməkləri
Beyinləri zəhərləyən ədəbiyyat
Təmiz qolu kirli əl batırdı
Yüksək balla tələbə ola bilməyənlər barədə AÇIQLAMA
Nyutonun qiyamət tarixini hesabladığı qeydlər ortaya çıxdı - FOTO
3 günün hava proqnozu
Nazirlik xəbərdarlıq etdi: İçməli sudan...
Avropa Oyunları: Karatedə 3-cü qızıl medalımız!
Qızıl süd arıqlamağa kömək edir
Ukrayna "Eurovison 2017" müsabiqəsindən imtina edir?
Məktəblərdə koronavirusla bağlı bugünkü vəziyyət açıqlandı - CƏDVƏL
Yaşamaq üçün ən yaxşı şəhər
Fəxriyyə Xələfova əl işini Özbəkistan muzeyinə bağışladı - FOTO
Dünyanın ən gözəl qadınının sirləri
“İşğal olunmuş Azərbaycan torpaqlarını tərk edin”
Mobil operatorların xidmətlərinin keyfiyyəti yenidən yoxlanılacaq
Böyük günahlar hansılardır?
Türkiyədə arxeoloqlar 1700 yaşı olan heykəl aşkar ediblər
Yatarkən bunları geyinməyin!
Kababa gəl, kababa: ye ki, qurtaracaq
Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI
HAVA necə olacaq?
Qeyri-adi iş təklifi
Səbzi plov (foto resept)
Məşhur aktyor “Survivor”dan uzaqlaşdırıldı?-FOTO
Əl çatmaz məhəbbətim
Avropa Parlamenti Ermənistanı işğalçı
- ŞƏRHLƏR